YAPMAQ

f.
1. Bişmək üçün təndirin divarına yapışdırmaq.
Qasım əminin övrəti Həlimə xala çörək yapırdı. C.Məmmədquluzadə.
Biz almışıq arvadı əppək yapa. Ə.Nəzmi.

// Ümumiyyətlə, yapışdırmaq.
Neyləyirdim bəzəyi, ya düzəyi? Dama, divara yapardım təzəyi. M.Ə.Sabir.

2. köhn. Etmək.
Nə yapırsan, ay biçarə; Nə ölkəyə səs salırsan. Molla Cümə.
[İsmət:] Get, nə yaparsan yap, çəkil get, durma! H.Cavid.
Zeynal şaşırdı, nə yapacağını təyindən aciz kimi idi. S.Hüseyn.
Bir axşamçağı idi.
Başmaqseyri yapmaq fikri ilə evdən çıxdım. T.Ş.Simurq.

3. köhn. Tikmək, qayırmaq, düzəltmək, qurmaq.
Xatirin cəm eylədin, əhli-vəfa könlün pozub; Bir imarət yapmağa min ev yıxar memar tək. Füzuli.
…Tazədən bir möhkəm barı yapdılar. Dərbəndnamə”.
İki kamança, iki tar tapdılar; Bir çəmənin üstə məclis yapdılar. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAPMAQ 1. YAPMAQ, YAPIŞDIRMAQ 2. yapmaq bax etmək 3. yapmaq bax tikmək 1; qayırmaq 1
  • YAPMAQ tikmək — düzəltmək — qayırmaq
  • YAPMAQ yapışdırmaq
YAPMA
YAPMALIQ

Digər lüğətlərdə

гидрометеороло́гия голи́к коленко́ровый коме́та кустова́ть обно́с перяно́й Рифе́й та́лес шоуме́н инозе́мка ро́стры солёненькое куурлю adherent drain-pipe Jesus freak Ordovician resawing machine robotechnics study guide torridity wind gauge плакатист смутьян