Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çançun Yatay FK
Çançun Yatay FK — Çinin futbol klubu == Tarixi == 1996-cı ildə yaranmışdır. == Uğurları == Çin Super Liqası qalib (1) - 2007 ikinci (1) - 2009 == Azərbaycanla bağlılığı == Bir müddət Neftçi Bakı klubunda çıxış etmiş bolqar futbolçu Svetoslav Stefanovla 2007-ci ildə Çin çempionu olan "Çanqçun Yatay" 2008 mövsümünü 6-cı yerdə başa vurub. Azərbaycan millisinin üzvü Branimir Subaşiç 2009-cu ildə bu komanda ilə Çin Superliqasının gümüş medalını qazanıb.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Qatay
Qatay Xan - türk və altay mifologiyasında zəlzələ ilahı. Qaday və ya Kıtay (Kıday) olaraq da deyilir. Dəmirçi ilahı olaraq da görünür. 40 buynuzlu boğasıyla zəlzələ meydana gətirir. Bu öküz qəzəblənib əsəbiləşdiyini ayaqlarını yerə sürtməyə başlayır beləcə yüngül sarsıntılar olar. Burnundan soluması isə yüngül səslərə çevrilir. Daha çox kızdığında isə ayaqlarını yerə vurur. Daha da qızınca buynuzlarını torpağa keçirib yer üzünü yelləyər. Homurtuları isə zəlzələnin gurultusunu meydana gətirir. Qatay Xan, doqquz davulludur.
Tatay
Tatay Xan - türk, monqol və altay mifologiyasında qasırğa tanrısı. Tata Xan da deyilir. Qasırğaların, fırtınaların, tayfunların və burulğanların səbəbkarıdır. Atı ildırıma çevrilər. Uluqayının dibindəki Həyat suyuna gözətçilik edir. Monqollarda 77 şimal tanrısının nümayəndəsidir. Simvol rəngi qaradır. == Etimologiya == (Tat/Yat) kökündən törəmişdir. At sürmək, sürətli getmək mənalarını içərisində saxlayır. Türkcə Tata, Tungusca Tagta sözləri qorxmaq və şaşırmaq bildirir.
Yataq
Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur. == Yataqların tipi == «Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər. Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.
Atay
Atay - türk/monqol mifologiyasında cəza tanrısı. Günahkarları cəzalandırar. Heç bir günahı cəzasız qoymaz. Ordusunda 6666 dənə yenilməz əsgəri vardır. Qalta Ulan (Qırmızı Od) olaraq da bilinər. Arvadının adı Mayasdır. Monqol mifologiyasında çox əhəmiyyətli bir yerə malikdir, yüksək səviyyəli tanrılar arasında iştirak edər. Üç oğlu vardır. (Üç Şaraday Xanlar): - Saqan Hasar, - Şara Hasar, - Hara Hasar. == Etimologiya == (Ad/At) kökündən törəmişdir.
Bahar (yataq)
Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur. Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir.
Batay Jorj
Batay Jorj (10 sentyabr 1897[…] – 9 iyul 1962[…], Paris) — Sosial həyatın irrasional tərəflərinin öyrənilməsi və dərk olunması ilə məşğul olan fransız filosofu, sosioloqu, sənət nəzəriyyəçisi == Həyatı == 10 sentyabr 1897-ci ildə Fransanın cənubundakı kiçik əyalət Biyomda şəhərində dünyaya göz açmışdır. Uşaqlıqda dini təhsil almadan, 1914-cü ildə Katolikliyi qəbul etdi və keşiş olmağa hazırlaşdı. Bir müddət seminariyada oxudu, amma məzun olmadı. Daha sonra inancdan məyus oldu və 1920-ci illərin əvvəllərində özünü ateist kimi göstərdi. 1918-ci ildə Batay məzun olduğu Parisdəki Milli Xartiya Məktəbinə daxil oldu. 1922-ci ildə uzun illər kurator işlədiyi Milli Kitabxanaya daxil oldu. 1920-ci illərdə Batay Lev Shestov ilə sıx təmasda idi. Sonra Boris Souvarinin Demokratik Kommunist Dərnəyinə daxil oldu. 1931-ci ildən etibarən Batay, Ali Tədqiqatlar Məktəbində Alexander Koyrenin din tarixi seminarına qatıldı və 1930-cu illərdə Batay, Alexander Kozhevin, Raymond Aron, Andre Breton, Maurice Merleau-Ponty və başqaları kimi görkəmli şəxsiyyətlərlə fəal əməkdaşlıq etdiyi seminarların fəal iştirakçısı idi. 1935-ci ildə Jak Lakanın təşkil etdiyi bir psixoanalitik tədqiqat qrupunun işində iştirak etdi.
Hatay Dövləti
Hatay dövləti (Ərəbcə : لواء الإسكندرونة Lva 'Alaskandarune — İskəndərin Tugayı) hal-hazırda Türkiyə Respublikasına bağlı Hatay bölgəsində 7 sentyabr 1938 ilə 23 iyul 1939 tarixləri arasında qurulan dövlətdir. 23 iyul 1939 günü Türkiyə Respublikasına daxil olmuşdur.
Hatay ili
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Quru yataq
== Quru yataq == Quru yataq-daimi sabit axını olmayan çay yataqlarına deyilir. Quru yataqlar ancaq nadir hallarda düşən yağışların əmələ gətirdiyi müvəqqəti axınların yataqları olub, quraq iqlim zonaları üçün xarakterikdir. Quru yatağa Afrikada və Ərəbistanda "vadi", Avstraliyada "krik", Orta Asiyada "uzboy" deyilir. Quru yataqların bəziləri keçmiş humid iqlim çaylarının yataqları olmuşdur.
Qışlaq (yataq)
Qışlaq — sığırxana, yataq və yaşayış evlərini ozundə birləşdirən müvəqqəti yaşayış məskəni olmuşdur. Adından məlum olduğu kimi qışlaq, əsasən, qış aylarında yaşayış ucun nəzərdə tutulan ərazi, otlaq sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda kecirən Azərbaycanın maldar elatları, əsasən də tərəkəmələr yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər muvəqqəti yaşayış məskəni tiplərindən xeyli daimiliyi ilə fərqlənir və kəndə kecidin son mərhələsi hesab olunurdu. Qışlaq yerinin daimi məskənə-kəndə keçid təşkil etdiyini bəzi kəndlərinin adlarının tərkibində “qışlaq” sözünün işlənməsi də təsdiq edir. Oğuz rayonunun Xaçmazqışlaq, Xalxalqışlaq, Tovuz rayonunun Böyükqışlaq, Laçın rayonunun Köhnəqışlaq, Qışlaq, Qazax rayonunun Köhnəqışlaq, Düzqışlaq, Daşkəsən rayonunun Yayqışlaq, Zəngilan rayonunun Günqışlaq, Qəbələ rayonunun Aydınqışlaq, Goranboy rayonunun Başqışlaq kimi kənd adları buna misal ola bilər. Müvəqqəti yaşayış məskənlərinin daimi məskənə-kəndə keçid təkil etdiyini XIX-XX əsrin əvvələrinin ədəbiyyat materialları da təsdiq edir. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üc cilddə. II cild.
Serir (yataq)
Serir və ya Sarir — Liviyadakı nəhəng neft yatağı. 1961-ci ildə kəşf edilmiş, 1966-cı ildə burada istehsala başlanmışdır. Geoloji ehtiyatların həcmi 3,8 milyard ton neft olduğu təxmin edilir. İlkin ehtiyatlar 2000 milyon ton, qalan hasil olunan ehtiyatlar 330-600 milyon ton neft olduğu qiymətləndirilir. Yataqların dərinliyi 2490-2775 m bərabərdir. Neftin sıxlığı 0,84 q/sm3-dir. Neftlilik təbaşir və paleogen dövrünə aid yataqlarla əlaqələndirilir. Yatağın operatoru Liviya milli neft şirkəti olan "National Oil Company"nin 100% törəmə şirkəti olan "Arabian Gulf Oil Company" şirkətidir.
Yatan Venera
Yatan Venera və ya Drezdenli Venera — İntibah dövrü italyan rəssamı Corconenin yaratdığı sənət əsəridir. Əsərin Corconenin ölümündən sonra 1510-cu ildə digər italyan rəssam Tisian tərəfindən tamamlandığı güman olunur. Corconenin bu əsərdə yaratdığı yatan çılpaq qadın obrazı incəsənətdə inqilabi hadisə hesab olunur və müasir incəsənətin başlanğıc nöqtələrindən sayılır. Corconenin ərsəyə gətirdiyi qadın bədəninin cizgiləri arxa fonda diqqəti cəlb edən təpələrin qövsvari forması ilə həmahəng təşkil edir və əsərə təbiilik qazandırır. Əsər hazırda Drezden şəhərində yerləşən Gemäldegalerie Alte Meister qalereyasında (Drezden Rəsm Qalereyası kimi də tanınır) saxlanılır.
Yatan ölüm
Yatan ölüm - Aqata Kristinin romanı. == Haqqında == Tez-tez istirahət etmək üçün səyahətlərə yollanan Qvenda və Giles özlərinə həmişəlik qalmaq üçün şəxsi ev axtarırlar. Belə bir məqamda Gilesin xalası vəfat edir. Ev əşyalarını ona miras qalır. Bundan sonra şəxsi ev onlara daha əlçatan olur. Maddi vəziyyətləri düzələn cütlük heç bir çətinlik yaşamır. Daha sonra özlərinə uyğun bir ev tapırlar. Əsas hadisələr də elə bundan sonra başlayır. == İstinadlar == "Ali və Nino".
Yataq axını
Yataq axını – (rus. русловый поток, ing. stream, course) ölçülərindən və yaranmasından, axın sürətindən, yerin meylliyindən asılı olmayaraq bütün su axınlarını /çay, dağ axınları, qarın əriməsi və daşqın zamanı əmələgələn qollar, həmçinin kənallar/ birləşdirən termin.
Yataq eroziyası
Yataq erozi­yası – (rus. русловая эрозия, ing. channel erosion) əsasən daşqın və sel za­manı çay yatağının (məcrasının) yuyulması. Yataq eroziyası yan və dərinlik eroziyasına ayrılır.
Yataq prosesi
Yataq prosesi – (rus. русловый процесс, ing. channel processes) axının və yatağın qarşılıqlı təsiri altında yatağın və subasarın mor­foloji quruluşunun daim dəyişməsi. Yataq proseslərinin öyrənilməsinin hidrotexniki qurğuların, körpülərin layihələşdirilməsi və istismarında, dib dərinləşdirici işlərin yerinə yetirilməsində, gəmiçilikdə, meşə materiallarının daşınması və s. işlərdə böyük əhəmiyyəti vardır.
Yavay yarımadası
Yavay yarımadası — Qərbi Sibirdə, Kara dənizi sahillərində yerləşən yarımada. Qdansk yarımadasının şimal-qərb qutaracağını təşkil edir. Cənub-qərb və qərbdən Ob estuarisi cənub-şərq və şərqdən isə Qdansk estuarisi ilə əhatələnir. Şimaldan cənuba doğru 210 km uzunluğa malikdir. Burada ən böyük eni 20-30 km-dir. Yarımadanın şimalı sualtı qayalarla Şokalski adasına doğru uzanır. Burada eni 5 km olan boğaz yerləşir. Yarımada ərazisinin böyük hissəsi düzəndir. Ərazisi əsasən bataqlıqlaşmışdır. Maksimal hündürlük 75 metrdir.
Ali Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. == Həyatı == 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Oğuz Atay
Oğuz Atay (12 oktyabr 1934 – 13 dekabr 1977, İstanbul), Türk yazıçı. Türk romanının ən mahir ustalarından biridir. == Həyatı == Oğuz Atay 1934-cü ildə İnebolu, Kastamonuda anadan olmuşdur. Atası Kastamonu şəhərinin millət vəkili olmuş Cemil Ataydır. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. 1951-ci ildə bugünki adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə isə İstanbul Texniki Universitetinin İnşaat Fakültəsini bitirib. Üç il sonra isə İDMMA İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının (indiki Yıldız Teknik Üniversitesi) İnşaat Bölümündə işçi üzv olmuşdur. 1975-də dosent olan Oğuz Atay, Topoqrafiya adlı peşə kitabı yazmışdır. Bu müddət ərzində müxtəlif qəzet və dərgilərdə yazıları dərc olunmuşdur. Oskar Uaylddan, Maurice Leblanca, Maksim Qorkidən Kroninə və Pitigrillidən Stendala, Laclos, Eliot, Herman Mervil və Henri Ceymsə qədər bir çox yazarların əsərləri ilə tanış olmuş, ədəbiyyat dəryasına daxil olduqdan sonra bütün həyatı boyu kitablarla nəfəs almışdır.
Əli Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. == Həyatı == 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir. == Qədim arxeologiya muzeyi == Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir. Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.
Keçəldağ obsidian yatağ
Keçəldağ obsidian yatağı — İstisu kurortundan 15 km şimal-şərqdə Keçəldağ dağının zirvəsində yerləşən yataq.Yataq 1957-ci ildə M. S. İsmayılov tərəfindən betonun yüngül doldurulması, 1965-1967-ci illərdə E.M.Mütəllibov, 1971-ci ildə M.D.Bayramov, M.A.Hüseyinov, 1963-1974-cü illərdə M.Ç.Nağıyev və V.G.Ramazanov, 1977-ci illərdə S.Y.Rüstəmov və V.D.Osadçi tərəfindən isə təraşlanmaq və məmulat daşı kimi öyrənilmişdir. Yatağın sahəsi 0,15 km2-dir. Geoloji quruluşunda pliosen yaşlı andezit lavaları iştirak edir. Obsidianın həcmdə çəkisi 2,28-2,29 q/sm3, qabarması 0,39-0,45 q/sm3, məsaməlik 0,4-1,3 %-dir. Yataqda obsidian az miqdarda kristallaşmış şüşə ilə təmasda olub, onun tərkibində həmçinin filiz minerallarının mikrofenkristalları iştirak edir. Vitrofir strukturludur. Teksturası zolaqlıdır. Qalınlığı 7 mm. olan obsidian lövhələri emal zamanı bütövlüyünü saxlayır. Qalınlığı 8 mm.-ə qədər olan lövhələrdən işıq keçir.
Köhnə Katay (Bakalı)
Yeni Katay (başq. Иҫкө Ҡатай, rus. Старокатаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Katay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 11 km, kənd sovetliyindən (Yeni Katay): 1 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 82 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (58 %), tatarlar (41%) üstünlük təşkil edir.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi.Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi.Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu. Altaylılar — türk xalqlarından biri. Altay dilləri — Ural-Altay dillərinin Altay qoluna verilən ad.
Aytaq
Aytaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aytaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.