Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yeniləmə
Yeniləmə (ing. Refresh) dəyişdirilmiş informasiyanı göstərmək üçün pəncərənin içərisinin yenilənməsi; ekranın yenidən çəkilməsi . Veb səhifənin kontentinin yerləşdiyi maşından yenidən yüklənməsi. Kompüter displeylərində sabit görüntünü təmin etmək üçün ekranda görüntünün tez-tez yenidən yaradılması. Dinamik operativ yaddaşda (DRAM) olan verilənləri saxlamaq üçün onun mikrosxeminin yenidən yüklənməsi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenilməz armada
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı.
Yeniləmə sürəti
Yeniləmə sürəti (ing. Refresh rate) — videoaparaturada: sabit, titrəməyən “şəkil” halında bütün ekranın görüntüsünün yenidən çəkilməsi tezliyi. Televiziya ekranlarında və rastr displeylərində ekranın iç üzündəki fosfor örtüyünü işıqlandıran elektron şüası ekranın bütün sahələrini təxminən 60 Hs (saniyədə 60 dəfə) sürətlə yeniləyir. Sətirləri növbələnən (INTERLACING) displeylərdə qonşu sətirlər bir sətirdən bir yenidən çəkilir, yəni əslində hər bir ayrıca sətir saniyədə yalnız 30 dəfə yenilənir, ancaq effektli yeniləmə sürəti (saniyədə 60 dəfə) saxlanılır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenilməz batalyon
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
Yenilməz batalyon (film, 1965)
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
Yenilməz Batalyon (Teymurun Mahnısı) (mahnı)
Yenilməz Batalyon (Teymurun Mahnısı) - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının sözləri Qılman İlkinə, bəstə Cahangir Cahangirova, aranjemanı isə Qara Dərvişə aiddir.
İran Helikopterlərə Dəstək və Yeniləmə Şirkəti
Iran Helicopter Support and Renewal Company (IHSRC) (fars. پشتیبانی و نوسازی هلیکوپترهای ایران‎, qısaca پنها, PANHA) - İran vertolyot istehsalçısıdır. İranın bəzi İtalyan helikopterlərini Agusta şirkətindən almasından sonra bu helikopterlərə dəstək və təmir zavodu yaratmaq vacib oldu. Bu zavod İran Birgə Helikopter Sənayesi adını aldı. Daha sonra Belldən çox sayda helikopter alındıqdan sonra yeni aviasiya donanmasının dəstəklənməsi üçün bu zavodun genişləndirilməsi planlaşdırıldı. Bu genişlənmənin bir hissəsi olaraq üç böyük bölmənin yaradılması nəzərdə tutulurdu. 1. (NMP) Təmir və Saxlanma Mərkəzi 2. (HDMC) Əsas Donanma Təmir Mərkəzi 3. (NICP) Nəqliyyat və Dəstək Mərkəzi 1979-cu ildə İran inqilabından, ABŞ-nin İrana tətbiq etdiyi embarqodan və İran-İraq müharibəsinin başlamasından sonra PANHA helikopterləri müharibədə dəstəkləmək və saxlamaq məqsədi ilə fəaliyyətə başladı.
Oktav Bençile
Oktav Bençile (rum. Octav Băncilă; d. 4 fevral 1872, Botoşani – ö. 3 aprel 1944, Buxarest) — Rumıniya realist rəssamı və solçuluq aktivisti. O, jurnalist Sofia Nadejdanın qardaşı və Ioan Nadejdanın qaynıdır (ateist, sosialist, Kontemporanul qəzetinin redaktoru). 1872-ci ildə Botoşanidə doğulan Oktav 4 yaşında valideynlərini itirdikdən sonra böyük bacısı və onu incəsənətə ilk həvəsləndirən şəxs bacısının həyat yoldaşının ailəsində Yassıda böyüyüb. Orta məktəbi bitirdikdən sonra o, Yassı İncənət Gimnaziyasına daxil olub və burada həmin dövrün məşhur rəssamları Corc Panaytinu Bardasar, Konstantin Daniel Stahi və Emanoyl Bardasardan dərs alıb. O,1894–1897-ci illər arasında təqaüdlə xaricdə yaşayıb və oxuyub: əvvəlcə İtaliya və Fransada, sonra Almaniyada Münhen İncəsənət Akademiyasında Nikolas Gizisin sinfində təhsil alıb (bitirib bitirmədiyi dəqiq deyil).Xaricdən qayıtdıqdan sonra o, Yassının mərkəzində emalatxana açmaq istəsə də maliyyə çatışmazlığı üzündən şəhər kənarını seçməli olub. Bu illər Bençilanın əsas rəsm mövzularını müəyyənləşdirdiyi dövr idi: kəndlilərin, fabrik işçilərinin, yoxsullaşmış yəhudi tacirlərinin və sənətkarlarının, mühafizəçi əsgərlərin, köçəri romalıların yaşayışı. 1901-ci ildən o, şəhər məktəblərində kalliqrafiya və rəsm dərsləri verməyə başlayıb.
Nobel Mükafatlarının seçilmə qaydaları
Alfred Nobel (1833-1896) İsveç ixtiraçı, sənayeçi, linqvist, filosof və humanist idi. 1895-ci ilin noyabrında Parisdə Nobel vəsiyyətnamə yazır. Sənədin mətnində deyilənlərə görə, alimin sərvətinin böyük bir hissəsi mükafatın yaardılmasına sərf olunsun. Bu mükafat namizədlərin milliyətindən asılı olmayaraq ədəbiyyat, fizika, kimya, fiziologiya, tibb və s. digər sahələr üzrə verilməli idi. Qeyd edək ki, bu zaman Nobelin sərvəti 31 kron təşkil edirdi. Nobel fondunun yaradılması üçün təşkilatçılara 4 il lazım oldu. Nəticədə fond 1900-cü ildə özəl, müstəqil qeyri-hökumət təşkilatı olaraq yaradıldı. Nobel mükafatı 1901-ci ildən verilməyə başlayıb. Xüsusi yaardılmış Nobel komitəsi tərəfindən bütün il boyu namizəd siyahısı üzərində iş aparılır.