YAXINDAN

zərf
1. Yaxın məsafədən, uzaqdan olmayaraq, yaxın yerdən. Yaxından görmək. Yaxından bir səs gəldi.
[Qəhrəman:] Mən heç vaxt xanımı yaxından görməmişdim. H.Nəzərli.

2. Çox yaxın, yaxşı. Yaxından tanış olmaq. Onu yaxından tanıyıram.
YAXINDAKI
YAXINGÖRƏN
OBASTAN VİKİ
Miopiya (yaxındangörmə)
Miopiya (yaxındangörmə) — uzağı aydın görə bilməmək problemidir. Büllur fokuslana bilmədikdə, məsafədə olan obyektləri görmək çətin olur, lakin yaxınlıqda olan obyektləri aydın şəkildə görmək olur. Miopiya görmə qüsurlarından ən geniş yayılanlardan biridir, adətən məktəb yaşlarında özünü göstərir və yetkinlik yaşına qədər artır. Miopiya gözün şüa sındırma qüvvəsinin (refraksiya) qüsuru olub, təsvirin gözün kökündə, torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir. Miopiya zamanı insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir. Diaqnostika prosesində vizometriya (görmənin yoxlanması), skiaskopiya, refraktometriya, oftalmoskopiya, biomikroskopiya, gözün ultrasəs müayinəsi aparılır. Miopiyalı pasiyentlərə mənfi göstəricili, səpici linzalarla eynək və ya kontakt linzalar təyin olunur. Yaxından görmənin cərrahi üsullarla (lensektomiya, fakik linzaların implantasiyası, radial keratotomiya, keratoplastika, kollagenoplastika) və ya Eksimer lazer cərrahiyyəsinin (LASEK, FRK və s.) köməyilə korreksiyası mümkündür.

Digər lüğətlərdə

вка́пываться выщу́пываться изло́манный оториноларинго́лог по ше́йку поде́яться проме́ниваться серя́нка шуру́пить я́мка просе́вка ти́скальщик че́стность bus-stop call back choiceful draught-board hypotrochoid looey slang выпукло обкатать полёвка пунктирный свиток