Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaddaş
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
ADDA
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi.Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. == Haqqında == Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir.Akademiya Rusiyanın admiral S.O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub. Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir.2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib. == Tarixi == === Çar Rusiyasi və AXC dövrü === Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində Bakı şəhər başçısının Qafqaz baş idarə rəisinə Bakıda 21 noyabr 1881-ci ildə Dənizçilik siniflərinin açılması barədə məlumatı vardır. Həmin illər Bakı dənizçilik siniflərində oxuyanların əksəriyyəti dənizdə işləyənlər idi. 1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açıldı.
Artırılmış yaddaş
Artırılmış yaddaş – Intel firmasının 80286/386/486 mikroprosessorlarının olduğu kompüterlərdə 1 Mbayt ın üstündə yerləşən operativ yaddaş. Bu yaddaşa ancaq prosessor təhlükəsiz (386/486 prosessorlarında virtual) rejimdə işləyən zaman müraciət mümkün olur. Ardırılmış yaddaş adi MS-DOS proqramları üçün əlçatmazdır, ancaq OS/2 və Windows proqramlarına açıqdır; ancaq prosessoru lazım olan müddətdə qorunmuş rejimə keçirən proqram təminatının köməyilə həmin yaddaşı MS-DOS proqramları üçün də əlçatan etmək olar.
Genişləndirilmiş yaddaş
1. Genişləndirilmiş yaddaş spesifikasiyası IBM PC sistemlərində yaddaşın genişləndirilməsi üsulunun təsviri; bəzən LIM EMS kimi göstərilir, çünki bu üsul Lotus/Intel/Microsoft triumviratı tərəfindən işlənib hazırlanıb. Intel şirkətinin 80x86 prosessorlarının “real rejim” arxitekturası kompüterin erişiləbilən yaddaşının maksimal həcmini 1 Mbaytla məhdudlaşdırır. IBM PC’nin arxitekturası isə bu fəzanı (sahəni) daha da daraldaraq 640 Kbayt edir. EMS spesifikasiyası bu məhdudiyyətlərdən yayınmağa imkan verir: o, bir neçə 16-kilobaytlıq operativ yaddaş banklarından ibarət olan yaddaş lövhələri (kartları) ilə işləyə bilir ki, onları da proqram yolu ilə qoşmaq və ya açmaq mümkündür. Mərkəzi prosessor belə kartlarda yaddaşı adi yolla ünvanlaya bilmir, ancaq hər bir bankı (və ya səhifəni) prosessorun ünvan fəzasında göstərmək olur. Tut: CONVENTIONAL MEMORY, EXTENDED MEMORY. 2. Genişləndirilmiş mesaj xidməti məlumatların ötürülməsi üçün Samsung, Ericsson, Motorola, Siemens, Alcatel və bir neçə başqa şirkət tərəfindən qəbul edilmiş standart. GSM, TDMA və CDMA standartında işləyən mobil telefonlar üçün SMS standartının genişlənməsidir. EMS texnologiyası SMS və MMS arasında aralıq texnologiyadır, hazırda tamamilə MMS ilə əvəz olunub.
Keş yaddaş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Qabarcıqlı yaddaş
==Qabarcıqlı yaddaş== Qabarcıqlı yaddaş– silindrik maqnit domenlərdən (nazik pərdə üzərində yerləşdirilmiş halqaşəkilli sabit maqnitlərdən) təşkil olunmuş yaddaş tipi. Qabarcıqlı yaddaşa nisbətən az rast gəlinir; operativ yaddaşdan (RAM) və daimi yaddaşdan (ROM) bahadır. Qabarcıqlı yaddaşın üstünlüyü onun sabitliyindədir (daimiliyindədir): ona yazılmış hər hansı bir şey hətta kompüter söndürüldükdə də dəyişdirilməyənə qədər saxlanılır. Fləş-yaddaşlar meydana çıxandan sonra qabarcıqlı yaddaşlara olan tələbat praktik olaraq azalıb, çünki fləş-yaddaşlar da daimi saxlama xassəsinə malikdir və həm də onların hazırlanması asan və ucuz başa gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici yaddaş
Xarici yaddaş - məlumatların uzun müddət saxlanması üçün yaddaş qurğularının məcmusudur. Xarici yaddaşın tərkibinə elastik və bərk maqnit disklərində toplayıcılar, optik və maqnit-optik toplayıcılar, maqnit lentində toplayıcılar daxildir. Adətən proqram və verilənlərin arxivləri xarici yaddaşda saxlanılır. Xarici daşıyıcılarda yerləşdirilmiş informasiya kompyuterin işə salınıb salınmamasından asılı deyildir. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Yaddaş (dəqiqləşdirmə)
Yaddaş (psixologiya)
Yaddaş (psixologiya)
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Yaddaş kartrici
Yaddaş kartrici (ing.memory cartridge, ru. картридж памяти)- verilənlər və proqramları yadda saxlamaq üçün ixtiyari erişimli yaddaş (RAM) mikrosxemdən ibarət olan çıxarılıb-taxılan modul. Yaddaş kartriciləri əsasən daşınabilən kompüterlərdə istifadə edilir, çünki onlar daha kiçikdir və disksürənin dəyişdirilməsi kimi daha sadədir (ancaq masaüstü sistemlərə nisbətən daha bahadır). Yaddaş kartricləri enerjini kartricin içərisində olan təkrar yüklənən batareyadan almaqla, adətən, enerji təchizatı kəsildikdə belə tərkibini itirməyən enerjidən asılı olmayan sxemlərdən ibarət olur, ya da yaddaşın tərkibinin saxlanmasını təmin edən ehtiyat elektrik batareyasına malik olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaddaş modeli
Yaddaş modeli (ing. memory model, rus. модель памяти) — proqramda istifadə olunan kodun və verilənlərin ünvanlanması üsulu. Yaddaş modeli proqramda kod və verilənlər üçün ayrılan yaddaşın həcmini göstərir. Aşağıdakı yaddaş modelləri mövcuddur: kiçicik (TINY), kiçik (SMALL), orta (MEDIUM), kompakt (COMPACT), böyük (LARGE), nəhəng (HUGE). Böyük model– Intel 80x86 prosessorları ailəsində qəbul olunmuş yaddaş modeli. Böyük model, ölçüsü 64 Kbayt’dan artıq olan proqram və verilənlərdən istifadə etməyə imkan verir, lakin ümumi həcm 1 Mbayt’ı aşmamalıdır və hər bir verilənlər strukturu 64 kbayt’dan az olmamalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaddaş sızıntısı
Yaddaş sızıntısı (en. memory leak) – böyük həcmli yaddaşın sonradan boşaldılmadan dinamik ayrılması ilə bağlı olan vəziyyət; məsələn, C++ dilində göstəricinin uzaqlaşdırlması zamanı onun adından sonra massivin bütünlüklə uzaqlaşdırılmasını göstərən kvadrat mötərizələr ([]) qoymadıqda belə xəta yaranır. Sızıntı sistem xətalarına səbəb ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yanda Koçeska
Yanda Koçeska (17 Fevral 1937 – 15 Dekabr 2008) — Polşalı aktrisa. O, 1959-cu il ilə 2008-ci il arasında 21-dən çox film və televiziya şousunda rol oynamışdır.
Əməli yaddaş
Əməli yaddaş qurğusu (ing. Random Access Memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir.Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur. Odur ki, kompüteri söndürməmişdən əvvəl dəyişdirdiyimiz verilənləri xarici yaddaş qurğularında saxlamaq tələb olunur.
Kollektiv yaddaş
Kollektiv yaddaş — sosial qrupa xas olan, onun kimliyi ilə əhəmiyyətli dərəcədə əlaqəli olan xatirələrin, biliklərin və məlumatlarının ortaq ehtiyatı. Bu ifadə ədəbiyyatlarda XIX əsrin ikinci yarısında meydana çıxmışdı. Filosof və sosioloq Moris Halbvaks "Les cadres sociaux de la mémoire" (1925) kitabında kollektiv yaddaş anlayışını təhlil edərək təkmilləşdirmişdir. Kollektiv yaddaş böyük və kiçik sosial qruplar tərəfindən qurula, paylaşıla və ötürülə bilər. Bu qruplara misal olaraq millətləri, generasiyaları, icmaları və başqalarını göstərmək mümkündür. Kollektiv yaddaş psixologiya, sosiologiya, tarix, fəlsəfə və antropologiya da daxil olmaqla bir sıra fənlər üzrə maraq və tədqiqat mövzusu olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == === Əsas tədqiqatlar === Jan Assmann: Religion and Cultural Memory: Ten Studies, Stanford UP 2005 Jeffrey Andrew Barash, Collective Memory and the Historical Past, Chicago and London, University of Chicago Press, 2016. Maurice Halbwachs: On Collective Memory, Univ of Chicago Press, 1992, ISBN 0-226-11596-8 Pennebaker, James W. Paez, Dario. Rime, Bernard: Collective memory of political events : social psychological perspectives, Mahwah, New Jersey. Lawrence Erlbaum Associates: 1997.
Adda çayı
Adda — İtaliyada çay. == Tarixi == İkinci koalisiyanın (İngiltərə, Rusiya, Avstriya və s.) Fransa ilə müharibəsində Aleksandr Suvorovun komandanlıq etdiyi Rusiya–Avstriya qoşunları 27–28 aprel 1799-cu il tarixlərində Adda çayı sahillərində general Jan Viktor Moronun komandanlıq etdiyi fransız ordusuna qalib gəlmişdir. == Xüsusiyyətlər == Po çayının sol qolu olan Addanın uzunluğu 313 kilometr, hövzəsinin sahəsi təqribən 8 min kilometr2-dir. == İqtisadiyyat == Adda çayı üzərində çox sayda SES var. Bəzi yerlərdə gəmiçiliyə yararlıdır. Addadan Milana uzunluğu 56 kilometr olan kanal çəkilmişdir.
Yada Daşı
Yada Daşı - türk və altay mifologiyalarında sehr daşı. Cada (Cata, Sata, Caya, Zaya) Daşı da deyilir. Türk mifologiyasında yağış yağdıran sehrli daş. Cadu daşı. Tanrı, böyük kamlara bu daşı hədiyyə etmişdir. Beləcə istənildiyi kimi yağış və qar yağdırılabilir, hava hadisələrinə təsir edilə bilər. Yağış, qar və don gətirə bilər. Yumruq böyüklüyündə və tünd rənglidir. Üzərləri damar damar xəttlidir. İçindən səslər gəlir lakin boş deyildir.
Artırılmış yaddaş spesifikasiyası
Artırılmış yaddaş spesifikasiyası – Lotus, Intel, Microsoft və AST Research şirkətləri tərəfindən hazırlanmış spesifikasiya; real rejimdə işləyən tətbiqi proqramlara artırılmış yaddaşdan istifadə etməyə imkan verən proqram interfeysinin təsviri. Bu artırılmış yaddaşın idarə olunması Microsoft şirkətinin HIMEM.SYS faylı şəklində təqdim etdiyi xüsusi quraşdırılan qurğu drayveri vasitəsilə həyata keçirilir. Tətbiqi proqram artırılmış yaddaşla işləmək istəyirsə, bu drayverdən istifadə etməlidir; özlüyündə təkcə drayverin varlığı hələ bu yaddaşı erişilən etmir.
Daimi yaddaş qurğusu
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. == Əmrlər == ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
Daş Yaddaş (1986)
== Məzmun == Filmdə Azərbaycanın qədim tikililəri, mədəniyyət abidələri, qalaları və digər daş yadigarları barədə söhbət açılır.
Genişləndirilmiş yaddaş meneceri
Genişləndirilmiş yaddaş meneceri (ing. Expanded Memory Specification və ya qısaca EMS) — spesifikasiyasının proqram hissəsini gerçəkləşdirən qurğu drayveri. Adətən, EMS-sistemlər üçün əlavə aparat təminatı tələb olunsa da, Intel firmasının 80386 və 80486 prosessorları üçün yazılmış menecer-proqramlar bu mikrosxemlərin xüsusi imkanlarının vasitəsilə yardımçı yaddaşın bazasında EMS modelini hazırlaya bilər.
Operativ yaddaş qurğusu
Əməli yaddaş qurğusu (ing. Random Access Memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir.Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur. Odur ki, kompüteri söndürməmişdən əvvəl dəyişdirdiyimiz verilənləri xarici yaddaş qurğularında saxlamaq tələb olunur.
Yaddaş (film, 1989)
== Məzmunu == "Yaddaş", "1000 il" və "Vətənin yüksək səması altında" filmləri kinotrilogiyaya daxildir. Bu filmlərdə Azərbaycan tarixi (qədim dövrlər, Qafqaz Albaniyasının minillik çarlığı və 12-ci əsrdən 16-cı əsrə qədərki dövr) öz əksini tapmışdır.
Yaddaş (film, 2010)
Yaddaş — rejissor Vahid Mustafayevin filmi. == Məzmun == Birinci Qarabağ müharibəsinin başlanğıcı… Dörd dost – Əli (İlqar Musayev), Həsən (Pərviz Məmmədrzayev), Hüseyn (Anar Heybətov) və Azər (Şövqi Hüseynov) sonuncunun Arzu (Rada Nəsibova) adlı qızla nişanı üçün Qarabağa yollanırlar. Mərasim günü erməni-rus hərbi birləşmələri məclisin keçirildiyi kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağın edir. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür – Arzu yaralanır, Azər komaya düşür… 19 ildən sonra dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşür… Dramatik triller janrında çəkilən və keçmişdən gələcəyə nüfuz edən YADDAŞ bizi baş qəhrəmanla bərabər həqiqətə – gözlənilməz bir sonluğa aparır. == Film haqqında == Filmin həm də 5 seriyadan ibarət teleserial variantı mövcuddur.Film "Xatirələri yaşadan ən yaxşı film" nominasiyası üzrə qalib olub.Filmin çəkilişləri 2009-cu ilin dekabrında başlamışdı. Film Azərbaycan şəhidlərinə, o cümlədən Çingiz Mustafayevə ithaf olunmuşdur. Kinorejissor Eldar Quliyev filmlə bağlı müsahibəsində qeyd edir: 2017-ci ildə Balans Studiyası tərəfindən Vahid Mustafayevin BakıFilm Kinostudiyası ANS TV ilə birlikdə çəkdiyi Yaddaş Bədii Filmini yenidən yaradıb. Filmin süjet xəttində bir sıra dəyişikliklər edilib, ölçüsü Balans Studiyasının DVS Texnologiyası vasitəsi Full HD (1920x1080) formatına çevrilib, Tam şəkildə Rəng Korreksiyası və Ayarlamaları işlənilib və səs Dolbi Digital 5.1 formatında hazırlanıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Vahid Mustafayev (Vahid Naxış kimi) Quruluşçu rejissor: Vahid Mustafayev Quruluşçu operatorlar: Yuri Varnovski, Əli Sultanov, Hikmət Əsgərov Quruluşçu rəssam: Şahin Həsənli Bəstəkar: Yaşar Baxış Səs rejissoru: Uğur Səfərov Montaj edən: Elşad Rəhimov İcraçı prodüser: Elman Əsədullayev (Elman Höccətoğlu kimi) Baş redaktor: Mailə Muradxanlı Baş prodüser: Vaqif Əsədullayev Məsləhətçi: Mirşahin Ağayev Redaktor: Kamran Qasımov Səhnələrə məsul: Adil Azay, Rövşən Ağayev, Anar Almazov Operator yardımçıları: Pərvin Cavadov, Anton Varnovski Tərtibatçılar: İbrahim Əminov, Natiq Şəkərəliyev Arabaçılar: Qabil Yəhyayev, Etibar Həbibov, Ramiz Nağıyev, Muxtar Hüseynov Kran ustası: Emin Yəhyayev İşıqçılar: Şəmsi Qədirov, Rövşən Vahabov, Rəhman Əhmədov Elektrik: Rauf Məmmədov Bummen: Əli Bayramov Xüsusi effektlər: Əlibala Məmmədov Rəng tənzimləyicisi: Mahir Rəhimov Kompyuter qrafikası: İqrar Əşrəfzadə, [[Kamil Kərimov Arşınmalçı: Səfurə Manafova Sürməçi: İlqar Cəfərov Mətn düzümü: Abbas Qəhrəmanov, Aydın Əliyev, Gülnarə Zülalova Radio-diktorlar: Sabir Ələsgərov, Mətanət Əlverdiyeva İstehsalat əlaqələndiricisi: Asif Qəhrəmanov İnzibatçı: Elvin Nəbiyev Texnik: Nicat Nərimanov Ərzaq təminatı: Fərahim Məmmədov Sürücülər: Firuz Zeynalov, Həzi Abuzərov, Vidadi Zeynalov, Rəşid Əliyev Ofis əməkdaşları: Afizə Babayeva, Lalə Mahmudova, Gözəl Şirinova === Rollarda === Şövqi Hüseynov – Azər Pərviz Məmmədrzayev – Həsən Anar Heybətov – Hüseyn İlqar Musayev – Əli Rada Nəsibova – Arzu Yuri Baliyev – mayor Məhərrəm Musayev – taksi sürücüsü Nəcibə Hüseynova – Nərgiz xala Aydın Əlibalayev – Zeynal kişi Məsumə Babayeva – Fatma xala Xanlar Həşimzadə – Müslüm Samir Alməmmədov – Dumbulu Nemət Ağabalayev – Natı Xəyal Abbaszadə – yeniyetmə oğlan Nicat Abbaszadə – Veysəl Sovqat Səmədova – qoca qadın Çingiz Novruzəliyev – qoca kişi Ulduz Şükürova – yeniyetmə qız Lalə Məmmədova – körpə uşaqlı ana Xəyalə Əliyeva – tibb bacısı Rəşadə Məmmədova – tibb bacısı Turanə Məmmədova – tibb bacısı Əhməd Salahov – baş həkim Natəvan Ələkbərova – qeydiyyat şöbəsindəki qız Məzahir Cəlilov – bərbər Yaroslav Trifonov – serjant Qraçov Anton Varnovski – rus zabiti Aleksandr Saprıgin – rus zabiti Rəşadət Sadıqov – Surik Akif Yusifov – Samvel Asif Qəhrəmanov – Aşot Habil Dadaşov – erməni yaraqlısı Oqtay Əhmədov – saqqallı erməni (Oktay Əhmədov kimi) Abdulla Şamilov Afaq Abdullayev Azər Məmmədov Cabir Süleymanov Eldar Yəhyayev Eldar Bədəlov Elvin Nəbiyev Elxan Yusifov Fərrux Nəcəfov Fərhad Məmmədov Fətəli Nəcəfov Fikrət Əliheydərov Heydər Səlimov Hakim Həsənov Xəzər Əhmədov İbrahim Abdullayev İdrak Nəcəfov İsmayıl Bayramov Mahir Laçınov Mahrux Məcidova Mahirə Xəlilova Mahirə Əfəndiyeva Məhəbbət Abbasova Musa Əliyev Murad Bəkirov Mühiddin Məhyəddinov Nadir Əhmədov Nəriman Feyzullayev Orxan Şükürov Pirəli Əkbərov Sadıq Məmmədov Saleh Məmmədov Samir Babayev Samir Rəsulov Səfər Süleymanov Suriyyə Əkbərova Tariyel Abdullayev Təbriz Əliheydərov Toğrul İdrisov Turan İsmayılzadə Vasif Aydınlı Vasif Sədiyev Zaur Adıgözəlov == Çəkilişə köməklik edən qurumlar == ANS Şirkətlər Qrupu ANS Müstəqil Yayım və Media Şirkəti ANS ÇM Müstəqil Yayım Şirkəti "All Star" şirkəti VMF şirkəti "ANS-Kommers" şirkəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusi Dövlət Mühafizə Xidməti Bakı Şəhər İcra Hakimiyyəti Şəki rayon İcra Hakimiyyəti == Çəkilişə kömək edənlər == Aidə Əliyeva İlqar Taniyev Azay Kərimov İlham Əliyev Azər İbrahimov İsrafil İsrafilov Azər Muxtarov Kamal Bayramov Cavanşir Tağıyev Kəmaləddin Heydərov Eyvaz İdrisov Qadir Məmmədov Elyar Muradov Mikayıl Həsənov Ədalət Hacıyev Misir Mərdanov Ələkbər Əsgərov Murad Cabbarlı Fazil Cəfərov Mübariz Həmidov Fəxri Mustafayev Nadir Əzməmmədov Gülnarə İbadova Oqtay Şirəliyev Habil Əbdülkərimov Ramil Usubov Hacıbala Abutalıbov Sevda Həsənova Hikmət Həsənov Şahin Əzizov Xamis Muradov Tərlan Bədirov İqbal Qarayev Vaqif Axundov Zakir Həsənov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
Yaddaş banklarının kommutasiyası
Yaddaş banklarının kommutasiyası — Prosessorun fiziki ünvan fəzasının məhdudiyyətlərini aradan qaldırmaq üçün iki yaddaş bankı arasında keçidlər etməklə operativ yaddaşın (RAM) tutumunun genişləndirilməsi üsulu. Bir bankdan başqa banka belə keçid, adətən, bankın nömrəsinin, yaxud kodunun (onlar bir neçə ola bilər) yaddaşa erişim kontrollerinin portuna yazılması ilə həyata keçirilir. == İş prosesi == Prosessor hər an yalnız bir bankla işləyir və banklar kommutasiyanın yerinə yetirilməsinə qədər başladılan eyni bir yaddaş sahəsindən növbə ilə istifadə edir. Bank aktiv olmayanda həmin yaddaş sahəsindəki verilənlər saxlanılır. Əməliyyat sistemi və ya proqram başqa bir bankı aktivləşdirmədən öncə aparat vasitələrinə kommutasiyanı aparmaq komandası verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. == Aviavasitələrdə == Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır.Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir. Artıq nəzarət səthləri üzərində hakimiyyət zəiflədiyinə görə, saxlanma qabiliyyəti belə bir vəziyyətdə qəzaya səbəb ola bilər.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Çaxlamaz (Marağa)
Çaxlamaz — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Qavdul kəndistanında Marağa şəhərindən 58 km cənub-şərqdədir.
Salamat (Bukan)
Salamat (fars. سلامت‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 439 nəfər yaşayır (61 ailə).
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nizamülmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır.
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Salamat Qal (albom)
Salamat Qal – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın yeddinci studiya albomu.
Addax
Addaks (lat. Addax nasomaculatus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin addax cinsinə aid heyvan növü.
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. == İstinadlar == == Mənbə == Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.