Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tudəbin (Əbhər)
Tudəbin və ya Arpaşal (az-əbcəd. آرپاشال‎, fars. توده بين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (94 ailə).
Xucabi monastırı
Xuçap (erm. Խուճապ) və ya Xucabi monastırı (gürc. ხუჯაბი) — İvironlu Məryən Anaya həsr olunmuş monastır. Gürcüstan-Ermənistan sərhədinin yaxınlığında yerləşir. Coğrafi şəraitinə baxmayaraq, Gürcüstan hakimiyyəti monastırın Marneuli bələdiyyəsinin Axkerpi kəndi yaxınlığında yerləşdiyini iddia edir. Monastır əsas kilsədən başqa qavit və bir neçə xaraba tikilidən ibarətdir.
Əziz Mahmud Xudayi
Əziz Mahmud Xudayi (1541, Şərəfliqoçhisar, Ankara ili – 1628, Konstantinopol) — 948-ci ildə (1541) Şərəfliqoçhisarda anadan olub. Qanuninin nəvəsi Mehrimah Sultandan olan nəvəsi Aişə Sultan(ö. 1598) ilə də evləndiyi rəvayət edilən Əziz Mahmud Xudayi hicri Səfər ayı 1038-ci ildə (Oktyabr 1628) vəfat edib. Altısı qız olmaqla on bir övladı var idi və nəsli qızları Ümmügülsüm (ö. 1641), Zeynəb(ö. 1642) və Fatma Zəhra (ö. 1675) vasitəsilə davam edib. Əsl adı Mahmuddur. "Xudayi" adı və "Əziz" sifəti ona sonradan ona verilib. Cüneyd əl-Bağdadinin nəslindən olub "Seyyid"dir.
Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyası
Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyası (başq. Х.Әхмәтов исемендәге Башҡорт дәүләт филармонияһы) — Başqırdıstan Respublikasının Ufa şəhərində konsert kompleksi. Filarmoniya Bəstəkar Xusayin Faizulloviç Axmetovun adını daşıyır. Filarmoniya Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin 20 yanvar 1939-cu il tarixli fərmanı ilə açılmışdır. Filarmoniyanın yaradılmasının rəsmi məqsədi Başqırd Muxtar Sovet Sosialist Respublikası əhalisinin səhnə, musiqi və xoreoqrafiya sənətlərinə olan ehtiyaclarının formalaşması və ödənilməsi idi. Filarmoniya cəmiyyətə Rus və Avropa musiqi və ədəbi klassiklərinin təbliğinə, Başqırd Muxtar Sovet Sosialist Respublikası əhalisinin musiqisinin, xalq yaradıcılığının və çağdaş bəstəkar və yazıçıların əsərlərinin inkişafına təkan vermək məqsədilə yaradılmışdı. 1930–1940-cı illərdə Başqırdıstan Dövlət Filarmoniyasının yaranması Diana Nurmuxametova, Xabir Qalimov, Banu Valiyeva, Qabdraxman Xabibullin kimi adlarla yaxından əlaqəlidir. Filarmoniyanın çiçəkləndiyi dövrdə Fəridə Kudaşeva, Maqfira Qaleyeva, Bəxti Qaysin, İlfak Smakov, Süleyman Abdullin, Ramazan Yanbekov kimi estrada ulduzları mahnı ifa etmişdilər. Filarmoniyada müxtəlif ansambllar — Fayzi Qaskarov adına Xalq Rəqsləri Ansamblı, musiqili və ədəbi mühazirə salonu, xor və kuraistlər ansamblı, iki orkestr, operetta və sirk qrupu yaradıcılığını inkişaf etdirmişdir. 1948-ci ildə 1986-cı ildə Alman firmasının "Sauer" orqanının qurulduğu Konsert Zalı (indiki Kiçik Zal) açılmışdır.
İudanın öpüşü
İudanın öpüşü və ya İsaya xəyanət — Sinoptik İncillərə görə, İudanın İsa Məsihin kimliyini qılınc və dəyənəklərlə onu həbs etməyə gələn baş kahinlərə və ağsaqqallara ifşa etməsi ilə xarakterizə olunan hadisə. Sonuncu şam yeməyindən sonra İuda Qefsimaniya bağında İsanı öpür və onun Sinedrion polisi tərəfindən həbs olunmasına səbəb olur. Əhdi-cədidin Məsihin həyatına aid hissəsində İsanın başına gələcək xəyanət və öz ölümü barədə kəhanəti birbaşa düşmən qüvvələr tərəfindən ələ keçirilməsinə və edamına işarə edir. Daha geniş mənada isə, İudanın öpüşü ifadəsi "zahirən dostyana görünən, əslində isə altında pis niyyətlər yatan əməl"ə istinad edir. İuda İsanın 12 müridindən biri idi. Müridlərin əksəriyyəti Qalileyadan olsa da, İuda İudeyadan idi. Həm Mattanın (26:47–50), həm də Markın (14:43–45) nəql etdiyi müjdədə yunanca "sevgi ilə öpmək, oxşamaq" mənalarına gələn καταφιλέω felindən istifadə olunub. Plutarx da Makedoniyalı İsgəndərin Baqoyu öpdüyü məşhur səhnəni təsvir edərkən məhz bu sözü işlədib. Matta 26:50-ə əsasən, İsa İudaya belə cavab verir: "Dostum, nə etmək üçün burdasansa, bax, onu et." Luka 22:48-də isə İsanın "İuda, Tanrının Oğluna öpüşlə xəyanət edirsən?" dediyi qeyd edilir. Bundan sonra İsa dərhal həbs edilir.