Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Caracal caracal
Adi qaraqulaq (lat. Caracal caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinə aid heyvan növü.
Bananal
Bananal (port. Ilha do Bananal) — çay yatağında yerləşən ada olaraq Araquaya çayının yatağında yerləşir. Adanın sahəsi 19 162 km²-dir. Ada 300 km uzunluğa, 160 km enə malikdir. Dünyada çay yatağında yerləşən ən böyük adadır (Marajo adası Amazon çayının deltasında yerləşsədə bir sahili Atlantik okeanın suları ilə yuyulur).Bananal adası inzibati cəhətdən Braziliyanın Tokantins ştatına daxildir. Adadan qərbdə Matu-Qrasu ştatı vardır. Adanın cənubu 1973-cü ildə hindu əraziləri qəbul edilmişdir (Terra Indígena Parque do Araguaia). Adanın şimalı isə Araquaya milli parkı yaradılmışdır. Ada çayın digər sahili ilə heç bir körpü vastəsi ilə birləşmir. Əsasən su nəqliyyatı ilə əlaqə yaradılır.
Caracal
Qaraqulaq (lat. Caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Daranaq
DARANAQ - Arsakda məntəqə adı ("Albaniya tarixi"). == Toponimikası == Xristian dininin Albaniyada yayılması ilə əlaqədar olaraq Suriya dilində daira "kilsə", "monostır" (ərəb dilində - "kilsə", "məbəd") və fars dilində bir şeyin olduğunu bildirən naq şəkilçisindən ibarətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Dizaqnaq (Yuxari Qarabagda Dizaq, əsli Ditzək mahal adı), YII əsrə aid mənbədə Ermənistanda Darnaq mahal adı ilə quruluşca eynidir. Darahir- Arsakda məntəqə adı. "Arsak vilayətinin Darahır kəndi" ("Albaniya tarixi", I kitab, 28-ci fəsil). Həmin mənbənin başqa yerində Dparahor kimidir. ("Albaniya tarixi" I kitab, 33-cü fəsil). Suriya dilində (Albaniyada xristianlığı Suriyanın mişeldxerləri təbliğ edirdilər) dairə "monostır", "kilsə" (ərəb dilində deyir sözü ilə mənaca eynidir) sözündəndir.
Karajal
Karajal (qaz. Қаражал) — Qazaxıstanın Karaqanda vilayətində, Qaraqanda şəhərindən 320 km cənub-qərbdə regional bir tabelik şəhəri. Jarık - Jezkazqan xəttindən dəmir yolu xəttinin terminal stansiyası (66 km). Dağ-mədən sənayesinin (dəmir filizi) inkişafı ilə əlaqədar olaraq meydana gəldi. Karazhal qəsəbələri şəhər rəhbərliyinə tabedir: Karajal şəhəri; JaYrem kəndi; qəsəbə Şalqinski.Bundan əlavə, keçmiş ZhGOK-un alt təsərrüfatı olan Ktai (Aktai), Klych, VSO, GRE qəsəbələri, Şalgiya kurortu da var .
Karakal
Qaranaz
Qaranaz (İraq) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Yapanay
Yapanay Xan — türk və altay mifologiyasında qır (bozqır) ilahı. Kənd bölgələri qoruyur. Yabanı mühitin və çöl heyvanlarının gözətçisidir. == Etimologiya == (Yap/Yab) kökündən törəmişdir. Yaban sözü çöl deməkdir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yaralar
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. == Yaraların təsnifatı == Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Yaransk
Yaransk — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Yasamal
Yasamal rayonu (əvvəlki adı: Oktyabr rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır. Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir. Rayon ərazisindən — cənubdan "Qurd qapısı"ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır. Rayon əhalisinin sayı 245 900 nəfərdir.
Caracal caracal michaelis
Türkmən qaraqulağı (lat. Caracal caracal michaelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinin adi qaraqulaq növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Başqa altnövlərindən fərqli olaraq ölçüləri iridir. Bədəninin uzunluğu( 5 nüsxəsinin Türkmənistanda keçirilən ölçülməsinə görə) erkəklərdə 730-820, orta 782; dişilərdə 690-810, orta 766. Peysərdə hündürlüyü 450–500 mm. Açıq-qum rəngdədir. == Arealı == İranın və Əfqanıstanın şimal ərazilərində, Orta Asiyanın cənub-qərbində yayılıblar. Qərb sərhədi Xəzər dənizinin şərq sahili boyunca Buzaçi yarımadasına qədərdi. Buradan sərhədi Üstyurtdan Aral dənizinə qədər və şərq sərhədi Aral dənizinin qərb sahili boyu və Amudərya çayı boyu gedir.
Aranas
Aranas(isp. Aranaz) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2005-ci ilin məlumatına görə bu bələdiyyənin əhalisi 625 nəfərdir.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır.Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır.Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlılar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. I.1938-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Böyük Oktyabr Sosialist inqilabının şərəfinə Noyemberyan qoyulmuşdur. == Tarixi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barani kəndi qeyd olunur İncəsu çayının adı ilə əlaqədar olaraq İncəsu da adlanmışdır.
Yarasa
Yarasa (lat. Microchiroptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan yarımdəstəsi.
Adi qaranaz
Adi qaranaz (lat. Plegadis falcinellus) — İbislər ailəsindən olan geniş areala yayılmış quş. Ciconiformes (Leyləkkimilər, Hero) dəstəsinin threskiornitidae (İbislər, Ibises) fəsiləsindən olan adi qaranaz yoxa çıxmaqda olan quşlardan. Rəngi metal kimi parlaq tünd-qəhvəyidir. Dimdiyi aşağıya tərəf qövs kimi əyridir. Başı, boynu və qarın tərəfi qırmızımtıl–qəhvəyi, qanadları və quyruğu göy–yaşıl metal rəngli qaradır. Bel və quyruqüstü lələklərin yaşıl–bənövşəyi çaları vardır. == Yayılması == Bütün qitələrdə yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində məskunlaşır. == Yaşayış yeri və həyat tərzi == Su hövzələrindəki qarğı və qamışlıqlar, sahillərdəki açıq bataqlıqlar yaşayış yerləridir.
Karatal (Baymak)
Karatal (başq. Ҡаратал, rus. Каратал) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 15 km, kənd sovetliyindən (Akmoron): 20 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Qaranaz (Takab)
Qaranaz (fars. قره ناز‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Qaraçal (Məlikan)
Qaraçal (fars. قره چال‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,234 nəfər yaşayır (517 ailə).
Yapanay Xan
Yapanay Xan — türk və altay mifologiyasında qır (bozqır) ilahı. Kənd bölgələri qoruyur. Yabanı mühitin və çöl heyvanlarının gözətçisidir. == Etimologiya == (Yap/Yab) kökündən törəmişdir. Yaban sözü çöl deməkdir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yasamal MFK
Xızı Futzal (keçmiş adı Yasamal fk Minifutbol Klubu) - Azərbaycanda futzal klubudur.| gmail: = [email protected] Klub Rəhbəri : Orxan Allahverdiyev == Tarixi == Klub 2014-cu ildə Bakı şəhərində təsis edilib. == Uğurları == 2016-2017-ci il mövsümündə 4-cü 2017-2018-ci il mövsümündə 6-cı yeri tutub.2018-2019-cu il mövsümündə 5-ci yeri tutub. == Heyəti == 10 Mahammad Osmanov |Azerbaycan |hücumçu |10.02.1992 == Bombardirlər == Morteza Cahandost bu mövsüm 17 qol vuraraq liqada 15-ci yerdə qərarlaşdı.
Yasamal bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yasamal gölü
Yasamal gölü — Azərbaycan ərazisində göl. == Haqqında == Yasamal-1 gölünün ətrafında bir sıra abadlaşdırma və yaşıllaşdırma işləri görülüb, gölə axıdılan məişət-kommunal çirkab sularının qarşısı alınıb. Görülən işlər bilavasitə gölün ekoloji vəziyyətinə müsbət təsirini göstərib. Belə ki, gölün oksigen rejmi tam bərpa olunub və suda həll olmuş oksigenin konsentrasiyası yüksəlib, onun biokimyəvi sərfi digər göllər ilə müqayisədə kəskin şəkildə azalıb. Göl suyunun minerallaşmasına görə Yasamal-1 gölü şortəhər sulu göllər qrupuna aiddir. Əsas ionların konsentrasiyası təbii fon daxilində tərəddüd edir və sanitar normanı aşmır. Suyun spesifik çirkləndiricilərndən ancaq fenollar və misin miqdarı normanı bir qədər aşır, bu da onların uzun illər ərzində gölün dibində toplanması və yenidən suyun üst qatlarına qalxması ilə əlaqədardır (təkrar çirklənmə prosesləri). Yasamal-1 gölünün müasir ekoloji vəziyyəti qənaətbəxşdir.
Yasamal parkı
Yasamal parkı — Bakı şəhərinin Yasamal rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "+82 Qərb" su anbarının ərazisində yerləşən şəhər parkıdır. == Tarixi == Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Yasamal parkının açılışı 25 dekabr 2014-cü ildə prezident İlham Əliyev tərəfindən baş tutub. Parkda geniş yaşıllıq işləri görülüb, abadlıq-quruculuq işləri həyata keçirilib. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb, çoxillik ağaclar, gül və bəzək kolları əkilib. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb və iki kafe fəaliyyət göstərir.