Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tənsuqnameyi-Elxani
Tənsuqnameyi-Elxani Əsər “Cəvahirnamə” adıyla daha çox şöhrət tapmışdır. Tusi “Cəvahirnamə” əsərində qiymətli minerallar haqqında geniş məlumat vermiş, onların xüsusiyyətlərini, təsvirini və hətta müalicəvi əhəmiyyətlərini də göstərmişdir. Hülakü sultanına həsr olunmuş “Tənsuqnameyi-Elxani” əsəri 28 fəsildən ibarətdir. Tusi burada qiymətli daşlardan və onların xüsusiyyətlərindən bəhs etmişdir. Mətn məcmuədə yerləşir və 17 b – 31 b vərəqlərini əhatə edir. Mətn tamdır və sarımtıl rəngli Şərq istehsalı olan qalın vərəqdə, iri nəstəliq xəttilə yazılmışdır. Başlıqlar və yarımbaşlıqlar qırmızı mürəkkəblə qeyd edilmişdir. Bütün əsər boyu səhifələrin kənarlarında qırmızı mürəkkəblə katib qeydləri verilmişdir. Əsərdə həm müasir nömrələmə üsulu (paqinasiya), həm də kustod üsullu nömrələnmədən istifadə edilmişdir. Əsərin cildi sərt kartondan ibarətdir.
Zic-elxani
Zic-elxani («Elxani astronomik cədvəli») — Nəsirəddin Tusinin əsəri çoxlu astronomik, riyazi və coğrafi cədvəlləri ilə məşhurdur. Planetlərin geosentirik orbitinin əsas elementləri verilən bu əsərdə riyaziyyat və nücum elminə dair mükəmməl ümumiləşdirmələr aparan alimin bu əsərini bəzən «Elxani təqvimi» deyə də tanıyırlar. == Əsər haqqında == Dünyanın bir çox nüfuzlu kitabxanalarında bu əsərin nüsxələrinə rast gəlinir, çünki, «Zic-i elxani» əsərində 1700 illik astronomiya müşahidələri öz təcrübəsini dəqiq bir surətdə ortaya çıxartmışdır. Planetlərin sutkalıq orta hərəkti haqqındakı məlumatlar son dərəcə dəqiqliklə hesablanmışdır ki, bu da müasir astronomiya cihazlarının köməyi ilə əldə edilən dəqiq məlumatlardan çox cüzi bir surətdə fərqlənmişdir. «Zic-i elxani» əsərində verilən cədvəllər dörd kitabdan ibarətdir, bu əsrin birinci kitabında yunan, fars, yəhudi, ərəb və türk təqvimləri barədə məlumat verilir və bu təqvimlərin birindən digərinə keçmək üsulları izah olunur. İkinci kitabda isə ulduzların yerdəyişməsi və onların ekliptik koordinatlar üzrə yerləşməsi barədə söhbət açılır. «Zic-i elxani» əsərinin üçüncü və dördüncü kitablarında isə astrologiya məsələlərinə toxunulur. Tusinin «Zic-i elxani» əsərində riyaziyyata, coğrafiyaya və astronomiyaya aid verdiyi cədvəllər öz dövrünün elmi informasiyasına görə çox qabaqcıl bir mövqeyə malik idi. Bu cədvəllər içərisində altımışlıq say sistemində sinusun və tangesin (döngənin və toxunanın) üçrəqəmli triqonometriya cədvəlləri verilmişdir. Bu dövrdə məşhur olan 256 şəhərin coğrafi koordinatların cədvəlinə da rast gəlmək mümkündür.
Elxani hökmdarlarının siyahısı
Elxanilər sülaləsi — Azərbaycanda 1256-1357-ci illərdə iqtidarda olmuş monqol xanədanı. Borucigin sülaləsinin bir qoludur. Bu sülaləyə bəzi ədəbiyyatda Hülakülər sülaləsi də deyilir. Bu sülalənin ilk nümayəndəsi Hülakü xan olmuşdur. == Siyahı == Hülakü xan (1256-1265) Abaqa xan (1265-1282) Əhməd Təkudar xan (1282-1284) Arqun xan (1284-1291) Keyxatu xan (1291-1295) Baydu xan (1295) Sultan Mahmud Qazan xan (1295-1304) Sultan Məhəmməd Xudabəndə Olcaytu xan (1304-1316) Əbu Səid Bahadur xan (1316-1335) Sultan Musa xan (1336-1337) Məhəmməd xan (1336-1338) Sultan Satıbəy xatun (1338-1339) Süleyman xan (1339-1343) Cahan Teymur (1339-1340) II Qazan xan (1356-1357) == Dinləri == Hülakü xan xristianlığa maraq göstərsə də ölümünə yaxın buddizmi qəbul etmişdir. Abaqa xan buddist idi. Əhməd Təkudar xan doğulduqdan sonra vəftiz edilsə də daha sonra İslamı qəbul etmişdir. Arqun xan vəftiz edilsə də buddist idi. Baydu xan xristianlığa maraq göstərsə də, ondan müsəlman kimi davranmaq tələb edilirdi. Sultan Mahmud Qazan xan buddist kimi yetişdirilsə də daha sonra İslamı qəbul etmişdir.
Musa xan (Elxani)
Sultan Musa xan (? - ö. 1337) — Elxanilər dövlətinin 11-ci hökmdarı (1336-1337). == Həyatı == Sultan Musa xan atası Baydu xanın oğlu Qıpçaqoğul idi. == Hakimiyyəti == 1335-ci ildə Əmir Əli Padşah Oyrot Ucana gəldi və Arpa xanı devirərək Musa xanı padşah elan etdi. Musa xanın hakimiyyət dövrü də uzun sürmədi. O, cəmi bir neçə ay hakimiyyət başında oldu. Musa xanın hakimiyyətdə yalnız adı var idi. Dövlətin bütün işləri əmir Əli padşahın əlində cəmlənmişdi. O, dövlət işlərinə heç kimin qarışmasına yol vermirdi.
Məhəmməd xan (Elxani)
Məhəmməd xan — Elxanlılar sülaləsindən, elxanlığa iddiaçı. Hülakunun oğlu Məngu Teymurun nəticəsi idi. == Həyatı == 1336-cı ildə Tacəddin Həsən noyon tərəfindən taxta gətirilmişdi. Hələ uşaq yaşında idi. Dövləti Təbrizdən idarə edirdi. Lakin Şeyx Kiçik Həsən 16 iyul 1338-ci ildə Alatağ bölgəsində cəlairiləri məğlub etdi və Məhəmməd xan edam olundu.
Qazan xan (Elxani)
Sultan Mahmud Qazan xan (5 noyabr 1271, Mazandaran ostanı – 11 may 1304, Qəzvin) — Arqun xanın oğlu, elxan. == Həyatı == Qazan xan 1271-ci ildə, Abaqa xanın hakimiyyəti dövründə doğulmuşdu. Atası Arqun xan, anası Dörben tayfasından Qutluq xatundur. Ögey nənəsi Buluğan xatun tərəfindən yetişdirilmişdir. Qazan və Olcaytu ikisi də xristian kimi böyüdülmüşdülər.Buddizmi, Monqol yazısını və Uyğur yazısını öyrənmişdi. 11 yaşında Xorasan valisi olmuşdur. == Vali kimi fəaliyyəti == 1289-cu ildə Novruz ağa Oyrotun üsyanına qarşı mübarizə aparan Qazan xan əsasən Çağataylarla konfliktdə olmuşdur. 1291-ci ildə Keyxatunun taxta çıxmasına səs çıxarmamışdı. Əmisinə sadiq olsa da çaonu tədavülə buraxmadı. 1295-ci ildə Novruz ağa ilə barışan Qazan onu sərkərdələrindən birinə çevirdi.
Qazan xan (Elxani hökmdarı)
Sultan Mahmud Qazan xan (5 noyabr 1271, Mazandaran ostanı – 11 may 1304, Qəzvin) — Arqun xanın oğlu, elxan. == Həyatı == Qazan xan 1271-ci ildə, Abaqa xanın hakimiyyəti dövründə doğulmuşdu. Atası Arqun xan, anası Dörben tayfasından Qutluq xatundur. Ögey nənəsi Buluğan xatun tərəfindən yetişdirilmişdir. Qazan və Olcaytu ikisi də xristian kimi böyüdülmüşdülər.Buddizmi, Monqol yazısını və Uyğur yazısını öyrənmişdi. 11 yaşında Xorasan valisi olmuşdur. == Vali kimi fəaliyyəti == 1289-cu ildə Novruz ağa Oyrotun üsyanına qarşı mübarizə aparan Qazan xan əsasən Çağataylarla konfliktdə olmuşdur. 1291-ci ildə Keyxatunun taxta çıxmasına səs çıxarmamışdı. Əmisinə sadiq olsa da çaonu tədavülə buraxmadı. 1295-ci ildə Novruz ağa ilə barışan Qazan onu sərkərdələrindən birinə çevirdi.