Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yardarlıq
Yardarlıq — torpaq icarəsi forması; torpaq mülkiyyətçisinə icarə haqqı məhsulla ödənilir. Xırda kənd təsərrüfatı istehsalçılarının, əsasən, kapitalizməqədərki və zəif inkişaf etmiş kapitalist istismarı formasını xarakterizə edir. Kapitalist istehsal münasibətlərinin yaranması şəraitində yardarlıq feodal torpaq icarəsindən kapitalist torpaq icarəsinə keçid forması idi. Yardarlıq feodalizm qalığı kimi bir sıra inkişaf etmiş kapitalist ölkəsində (ABŞ, İtaliya, İspaniya) hələ də qalmaqdadır. Şərqin bir çox ölkəsində (məsələn, Hindistanda) yardarlıq icarə münasibətləri formaları arasında mühüm yer tutur. Oktyabr inqilabından əvvəl Azərbaycanda yardarlıq yarımicma formasında mövcud olmuşdur. Јардарлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Arianlıq
Arianlíq — IV—VI yüzilliklərində yaranan və İsanın təbiətinin Ata tərəfindən yaradılmış olduğunu iddia edən xristian təlimlərdən biri. Təlimin yaradıcısı İskəndəriyyə keşişi Arius (q. yun. Ἄρειος, ö. 336) olmuşdur. Arianlıq öncə Roma imperiyasının Şərq vilayətlərində yayılmışdır. Sonra imperator Konstantindən sonra II Valentin dövrüvə qədər, daha sonra isə Alman kralıqlarında rəsmi dövlət statusunda olmuşdur. Sonda ortodoks kilsələrlə mübarizədə məğlub olmuşdur, tarixdən silinmişdir. == Yaranma öncəki olaylar == IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır.
Qaranlıq
Qaranlıq (Duzluca) Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Aşağı Qaranlıq
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir. Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir.
Qaranlıq (Abaran)
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə -lıq şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
Qaranlıq (dəqiqləşdirmə)
Qaranlıq (Duzluca) Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qaranlıq (kənd)
Qaranlıq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda yerləşən kənddir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dağ, təpə» mənasında işlənən qara sözünə məkan anlayışı bildirən -lıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur. QARANLIQ - Yuxari Qarabağda yer adı. Digər adı Yuxarı Kuznutdur.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Qaranlıq Qala
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qaranlıq enerji
Qaranlıq enerji (ing. Dark energy) - fiziki kosmologiyada, astronomiyada, astrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü. Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır. Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır.
Qaranlıq fantaziya
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Qaranlıq materiya
Qaranlıq rayonu
Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi. 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Qarğalıq (Masallı)
Qarğalıq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 1705 nəfərdir. Qarğalıq oykonimi coğrafi obyekt adı olmaqla qədim türk tayfalarından birinin adı olan qarqaikarqa və qədim türk dilli abidələrdə bir sıra mənalarla yanaşı, həm də -/* şəkilçisinin sinonimi kimi mənsubluq, aidlik mənasında işlənmiş -hq şəkilçisindən ibarət olub “qarğa tayfasına məxsus (kənd)” mənasını daşıyır. Karqa etnonimi mənbələrin birində qaraqalpaklann bir qolunun adı kimi qeyd edilir. Bu ada Qərbi Sibir, qırğız və özbək xalqlarının arasında da rast gəlinir. Keçən əsrdə Tatarıstanda Karqalı, Şimali Qazaxıstanda Karqalı, Krımda Karqalıq toponimləri qeydə alınmışdır.
Qarğalıq (Naxçıvan)
Qarağalıq — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir. Qəsəbə Araz çayının sahilində, şəhər mərkəzindən cənub-qərbində 7 km məsafədə yerləşir. Culfa - Uluxanlı dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Hazırda stansiya kimi də istifadə olunur. Qarğalıq qəsəbəsinin adı qarğa(türk qəbiləsindən birı) və -lıq şəkilçisinin komponentlərindən yaranmış, mənası "Qarğa qəbiləsinə mənsub yer" deməkdir. Qarğa etnonimi həmçinin başqa türk xalqalrında da Azərbaycandakı kimi işlənməkdədir. Məsələn, qaraqalpaq tayfalarından birinin adı kimi də qeyd olunur. Bu ada qırğızlar və özbəklər arasında, əlavə olaraq Qərbi Sibiri də türk xalqları arasında çox rast gəlinir. Krımda, Şimali Qazaxıstan, Tatarıstanda da Qarğalı toponimlərinə çox rast gəlinir.
Qarğalıq (Xaçmaz)
Qarğalıq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Yorğanlı (Urmiya)
Yorğanlı (fars. يورقانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (75 ailə).
Qaranlıq fentezi
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Qaranlıq döngə
Qaranlıq döngə (çin. 黑暗的胡同) və ya Karate şantajı (fr. Chantage au karaté) — 1972-ci ildə Nq Vun və Vinq Sanq Vonq tərəfindən çəkilən Tayvan və Honkonq döyüş filmi.
Qaranlıq (Duzluca)
Qaranlıq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır.
Qaranlıq (film, 2018)
Qaranlıq — "A Class Production"-un istehsalı olan Azərbaycan filmi. Filmin ssenarisi 2015-ci ildən yazılmağa başlanmış, 2017-ci ildə tamamlanaraq ekranlaşdırılmışdır. Filmin prodüseri Azər Zeynalov, ssenari müəllifi, rejissoru və bəstəkarı Kənan Zeynalovdur. Filmin operator və montaj işi İsmayıl Zeynalova məxsusdur. Filmin çəkilişləri 2017-ci ilin yay aylarında reallaşmışdır. İki ay əvvəl Fəridi itirən Nuray yeni bir sevgi romanı yazmaq qərarına gəlir. Bunun üçün anasının tanışı — illər öncə müəmmalı şəkildə öldürülmüş Firuzənin gündəliyini oxuyub ondan istifadə etmək istəyir. Nuray gündəliyi oxuyarkən burada bir vərəqin çatmadığını görür. Bu, Nurayda şübhə doğurmağa başlayır. Firuzənin sevgilisi olmuş Fikrətlə görüşüb 34 il ərzində üstü açılmamış bu qaranlıq cinayəti araşdırmağa çalışırlar.
Qaranlıq (serial, 2017)
Dark — Baran bo Odar və Jantje Friese tərəfindən yaradılan elmi fantastika və dram növündəki Alman teleserialıdır. Bu, ilk Netflix orijinal alman serialıdır və 1 dekabr 2017-ci ildə yayımlanmağa başladı. Serialın ilk mövsümü tənqidçilərdən daha çox müsbət rəylər aldı və digər Netflix serialı Stranger Things ilə müsbət və mənfi müqayisələr edildi. Üçüncü və son mövsüm 27 iyun 2020-ci ildə yayımlandı. Almaniyanın Winden şəhərinin uşaqlarının yoxa çıxması ilə bölgədə yaşayan dörd ailənin pozulmuş münasibətləri, ikili həyatı və qaranlıq keçmişi üzə çıxır və üç nəslə yayılan bir sirr üzə çıxır. Əsas personajlar atasının intiharını başa salmağa çalışan gənc Jonas Kahnwald, qardaşı 33 il əvvəl yoxa çıxan polis məmuru Ulrich Nielsen və polis rəisi Charlotte Dopplerdir. 2019-cu ildə başlayan hekayə, qısa müddətdə 1986 və 1953-cü illərdəki hadisələri əhatə etməyə başlayır, serialın əsas ailələrindən bəzi insanlar nüfuzlu Tiedemann ailəsinin işlətdiyi nüvə stansiyasının altında işləyən mağara sistemində bir qurd dəliyinin varlığından xəbərdar olurlar. Birinci sezonda təkcə Kahnwald, Nielsen, Doppler və Tiedemann ailələrinin sirləri üzə çıxmaqla yanaşı həm də itən uşaqlarla şəhər və onun sakinləri arasındakı münasibətlər də üzə çıxdı və ailələrin həyatları məhv olmağa başladı. İkinci sezonda Jonas Adamla görüşür və atasının intihar etməsinin qarşısını almağa və hər şeyin təkrarlanmasının qarşısını almağa çalışır. Ancaq Adam bundan istifadə etdi və orta yaşlı Klaudiya ilə dövrü davam etdirməyə çalışır.
Xaqanlıq
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi. Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular. Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır.
Qaranlıq Krallıq (dəqiqləşdirmə)
Qaranlıq Krallıq "Seylor Mun" mediafranşizində düşmən qrupdur. Qaranlıq Krallıq bu mənaları da verə bilər: Qaranlıq Krallıq arkı — "Seylor Mun"un ilk arkı. Qaranlıq Krallıq: Əjdaha kralı — 2004-cü il istehsalı Almaniya filmi və miniseriya. Untold Legends: Dark Kingdom — 2006-cı il istehsalı videooyun.