Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. == İslamda haram == Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. == Xristianlıqda haram == Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
Yaraş
Yaraş (mac. járás) — Macarıstan inzibati-ərazi bölgüsü vahidi. 2013-cü ildə Yaraş "kistershegami" (kistérség) adlanan əvvəlki inzibati ərazi vahidlərini əvəz etdi. == İnzibati ərazi iyerarxiyasının yeri == Hal-hazırda Macarıstan 19 medye (və şəhərlərə, bərabər olan medye - Budapeştə ) bölünən 7 regiona bölünür və medye isə - 175 rayon-yaraşlara bölünür (mac. járás), rayonlar - icmalara (mac. község) daxildir. == İstinadlar == == Xarici keçidlər == 2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról. In:2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról.
Yarma
Yarma – dənli, qarabaşaq və paхlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, хırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaхşı mənimsənilən kalorili məhsuldur. Yarma uşaqların və bir çoх хəstələrin qidası üçün əvəzedilməz yeyinti məhsulu hesab edilir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müхtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müхtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur. Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, darı) və iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır. Müхtəlif yarma növləri biri digərindən хarici əlamətlərinə (formasına, ölçüsünə, rənginə), toхumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, bioкimyəvi хassələrinə, tərkibində olan zülalların, karbohidratların (хüsusilə nişastanın), yağların, mineral maddələrin, vitaminlərin miqdarına görə fərqlənirlər. == İstinadlar == Əhmədov Ə.I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərslik. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. == Yaraların təsnifatı == Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Boko Haram
Boko Haram (əsl adı: Camaat’u Əhlus-Sünnə lid-Da’va vəl Cihad) - Nigeriyanın radikal islam sektası. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb. == Təşkilatın məqsədi == Boko Haram müsəlmanların qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq, qadağan edir. Boko Haram Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini hesab edir. Qrupun rəsmi adı "Cama'atu Əhlis Sünnə Liddə'əvəti vəl-Cihad" ərəbcə "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" deməkdir. Qruplaşmanın yerləşdiyi ölkənin şimal-şərqində yerləşən Maiduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - Boko Haram deyərək çağırırlar. Hausa dillindən bu ad "Qərb təhsili haramdır" kimi tərcümə edilir. Əvvəlcə "boko" saxta demək idi, amma Qərb təhsili mənasını daşımağa başladı.
Haram (dəqiqləşdirmə)
Haram — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah.
Haram qalası
Qala İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında, Haram çayının sağ sahilində, çox da hündür olmayan və təbii cəhətdən son dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlər bu qalaya "Qırxotaq" və ya "Qırxqız" qəsri də deyirlər. Kirəc məhlulundan istifadə etməklə tikilən bu abidə olduqca yaxşı mühafizə olunub. Müəyyən hissələrini nəzərə almasaq abidənin divarları bütünlüklə salamat qalıb. Abidə "Qırxotaq" adlandırılsa da, oradakı otaqların sayı 40-dan çoxdur. İri dəhliz yerləri aydın görünür. Rəvayətə görə Şirvan xanları hər otaqda bir gözəl qız (hərəm) saxlayırmış və onların bir – birindən xəbəri olmazmış. Belə fikir yürüdülür ki, "Haram qalası" doğrudan həm də hərəm qalası olub. Qalaya Sulut kəndinə qədər avtomobillə kənddən qalaya qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Qaram masala
Qaram masala (hind गरम मसालाdən, garam ("isti") və masala (ədviyyələr qarışığı)) — Şimali Hindistan və digər Cənubi Asiya mətbəxlərində yayılmış olan döyülmüş (üyüdülmüş) ədviyyat qarışığı.
Yarat (Baymak)
Yarat (başq. Ярат, rus. Яратово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Yarat kənd şurasının tərkibindədir. 1980-ci ilə qədər 1-ci Etkol kənd şurasına daxil idi. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 27 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 71 km.Yarat kəndi Samkara çayının sağ sahilində yerləşir.
Yarma (termin)
Yarma (rus. прорва, ing. cut-off) meandr boynunda əmələ gələn yeni məcra; çayın deltasında yeni qol; qum dilinin yuyulma yeri.
Yarma plov
== Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Yarma-100 q, düyü-100 q, əridilmiş yağ-50 q, qurudulmuş kütüm-100q və tam üçün duz tökülür. == Hazırlanma qaydası == Buğda yarması artlanıb yuyulur və yarıhazır vəziyyətə çatınca qaynar duzlu suda bişirilir. Sonra bunun içinə yuyulmuş düyü tökülür hamısı birlikdə hazır olunca bişirilir. Qurudulmuş kütüm suda bişirilir, dərisi və tıxları təmizlənir. Bəzən kütüm su buxarında bişirilir, xırda təpəciklər bölünür. Süfrəyə verilən zaman yarma plov boşqaba çəkilir, yağ tökülür və ayrıca yanına kütüm təpəcikləri qoyulur.
Yarım günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Yoram Dinşteyn
Yoram Dinşteyn (ivr. ‏יורם דינשטיין‏‎; 2 yanvar 1936, Tel-Əviv) — İsrail alimi və Təl-Əviv Universitetində fəxri professor. O, beynəlxalq hüquq üzrə və müharibə qanunları üzrə mütəxəssisdir. Dinşteyn 1991–1998-ci illərdə Təl-Əviv Universitetinin prezidenti vəzifəsində çalışmışdır. == Seçilmiş əsərləri == KitablarThe Conduct of Hostilities Under the Law of International Armed Conflict, ISBN 0521198135, Cambridge University Press (2nd ed., 2010) The International Law of Belligerent Occupation, Cambridge University Press, ISBN 0-521-72094-X (2009) War, Aggression and Self-Defence, Cambridge University Press, ISBN 0-521-79758-6 (4th ed., 2005) (5th ed., 2011) War crimes in international law, co-editor with Mala Tabory, Martinus Nijhoff Publishers, ISBN 90-411-0237-X (1996) Freedom of Religion and the Protection of Religious Minorities, The Jacob Blaustein Institute for the Advancement of Human Rights (1991) The Release of Prisoners of War, International Committee of the Red Cross (1984) Models of Autonomy, Transaction Publishers, ISBN 0-87855-435-1 (1981) The Laws of War at Sea, (1980) The Defence of "Obedience to Superior Orders" in International Law, A. W. Sijthoff (1965)Məqalələr"Air and Missile Warfare Under International Humanitarian Law", The Military Law and the Law of War Review. (2013) "Comments on Protocol I}, International Review of the Red Cross (2010) "War, Aggression and Self-Defence", Commonwealth Law Bulletin, Volume 32, Issue 4 (December 2006) "Comments on War", Harvard Journal of Law and Public Policy (2003) "The Parameters and Context of International Criminal Law" Arxivləşdirilib 2022-02-23 at the Wayback Machine, Touro Journal of Transnational Law (1988) "International Criminal Law", The Israel Law Review (1985) "Oil pollution by ships and freedom of the high seas", Journal of Maritime Law & Com.
Zənqi yarım
Zənqi yarım – Talış xalq mahnısı. Mahnı, SSRİ Xalq Artisti Rəşid Behbudovun ifasından sonra şöhrət qazanmışdır. Daha sonralar mahnı, İsrail Məmmədov və Azərbaycan xalq artisti Faiq Ağayev tərəfindən ifa olunmuşdur. Talışca "zanq" ( zənq ) sözü "ay ışığının suda əksi" anlamını verir. Talış xalqının qədim adətlərinə görə, qadınlar bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində adət öz əksini tapır. == Sözləri == == Xarici keçidlər == Rəşid Behbudov-Zənqiyar == Mənbə == Aydın Xan Əbilov. Bir Xalçanın İlmələri, Azərbaycanda yaşayan xalqların ədəbiyyat etnologiyası.
Ümmü Haram
Ümmü Haram (ərəb. أم حرام بنت ملحان‎, Mədinə – Larnaka) — Türklər arasında , Xala Sultan və ya Ümmüxan Sultan kimi tanınan səhabə, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin bibi-əmiqızı əlaqəsi olan səhabə. Bəzi islam alimlərinin fikrincə, o, Məhəmmədin süd anasının bacısıdır. Digərləri bu qohumluğun ata və ya baba tərəfdən olduğunu iddia edirlər. Türklər arasında Xala Xatun adlanması ərəbcə xala sözü olan “hâ-le” sözündən gəlmədir. Bu gün də Anadolunun müxtəlif yerlərində ananın bacısı xala olaraq çağırılır. O, Ubadə ibn Samitin həyat yoldaşıdır. Uhud və Hüneyn kimi döyüşlərdə yaralı əsgərlərə xidmət etmişdir. Onun Suriya fəthlərində iştirak etmək üçün Şam bölgəsinə getdiyi də məlumdur. İslam tarixində ilk dəniz səfərləri başlayan xəlifə Osmanın dövründə həyat yoldaşı ilə birlikdə Kipr səfərlərində iştirak etmişdir.
Aram Açıqbaşyan
Aram Açıqbaşyan (erm. Արամ Աչըքպաշյան, türk. Aram Açıkbaşyan; gerçək adı: Qriqor Qarabedyan, erm. Գրիգոր Կարապետյան; 1867, Ərəbgir[d] – 15 iyun 1915, Konstantinopol) — Osmanlı ermənilərindən olan hüquqşünas, siyasətçi, təşkilatçı, fədai, terrorçu, Sosial Demokrat Hnçak partiyasının üzvü. == Həyatı == Aram Açıqbaşyan 1867-ci ildə Osmanlı imperiyasının Mamurətül-əziz vilayətində yerləşən Ərəbgir kəndində anadan olmuşdur. O, ali təhsilini 1886-cı ildən Konstantiniyyə Darülfünunun hüquq fakültəsində almışdır. Açıqbaşyan 1889-cu ildə Boyacıyan Hampartsum Murad Əfəndinin tövsiyəsi ilə Sosial Demokrat Hnçak partiyasının üzvləri ilə dostluq əlaqəsi qurmuşdur. O, 27 iyul 1890-cı ildə Qumqapı nümayişlərinin təşkilatçısı olmuşdur. 1894-cü ildən etibarən Anadaoludakı erməni fədailər hərəkatının təşkilatçısı olmağa başlamış və 1903-cü ildə Sosial Demokrat Hnçak partiyasının mərkəz komitəsinin üzvü olmuşdur. Açıqbaşyanın 1985-ci ildə gerçəkləşən Şəbinqarahisar üsyanında əhəmiyyətli bir rolu var idi.
Aram Kostandyan
Aram Kostandyan (22 yanvar 1894, Şuşa – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri. Aram Kostandyan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Aram Mp3
Aram Sarqsyan (erm. Արամ Սարգսյան; 5 aprel 1984, İrəvan) — erməni müğənni, bəstəkar, teleaparıcı, aktyordur.
Aram Sarkisyan
Aram Qasparoviç Sarkisyan (erm. Արամ Գասպարի Սարգսյան; 14 avqust 1949, İrəvan) — Ermənistan siyasətçisi, rus dili və rus ədəbiyyatı müəllimi, kommunizm və sosial-demokratiya aktivisti. == Bioqrafiya == Aram Qasparoviç Sarkisyan 14 avqust 1949-cu il tarixində SSRİ-nin respublikalarından biri olan Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində anadan olmuşdur. O, 1967–1972-ci illərdə İrəvan Dövlət Dil Universitetində, daha sonra isə Moskva Yüksək Komsomol Məktəbində təhsil almışdır. Gənclik dövründə bir çox zavod və fabriklərdə işləmişdir. 1970–1980-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasında "Komsomolskaya pravda" və "Pravda" qəzetlərinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1971–1972-ci illərdə "Komsomolets" qəzetinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1990-cı ildə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi olaraq fəaliyyət göstərmişdir. 14 may 1991-ci il tarixindən 7 sentyabr 1991-ci il tarixinə qədər Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. 1992–1995-ci illərdə "Azdarar" qəzetinin ümumi nəşriyyat direktoru olaraq fəaliyyət göstərmişdir.
Aram Xaçaturyan
Aram İliç Xaçaturyan (24 may (6 iyun) 1903, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası[…] və ya Kocori, Tiflis quberniyası, Rusiya imperiyası – 1 may 1978[…], Moskva, RSFSR, SSRİ[…]) — erməni mənşəli bəstəkar; Azərbaycan SSR xalq artisti (1973), SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1950). Ermənistan SSR Dövlət himninin müəllifidir (1944).
Aram Yergenyan
Aram Yergenyan (erm. Արամ Երկանեան; 20 may 1900, Ərzurum, Ərzurum vilayəti – 2 avqust 1934, Kordova) — Daşnaksütun təşkilatının rəhbərlərindən biri, Fətəli Xan Xoyskinin qatili. Sözdə erməni soyqırımında rol aldığı iddia edilən türk ziyalısı Bahattin Şakir və Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli Xan Xoyskini intiqam məqsədilə qətl etmişdir. Ermənistan Respublikası tərəfindən milli qəhrəman adına layiq görülmüşdür. Aram Yergenyan 20 may 1900-cü ildə Türkiyənin Ərzurum şəhərində Sarkis Yergenyan və Mariyam Soghoyan Yergenyanın ailədə üçüncü oğulu olaraq dünyaya gəlmişdir. Sözdə erməni soyqırımına şahid olan Yergenyan ailəsi daha sonradan Cənubi Qafqazda yaşayıblar. Aram Yergenyan 1917-ci ildə könüllü olaraq Baş-Abaran müharibəsində General Dro üçün savaşmışdır. 1918-ci ildə Ermənistanın Osmanlı üzərində qalibiyyətindən sonra "Nemezis" əməliyyatını keçirənlərdən biri olmuşdur. Erməni inqilabçı federalistləri təşkilatına üzv olmuşdur. Aram Yerganyan, Almaniyada etdiyi hərəkat sonrasında, əvvəl Avstriyaya və daha sonra Buxarestə getdi.
Aram Şah
Aram Şah (XII əsr – may 1211) — 1210–1211-ci illərdə iqtidarda olmuş sultan, Müəzzilər dövlətinin ikinci hökmdarı.
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. == Həyatı == Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lоri qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sоnra, 1744-cü ildə Dizağın məliyi оlur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq еtməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat еtmişdir. == Ailəsi == Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanеs bəy adlı оğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" еlmi-kütləvi dərgi, 2011, №3, səh.23-34.
Aram dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Aram Torqomyan
Aram Torqomyan — polkovnik.