YARADAN


1.Yaratmaq”dan f.is. Gələcəyi yaradanlar.
– Tarixdə tarixi yaradan durur. S.Vurğun.

2.Yaratmaq”dan f.sif. Yaradan əllər. Sabahı yaradan gənclərdir.
3. is. din. Tanrı, Allah, xaliq; xəlq edən qüvvə.
[Banı xanım:] Sənə kömək istərəm mən xudadan; İşinə fərəc versin böyük Yaradan. Aşıq Qərib”.
Yaradan yetişsin özü dadına; Viran qaldı gözəl bağı Nigarın. Molla Cümə.
Yaradan yetirsin bizi murada; Mənim ayım, günüm uzundur, gəlin! Aşıq Əmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YARADAN tanrı — allah — xaliq
YARA-PARA
YARADICI
OBASTAN VİKİ
Məni yaradan alim
Bəs Yaradan ölmüşdü? (kitab)
Bəs Yaradan ölmüşdü? (ing. The Case for a Creator) — Li Strobelin kitabı.Kitab 2004-cü ildə Amerikada nəşr olunub və nəşr olunduğu tarixdən indiyədək gündəmdən düşməyib. Əsər dünyanın bir çox dillərinə tərcümə olunub.New York Times jurnalının bestsellerlər siyahısında yer almış bu kitabın müəllifi Li Strobel ixtisasca hüquqşünas, jurnalistdir və bir çox mükafatların laureatıdır. == Məzmun == "Elm kainatın şüurlu bir yaradanı olması barədə illüziyaların hamısını darmadağın edib" – ən azından, Li Strobel belə düşünürdü. Lakin son illər ərzində kainatın Üstün Zəka tərəfindən yaradıldığını təsdiq edən çoxlu sayda maraqlı elmi nailiyyətlər ortaya qoyulub. Deməli, alimlər Yaradanı kəşf ediblər? Li Strobel nə vaxtsa onu Tanrıdan uzaqlaşdırmış elmi nəzəriyyələri araşdırmağa başlayır və bu məqsədlə müxtəlif sahələrin tanınmış alimləri ilə müsahibələr aparır. Kitabda kosmologiya, hüceyrə biologiyası, DNT, insan şüuru, astronomiya, fizika sahəsində çox maraqlı tədqiqatlarla, təkzibedilməz faktlarla tanış olacaqsınız. Gəncliyində ateist olmuş və daha sonra dinə üz tutmuş Strobel kitabın ana sualını bu şəkildə qoyur: Bir zamanlar məni ateizmə sürükləmiş elmin beynimdə yaranan suallara verə biləcəyi cavab varmı, yoxmu?
Məni yaradan alim (film, 2020)
Arxiv (ing. Archive) — rejissor Gavin Rothery tərəfindən çəkilmiş elmi fantastika filmidir. Baş rollarda Theo James və Stacey Martin oynamışdırlar. Premyerası 10 iyul 2020-ci ildə baş tutmuşdur. == Süjet xətti == 2038-ci ildə gənc alim Corc Elmor süni intellektə malik insan ağlına bərabər olan robot üzərində işləyir. O, Yaponiyanın dərin meşələrindən birində yerləşən laboratoriyada tək yaşayır. Onu işə götürən şirkətlə 3 illik bağlanmış müqaviləsi altı aydan sonra başa çatacaq, lakin indiyə qədər o, J1 adlandırdığı gələcəyin robotunun yalnız bir prototipini göstərə bilmişdir. Eyni zamanda, Corc ikinci nəsil olan qabaqcıl J2 prototipinə malikdir və üçüncü nəsil olan və tam antropomorfik J3 üzərində işlərini bitirir. Geri dönüşlərdən aydın olur ki, müqavilə bağlanan ərəfədə Corc və həyat yoldaşı Jüli avtomobil qəzasına düşmüş və Jüli ölmüşdür. Bununla belə, Arxiv şirkətinin texnologiyalar üzrə mütəxəssisləri mərhumun qalıqlarını xüsusi anbara yerləşdirmiş və ümumilikdə 200 saata qədər onun şüuruna daxil olmağın mümkün olduğunu, bundan sonra isə tamamilə şüurun ölümü hadisəsinin baş verəcəyini bildirirlər.

Digər lüğətlərdə

ассимиля́торский измусо́ливать лек освежа́ющий пору́шиться свиста́ть симфони́зм изво́зный копне́ние моча́га обезде́нежеть опроки́нуться почи́нный ленивый мания ablastous crankcase crowdie jestful kahuna mastermind nolle prosequi sweet-and-twenty whirligig дебелый