Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qütb zoocoğrafi vilayəti
Zoocoğrafi vilayət- Yer kürəsində heyvanların əsas coğrafi vilayətləridir. Antarktida zoocoğrafi vilayəti Antarktida materikinin sahil zonasını, 60° c.en. dairəsindən cənubda yerləşən adaları və arxipelaqları (Cən. Georgi, Cən. Şetland, Cən. Orkney, Cən. Sandviç, Buve, Kerqelen və s.), Dünya okeanında isə təxminən 40° c. en. dairəsinədək olan su akvatoriyasını əhatə edən zoocoğrafi və ya faunustik vilayətdir. Antarktidada quruda yaşayan məməlilər yoxdur, ancaq bəzi qurdlara, xərçənglərə, ilbizlərə və qanadsız həşəratlara təsadüf edilir.
Biocoğrafi sədd
Meşələrin ekocoğrafi problemləri
Meşəsizləşdirmə — meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara, məsələn, tarlalar, əkin sahələri, otlaqlar, şəhərlər, çöllər və s. çevrilməsi prosesi. Ən çox meşə qırılması tropik tropik meşələrdə baş verir. İndiki dövrdə Yer kürəsinin təxminən 31%-i meşələrlə örtülüdür. Bu, kənd təsərrüfatının genişlənməsindən əvvəl mövcud olan meşə örtüyündən üçdə bir azdır. Bu itkilərin yarısı keçən XX əsrdə baş tutmuşdur. Meşəsizləşdirmənin əsas səbəbi meşələrin tutduğu ərazilərin başqa məqsədlər üçün köçürülməsi, xüsusən meşələrin qırılması və əkin sahələri üçün yandırılmasıdır. Meşəsizləşdirmənin digər əsas problemi meşəsalmanın olmamasıdır. Bundan əlavə, meşələr qasırğalar, meşə xəstəlikləri, iqlim dəyişikliyi kimi təbii səbəblərə görə məhv ola bilərlər. Buna baxmayaraq, meşəsizləşdirmənin əsas səbəbi də insan fəaliyyətidir.
Torpaqların ekocoğrafi problemləri
Azərbaycanın torpaq örtüyü çox müxtəlif və rəngarəngdir. Torpaq növlərinin müxtəlifliyinə görə bura dünyanın ən zəngin güşələrindən biridir. Bütün əsas torpaq tipləri coğrafi yayılmasına görə şaquli zonallığa tabedir. Respublikanın torpaq xəritəsində 90-a qədər torpaq tipi və yarımtipi göstərilmişdir. Yüksək dağlıqdan Kür-Araz ovalığına və Xəzər dənizinə kimi olan ərazidə aşağıdakı torpaqlar yayılmışdır: dağ-tundra, dağ-çəmən, qonur-dağ meşə, qəhvəyi-dağ meşə, dağ-qara torpaqlar, boz-qəhvəyi (şabalıdı), sarı, boz və boz-qonur çəmən torpaqları, şoranlar, şorakət və s. torpaqlar. Azərbaycanın ümumi torpaq fondunun sahəsi 8,641 mln. ha-dan artıqdır. Bunun 4,47 mln. ha-ı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 mln.
Böyük Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri.
Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir. Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur. Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa).
Kiçik Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri