Zvonimir tacı
Zvonimir tacı ― 1076—1089-cu illərdə hakimiyyətdə olan xorvat hökmdarı Zvonimirə məxsus tutya, sonradan itirilmişdir.
Dmitar Zvonimir tacı skeptron ilə birlikdə Roma papası VII Qriqoridən aldı.
Tacqoyma Zvonimirin əvvəlki dux əvəzinə daha böyük titul olan rex-i almasına imkan verdi. Ancaq eyni zamanda, tacı alması nəticəsində Papa ilə münasibətləri daha çox vassal münasibətlərinə bənzəməyə başladı. Mənşə baxımından, Zvonimirin xorvat taxt-tacına olan haqqı nə qədər böyük olduğu aydın deyil, ona görə onun hökmdarlığının əlavə gücləndirilməsinə ehtiyacı ola bilərdi.
Orta əsr tacı Zvonimirin ölümündən sonra başlayan iğtişaş dövrü zamanı itirilmişdir, Macarıstan və Xorvatiyanın şəxsi birliyinin başlamasından sonra isə xorvat tacı rolunu Müqəddəs İştvan tacı öz üzərinə aldı. XIX əsrdə ayrı xorvat tacının mövcud olması fikri Xorvatiya suverenliyinin tərəfdarları arasında populyarlaşdı, məsələn bu cür düşüncələrə Franyo Raçkinın idealist yazılarında rasta gəlmək olar. Zvonimir (və ya ona daha çox deyildiyi kimi Tomislav) tacının şəkilləri şücaətli keçmiş haqqında xatirələri gücləndirirdi. Bu, 1925-ci ildə xorvat dövlətçiliyinin ildönümünün qeyd edildiyi zaman xüsusilə aktual oldu. Müstəqil Xorvatiya Dövlətinin yaranması ilə prototipindən fərqlənən yeni “Zvonimir tacı” hazırlandı.