zığ-zımrıq 2021

zığ-zımrıq
zığ-zığkimilər
zığbazığ 2021
OBASTAN VİKİ
Zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Zığ
Zığ — Bakının Suraxanı rayonunda qəsəbə. Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar. Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir.
Adi zığ-zığ

Mavi zığ-zığ
Mavi zığ-zığ (lat. Cyanocitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi.
Zığ-zığ quşu
Zığ-zığ quşu (ing. Mockingjay) – 2010-cu il Suzanna Kolins tərəfindən yazılan elmi-fantastik roman. Bu, Aclıq Oyunları triologiyasının ən axrıncı buraxılmış romanıdır. Seriyanın ilk romanı 2008-ci il yazılmış Aclıq Oyunları, ikincisi isə 2009-cu ildə yazılmış Güclənən Alovdur. Roman iki filmə uyğunlaşdırılıb. Birincisi 21 noyabr 2014, ikincisi 20 noyabr 2015-ci il yayınlanıb. Roman Cənubi Amerikada, Ketnis Everdinin əvvəlki oyundan sağ çıxıb, gözlərini Paytaxtın dağıtdını fikirləşdiyi 13. mahalda açması ilə başlayır. Kolins deyir ki, Aclıq Oyunları seriyasının əsas ilhamı Zevs və Minotavrın hekayəsindən gəlir. Yunan mifinə əsasən, Kral Minosun oğlu Andregenosun öldürülməsinə cəza olaraq, Afina 7 oğlan və 7 qızı Kritə qurban verməli idi.
Adi mavi zığ-zığ
Adi mavi zığ-zığ (lat. Cyanocitta cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin mavi zığ-zığ cinsinə aid heyvan növü.
Zığ bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zığ gölü
Zığ gölü — Abşeron yarımadasında göl. Zığ gölü səthinin sahəsi 20 ha, dərinliyi 1,5 m olmaqla Zığ qəsəbəsindən axan məişət-sənaye suları və yeraltı sular hesabına qidalanır. Gölə axıdılan məişət tullantı sularının illik həcmi 1826 min kub m, sənaye (neft, qaz) tullantıları isə 73 min kub m-dir. Götürülmüş su nümunələrinin analizlərinin nəticələri göstərir ki, gölün suyu şor olmaqla minerallaşma dərəcəsi 166 q/l-ə çatır. İon tərkibində xloridlər 96, maqnezium 42,6 və sulfatlar 5,4 q/l olmaqla sanitar normaları müvafiq olaraq 274,21 və 11 dəfə aşır. Gölün suyunun oksigen rejimin pozulmuşdur. Oksigenin konsentrasiyası sanitar normadan 1,6 dəfə aşağıdır. Çirkləndirici maddələrdən yüksək miqdarda kadmium 8,4 , mis 6, detergenlər 0,45 mq/l olmaqla müşahidə olunur ki, bu da sanitar normadan uyğun olaraq 8,4 ; 6 ; 4,5 dəfə yüksəkdir. Zığ gölünün dib çöküntülərində manqan (222 mq/kq), neft məhsulları (63 mq/kq), mis (66 mq/kq), nikel (40 mq/kq), kadmium (21 mq/kq), sink (18 mq/kq), xrom (12 mq/kq) və kobalt (8,6 mq/kq) toplanmışdır. Göldə ekoloji vəziyyəti orta qiymətləndirmək olar.
Zığ qəsəbəsi
Zığ — Bakının Suraxanı rayonunda qəsəbə. Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar. Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir.
Zığ Şossesi
Gəncəli xan Zığ
Gəncəli xan Zığ (?-1646) — Kirman bəylərbəyliyinin hakimi, Səfəvi sərkərdəsi. == Həyatı == I Şah Abbas Vəli xan Avşarı qoca olduğu üçün Kirman mülklərini ona tiyul verdi və icazə verdi ki, Kermanın bir guşəsində əbədi dövlətə dua etməklə məşğul olsun. Və Kermanın idarəsi Gəncəli xan Zığa tapşırıldı. == Ailəsi == Gəncəli xanın Əlimərdan xan adlı oğlu vardı.
Zığ palçıq vulkanı
Zığ palçıq vulkanı — Zığ gölündən cənub-qərbdə yerləşir. Bu vulkanın əhatə etdiyi Zığ mədəninin ərazisi Bakı şəhərindən şimal-şərqdə yerləşir. Sahənin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edir. Vulkanın səthi qədim Xəzər dənizi tərəfindən yuyulmuşdur. Onun krateri gölün cənub-qərb sahilində yerləşmiş və gömülmüşdür. Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Əlimərdan xan Zığ
Əlimərdan xan Gəncəli xan oğlu Zığ (?- aprel, 1657) —kürd mənşəli Səfəvi sərkərdəsi, Kəşmirin sövbədarı. Əlimərdan xan Gəncəli xan oğlu Kirmanda anadan olmuşdu. Böyük Moğol hökmdarı Şah Cahan (1628–1658 dövründə Səfəvi-Moğol dövlətləri arasında Qəndəhar üstündə çəkişmələr yenidən qızışır və Səfəvilərin bu məntəqədəki bəylərbəyi Əlimərdan xan Qəndəharı Moğollara təslim (1638) edir. Səfəvi Moğol dövlətləri arasında Qəndəhar üstündə baş vermiş yeni münaqişələr və bu məntəqənin idarə quruluşu haqqında "Abbasnamə" müfəssəl məlumat verir. Qaynaqda qeyd edilir ki, Gəncəli xanın oğlu Əlimərdan xan I Şah Səfinin dövründə Qəndəhar əmir əl-ümərası və hakimi idi. O, Şah Səfidən üz döndərib Hindistan şahına məktub yazmış və onu Qəndəhara dəvət etmişdi. Hind şahı isə Səfdər (Səid) xanın başçılığı altında Qəndəhara hərbi dəstə göndərib oranı öz hakimiyyətinə tabe etmişdi. Əlimərdan xanın İbrahim xan adlı oğlu vardı.
Zığ duzlu gölü
Duzlu göl və ya Qızılı göl – Bakının Suraxanı rayonunda, Zığ–Hövsan avtomagistralının yaxınlığında yerləşən göl. Göldə çimmək qadağan olunsa da, gölü şəfa mənbəyi hesab edən insanlar yayda gölə axın etməyə davam edirlər. Gölün suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün göldə çimirlər. Ziyarətçilər gölün dibindən yığılmış palçığı bədənlərinə sürtürlər, daha sonra günəş vannası qəbul edirlər. Gölü əsasən yaşlılar və Bakıya gələn turistlər ziyarət edirlər. Ruslar, ərəblər, Rusiya azərbaycanlıları göldə çimməyə gəlirlər. Gölün ətrafında 1993-cü ildən Zəngilan, Füzuli və Qubadlıdan olan məcburi köçkün ailələri yaşayır. Onlar gölün ətrafında tikdikləri duş, yeməkxana kimi obyektlərindən qazanc əldə edirlər. Göl suyunun bakterioloji vəziyyəti pis olduğu üçün və göldə antisanitariya şəraiti hökm sürdüyü üçün 2006-cı ildə baş dövlət sanitar həkiminin müavini tərəfindən imzalanan 25 saylı qərara əsasən göldə çimmək qadağan olunub.

Digər lüğətlərdə