Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaprak Dökümü (serial,2006)
Yaprak Dökümü, 2006-2010-cu illər arasında Kanal D-də yayımlanan ailə və dram janrlı türk serialıdır. Reşat Nuri Güntekinin eyniadlı kitabından uyğunlaşdırılıb. Ümumilikdə 5 sezondan ibarət olan serial 174-cü bölümü ilə sona çatdı. == Mövzusu == Ömrünü biri oğlan olan 5 övladına yaxşı fikirlər, təmiz şəxsiyyətlər bəxş etməyə həsr edən Əli Rıza bəy bir hadisədə haqsızlığa göz yumması istənildikdə rayon qubernatorluğundan istefa verir. yaşadı. Qızı Necla da İstanbulda universitet təhsili alanda ailə İstanbula, öz köhnə malikanəsinə köçür. Leylanın universitetə ​​hazırlıq kursu, Necla ilə Ayşenin məktəb xərcləri ailəni çətin vəziyyətə salır və Əli Rıza bəy yenidən işə başlayır. Ondan yeni işində öz prinsiplərini güzəştə getməsi tələb olunduqda, o, yenidən istefa verir. İndi şərtlər daha çətin olduğundan, ana Hayriyə xanım ərinin işdən çıxmaq qərarını dəstəkləmir və evdə iğtişaşlar başlayır. Şövkət əsgərlikdən qayıdıb bankda işə başlayanda Əli Rıza bəyin yükü yüngülləşir.
Kapral
Kapral (alm. kарrаl‎, <fr. сароrаl < it. caporale - "komandir") — komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.
Lavrak
Lavrak (lat. Dicentrarchus labrax) — xanıkimilər dəstəsindən balıq növü.
Yaplar
Yap (özünüadlandırma) və ya yaplı — Yap adasının yerli xalqı, mikroneziyalılar. Ümumi sayı— 500, bəzi mənbələrdə isə — 5 min göstərilir. Etnik baxımdan belaulara daha yaxındılar. Yerli dil — Yap dilidır. İngilis dili daha geniş yayılmışdır. Əsas din - xristianlıqdır. Ancaq yerli inanclarda üstünlük təşkil edir. == Mənşəyi == Formalaşmasını avstroneziya xalqları ilə bağlasalarda, yayılma mexanizmi tam öyrənilməyib. Aid olduğu yap dili mikroneziya dilləri daxilində ərimiş. Antropoloji və linqvistik baxımdan yaplar daha çox melaneziya ilə bağlıdır.
Yarpaq
Yarpaq — bitkilərin həyatında fotosintez, tənəffüs və transpirasiya (buxarlanma) üçün əsas orqan. Yarpağın rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməsi ilə bağlı olaraq yarpağın biçimi dəyişilə bilər. Yarpaqda üzvi maddələr yaranır ki, bunların hesabına bitki öz orqanlarını qurur və bir bölümünü də ehtiyat qida halında bəlli orqanlarda toplanır. Yarpaq eyni zamanda normal şəkildə və ya metamorfoz edərək çoxalmada işlənə bilir. Yarpaqların əlavə köklər yaratma xüsusiyyətindən istifadə edərək bitkiləri vegetativ çoxaldırlar. Saplağı olan yarpaqlara "saplaqlı", saplaqsız yarpaqlara "oturaq yarpaqlar", saplağın və yarpağın alt qaidəsinin genələrək gövdəni novça kimi tutduğu yarpaqlara isə "qın yarpaqlar" deyilir. Yarpağın əsas və gözə çarpan hissəsi onun köhnəlmiş hissəsidir, buna "yarpaq ayası" deyilir. Bitkilərin bir çoxunda yarpağın dibində çıxıntı olur ki, o "yarpaqaltlığı" adlanır. Beləliklə yarpaqlar iki yerə ayrılır: Bəsit yarpaqlar Mürəkkəb yarpaqlar == Hüceyrəvi quruluşu == Yarpağın hüceyrəvi quruluşu dedikdə yarpağın daxili quruluşu nəzərdə tutulur.Daxili quruluşa(yarpaqda) ağızcıqlar,yarpaq damarları aiddir.
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlarBarak Obama — ABŞ prezidenti.DigərBarak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Capra
Dağ keçisi (lat. Capra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Yappa
Yappa — Yəhudi soyadı. Tanınmış şəxslərYuri Yappa —KəndlərYappa — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində kənd. Yappa (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd.DigərYappa papaq — Qarabağda parça üzlü papaq "yappa papaq" (və ya "qara papaq") kimi tanınırdı.
Yaraş
Yaraş (mac. járás) — Macarıstan inzibati-ərazi bölgüsü vahidi. 2013-cü ildə Yaraş "kistershegami" (kistérség) adlanan əvvəlki inzibati ərazi vahidlərini əvəz etdi. == İnzibati ərazi iyerarxiyasının yeri == Hal-hazırda Macarıstan 19 medye (və şəhərlərə, bərabər olan medye - Budapeştə ) bölünən 7 regiona bölünür və medye isə - 175 rayon-yaraşlara bölünür (mac. járás), rayonlar - icmalara (mac. község) daxildir. == İstinadlar == == Xarici keçidlər == 2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról. In:2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról.
Batrak (Bakalı)
Batrak (başq. Батрак, rus. Батрак) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 55 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (61 %) üstünlük təşkil edir.
Sonuncu yarpaq
“Sonuncu yarpaq” (ing. The Last Leaf) - amerikalı yazıçı O. Henrinin “Yanan Çıraq” seçilmiş hekayələrindən bir novella. == Məzmun == Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoça rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikiri haqqında ona danışır.
Yaplar (xalq)
Yap (özünüadlandırma) və ya yaplı — Yap adasının yerli xalqı, mikroneziyalılar. Ümumi sayı— 500, bəzi mənbələrdə isə — 5 min göstərilir. Etnik baxımdan belaulara daha yaxındılar. Yerli dil — Yap dilidır. İngilis dili daha geniş yayılmışdır. Əsas din - xristianlıqdır. Ancaq yerli inanclarda üstünlük təşkil edir. == Mənşəyi == Formalaşmasını avstroneziya xalqları ilə bağlasalarda, yayılma mexanizmi tam öyrənilməyib. Aid olduğu yap dili mikroneziya dilləri daxilində ərimiş. Antropoloji və linqvistik baxımdan yaplar daha çox melaneziya ilə bağlıdır.
Yarpaq dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Yarpaq fırfırası
Yarpaq fırfırası (lat. Recurvaria nanella Hb.)-Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda ölçüsü 8-11 mm-dir. Ön qanadları açıq-qaramtıl rəngdədir. Yumurtası sarıdır. Tırtılı 5-7 mm olmaqla bir neçə rəngdə olur. Pupu ağ ipək baramacıq içərisində, 5-6 mm uzunluqda olmaqla qəhvəyi rəngdədir. == Həyat tərzi == Yarpaq fırfırası ikinci yaş tırtıl mərhələsində hörümçək toruna bənzər baramacıq içərisində, ağacların qabıqaltı yarıqlarında qışlayır. Qışlama yerlərindən yazda, mart ayının axırları, aprel ayının əvvəllərində çıxırlar və təzəcə açılmış yarpaqları bir-birinə birləşdirərək, onların içərisində qidalanırlar. Yarpaq fırfırası ilə yoluxmuş yarpaqlar tədricən quruyub saralır və sıradan çıxırlar. Belə yarpaqlar içərisində tırtıl mərhələsi başa çatır.
Yarpaq xalçaları
Yarpaq xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Yavlak Arslan
Müzəffərəddin Yavlak Arslan və ya Yavlak Arslan Bəy (türk. Muzaffereddin Yavlak Arslan; ?, Çobanoğulları bəyliyi-1292, Konya, Anadolu Səlcuqlu Dövləti) - 1280-1292 Çobanoğlulları bəyi. "Saltuknamə"-də adı "Məlik Müzəffərəddin" olaraq keçməkdədir.
Yodrak Salakcay
Yodrak Salakcay (tay ยอดรัก สลักใจ; 6 fevral 1956, Tafan Xin rayonu[d], Pxiçit[d] – 9 avqust 2008, Banqkok) – Tailand musiqiçisi.
Zolaqlı lavrak
Zolaqlı lavrak və ya Zolaqlı xanı (lat. Morone saxatilis) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan növ. Atlantik okeanının Şimali Amerika sahillərində, Müqəddəs Lavrentiya çayı mənsəbindən Luizinannaya qədər olan ərazidə yayılmışdır. Xəzər dənizində yaşayan balıqların siyahısında adı çəkilir. Zolaqlı lavrak gümüşü rəngli uzadılmış bədən quruluşuna sahibdir. Maksimal uzunluğu 200 sm-dir. İndiyənə kimi qeydə alınan ən böuük nümunə 57 kq-dır. Yetkin fərdlərin böyük əksəriyyəti 120 sm olur. Belə ehtimal edilir ki, bu balıqların ömür müddəri 30 ildir. Miqrasitya edən balıq növüdür.
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. == Yaraların təsnifatı == Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Amrak xaqan
Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi. == Həyatı == Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır. Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir. Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi.
Barak (mifologiya)
Barak (çay)
Barak (benq. বরাক নদী) — şimal-şərqi Hindistanda Surma-Meqxna sisteminin bir hissəsi olan böyük çay. Çay, Manipur əyalətinin dağlıq hissəsində başlayır, çox sayda qolu (Qumti, Xourax, Kagni, Senai Buri, Hari Mangal, Kakrai, Kurulia, Balujhuri, Şonaiçari, Durduria) alır və qərbdən axaraq, Manipurun cənub-qərbindən Mizoram əyalətinə keçir. . Mizoramada, qərbdən axır, sonra şimala dönərək Assam əyalətinə girir, burada Laxypur bölgəsində qərbə və düzənliyə çevrilir. Assamda, qərbdən Madhura çayının axdığı Silchar şəhərinə və Banqladeş ilə sərhədə, burada iki qola bölünür: şimal (Surma) və cənub (Kuşiyara). == Təbiəti == Barak su bioloji müxtəlifliyi baxımından dünyanın ən zəngin çayları arasındadır, çünki burada 2000-dən çox növ balıq var. Digər canlılar arasında çay Barak timsahı və ya Siams timsahı (nadir və nəsli kəsilmək təhlükəsi altında olan timsah), Susu delfin, Hamar örtülmüş çəmənlik və qara timsah var. Baraq çayı, başlanğıcından Naqaland sərhəddində Surma və Barak çayına qədər bükülməsinə qədər 564 kilometrdir. Biyomalar vəhşi təbiət baxımından olduqca zəngindir və çayın bütün uzunluğunda da çox müxtəlifdir: 1. Varzea meşəsi (su basmış meşəli meşə) 2.
Barak 8
Barak 8 və ya qısaca LR-SAM və ya MR-SAM (ivr. ‏ברק 8‏‎) — təyyarələr, helikopterlər, gəmi əleyhinə raketlər və PUA-lar, habelə ballistik raketlər, qanadlı raketlər və döyüş təyyarələri daxil olmaqla hər növ havadan gələ biləcək təhdidlərdən qorunmaq üçün hazırlanmış Hind-İsrail raket. Həm dəniz, həm də yer variantları mövcuddur.Barak 8 İsrail Aerokosmik Sənayesi, Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı, İsrail Silahların və Texnoloji İnfrastrukturun İnkişafı İdarəsi, Elta Systems, Rafael və digər şirkətlər tərəfindən birgə hazırlanmışdır. Bharat Dynamics Limited raketləri istehsal edir. == Arxa plan == Barak 8, orijinal Barak 1 raketi əsas alınaraq yaradılıb. İsrail 30 iyul 2009-cu ildə təkmilləşdirilmiş Barak II raketini uğurla sınaqdan keçirdi. Radar sistemi 360 dərəcə görüş təmin edir və raketlər gəmidən 500 metr məsafədə gələn bir hücumu dəf edə bilir. Hər bir Barak sistemi (raket konteyner, radar, kompüterlər və quraşdırma) təxminən 24 milyon dollara başa gəlir. 2009-cu ilin noyabr ayında İsrail ilə Hindistan arasında yenilənmiş Barak 8 HHM sistemi üçün 1,1 milyard dollarlıq müqavilə imzaladı.
Barak Ana