QUMBARA

(Bakı, Şəki)
isladılmış kömür xəkəsindən yumru şəkildə düzəldilmiş yanacaq növü. – Bu gün iki yüz dənə qumbara qayırmışam (Şəki)
QUMANNI
QUMBUC
OBASTAN VİKİ
Reaktiv qumbara
Reaktiv qumbara — kumulativ, parçalanmış, termobarik və ya toz sürətləndiricisi ilə təchiz edilmiş və metal və ya plastik boruya daxil edilmiş hər hansı digər qumbara. Qapalı məkanlarda (UAN, ATAN) yerləşən düşmən zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuşdur. Düşmən helikopterlərini məhv etmək üçün istifadə edilə bilər. Bəzi əl qumbaraatanlarının dizaynı onları yenidən yükləməyi qeyri-mümkün edir.
Qaya (qumbaraatan)
RPG-7V2 “Qaya” – Azərbaycan istehsalı olan qumbaraatan. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxır. Rusiyanın RPG əl qumbaraatanının fərqli modifikasiyası olan “Qaya” düşmənin zirehli texnikasını və piyadalarını məhv etmək üçün hazırlanıb. “Qaya” 40 mm çaplı PG-7, PG-7VM, PG-7VS, PG-7VS1, PG-7VL, PG-7VR, OG-7V, TBG-7V mərmilərindən atəş açmaq imkanlarına malikdir. Uzunluğu 950 mm, çəkisi 6,85 kq olan “Qaya”dan dəqiqədə 4-6 atəş açmaq mümkündür. Qumbaraatanın atış ömrü MSN-in rəsmi kataloqunda 250 atış göstərilib. Qumbaraatan PGO-7V3 UP-7 mexaniki optik nişangahla təchiz olunub. Azərbaycan istehsalı olan qumbaraatan RPG-7V2 “Qaya”. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxıb. Atışlar zamanı qumbaraatan yüksək etibarlılıq və dəqiqlik nümayiş etdirib.
Qumbaraatan
Qumbaraatan - xüsusilə böyük kalibrli silahlardan atəş açmaq üçün istifadə edilən silah növü. Əsasən tüstü və ya qaz döyüş başlığından da istifadə olunur. Bəzi zirehli və ya adi döyüş maşınlarının qüllə hissəsində də müxtəlif növ qumbaraatan silahlardan istifadə etmək mümkündür.
Qumbaraçı ocağı
Qumbaraçı ocağı — Osmanlı dövlətinin hərbi təşkilatında qumbara düzəldən və bunu istifadə edənlərin bağlı olduğu təşkilat. Dünyanın ilk hava topu sinifidir. Qumbara dəmir və ya tuncdan tökülmüş əl bombasıdır. Qumbaraçılıq Osmanlı dövlətində XVI əsrdə Mustafa adındakı bir topçu bölük başısının ilk tunc qumbara emalatxanasını qurmasıyla meydana gəlmişdir. 1729-cu ildə Osmanlıya iltica edən və müsəlman olduqdan sonra Əhməd adı verilən Qraf Bonneval tərəfindən inkişaf etdirilib yenidən təşkil edildi. 1783-cü ildə Sədrəzəm Xəlil Həmid Paşa qumbaraçılar üçün yeni tənzimləmələr gətirdi və 1792-ci ildə çıxarılan bir nizamnaməyə əsasən qumbaraçıların səlahiyyətləri artırıldı. Qumbaraçılar, Əhməd Paşanın səyləriylə ordunun ən intizamlı və nizamlı sinifi vəziyyətinə gəlmişdir. Qumbaraçı ocağının islahı ilk olaraq XVIII əsrdə, Qumbaraçı Əhməd Paşa və Sədrəzəm Osman Paşanın istəyi ilə gündəmə gəlmişdir. 1731-ci ildə islah layihəsi hazırlandı və iki il sonra da Üsküdarda Qumbaraçı ocağı quruldu. Beləcə Bosniyadan tutmuş 300 ulufeli qumbaraçı namizədi ilə müxtəlif qalalardan seçilən 300 sipahi qumbaraçılıq təhsilinə başlayaraq qumbara emalatxanasının qurulması yolunda addımlar atıldı.
Əl qumbarası
Əl qumbarası — içi partlayıcı və ya kimyəvi maddələrlə doldurulan və bir partlama xüsusiyyəti daşıyan kiçik bir partlayıcı növüdür. Bu partlayıcı əksər hallarda əl ilə atılır. Əl qumbaraları 3 növdən ibarətdir: Ziyanverici qumbaralar Kimyəvi qumbaralar Təlim qumbaraları Bu qumbaralar tərkibində çoxlu plastik partlayıcı və çox qəlpə mövcuddur. Kimyəvi qumbaralarda , ednatol (etilen di nitro amin)və pirik asit turşusu mövcuddur . Bombanın qəlibini civə fülminat və ya qurğuşun azodürden əmələ gətirilir və partlamanın təsirini artırır. Təlim qumbarası hərbi təlim zamanı istifadə olunur. Tərkibində çox vaxt barıt və ya C2 olur ziyanverici gücü digərlərinə nisbətən daha azdır . Müdafiə tipli qumbaralar hücum tipli qumbaralara nəzərən daha təsirlidir və tərkibində çoxlu metal olduğuna göre daha ağırdır. Hücum tipli qumbaralarının qəlpə təsiri demək olar ki yoxdur. Hücum tipli qumbaralar mudafiə tipli qumbaralara nisbətən daha çox səs çıxarır və ses düşməniöldürməkdən daha çox ses üzündən şoka salamaqdır .
Lüləaltı qumbaraatan
Lüləaltı qumbaraatan — əl silahına, adətən avtomata quraşdırılmış əlavə bir hissə şəklində hazırlanmış qumbaraatan. == Məqsəd == Lüləaltı qumbaraatan düşmənin canlı qüvvəsini və zirehli maşınlarını məhv etmək üçün istifadə olunur. Xüsusi döyüş sursatları (qumbaraatanların mərmiləri) bunun üçün bir qutuda yerləşdirilən qumbara və hərəkətverici barıtı birləşdirərək istifadə olunur. Atəş üçün bir qumbaraatan hücum tüfənginin lüləsi altına quraşdırılır. Tətiklər və nişangahlar sol əllə atəş açmaq üçün nəzərdə tutulmuşdur (sağ əl ilə maşını əsas atəş idarəetmə tutacağından tutulur).
Şok qumbarası
Çaxnaşma, ildırım çaxması və ya səs bombası kimi də tanınan heyrətləndirici qumbara düşmənin hisslərini müvəqqəti olaraq yönünü dəyişmək vəya diqqətini yayındırmaq üçün istifadə edilən daha az öldürücü partlayıcı qurğudur . Partlayış zamanı heyrətləndirici qumbara göz qamaşdıran işıq parıltısı və son dərəcə yüksək səsli bir "bang" yaradır. Onlar tez-tez düşmənləri çaşdırmaq və ya diqqətini yayındırmaq üçün yaxın döyüşlərdə, qapıların arxasından və iğtişaşlara nəzarətdə-də istifadə olunur. Şok qumbaraları ilk dəfə 1970-ci illərin sonlarında Britaniya Ordusu Xüsusi Hava Xidmətinin antiterror qanadı tərəfindən istifadə edilmişdir və o vaxtdan bəri bütün dünyada polis və hərbi qüvvələr tərəfindən geniş istifadə olunur. Daha az öldürücü təbiətinə baxmayaraq, heyrətləndirici qumbaralar hələ də zərər verə bilir və yaxınlıqda partlayan zaman yaralaya və ya öldürə bilər. Onlar həmçinin yanğınlar törətməyə qadirdirlər. Heyrətləndirici qumbaralar təqribən 7 meqakandela (Mcd) və 170 desibeldən (dB) çox yüksək səsli "partlayış" yaratmaq üçün nəzərdə tutulmuşdur. Flaş gözün bütün fotoreseptor hüceyrələrini müvəqqəti olaraq aktivləşdirir və onu təxminən beş saniyə ərzində kor edir. Bundan sonra qurbanlar görmə qabiliyyətini zəiflədən bir görüntü hiss edirlər. Partlamanın həcmi də qurbanda müvəqqəti karlığa səbəb olur və qulağın içindəki mayeni narahat edir, tarazlığın itirilməsinə səbəb olur.

Digər lüğətlərdə