Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zambar
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Bambara dili
Bambara dili — Malidə Bambara qəbiləsinin danışdığı dil. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. == Mənbə == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Bambara qəbiləsi
Bambaralar — Malidə ən böyük qəbilə və xalq. Malidə ən böyük qəbilə olan Bambara qəbiləsinin öz dili var. Onlar Bambara dilində danışırlar. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. Bambara qəbiləsinin nümayəndələri ailələrə bölünür ki, bu ailələr onların üzvlərinin üzlərindəki çapıq və cizgilərlə bir-birlərindən ayrılırlar. Kişilər üzlərində daha çox gözə çarpan və daha dərin çapıqlar çəkməyə çalışırlar. Hazırda dövlət uşaqların və gənclərin üzlərinin bu cür çapıqlarla yaralanmasına icazə vermir. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 4.
Hindistan zambarı
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
Zamfara ştatı
Zamfara ştatı (ing. Zamfara State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Lambada
Lambada portuqal dilindən götürülmüş, Braziliyanın radiostansiyalarında işləyən di-ceylər (dj) son dərəcə populyar olan mahnıları məhz belə adlandırırdılar. Getdikcə bu ad rəqsin əsl adı olan "Karimbo"nu arxa plana atır. 80-ci illərin sonunda Port-Seqarda olan fransız prodüseri Olive Lamot yerli karnavalda bu rəqsi müşahidə edir və dərhal bundan Avropada pul qazanmağın mümkün olduğunu başa düşür. Fransaya qayıdan Lamot Cənubi Amerika mənşəli 4 qaradərili müğənni ilə Kaoma pop-qrupu yaradır. 1989-cu ildə Lambada mahnısı onların ifasında lentə alınır. Nəticədə Lambada ABŞ-də və Avropada ən hit mahnıya çevrilir. Bu rəqs başgiccələndirici şöhrət taparaq bütün dünyaya yayılır.
Tambala
Tambala — Malavi Respublikasının (Malavi kvaçisinin yüzdə biri) mübadiləsində istifadə olunan pul vahididir. 15 fevral 1971-ci ildə pul islahatı nəticəsində valyutaya daxil edilmişdir. Tambala nıyanca «xoruz» (ing. rooster) mənasına gəlir. Xoruzun təsvirini isə 1 nominallı tambalanın üzərində görmək olar. Tambala 1 2, 5, 10, 20, 50 nominallı sikkələr və 50 tambalalıq əsginaslar ilə buraxılırdı, amma onlar aşağı dəyərə malik olduqları üçün pul dövriyyəsindən praktiki olaraq yox oldular.
Tambora
Tambora — İndoneziyanın Sumbava adasının şimalında olan vulkanik mənşəli dağ, strаtоvulkаn. == 1815-ci ildəki pürkürməsi == 1815-ci ildə baş vermiş püskürmə tarixdə məlum olan ən güçlü püskürmədir. Bu püskürmə nəticəsində 72 min insan həlak olmuşdur. "Yayı olmayan il" adlandırılan 1816-cı ildə Şimali Amerikada və Qərbi Avropada havaların çox soyuq keçməsinin əsas səbəbi bu vulkanın püskürməsi hesab olunur. Belə ki, 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys "Yayı olmayan ili" izah edərək bilmişdir ki, iqlimdə baş verən dəyişikliklərin səbəbi Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsidir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Tambora vulkanının püskürməsi nəticəsində yaranmış Çində də soyuq hava ağacları və düyü əkinlərini məhv etmişdi. Şimalda hətta camışlar da qırılmışdı. Musson mövsümünün dövriliyini pozdu və bu Yantszı çayının dərəsində daşqınlara səbəb oldu.
Zambiya
Zambiya — Afrikanın cənubunda dövlət. Ölkə Zambia adı ilə müstəqilliyini qazanmadan əvvəl Şimali Rodeziya adı ilə 1924-ci ilə qədər Böyük Britaniya müstəmləkəsi olmuş və bu tarixdən sonra da Böyük Britaniyanın himayəsi altına girmişdir. Ölkənin Anqola, Konqo Demokratik Respublikası, Tanzaniya, Malavi, Mozambik, Zimbabve, Namibiya və Botsvana ilə sərhədi var. Ölkənin adı Zambezi çayından götürülmüşdür. Zambiya 24 oktyabr 1964 tarixində Birləşmiş Krallıqdan müstəqilliyini qazanmışdır. Paytaxtı Lusaka şəhəridir. == Tarix == === Tarixə qədərki dövr === Zambezi Vadisi ​​və Kalambo Şəlaləsi üzərində aparılan arxeoloji qazıntı işləri insan mədəniyyətlərinin ardıcıllığını göstərir. Xüsusilə, Kalambo şəlaləsi yaxınlığındakı qədim düşərgə alətləri 36000 ildən çox əvvələ aid radiokarbon olmuşdur. Broken Hill Man eramızdan əvvəl 300.000 ilə 125.000 il arasında tarixə aid fosil kəllə qalıqları, ərazinin erkən insanların yaşadığını daha da göstərir. === Khoisan və Batwa === Müasir Zambiya bölgəsində, [300-cü ilə qədər Xisan və Batwa xalqlarının məskunlaşdığı, köç etdikləri zaman Bantu bu ərazilərdə yerləşməyə başladığı məlumdur.
Şambera
Şambera (fr. Chambérat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03051. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 186 nəfər arasında (15-64 yaş) 137 nəfər iqtisadi fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,7%, 1999-cu ildə bu 68.0%). Fəal olan 137 nəfərdən 123 nəfər (72 kişi və 51 qadın), 14 nəfər işsiz (10 kişi və 4 qadın) idi. Aktiv olmayan 5 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 24 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Amzara
Amzara (gürc. ამზარა ) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 490m hündürlüktə, Qara dənizdən 8 km və Suxumidən 9 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 123..
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Kambar
Samara
Samara (rus. Самара) — Rusiyanın Samara vilayətinin mərkəzi. Şəhər Volqanın sol sahilində yerləşir. Qala kimi 1586-da əsası qoyulmuşdur . 1935-dən 1991-ci ilə qədər şəhər Kuybışev adı daşıyırdı. Şəhərdə Rusiyanın ən uzun çay sahili və Avropada ən böyük dəmir yol vokzal binası yerləşir . Samarada İkinci dünya müharibəsi vaxtı bura paytaxı daşımaqa üçün infrastrukturu hazırlayırdılar . Əhali — 1,17 milyon insan (2011-ci il), Rusiyada əhalının sayına görə altıncı şəhərdir. Böyük iqtisadi mərkəz, nəqliyyat mərkəzi və elmi cəhətdən-maarifləndirici mərkəzdir. Əsas sənaye sahələri: maşınqayırma, neft emal etməsi və yeyinti sənayesi .
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Ambar
Ambar Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari.Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi.XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir.Ehtimal ki,Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır.Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər.Bəzi tədqiqatçılara görə türk dillərində ambar,ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Lantana camara f. camara
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Lantana camara var. camara
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Ambaras məhəlləsi
Ambaras məhəlləsi — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubadçayın sağ sahilindədir, Aşağı və Yuxarı Ambaras adlanan iki məhəllədən ibarətdir. XVIII əsrin əvvəllərində Naxçıvan sancaqının tərkibinə daxil olan Azadciran nahiyəsi Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir. Mənbələrin məlumatına görə,məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, çeşmə və bir neçə xırda dükan vardı. Meydan bütünlüklə iri çinar ağaclarının kölgələri örtürdü. Ambaras məhəlləsinin meydanı indi də məhəllə mərkəzi rolunu oynayır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 23.
Ambaras məscidi
Ambaras məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid Naxçıvan memarlıq məktəbinə aid edilir. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları binanın XVII-XVIII əsr tikililərinə uyğun gəldiyini göstərir. Məscidin tavanında taxta üzərində rənglə yazılmış kitabə vardır. El arasında yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras məscidində tədqiq olunan bu kitabədən aydın olur ki, məscid hicri 1284-cü (1867-1868) ildə Cəfərqulu Ağababa oğlu tərəfindən təmir etdirilmişdir. Kitabədə məscidin adı "Ağa Mirzə Cəfər məscidi" kimi qeyd olunmuşdur. Məscidin XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa edildiyi ehtimal olunur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh.
Aqata Barbara
Aqata Barbara (ing. Agatha Barbara 11 mart 1923 – 4 fevral 2002) — Maltanın dövlət xadimi və siyasətçisi, 1982-1987-ci illərdə Malta prezidenti. == Bioqrafiyası == Karyerasına məktəbdə müəllim kimi başlamışdır (1942-1947). 1946-cı ildən siyasətdə fəal iştirak edir və Leyborist Partiyasına qoşulur. 1947-ci ildə Malta Leyborist Partiyasının İcraiyyə Komitəsinin üzvü olur və Maltanın Nümayəndələr Palatasına seçilir. Ölkədə ilk qadın millət vəkili kimi tarixə düşür. Sonradan 1982-ci ildə deputatlıqdan könüllü istefaya qədər Malta Parlamentinin də istisnasız olaraq bütün seçkilərdə deputat seçilir. 1955-ci ildə təhsil və mədəniyyət nazirinin portfelini təhvil alır. Bununlada ilk Malta qadın naziri olur. Təhsilin geniş əhali üçün daha əlçatan olmasına yönəlmiş bir islahatı həyata keçirir.
Barbara Barns
Barbara Enn Barns (ing. Barbara Ann Barnes) — 1995-ci ilin dekabrında, 13 yaşında qətlə yetirilən amerikalı məktəbli qız. İş bu günə kimi həll olunmamış qalır. Çoxları onun ölümünə görə əmisinin məsuliyyət daşıdığını güman etdi, lakin digərləri inanırdılar ki, cinayət ərazidə yerli biri tərəfindən törədilib. Jurnalist Ceyms Renner işin Tina Harmon, Krista Harrison, Debora Smit və Emi Mixaleviç cinayətləri ilə əlaqəli ola biləcəyi barədə nəzəriyyəsini yayımladı. == Məlumat == Barns məktəbdə yaxşı oxuyan, şirindilli bir qız kimi təsvir edilmişdir. O, səkkizinci sinifdə oxuyurdu və Harding orta məktəbinə gedirdi. Evi ilə məktəbi arasında məsafənin az olması səbəbindən o, məktəbə hər gün məktəb yoldaşları ilə gedirdi. Barnsın atası 1989-cu ildə güllələndi, hansı ki bu, onun şəxsiyyətinin dəyişməsinə səbəb oldu. == İtkin düşməsi və qətli == Bir sinif yoldaşı tərəfindən Barnsın 7 dekabr 1995-ci ildə qaçırıldığı zaman məmləkəti Ohayo ştatı, Styubenvill şəhərindən məktəbə getdiyi bildirildi.
Barbara Bax
Barbara Bax (ing. Barbara Bach, qızlıq soyadı Qoldbax (ing. Goldbach); 27 avqust 1947, Nyu York, ABŞ) — amerikalı aktrisa və model. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi rolunu oynayıb. "The Beatles" qrupunun barabançısı Rinqo Starın həyat yoldaşıdır. == Həyatı == 27 avqust 1947-ci ildə Nyu Yorkda anadan olub. Barbaranın atası Avstriyadan olan yəhudi olub. Anası İrlandiya, nənəsi isə rumın əsilli olub.Barbara öz soyadını Qoldbaxdan Baxa dəyişib və "On yeddi" jurnalının üz qabığında çəkilib. 18 yaşı olarkən özündən 10 yaş böyük olan italiyalı biznesmen Avqusto Qreqoriniyə ərə gedib. 1968-ci ildə Barbaranın qızı Françeska, 1972-ci ildə isə oğlu Canni dünyaya gəlib.
Barbara Brılska
Barbara Brılska (pol. Barbara Brylska; 5 iyun 1941) — Sovet və Polşanın teatr-kino aktrisası, müğənni. SSRİ Dövlət Mükafatı laureatı (1977). Keçmiş SSRİ məkanında daha çox Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki Nadya Şevelyova rolu ilə tanınır. == Həyatı == Barbara Brılska 5 iyun 1941-ci ildə Polşada Lodzi yaxınlığındakı Skotniki şəhərində anadan olmuşdur. 15 yaşında olarkən ilk rolunu kinoda ifa edir. Çəkilişlərdən sonra teatr dərnəyində məşğul olmağa başlayır. O, Lodz teatr məktəbində oxuyurdu. 1967-ci ildə oranı qurtarır. 1966-cı ildə Boleslav Prusun romanı əsasında çəkilən "Firon" filmində (rejissor: Yeji Kavaleroviç) kahinə Kama rolunu ifa edir.
Barbara Buyka
Barbara Buyka (d. 5 sentyabr 1986) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Barbara Buyka, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Barbara Buyka, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.