Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bertuban monastırı
Bertuban monastırı (gürc. ბერთუბნის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Abidə XII əsrdə inşa edilmişdir. Kilsənin divarlarını bəzəyən Böyük Tamara və IV Georgi Laşa freskaları isə XIII əsrə aid edilir. Monastırdakı "Lukianın ölümü" freskası isə orta əsr Gürcü rəssamlığının ən gözəl nümunələrindən biri hesab edilir. Abidə, Azərbaycan və Gürcüstan arasında mübahisəli ərazidə yerləşir. == İstinadlar == == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 2, გვ. 318, თბ., 1977 წელი. Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948.
Yanq di-Pertuan Aqonq
Yanq di-Pertuan Aqonq — Malayziyanın ali seçkili monarxının titulu. Bu vəzifə Malaya Federasiyası Böyük Britaniyadan müstəqilliyini əldə etdikdən sonra 1957-ci ildə yaradılıb. Malayziya konstitusiyalı monarxiyadır. Yanq di-Pertuan Aqonq dünyada bir neçə seçilmiş monarxlardan biridir. Yanq di-Pertuan Aqonqun xanımı Raja Permaisuri Agong adlandırılır. Malayziyanın konstitusiyalı monarxiyasında, Yan di-Pertuan Aqonq Konstitusiya çərçivəsində geniş səlahiyyətlərə malikdir. Konstitusiyada göstərilir ki, Federal hökumətin icraedici hakimiyyəti Yanq di-Pertuan Aqonqa məxsusdur və Nazirlər Kabineti Şurasının məsləhətinə uyğun olaraq onun tərəfindən həyata keçirilir. Malayziyanın baş naziri parlamentin üzvləri arasından Yanq di-Pertuan Aqonq tərəfindən təyin edilir. İqamətgah Kuala Lumpurun şimalında yerləşən İstana Neqara sarayıdır. 16-cı və hal-hazırkı Yanq di-Pertuan Aqonq Ibrahim Iskandar, vəzifəsinin icrasına 31 yanvar 2024-cu ildə başlayıb.