Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ziyrik
Ziyrik — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ziyrik kəndi Qarabağ yaylasındadır. İnqilabaqədərki ədəbiyyatda Zikrik kimi qeyd olunmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini Cənubi Azərbaycanın Ziyrik kəndindən gəlmiş ailələr saldığı üçün belə adlanmışdır. Kənddən 800-900 m aralıda yerləşən və tünc dövrünə aid kurqan arxeoloji abidə kimi qeydiyyata alınmışdır. 1992-ci ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Zirik
Zirik — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Zirik–bir vaxtlar bu adda kənd mövcud olub və indi həmin ərazinin xarabalıqları qalır. Tarixi qədim Alban dovlətinə aid olduğu ona görə güman edilir ki, bu sözün mənası udi dilində "toyuqlu" deməkdir. İndiki Zirik isə Kov Murad dağının ətəyində salınan kənddir. 1925-ci ildə yaradılıb və ona qədim yurd yerinin adını veriblər. Əhalisi İraqdan, Kərkükdən gələn türkmənlərdir. Əvvəlcə onlar Palantökən deyilən ərazini özlərinə binə seçiblər və sonra bu ərazidə, Kov Murad dağının ətəyində məskunlaşıblar... Digər tədqiqatçıların araşdırmalarına görə oykonim zirinc bitki adı ilə əlaqəlidir. Türk dillərində zirig/zirik qızılağacın adıdır. Güman etmək olar ki, kəndin ərazisi qızılağacla zəngin olduğundan kənd belə adlandırılmışdır.
Ziyil
Ziyil – insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir. == Ziyilin əlamətləri == Ətli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ, qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür. Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar. Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.
Ziyayi-Qafqaziyyə
"Ziya" (az-əbcəd. ضیاء‎), daha sonra "Ziyayi-Qafqaziyyə" qəzeti (az-əbcəd. ضیاء قافقاسیه‎) — XIX əsrdə Tiflisdə nəşr olunmuş həftəlik ədəbi, ictimai, siyasi qəzet. 1879–1880-ci illərdə "Ziya" (Tiflis, 76 nömrə), sonrakı 1880–1884-cü illərdə "Ziyayi-Qafqaziyyə" adı ilə (Tiflis və Şamaxı, 107 nömrə) çıxmışdır. Qəzetdə Ünsizadə qardaşları, S. Ə. Şirvani, N. Vəzirov, S. Vəlibəyov, A. Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam dinini təbliğ edən yazılar da dərc olunmuşdur. Redaktoru və naşiri Səid Ünsizadə idi. == Qəzetin nəşrinə qədərki dövr == Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. "Əkinçi" bağlandıqdan sonra bir müddət Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxmamışdır. Düzdür, Bakıdakı real məktəbinin müəllimi Mirzə Məhəmmədbəy "Camcahannüma və ayineyi-bədənnüma" adlı bir qəzet çıxarmaq istəmişdir.
Həsən Ziyayi
Həsən Ziyayi və ya Ziyayi Çələbi — boşnak əsilli Osmanlı şairi. O, əsərlərini fars və türk dillərində yazmışdır. Bosniyalı şair idi. Ziyayi XVI əsrdə çiçəklənən ən erkən və ən istedadlı boşnak "divan" şairlərindən biri idi. Onun farsca əsərləri arasında bir qəsidə, on dörd qəzəl bir kita yazmışdır. O, fars ədəbi ənənəsini yaxşı bilirdi və müəllifi olduğu qəsidəni İran şairlərinə həsr etmişdir. O, Mostarda anadan olmuşdur.
Zikri Ərdəbili
Zikri Ərdəbili (1790, اردبیل – XIX əsr) — Azərbaycan şairi. == Həyatı == Zikri Ərdəbili Azərbaycanın istedadlı şairlərindəndir. O, hicri tarixinin 1205-ci (miladi 1790-cı) ildə Ərdəbil şəhərində anadan olmuşdur. Zikrinin əsl adı İbrahim, atasının adı Həsəndir. == Yaradıcılığı == O, şairlik sənətini ustadı Fikridən öyrənmişdir. Lirik şair olan Zikrinin şeirlərində ictimai motivlər və vətənpərvərlik, saf məhəbbət hisslərinin tərənnümü qüvvətlidir. Onun bir sıra qəzəlləri vaxtı ilə dillər əzbəri olmuş xanandələr tərəfindən oxunmuşdur. Şeirləri 20 cildlik "Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası"nın VIII cildində (1988) çap olunmuşdur.
Zirik bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ziyai Ordubadi
Ziyai Ordubadi (?–1520/1521, Təbriz) – XVI əsr Azərbaycan şairi. == Həyatı == Mənbələrin verdiyi məlumata görə, özbək hökmdarı Sultan Hüseyn Bayqaranın zamanında Herata köçmüş, özbək klassik ədəbiyyatının banisi Əmir Əlişir Nəvai ilə yaxın olmuşdur. Ömrünün sonlarına doğru Ordubada qayıtmış, daha sonra Təbrizə gedərək, orada vəfat etmişdir. Əlişir Nəvainin "Məcalisün-nəfais", Sam Mirzənin "Töhfeyi-Sami", Lütfəli bəy Azərin "Atəşkədə" təzkirələrində, Şəmsəddin Saminin "Qamüsül-aləm"ində (c.4) Ziyai Ordubadidən bəhs edilmişdir. Şeirlərindən nümunələr Azərbaycan Milli EA Əlyazmalar İnstitutunda saxlanılan bir sıra cünklərdə mühafizə olunmuşdur. Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərində Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir. == İstinadlar == == Ədəbiyyat == Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, B., 1987, səh. 156.
Ziyai Ərdəbili
Ziyai Ərdəbili (1850-?) — şair == Həyatı == İsa Hacı Məhəmmədrəhim oğlu 1850-ci ildə Ərdəbil şəhərində anadan olmuşdu. Atası vəfat etdikdən sonra Lənkəran şəhərinə gəlmiş burda günəmuzd işlərlə məşğul olmuşdu. == Yaradıcılığı == İsa Azərbaycan və fars dillərində şeir yazırdı. Ziyai təxəllüsünü qəbul etmişdi. "Təzkireyi-Ziyai" adlı əsər yazmışdı. Onun qəzəlləri xalq arasında məşhur idi.
Zoriy Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Xankəndi şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. == Siyasi baxışları == 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
Ziya (Ziyayi-Qafqaziyyə)
"Ziya" (az-əbcəd. ضیاء‎), daha sonra "Ziyayi-Qafqaziyyə" qəzeti (az-əbcəd. ضیاء قافقاسیه‎) — XIX əsrdə Tiflisdə nəşr olunmuş həftəlik ədəbi, ictimai, siyasi qəzet. 1879–1880-ci illərdə "Ziya" (Tiflis, 76 nömrə), sonrakı 1880–1884-cü illərdə "Ziyayi-Qafqaziyyə" adı ilə (Tiflis və Şamaxı, 107 nömrə) çıxmışdır. Qəzetdə Ünsizadə qardaşları, S. Ə. Şirvani, N. Vəzirov, S. Vəlibəyov, A. Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam dinini təbliğ edən yazılar da dərc olunmuşdur. Redaktoru və naşiri Səid Ünsizadə idi. == Qəzetin nəşrinə qədərki dövr == Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. "Əkinçi" bağlandıqdan sonra bir müddət Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxmamışdır. Düzdür, Bakıdakı real məktəbinin müəllimi Mirzə Məhəmmədbəy "Camcahannüma və ayineyi-bədənnüma" adlı bir qəzet çıxarmaq istəmişdir.
Şəfa Zikri İbrahim
Şəfa Zikri İbrahim və ya Şəfa Zikri Gərdi (kürd. شیفا گەردی; 1 iyul 1986, İran – 25 fevral 2017, Mosul) — kürd əsilli İraq jurnalisti və müxbiri. == Həyatı == Şəfa Zikri İbrahim 1 iyul 1986-cı ildə İranın Rey şəhərində anadan olmuşdur. O, qərargahı Ərbildə yerləşən "Rudaw" telekanalında müxbir işləmişdir. Zikri İbrahim Mosul əməliyyatı zamanı müxbir kimi çalışmışdır. O, 25 fevral 2017-ci ildə, 30 yaşında, İraq müharibəsi haqqında xəbər hazırlayarkən yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olmuşdur.
Ziri (Sərab)
Ziri (fars. كلانترعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (29 ailə).
Mirzə Cahangir xan Ziyai
Mirzə Cahangir xan Ziyai (1858, Mərənd – 1933) — XIX əsr Azərbaycan şairi, xəttat, diplomat. == Soy == Əllamə Mirzə Məhəmməd Əli Müdərris Təbrizi Reyhatənül Ədəb kitabı Nizamül Mülk başlığı altında ona görə belə yazır: Onun soyu Nəzərəli xan Mərəndi, Mir Qılınc ki Seyid Həsən Babanın soyundadndır və Mərəndin Yekan Kəhriz kəndində dəfn olunmuşdur yetişir. Mir Qılınc o, kəndin seyidlər və əşraflarındanidi və orada məşhur türbəsi vardır. == Həyatı == Mirzə Cahangir xan ibn Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1858-ci ildə Mərənddə doğulmuşdur. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra İranın Xarici İşlər nazirliyində çalışmağa başlamışdı. Təbriz, Məşhəd şəhərlərində konsulxanalarda kargüzar kimi işləmişdi. 1906-cı ildə İranın Bağdad şəhərində konsulu olmuşdu. təhsilini bitirdikdən sonra iİranın qacarlar dönəmindəki xarici işlər nazirliyində atası yerində işə başladı. Ziyai fransız dilini mükəmməl şəkildə öyrənib xarici işlər nazirliyində yüksək məqamlara çatdı. O, məqamlardan xarici işlər naizirliyinin baş müdiri və bir dönəm xarici işlər nazirliyinin sepəhdar Əzəm Tünikabüni zamanında kəfilliyindən ad aparmaq olar.
Buluqqin ibn Ziri
Əbülfütuh Yusif Buluqqin ibn Ziri bin Mənad əs-Sanhaci (v. may 984) — İfrikiyyədə hökm sürən Zirilər (Sanhacə) dövlətinin qurucusu və ilk hökmdarı. == Həyatı == Bərbəri əsilli Sanhacə qəbilənə mənsub olan Buluqqinin atası və babası də nüfuz və etibar sahibi şəxslərdi. Fatımi xəlifəsi Mənsur tərəfindən Məğrib valiliyinə təyin edilən Ziri, Səid ibn Yusifun Cəbəliavrasda üsyanı üzərinə oğlu Buluqqini böyük bir ordu ilə onun üzərinə göndərdi. Bəqayə yaxınlarında baş verən savaşda məğlub olan Səid ibn Yusif çox sayda adamıyla birlikdə öldürüldü. Bu zəfər Buluqqinin xəlifə nəzdindəki etibarını artırdı və 960-cı ildə yəni qurulan Cəzayir, Miliana və Mədşa şəhərlərinin idarəsi ona verildi. Buluqqin 968-ci ildə Xəlifə Muiz-Lidinillaha ita¬ətdən ayrılan Zənatəli Məhəmməd ibn Hüseynin üzərinə yürüyüb onu da məğlub etdi. Haüfə buna çox sevindi; çünki Mıisirə getdiyi təqdirdə ölkəsinin istila edil¬məsindən qorxurdu. Buluqqinin bu bacarığı onun əndişəsini aradan apardı. Atası Zirinin Məsilə və Zab şəhərlərinin asi valisi Cəfər ibn Əli bin Həmdun ilə apardığı savaşda öldürülməsinə görə dərhal hərəkətə keçən Buluqqin, Zənatəyə mənsub bir çox şəxsi öldürərək atasının intiqamını aldı (971).
Xitrıy adası
Xitrıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Oktyabr İnqilabı adasından 8,5 km aralıda yerləşir. Universitetski buzlağının girişindədir. Xitrıy adasından şimal-qərbdə arxipelaqa aid digər adalar yerləşir:Sverdlov adası, Nezametnıy və Xlebnıy, 4 km cənubda isə Korqa adası. == Təsviri == Ada qərbdən şərqə 800 m məsafədə uzanıb. Eni 50–200 metr arasında dəyişir. Adada yüksəklik yoxdur. Sahillərində dərinlik 1 km məsafədə 100 metrdir.