Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ziqmar Qabriel
Ziqmar Qabriel(alm. Sigmar Gabriel‎, 12.09.1959, Qoslar) — Alman siyasətçisi, Sosial Demokrat Partiyasının üzvü (2013-2018). Almaniya Xarici İşlər Naziri (2017-2018). Aşağı Saksoniya ərazisinin baş naziri (1999-2003). Ekologiya, təbiət mühafizəsi və nüvə təhlükəsizli naziri (2005-2009). 13 noyabr 2009-cu ildən Almaniya Sosial Demokrat Partiyasının sədri olmuşdur. Almaniya İqtisadiyyat və Enerji naziri(2013-2017). Ziqmar hələ üç yaşında olarkən valideynləri boşanır. Anası tibb bacısı, atası isə bir bələdiyyə işçisi idi. Ziqmar Qabriel, Qoslar Şəhər gimnaziyasını bitirdikdən sonra hərbi xidmətə çağrıldı.
Sığnax
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
IMAX
IMAX (Image Maximum) yüksək ölçülü və aydın təsvir qabiliyyətinə malik film nümayişi sistemidir. Sistem Kanadanın əyləncə texnologiyaları şirkəti olan IMAX Corporation tərəfindən icad edilmiş və inkişaf etdirilmişdir. Adi bir film çərçivəsi 35 mm formatdadır, IMAX filmləri isə 70 mm-dir. Imax texnologiyasında 2D və ya 3D formatında nümayiş etdirilən film 7 mərtəbəli bina hündürlüyündə və basketbol meydançası ölçüsündə nəhəng ekrana proyeksiya edilir. IMAX sistemi indiyə qədər qurulmuş ən güclü 15.000 vattlıq proyeksiya lampası ilə əks etdirilir. Bu işığı hətta Aydan da görmək mümkündür. Təsviri 6 kanallı rəqəmsal surround səs sistemi müşayiət edir. Standart IMAX ekranının eni 22 metr və hündürlüyü 16 metrdir. Bundan əlavə, omni-max adlı IMAX tipində balıqgözü linzaların köməyi ilə təsvir sferik ekrana proyeksiya edilir və üfüqi oxda 180 dərəcə təsviri təmin edir. IMAX xüsusi məkanlarda geniş formatda təqdim edilən dünyanın ən uğurlu film nümayişi sistemidir.
Irmax iyesi
Siqnax
Siqnax Tiflis quberniyasının qəzalarından birinin adı.İndi Siqnax rayonu və onun mərkəzinin adıdır. Siqnax- Tiflis quberniyasının qəzalarından birinin adı.İndi Siqnax rayonu və onun mərkəzinin adıdır.Mirzə Camal Cavanşir (XVIII əsr) "Sığnaq qalası kimi qeyd etmişdir.Qarabağın Gülüstan mahalında da bir kəndin Sığnaq adlandığı göstərilmişdir.Qarabağda Xankəndi rayonunda bir kənd indi Siqnaq adlanır.Qıpçaq çölündə (Dəşti Qıpçaqda) yaşamış qıpçaqların paytaxt şəhərinin adı Suqnax idi.V.V.Bartolda görə, şəhər Orta Asiyada Ətrar şəhərindən 24 fərsəng aralıda idi.Bu şəhərin xarabalıqları Suqnak Kurqan adı ilə Sırdərya çayının sahilindədir.Azərbaycan Sacilər dövlətinin əsasını qoymuş Əbu Saç Divdad da əslən Suqnak şəhərindən idi.XII əsrdə qıpçaqların Gürcüstan ərazisinə köçürülməsi ilə əlaqədar şəhərin adı da gətirilmişdir.Qazax qəzasında Siqnax dağ və Siqnax Daş qışlaq,Şuşa qəzasında Siqnax kənd,Qars əyalətinin Kaqızman dairəsində Siqnax dağ adları ilə mənşəcə eynidir.
Figma
Figma — macOS və Windows üçün iş masası proqramları tərəfindən aktivləşdirilən əlavə oflayn funksiyalara malik interfeys dizaynı üçün birgə veb proqramdır. Figmanın funksiyalar dəsti müxtəlif vektor qrafik redaktoru və prototipləmə alətlərindən istifadə etməklə real vaxt əməkdaşlığı imkanı ilə istifadəçi interfeysi və istifadəçi təcrübəsi dizaynına fokuslanıb. Android və iOS üçün Figma mobil proqramı mobil və planşet cihazlarında real vaxt rejimində Figma prototiplərinə baxmaq və onlarla əlaqə saxlamağa imkan verir. Adobe 15 sentyabr 2022-ci ildə Figmanı təxminən 20 milyard dollara nağd pul və səhm şəklində alacağını elan etdi. == Tarix == Dylan Field və Evan Uolles 2012-ci ildə Braun Universitetində kompüter elmləri üzrə təhsil alarkən Figma üzərində işləməyə başladılar. Uolles qrafika üzrə təhsil alıb və Kompüter Elmləri Departamentinin Müəllim köməkçisi olub, Field isə CS Departamentinin Bakalavr Qrupuna sədrlik edib. Figmanın arxasında duran orijinal məqsəd "hər kəsin brauzerdə pulsuz, sadə, yaradıcı alətlər yaradaraq yaradıcı ola bilməsini" təmin etmək idi. Field və Uolles veb-əsaslı qrafik redaktor proqram təminatı üzərində qərarlaşmazdan əvvəl dronlar üçün proqram təminatı və mem generatoru da daxil olmaqla müxtəlif ideyaları yoxladı. Şirkətin ilkin əhatə dairəsi 2012-ci ildə Brown Daily Herald-da dərc olunan məqalədə qeyri-müəyyən bir şəkildə "istifadəçilərə onlayn olaraq özlərini yaradıcı şəkildə ifadə etməyə imkan verəcək texnoloji başlanğıc" kimi təsvir edilmişdir. Həmin məqalədə bildirilirdi ki, şirkətin ilk ideyaları 3D məzmunun yaradılması ətrafında fırlanır, sonrakı ideyalar isə fotoşəkillərin redaktəsi və obyektlərin seqmentasiyasına yönəlib.
Siqma
Σ, σ, ς (siqma, yun. σίγμα) — yunan əlifbasının 18-ci hərfi. Finikiya əlifbasındakı ("şin") hərfindən törənmişdir. Siqmanın iki cür əlyazması forması var: başlanğıcda və sözlərin ortasında σ kimi yazılır, sonda ς kimi yazılır. İbtidai təlim zamanı yunan kitablarında çətin nişanların yerinə Σ, σ, ς işarələrindən istifadə edilirdi. Bu siqmanın bədii şəkli-"sigma lunata" adlanır. Σ hərfindən istifadə edilir: riyaziyyatda — Cəm. afrika əlifbasında 1928-ci ildən, həmçinin afrika etalon əlifbasında 1978-ci ildən 1982-ci ilə qədər Ʃ böyük simvolundan istifadə olunurdu ("eş", sətri variantı (əlyazma) — ʃ). σ əlyazması istifadə edilir: ehtimallar nəzəriyyəsi və riyazi statistikada — orta kvadrat kök (dispersiyadan kvadrat kök); ədədlər nəzəriyyəsində — ədədlərin bölənləri cəminin funksiyası σ ( n ) {\displaystyle \sigma (n)} . fizikadə — müəyyən keçiricilik qabiliyyəti, gərginliklərin tenzoru, səthi dartınmanın əmsalı və ya mexaniki gərginlik; kimyada — Qammet tənliyinin və kovalent birləşmənin sabiti.
WiMAX
WiMAX — Geniş qurğu spektoru üçün uzun məsafələrdə universal simsiz rabitəni təmin etmək məqsədi ilə hazırlanmış telekommunikasiya texnologiyasıdır (stansiya və portativ kompüterdən tutmuş mobil telefona gədər). WiMAX şəbəkəsi ənənəvi simli texnologiyaların istifadəsi ilə qoşulmaq imkanı olmayan abunəçilərə geniş zolaqlı xidmətlərin göstərilməsinə imkan yaradır. WiMAX texnologiyası yüksək keyfiyyətli rabitə və məlumatların ötürülməsi sürətini təmin edərək, sıx şəhər tikilmə yerləri daxil olmaqla, hər bir şəraitdə işləmək imkanını yaradır. WiMAX "son mil" geniş zolaqlı birləşmənin yaradılması, simsiz çıxış nöqtələrin yerləşdirilməsi, şirkət filialları arasında şəbəkənin təşkili və digər məsələlərin həlli üçün istifadə edilə bilər. Wimax Texnologiyası-Wimax (Worldwide Interoperability for Microwave Access) ingilis dilindən tərcümədə-Mikrodalğalı Giriş üçün Beynəlxalq Qarşılıqlı təsir qabiliyyəti mənasını verir. Wimax 10 GHs ilə 66 GHs tezlik diapozonunda işləyən və naqilsiz sistemlərin xüsusiyyətlərini ifadə edən İEEE 802.16 standartlarının digər adıdır. İlk növbədə Wimax geniş coğrafi sahəni əhatə edən və yüzlərlə istifadəçiyə çox aşağı xərclə xidmət göstərə bilən naqilsiz internet xidmətidir. Wimax necə işləyir? Wimax komyuterləri, mobil telefonları, Wimax proqramı ilə təchiz edilmiş digər cihazları naqilsiz internet xidməti ilə təmin edən və mikrodalğa texnologiyasını istifadə edən bir quruluşdur. Wimax texnologiyasına naqilsiz məlumat-xəbərləşmə bağlantısı qurarkən istifadə edilən baza stansiyaları daxildir.
Stefani Siqman
Stefani Siqman (ing. Stephanie Sigman; 28 fevral 1987, Syudad-Obreqon, Sonora) — Meksika və ABŞ aktrisası. İlk dəfə 2011-ci ildə Meksika istehsalı dram filmi "Miss Bala"da rol almışdır.
Zima
Zima (rus. Зима) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Altı siqma
Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət altı siqma daxilində yerləşən proseslərdə məmulun zaylığının bir milyona düşən sayı 3,4-ü keçmir. Burada riyazi gözləmənin uzunluğu mərkəzdən hər iki tərəfə 4,5 civarıda yerləşir.
Simax Şeyda
Simax Şeyda (20 iyun 1936, Vartaşen – 13 fevral 2024, Münxen) — Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq. SSRİ "Əmək veteranı" medalı laureatı Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965–1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Dağ yəhudisi olmasına baxmayaraq, Simax Şeyda həmişə Azərbaycan dilində yazıb, yaradıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub.
Ziqar (el)
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafazası
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafəzası
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafəzəsi
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandalarının görüşlərinin siyahısı
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandaları bir-biriləri ilə cəmi 15 dəfə qarşılaşıblar. Bu oyunların dördü Şahmat Olimpiadası, üçü dünya çempionatı, səkkizi isə Avropa çempionatı çərçivəsində baş tutub. Oyunların 5-dən Azərbaycan, 5-dən isə Ermənistan qalib ayrılıb. 5 görüşdə heç-heçə qeydə alınıb. Komandalar arasında ilk görüş 1997-ci ildə, son görüş isə 2022-ci ildə baş tutub. Ermənistan yığması 3 dəfə Şahmat Olimpiadasının (2006, 2008, 2012), 1 dəfə isə dünya (2011) və Avropa (1999) çempionatının qalibi olub. Azərbaycan yığması Şahmat Olimpiadası və dünya çempionatında ciddi uğur qazana bilməsə də, 3 dəfə qitə birinciliyinin (2009, 2013, 2017) qalibi adını qazanıb. == Olimpiada == === 38-ci Şahmat Olimpiadası. Drezden, Almaniya (2008) === === 39-cu Şahmat Olimpiadası. Xantı-Mansi, Rusiya (2010) === === 43-cü Şahmat Olimpiadası. ===