Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yeddillik müharibə
Yeddiillik müharibə (1756–1763) — Böyük Britaniyanın və Fransanın Şimali Amerika və Ost-Hindistanda müstəmləkəçilik rəqabəti, və Prussiyanın aqressiv xarici siyasətinin Rusiya və Avstriyanın xarici maraqları ilə toqquşmasından yaranan müharibə. Böyük Britaniya — Fransanın müstəmləkələrini zəbt etmək və dənizdə mütləq ağalığa nail olmağa, Prusiya — Saksoniyanı özünə qatmaq və Polşanı vassal etməyə, Avstriya — Mərkəzi Avropada onun rəqibi olan Prussiyanı zəiflətmək və 1740-cı ildə işğal olunan Sileziyanı qaytarmağı çalışırdılar. Fransa ingilis kralının Avropadakı irsi mülkü olan Hannoveri tutmaq, Amerika və Ost-Hindistandakı müstəmləkələrini qorumaq və Prussiyanın güclənməsinin qarşısını almaq istəyirdi; İsveç — prus Pomeraniyasını işğal etmək; Rusiya — Prussiyanın təzyiqini azaltmaq və Qərbdə ərazilərini artırmaq istəyirdilər. Maraqların və ziddiyətlərin qəliz düyünü iki qarşıduran koalisiyanın yaranmasına gətirdi: Hannover, Hessen-Kassel, Braunşveyq və bir neçə başqa alman kyazlıqlarının da qoşulduğu ingilis-prus, və İsveçin, Saksoniyanın, və Müqəddəs Roma imperiyasına daxil olan əksər alman knyazlıqlarının qoşulduğu fransız-avstriyalı-rus ittifaqı. Müharibə Prussiyanın Saksoniyaya hucumu ilə başladı. Bu Fransa və İsveçin zamin olduqları Vestfaliya sülhünü pozdu. II Fridrixin 95 minlik prus ordusu 17 avqust 1756-cı ildə qəflətən Saksoniyaya soxulub, 18 minlik Saksoniya ordusunu mühasirəyə salır və oktyabrın 4-də onu təslim olmağa məcbur edir. Fransız- Avstriya-rus koalisiyasının ordularının (300 min adam) hazır olmaması və planlarının koordinasiya olmamasından (Fransa yazda, Rusiya isə yayda döyüş əməliyatlarına başladı) yararlanan II Fridrix, 1757-ci il kampaniyasında öncə Avstriya üzərinə yeridi. 192 minlik prus ordusu dörd istiqamətdən Praqa üzərinə təmərküzlü hucuma başladı. Aprelin 25-də prus ordusu feldmarşal M. Braunun 60 minlik avstriyalı ordusunu məğlub edərək, onu Praqada qapatdı, lakin feldmarşal L. Daunun komandanlığı ilə köməyə yetişən 50 minlik avstriyalı ordusu iyunun 7-də prusları Koline yaxınlığında məğlub edərək, onları Çexiyadan çəkilməyə məcbur etdi.
Yeddiillik müharibə

Yeddiillik müharibədə Şimali Amerika cəbhəsi
Fransız-hindu müharibəsi — 1754-1763 illəri arasında Şimali Amerikada İngiltərə ilə Fransa arasında müharibə idi. Müharibə yeddiillik müharibənin Şimali Amerika hissəsini əhatə edirdi. Müharibə Britaniya Amerikası müstəmləkələri ilə Yeni Fransa müstəmləkələrinin qarşı-qarşıya gəlməsi ilə başladı. Hər iki tərəfdə - Böyük Britaniya və Fransa qüvvələri və Amerikan Hindi müttəfiqlərinin hərbi qüvvələri tərəfindən dəstəkləndi. Müharibənin əvvəlində Fransanın Şimali Amerika koloniyalarında təxminən 60.000 mühacir və ingilislərin Şimali Amerika koloniyalarında 2 milyon mühacir var idi. Sayları az olan fransızlar xüsusilə hindilərə bağlı idi. 1756-cı ildə Avropa ölkələri bir-birlərinə müharibə elan etdilər, aylarla davam edən yerli qarşıdurmalardan sonra müharibəni qitələrarası münaqişə ilə regional bir məsələyə çevirdilər.
Vəkillik
Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Ərəb dilindən götürülmüş "vəkil" sözü "başqasının işini görmək üçün tapşırıq almaq" anlamına gəlir. Latıncadan "advakatus" sözü isə "yardıma çağırıram" mənasını verir.