Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamandan oxatma
Kamandan oxatma — kamandan oxatma idman növü Dünya Oxatma Federasiyası (ing. World Archery Federation) tərəfindən tənzimlənir. Kamandan oxatma Beynəlxalq Olimpiya Komitəsinin (BOK-un) orqanıdır. == Həmçinin bax == FITA — Beynəlxalq Oxatma Federasiyası (fr.
Vladimir Balandin
Vladimir Balandin (Balandin Vladimir Aleksandroviç; 17 mart 1923, Suraxanı – 30 dekabr 1944, Virbalis[d]) — Sovet İttifaqı Qəhrəmanı (19 aprel 1945 (ölümündən sonra)) == Həyatı == Vladimir Balandin 17 mart 1923-cü ildə Bakı şəhərinin Suraxanı qəsəbəsində doğulmuşdur. Milliyətcə rusdur. 1942-ci ildə hərbi təyyarəçilik məktəbini bitirmişdir.Baş leytenant Vladimir Balandin Belarusiya və Litva Respublikaları uğrunda gedən döyüşlərdə 18 düşmən təyyarəsi vurmuşdur.Vladimir Balandin 30 dekabr 1944-cü ildə həlak olmuşdur. Litva Respublikasının Kapsukar şəhərində dəfn edilmişdir. == Mükafatları == Vladimir Balandin 19 aprel 1945-ci ildə (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.2 dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur.
Yalanqas (Baltas)
Yalanqas (başq. Яланғас, rus. Ялангачево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Yalanqas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 34 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 101 km.
Qaladan-qalaya
Qaladan-qalaya – Ayrı-ayrı diaqonal üzrə tamaşaçılardan solda kişilər, sağda qadınların düzülməsi ilə ifa olunan yallının musiqisi çox məşhurdur və həmişə aşağıdakı oxuma ilə müşayiət olunur: Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar. Bir-birinin dirsəyindən tutaraq barmaqlarını çarpazlaşdırmış vəziyyətdə sıx duraraq sola hərəkət edilir. Hərəkətlər çox sadədir-sağa addım atmalı, sol ayağı sağın qarşısına çarpaz qoymaq lazımdır.
Valualı Yolanda
Valualı Yolanda (fr. Yolande de Valois; it. Iolanda di Valois) (23 sentyabr 1434, Tur – 23 avqust 1478, Şamberi, Fransa metropoliyası) — Savoyya hersoqu IX Amadeusun xanımı, Savoyya hersoqinası. Atası Fransa kralı VII Çarlz, anası isə onun ikinci xanımı Anjulu Mariyadır. 1452-ci ildə Savoyya hersoqu Lüdovikin böyük oğlu Amadeusla evləndirildi. Ərinin 1465-ci ildə taxta çıxmasıyla Savoyya hersoqinası oldu. Ancaq ərinin epilepsiya xəstəsi olması səbəbilə hersoqluğun idarəsində söz sahibi olmuşdur. 1472-ci ilin martında əri IX Amadeusun vəfat etməsiylə, oğlu Filibert hersoq, özü isə taxt naibi elan edildi. Atasına qarşı ayaqlanıb onu taxtdan devirən qardaşı XI Lüdovikə qarşı Burqundiya hersoqu Cəsur Karlla ittifaq bağladı. Ancaq müttəfiq qoşunların 1476-cı ildə fransızlara məğlub olmasının ardından, oğlu bütün bu itkilərin səbəbkarı olaraq anasını gördü və onu həbs etdirdi.
Məni yaradan alim
Savoyyalı Yolanda Luiza
Savoyyalı Yolanda Luiza (it. Iolanda Ludovica di Savoia) (11 iyul 1487, Turin – 12 sentyabr 1499, Cenevrə, Cenevrə kantonu[d]) — Savoyya hersoqu II Filibertin xanımı, Savoyya hersoqinası. Atası Savoyya hersoqu I Çarlz, anası isə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşdır. Hələ 3 yaşında ikən atası vəfat etmiş, yerinə balaca qardaşı II Çarlz hersoq, anası Blanş isə taxt naibəsi elan edilmişdi. Ancaq qardaşı 6 yaşında ikən bədbəxt hadisə nəticəsində ölmüş, taxt Savoyyalı Lüdovikin oğlu II Filippə keçmişdi. Ancaq II Filipp taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti 9 yaşlı Yolanda ilə evləndirdi. Çünki Yolanda Savoyya hersoqu I Çarlzın qızı və onun şəcərəsindən gələn ən böyük varis idi. Atasının qısa səltənəti və ölümünün ardından Filibert taxta çıxdı. Ancaq 2 il sonra xanımı Yolanda vəfat etdi və Filibertin taxt iddiası zəiflədi. == Mənbə == Scott, John Beldon (2003).
Yaşadan, yaşayan Yaşar
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Yalana bax (mahnı)
Yalana bax — Xalq artisti Aygün Kazımovanın mahnısı. == Haqqında == Mahnının bəstəsi Sevinc Tağıyevaya, sözləri isə şairə Sevinc Şirinə aiddir. Aygün Kazımova daha öncə də Sevin Tağıyeva və Sevinc Şirinlə işbirliyinə imza atmışdır. Pop Divanın “Məhəbbətə hə, xəyanətə yox”, “Düşün məni”, “Sevgi yağışı”, “Mən sənsiz” mahnıları da Sevin Tağıyeva və Sevinc Şirin ikilisinə aiddir. Mahnını İslam Şirvani aranjiman etmişdir. Mahnının səs uzlaşması Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı Hakan Erola aiddir. Xalq artisti “Yalana bax” adlı mahnısı üçün fotoqraf Kamran Aydınovun fotokamerasının qarşısına keçərək maraqlı fotosessiya da etmişdi. Aygün Kazımovanın stili üzərində isə Ruxa çalışmışdı. Layihənin prodüseri isə DJ Kazım Sübhandır. 2019-cu ildə azərbaycanlı DJ Jay Aliyev mahnını masterinq etmişdir.
Azərbaycan Kamandan Oxatma Federasiyası
Azərbaycan Kamandan Oxatma Federasiyası – 1993-cü ildə Bakıda təsis edilmişdir. Beynəlxalq Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FİTA) və Avropa Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür (1993). Azərbaycanda bu idman növü 1969–1970-ci illərdə inkişaf etməyə başlamışdır. "Məhsul", "Spartak", "Lokomotiv" və s. idman cəmiyyətlərində oxatma bölmələri açılmışdır. V. Maksimov, S. Yusifova, S. İsmayılova, N. Hüseynova, O. Saraykina, E. Hacıyev və b. SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçıları olmuşlar. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Bəs Yaradan ölmüşdü? (kitab)
Bəs Yaradan ölmüşdü? (ing. The Case for a Creator) — Li Strobelin kitabı.Kitab 2004-cü ildə Amerikada nəşr olunub və nəşr olunduğu tarixdən indiyədək gündəmdən düşməyib. Əsər dünyanın bir çox dillərinə tərcümə olunub.New York Times jurnalının bestsellerlər siyahısında yer almış bu kitabın müəllifi Li Strobel ixtisasca hüquqşünas, jurnalistdir və bir çox mükafatların laureatıdır. == Məzmun == "Elm kainatın şüurlu bir yaradanı olması barədə illüziyaların hamısını darmadağın edib" – ən azından, Li Strobel belə düşünürdü. Lakin son illər ərzində kainatın Üstün Zəka tərəfindən yaradıldığını təsdiq edən çoxlu sayda maraqlı elmi nailiyyətlər ortaya qoyulub. Deməli, alimlər Yaradanı kəşf ediblər? Li Strobel nə vaxtsa onu Tanrıdan uzaqlaşdırmış elmi nəzəriyyələri araşdırmağa başlayır və bu məqsədlə müxtəlif sahələrin tanınmış alimləri ilə müsahibələr aparır. Kitabda kosmologiya, hüceyrə biologiyası, DNT, insan şüuru, astronomiya, fizika sahəsində çox maraqlı tədqiqatlarla, təkzibedilməz faktlarla tanış olacaqsınız. Gəncliyində ateist olmuş və daha sonra dinə üz tutmuş Strobel kitabın ana sualını bu şəkildə qoyur: Bir zamanlar məni ateizmə sürükləmiş elmin beynimdə yaranan suallara verə biləcəyi cavab varmı, yoxmu?
Şəhər yatanda (film, 1975)
== Məzmun == Film Azərbaycan müəssisədənkənar mühafizə işçilərinin çətin və təhlükəli işindən, evlərə, mağazalara, müəssisələrə siqnal aparatlarının qoyulmasının əhəmiyyətindən bəhs edir. Film Bakıda, Sumqayıtda və Gəncədə çəkilmişdir.
İnsan kəlləsi diaqramı (yandan)
Bir alaydan olanlar (film, 1975)
Bir alaydan olanlar qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Babazadə tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film 416-cı Taqanroq diviziyasının bir alaydan olan döyüşçülərinə həsr edilmişdir. == Məzmun == Film 416-cı Taqanroq diviziyasının bir alaydan olan döyüşçülərinə həsr edilmişdir.
Məni yaradan alim (film, 2020)
Arxiv (ing. Archive) — rejissor Gavin Rothery tərəfindən çəkilmiş elmi fantastika filmidir. Baş rollarda Theo James və Stacey Martin oynamışdırlar. Premyerası 10 iyul 2020-ci ildə baş tutmuşdur. == Süjet xətti == 2038-ci ildə gənc alim Corc Elmor süni intellektə malik insan ağlına bərabər olan robot üzərində işləyir. O, Yaponiyanın dərin meşələrindən birində yerləşən laboratoriyada tək yaşayır. Onu işə götürən şirkətlə 3 illik bağlanmış müqaviləsi altı aydan sonra başa çatacaq, lakin indiyə qədər o, J1 adlandırdığı gələcəyin robotunun yalnız bir prototipini göstərə bilmişdir. Eyni zamanda, Corc ikinci nəsil olan qabaqcıl J2 prototipinə malikdir və üçüncü nəsil olan və tam antropomorfik J3 üzərində işlərini bitirir. Geri dönüşlərdən aydın olur ki, müqavilə bağlanan ərəfədə Corc və həyat yoldaşı Jüli avtomobil qəzasına düşmüş və Jüli ölmüşdür. Bununla belə, Arxiv şirkətinin texnologiyalar üzrə mütəxəssisləri mərhumun qalıqlarını xüsusi anbara yerləşdirmiş və ümumilikdə 200 saata qədər onun şüuruna daxil olmağın mümkün olduğunu, bundan sonra isə tamamilə şüurun ölümü hadisəsinin baş verəcəyini bildirirlər.
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. == Məzmun == Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. == Festivallar və mükafatlar == 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. == Film haqqında == Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Yaşadan, yaşayan Yaşar (film, 2012)
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013)
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Filmdə Ədalət Məmmədov, Almaz Amanova, Mehman Piriyev, Lətafət Məmmədova və Dəniz Tacəddin çəkilmişlər. == Məzmun == Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir.
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov — rejissor Sənan Sultanovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə aktyor, film direktoru Tələt Rəhmanovun xatirəsinə həsr olunur.