is. 1. Ağac və s. bitkilərin yastı və cinslərinə görə müxtəlif şəkildə olan yaşıl rəngli tənəffüs orqanı. Çinar yarpağı. Qoz yarpağı. Meynə yarpağı. Limon yarpağı. Yarpaqlar payızda tökülür.
– Evimiz hazırdır, bir bağ içində; Eyvanı yamyaşıl yarpaq içində. S.Vurğun.
Ağacların bir yarpağı belə tərpənmirdi. M.Hüseyn.
□ Yarpaq açmaq – yarpaqlanmaq, yaşıllaşmaq.
Şəhərin kənarında olan böyük bağçada, hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. C.Cabbarlı.
Pəncərənin önündə bir ağac; Puçurladı, yarpaq açdı. N.Rəfibəyli.
Yarpaq dolması – meynə yarpağına bükülüb bişirilən dolma.
…Boşqabın içində üstü qatıqlı dörd yarpaq dolması … qoyulardı. H.Sarabski.
Yusif yarpaq dolması ilə dolu boşqabı irəli çəkib yeməyə başladı. Ə.Vəliyev.
Yarpaq (nanə yarpağı) kimi (tək) əsmək (titrəmək) – tir-tir əsmək (qorxudan, soyuqdan).
Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə.
Gülsüm qorxusundan nanə yarpağı tək əsirdi. Ə.Haqverdiyev.
2. Vərəq, səhifə.
[Rza kişi] kağızdan bir yarpaq götürüb içinə çoxlu tənbəki tökdükdən sonra bükdü. Ə.Vəliyev.
// Yarpağa oxşayan, yarpaq şəklində olan hər şey.
3. Bənd (şeirdə). [Rəsul:] Güloğlan, dörd yarpaq söz deyəcəyəm.
Cavabın verə bilsən, mən buradan birbaş Təbrizə qayıdacağam. “Aşıq Qərib”.