Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yayçı (Əcəbşir)
Yayçı (fars. يايچي‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,114 nəfər yaşayır (264 ailə).
Yayçı (Ərdəbil)
Yayçı (fars. يايچي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 261 nəfər yaşayır (51 ailə).
Yayçılı (Əhər)
Yayçılı (fars. يايجيلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (26 ailə).
Yaycı
Yaycı (Culfa) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Yaycı (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Yaycı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd. Yaycı (Dərəçiçək) — Yaycı (Qırxbulaq) — Yaycı stansiyası — Culfa rayonunda dəmiryolu stansiyası. Yaycı — Culfa rayonu ərazisində çay. Araz çayının sol qoludur.
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Yamçı
Yamçı (fars. یامچی‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanında şəhər. Təbrizdən 130 kilometr şimal-qərbdə yerləşir və Mərənd şəhərilə 55 kilometr məsafəsi var. Yamçı əhalisinin dili Şərqi Azərbaycan şəhərləri kimi, Azərbaycan Türkcəsidir. Əhalisi 9,320 (2006–cı il əhali sayına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının iyirmi dördüncu böyük şəhəri sayılır.
Yayuçı
Yayuçı Xanım — türk və altay mifologiyasında yaradıcı tanrıça. Yayguçı və ya Zayaçı (Zayuçı, Dayuçı) Xanım olaraq da tanınır. Uşaq doğmaq üçün insanlara kut (həyat enerjisi) göndərir. Göyün dördüncü qatında yaşayır. Yayguçı sözcüyü eyni zamanda Yayuçı Xanıma bağlı olan yaradıcı ruhların da adıdır. Bu ruhlara Yayaklar (Yayanlar / Yayağanlar) adı da verilir. Tatarlarda Car Cayanı adlı yaradıcı bir ruh vardır. == Yayaxlar == Yayax — türk və altay xalq inancında və şamanizmində yaradıcı ruhlara verilən addır. "Yayaxlar" olaraq çoxluq şəkildə istifadə edilir. Yayguçının əmrindədirlər.
Aşağı Yaycı
Aşağı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1928-ci ildə keçmiş Yəyci (indiki Yuxarı Yəyci) kəndindən çıxmış bir qrup ailə salmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponenti isə türk mənşəli yaycı tayfasının adını əks eldirir. 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 10 km şimal-şərqdə, Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisi 1599 nəfərdir.
Yaycı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim türkdilli yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır. == Tarixi == === Tarixi abidələri === Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Əhalisi == Əhalisi 6343 nəfərdir.
Yaycı (Dərəçiçək)
Yayıcı (Zovaber) — İrəvan xanlığının Dərəçiçək mahalında, sonralar İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuz tayfalarından olan yayıcı etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovaber (Dzovaber) qoyulmuşdur. == Toponimi == 1978-ci ildə kənd ermənicə Tsovabert adlandırılmışdır. XVII əsrə aid erməni mənbəyinə görə adı Yaycılar idi == Əhalisi == XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi ermənilər idi.
Yaycı (Gorus)
Yaycı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim yaycı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Harjis qoyulmuşdur.
Yaycı (Vedi)
Yaycı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd adı == Əhalisi == Kənddə 1897-ci ildə 180 nəfər, 1914-cü ildə 157 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildən etibarən kəndin azərbaycanlı əhalisi zorla ermənilər tərəfindən qovulmuşdur. 1930-cu illərə kimi kənd xaraba qalmış, heç kim yaşamamışdır. 1930-cu ildən başlayaraq kəndə kürdlər yerləşdirilmişdir. == Toponimi == Toponim yaycı türk etnonimi əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Yaycı (Çaldıran)
Yaycı (fars. يايچي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (10 ailə).
Yaycı (İğdır)
Yaycı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 5 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq yəşkil edir. Ən çox yetişdirilən bitki qarğıdalıdır. == İnfrastruktur == Kənddə ibtidai məktəb, İçməli su şəbəkəsi vardır. Ancaq kanalizasiya isə yoxdur. Sağlamlıq ocağına sahibdir. Kəndə gedən yol asfaltlaşdırılmışdır.
Yaycı düzənliyi
Yaycı düzənliyi — Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan cənuba doğru 10–12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720–960 m hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə kəndindən şimal-qərb istiqamətinə dönərək, Qapıqabağı düzənliyinə qovuşur. Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın torpaq sahəsi suvarılaraq, əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təminatı zəifdir. Gilan çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır.
Yaycı kanalı
Yaycı kanalı — Naxçıvan Muxtar Respublikasının Ordubad və Culfa rayonlarında tarixi abidə. Öz başlanğıcını Ordubad rayonunun Sabirkənd yaxınlığında Gilançaydan götürür. Kanal dağların ətəyi ilə Culfa rayonunun Yaycı kəndinə doğru axır. Kanal hazırda istifadə edilməkdədir. Sabirkəndin içərisində kanalın fəaliyyətini təmin etmək üçün hündürlüyü bəzi yerlərdə 3-4 metrə çatan dəstək divarları inşa edilmişdir. Divarlar yonulmamış qaya parçalarından hörülərək palçıqla bərkidilmişdir. Divarlar təmir edilmədiyindən hazırda dağılmış vəziyyət dədir. Sabirkənddən keçən hissədə torpaq yumşaq olduğu üçün kanalın içərisinə və divarlarına daş döşənmişdir. Döşəmənin qalıqları yalnız bəzi qismlərdə salamat qalmışdır. Hazırda kanalın içərisinə beton salınmışdır.
Yaycı nekropolu
Yaycı nekropolu — orta tunc dövrünə aid olub, Şərur rayonunun Aşağı Yaycı kəndindən cənubda yerləşən abidə. Nekropol 1976-cı ildə Arpaçay su anbarı tikilərkən təsadüfən aşkar olunmuşdur. Tikinti zamanı bir neçə qəbir abidəsi dağıdılmış, zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Qəbirlər daş qutulardan ibarət olub müxtəlif istiqamətlərə yönəlmişdir. Onların divarları iri sal daşlarla qurulmuş, üzəri bir neçə daş pilitə ilə örtülmüşdür. Bəzi daş qutular kromlexlə əhatə olunmuşdur. Qəbirlərin üzərində yer səviyyəsindən 0,5-1 m hündürlükdə olan kurqanlar saxlanmışdır. 2011-ci ildə Yaycı nekropolunda kəşfiyyat qazıntıları aparılmışdır. Bu qazıntılar zamanı E.Məmmədov tərəfindən üzəri daş kurqanla örtülmüş bir torpaq qəbir açılmışdır. Qəbirdə skelet qalıqları tapılmamışdır.
Yaycı qalası
Yaycı qalası — Şərur rayonunun Aşağı Yaycı kəndində, Avpaçayın sol sahilində arxeologi abidə. Аrpаçаyın sоl sаhilində, hündür dаğ zirvəsində dаşdаn inşа еdilmiş qаlа strаtеji cəhətdən əlvеrişli mövqеdədir. Qаlаnın bir hissəsi təbii qаyаlаrlа əhаtələnmişdir. Qаlаdа аpаrdığımız tədqiqаtlаr nəticəsində burаdаn хеyli miqdаrdа şirli və şirsiz sахsı məmulаtı, dəmir əşyаlаrın hissələri аşkаr еdilmişdir. Dəmir əşyаlаr ох və nizə tipli Оrtа əsr silаhlаrı ilə təmsil оlunmuşdur. Yаycı qаlаsını burаdаn аşkаr еdilmiş mаddi mаtеriаllаr əsаsındа IХ-ХIII əsrlərə аid еtmək оlаr.
Yaycı çayı
Yaycıçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində çay. == Haqqında == Şərqi Arpaçayın sol qoludur. Mənsəbindən 23 km. məsafədə ona tökülür. Uzunluğu 7 km, hövzəsinin sahəsi 5 km²-dir. Yağış və qrunt suları ilə qidalanır.
Yuxarı Yaycı
Yuxarı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Yaycı i.ə.v. də kənd . Dərələyəz silsiləsinin ətəyində yerləşir.Keçmiş adı Yaycı olmuşdur. XX əsrin 20 - ci illərində ondan əmələ gəlmiş digər kənd Aşağı Yaycı, Keçmişkənd isə Yuxarı Yaycı adlandırılmışdır. Oykonimin birinci komponenti kəndin yerləşdiyi coğrafi mövqeyi, ikinci komponenti isə qəd. türk mənşəli yaycı tayfasının adını əks etdirir.
Yamçı (dəqiqləşdirmə)
Yamçı — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanında şəhər. ‎Yamçı-i Süfla (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. ‎Yamçı-i Ülya (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Daş, qayçı, kağız
Daş, qayçı, kağız dünyanın bir çox ölkəsində tanınan iki nəfərlik və üç haldan birinin seçilməsi ilə oynanılan əl oyunudur. Oyun Çində icad olunub. Daş qayçını, qayçı kağızı, kağız da daşa qalib gələr. Oyunçular eyni halı eyni vaxtda seçsələr, oyun heç-heçə qurtarır. == Oyunun qaydaları == Oyunçular birlikdə yumruqlarını silkələyərək ucadan "Daş, qayçı, kağız", yaxud "Bir, iki, üç" deyirlər və hər bir oyunçu eyni vaxtda üç haldan biri "daşdan, qayçıdan, kağızdan biri" seçilir. Seçilən hallara baxılaraq kimin udub-udmadığı məlum olur. Oyunun ilk saniyələrində qazanmaq üçün kağızdan başlamaq kifayətdir. İnsanlar ümumiyyətlə daşdan başlayırlar, çünki bu, əlin ala biləcəyi ən asan formadır. Daş - əl yumruq şəklində olur. Qayçı - Əlin şəhadət barmağı ilə orta barmağından başqa bütün barmaqlar ovucun içərisinə yığılır və şəhadət barmağı ilə orta barmaq bir-birindən ayrılmış halda olur.
Yayı olmayan il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. == Səbəbləri == 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
85-in yayı
85-in yayı François Ozon tərəfindən yazılmış və rejissorluq etdiyi 2020-ci il Fransız dram filmidir, qismən Aidan Çembersin 1982-ci ildə yazdığı "Dance on My Grave" romanına əsaslanır. Baş rolları Félix Lefebvre və Benjamin Voisin canlandırır. Diaphana tərəfindən 14 iyul 2020-ci ildə Fransada yayımlandı. == Məzmunu == 1985-ci ilin yayında Normandiyada ölüm ilə maraqlanan 16 yaşındaki Aleks dənizə çıxır. Göy gurultusu onun qayığının aşmasına səbəb olur, lakin o, 18 yaşında olan David tərəfindən xilas edilir. Bu hadisədən sonra ikisi arasında eşq yaşanır. Mübahisədən sonra David motosiklet qəzasında ölür. Onlar öz aralarında bir söz tutmuş idi və aralarında ilk kim ölərsə digəri onun qəbrində rəqs edəcək. Aleks özünü günahkar hissedir və Davidin qəbrində rəqs edir və Davidin qəbrinə zərər verdiyi üçün məhkəmə tərəfindən cəza alır.
Yamçı-i Süfla (Nir)
Yamçı-i Süfla (fars. يامچي سفلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (26 ailə).
Yamçı-i Ülya (Nir)
Yamçı-i Ülya (fars. يامچي عليا‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 233 nəfər yaşayır (63 ailə).
Yayıcı
Azərbaycanda Yayıcı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunda kənd. Yayıcı (Culfa) — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Ermənistanda Yayıcı (Göyçə) — Göyçə mahalının Yelenovka rayonunda kənd.
Mücahit Yağcı
Mücahit Yağcı (2 may 1973) — Türkiyəli kişi ağır atlet. 62 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Mücahit Yağcı dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2001 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Tomas Yançi
Tomas Yançi (23 iyul 1968) — Çexoslovakiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Tomas Yançi Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Yayoi Kusama
Yayoi Kusama (草間 彌生, Kusama Yayoi, d. 22 mart 1929) — Yaponiya avanqard sənətçisi. Əsasən heykəltaraşlıq və quraşdırma sənəti ilə, eləcə də, rəssamlıq, film, dəb, poeziya kimi sənət sahələri ilə də məşğul olur. Onun işləri konsepsual incəsənətə əsaslanır, işləri feminizm, minimalizm, sürrealizm, pop-art və abstrakt ekspressionizm kimi üslublardadır, avtobioqrafik, psixoloji və seksual məzmun daşıyır. Hazırda Yaponiyada yaşayan ən vacib müasir sənətçilərdən biri hesab olunur. Kusama Yaponiyanın Matsumoto şəhərində anadan olub və Kioto İncəsənət Məktəbində nihonqa adlı ənənəvi yapon rəssamlıq üslubunu öyrənib. Lakin o, Amerikan abstrakt impressionizmindən təsirlənib. 1958-ci ildə Nyu-York şəhərinə köçüb və 1960-cı illərin avanqard cərəyanına qoşulub. 1970-ci illərdən etibarən sənətlə məşğul olmağa davam edir. == Həyatı == Yayoi Kusama 22 mart 1929-cu ildə Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində anadan olub.
Yayıcı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim türkdilli yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır. == Tarixi == === Tarixi abidələri === Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Əhalisi == Əhalisi 6343 nəfərdir.
Carçı
Carçı (agah edən)
Qaysı
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Qayğı
Qayğı (film, 1943)
Sayço
== Həyatı == Sayço çin mənşəli buddizm dindar ailəsində anadan olub. O, bu Nare keqonsyu Today-dzi mərkəzi məbəddə keşiş tərəfindən məktəbdə oxuyub. O, paytaxtda və paytaxt intriqalarda və savaşlarda məyus oldu və dağlarda məskən salmaq qərarına gəldi. O, əvvəllər Yaponiyaya gətirən Qandzin Tyantay məktəb mətnləri ilə maraqlanıb. Hökmdar yanında kammu Xeynan-kyo şəhəri 794-cü ildə yeni paytaxtı Kioto müasir olub. İmperator rahibləri alimlərin axtarırdı. O, Sayçonu çağırdı və rahibləri qrupu ilə birlikdə Çinə buddizm öyrənmək üçün göndərildi. Məktəbə tyantay-tszun sayço tyantay dağında düşüb, orada ординацию alıb və 806-cı ildə Yaponiyaya qayıdıb, özüylə çoxlu sayda buddist gətirdi.
Sayğı
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.