Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərnətün
Zərnətün - Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində XX əsrin 50-ci illərinə qədər mövcud olmuş tarixi kənd. Naxçıvandan Batabat yaylağına doğru hərəkət edərkən gözəlliklərlə dolu səfalı təbiəti ilə Zərnətün yolun solundan, Hunzirək-Xınzirək kəndi isə yolun sağında qalır. Bu yurd yerlərinin yerləşdiyi mövqe, insanların məskunlaşması üçün əlverişli təbii-coğrafi şərait burada tarixən insanların məskunlaşmasına şərait yaratmışdır. Zərnətün həm də Kolanı türk tayfalarının Naxçıvanda məskunlaşdığı yurd yerlərimizdən biri olmuşdur. AMEA-nın müxbir üzvü, mərhum alim Adil Bağırovun yazdığına görə, hətta XIX əsrin ikinci yarısında qonşu kəndlərdən, xüsusilə Biçənəkdən bir sıra ailələr qonşu Zərnətün və Xınzirək kəndlərinə köçmüşdür. XX əsrin 50-ci illərində 30-35 evdən ibarət olan Zərnətün kəndi uca dağların qoynunda yerləşirdi. Bu kənddən baxanda Batabat gölləri ovuc içi kimi görünür. Kənd ərazisində mövcud olmuş əsas bulaqlar Tamam bulağı, Qaya bulağı, Qamışlı bulağıdır. XX əsrin 50-ci illərinin sonlarında kənd baxımsız vəziyyətdə qalmış, sonralar Qaqanoviç adına Zərnətün kolxozu Biçənək kəndindəki "Qırmızı Oktyabr" kolxozu ilə birləşdirilmişdir. Bundan sonra isə zərnətünlülər Biçənəyə, Məzrəyəyə, Vayxıraa, hətta Bərdə rayonunun Qaraqoyunlu kəndinə köç etmişlər.
Zərgətan (Sərdəşt)
Zərgətan (fars. زرگتان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Zərnətün çayı
Zərnətünçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Naxçıvançayın sol qoludur. Zəngəzur silsiləsinin yamacında, 2849 m hündürlükdə yerləşən Salvartı gölündən başlanır. Uzunluğu 10 km-dir. Yeraltı sular və qar suları ilə qidalanır.