Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borsunlu
Borsunlu (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Borsunlu (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Burunlu
Burunlu (Zərdab) — Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Burunlu — Zəngilan rayonununda kənd.
Moruxlu
Moruxlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1961-ci ildə inzibati ərazi vahidi statusu alıb. == Toponimikası == Moruxlu oyk. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Zada çayının (Zəyəm çayının qolu) sahilində, dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrin ikinci yarısında buraya Tovuz r-nundan köçüb gəlmiş ağcaqalalı, kəlbəəhmədli, çənlər, Goranboy r-nundan köçüb gəlmiş qılıclı və Qazax r-nundan köçüb gəlmiş kəsəmənli nəsillərinə mənsub ailələr Moruqlu dərəsi adlanan ərazidə salmışlar. Kənd həmin ərazinin adını daşıyır. Oykonim Moruğlu, Moruxlu variantlarında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == İqlimi soyuqdur. Ən yüksək nöqtəsi 1295 m.-dir.
Qovunlu
KəndlərQovunlu (Aralıq)- 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70]. "Əhalisi Quzugüdənli Qarasu camaatındandır" (yenə orada). Qovunlu (Zarzəmin)- 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 123].
Xoruzlu
Xoruzlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Xoruzlu Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonim kəngərli tayfa birliyinə daxil olan xoruzlu tirəsinin adı ilə bağlıdır.. == Əhalisi == Əhalisinin bir hissəsi 1949-cu ildə Dərələyəz mahalından deportasiya olunublar. === Tanınmışları === Vəzir Orucov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Tofiq Yusif — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laurеatı, "Yeni Tərtər" qəzetinin redaktoru.
Oruclu
Oruclu (İmişli)
Borsunlu (Goranboy)
Borsunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd.Borsunlu regionun qədim yaşayış məskənlərindən biridir. Borsunlu Bələdiyyəsinə, Borsunlu və Qazaxlar kəndləri daxildir. Bu mahalda erkən orta əsrlərdə hun tayfalarından bir hissə də yaşamışdır. Borsunlu "Boris hunlu", yəni "Boris mahalında yaşayan hunlar" mənasındadır. Əslində Borsunlu coğrafi adı Azərbaycanda indiyədək hun etnonimini saxlamış yeganə toponimdir. 1804-cü il tarixli Gəncəbasarın kameral təsvirində 18 ev olmaqla Borsunlu kimi qeydə alınmışdır. Bəziləri kəndin əsasının Gürcüstanın Bolnis rayonundan, digərləri Tərtər rayonunun Borsunlu kəndindən, bir qismi isə XVIII əsrdə qazax zonasından gələnlər tərəfindən qoyulduğunu göstərir. Ola bilsin ki, kəndin adı xəzərlərin borsula tayfasının adı ilə bağlıdır. IV-V əsrlərdə Xəzər dənizinin şimal-qərb sahilində yaşayan türkdilli tayfa olan barsillər (bersillər, basillər, barseltlər) etnik və dil cəhətdən bulqarlar, savirlər və avarlarla yaxın olmuşdur. Borsunlu kəndinin adını həm həmin tayfa ilə, həm də "bol sulu", "boru ilə su gətirilən yer" sözləri ilə bağlayırlar.
Borsunlu (Tərtər)
Borsunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.İncəçay (Kürün sağ qolu) sahilində, düzənlikdədir. Etnotoponimdir. == Mədəniyyəti == Əhalinin əsas məşquliyyəti əkinçilik və heyvandarlıqdı. Bu zaman əhali su mənbəyi olaraq İncə çayından, vaxtilə Qarabağ xanı tərəfindən çəkilmiş "Xan arxı"ndan, o cümlədən sovet dövründə isə Sərsəng su anbarından gələn kanaldan istifadə edirlər. Borsunlu kəndi tarixi memarlıq abidələri ilə də zəngindir. Köhnə kənd qəbirsanlıqında qədim türbələr,sildırım kiçik dağ silsiləsində Kaftar mağarası, küp qəbirlər, o cümlədən kənd yaxınlığındakı, düzənlikdə yerləşən kurqanlar (yerli əhali bunlara təpələr deyir), gələcəkdə arxeoloqlar tərəfində araşdırılması üçün öz növbələrini gözləyirlər. == Coğrafiyası və iqlimi == Borsunlu kəndi rayon mərkəzindən 27 km, Tərtər-Gəncə magistral yolundan isə 9 km aralı şimal-qərbdə yerləşir. Bosunlu kəndindən Kiçik Qafqazın Murov dağ silsiləsi aydın görünür. Kənd çox da yüksək olmayan dağ silsilələrinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşir. == Əhalisi == Kənddə 300-ə yaxın ailə yaşayır,1500-ə yaxın əhalisi var.
Borsunlu bələdiyyəsi
Borsunlu bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Borsunlu bələdiyyəsi (Tərtər) — Tərtər rayonunda bələdiyyə.
Borsunlu kurqanları
Borsunlu kurqanları - Tərtər rayonu, Borsunlu kəndi ətrafında, İncəçayın orta axarlarına yaxın yerləşmiş arxeoloji abidə. == Ümumi məlumat == Borsunlu nekropolundakı kurqanlarının bir qrupu H.F.Cəfərov tərəfindən tədqiq edilmişdir. H.F.Cəfərov ayrı-ayrı qruplar halında cəmləşən kurqanları beş tipə bölünmüşdür. Kurqanların bəzisi kromlexlərlə əhatələnmişdir. Alim müəyyən etmişdir ki, kurqanların altında yerləşən qəbir kameraları dördkünc formaya malik olub gəc məhlulu ilə bərkidilən daş lövhələrdən inşa olunub. Bəzi qəbir kameralarının giriş yolu vardır. Borsunlu kurqanları üçün inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterikdir. Borsunlu nekropolunda tədqiq olunan 1 №-li kurqanın qəbir kamerası dairəvi, 30 №-li kurqanın qəbir kamerası isə dördkünc formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur.
Burunlu (Zəngəzur)
Burunlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Toponim yerin coğrafi quruluşu, (orada dağ burnunun olması) ilə əlaqədardır.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Burunlu kəpənəkçiçək
Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir.
Burunlu meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar. == Xariçi görünüşü == Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.
Solunlu Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Toronlu İzabella
Toronlu İzabella (ing. Isabella of Toron; XII əsr, bilinmir – XIII əsr, bilinmir) — həmçinin İzabelle və ya Zabel kimi tanınır, Toron Lordu III Onfrua və onun arvadı Etenetta de Miyinin qızı. İzabella özlüyündə Toronun titullu xanımı idi və evliliyi ilə Ermənistanın şahzadəsi olmuşdu. == Həyatı == === Erkən həyatı və evliliyi === İzabella iki uşağın böyüyü idi, onun kiçik qardaşı Onfrua idi. Uşaqlar hələ yetkinlik yaşına çatmayanda ataları öldü, anası isə daha üç dəfə yenidən evləndi. Analarının Şatilyonlu Reynald ilə üçüncü evliliyindən uşaqlar daha iki bacı-qardaş qazandı: gənc ölən Raymond və VI Attso d'Este ilə evlənən Alisiya. 1181-ci ilin əvvəlində Ermənistan şahzadəsi III Ruben Yerusəlimə ziyarətə getdi və orada 4 fevral 1181/1183-cü ildə Etenettanın müdaxiləsi ilə İzabella ilə evləndi. İzabellanın evliliyindən təxminən bir il sonra onun qardaşı Yerusəlimdən olan I İzabella ilə evləndi. Ruben və İzabella cəmi beş il evli qaldılar, bu müddət ərzində İzabella iki qız doğdu: Alisiya (1182–1234-cü ildən sonra), birinci əri Sasunlu Hethumun, ikinci əri Tripolili qraf IV Raymond və üçüncü əri isə Korikoslu Vahram idi. Filippa (1183–1219-cu ilə qədər), birinci əri Sasun şahənşahı, ikinci əri isə Nikea İmperatoru I Feodor Laskaris idi.1183-cü ildə Ruben Antakyaya səfəri zamanı Antakya şahzadəsi III Boemund tərəfindən əsir götürüldü və həbs edildi; Antakya şahzadəsinə böyük məbləğdə fidyə ödənildikdən sonra azad edildi.
Oruclu (Kəlbəcər)
Oruclu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Bozlu kəndindən gəlmiş Oruc Alı oğlu və onun qardaşi saldığı üçün belə adlanmışdır. Oykonim "Orucun nəslindən olanlar" mənasındadır. Kəndin adı Laçın rayonunun Oruclu kəndindən gəlib onun bünövrəsini qoyan Oruc adlı şəxslə bağlıdır. == Tarixi == Kəndin əsası Minkənd kəndindən gələn kürdlər tərəfindən qoyulmuşdur.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Oruclu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Oruclu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Kənd Qarasu çayının sahilində, Qonqur silsiləsinin ətəyindədir. == Əhalisi == Kənd formalaşan zaman əhalisi etnik kürdlər olmuşdur.
Oruclu (İmişli)
Oruclu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Oruclu kəndi Ağaməmmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Oruclu kənd Soveti yaradılmışdır.
Oruclu bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Görüntü
Görüntü (en. image ~ ru. изображение ~ tr. imge, görüntü) – 1.Qrafikada: şəklin, rəsmin və s. proqram vasitələri ilə emal olunan təsviri. Belə görüntü müxtəlif cür saxlanıla bilər: bit xəritəsi (BIT MAP) (piksellər çoxluğu, rastr) kimi və ya metafayl (görüntü almaq üçün komandalar toplusu) kimi. 2. Hesablama texnikasında: obyektin dublikatı, kopyası və ya təmsiledicisi. Məsələn, virtual diskin (RAM DISK) köməyilə kompüterin yaddaşında yumşaq və sərt disklərdəki verilənlərin müəyyən hissəsinin görüntüsünü yerləşdirmək olar; yaxud tərsinə, virtual yaddaş proqramının (VIRTUAL RAM PROGRAM) köməyilə kompüterin əsas yaddaşının müəyyən hissəsinin sərt diskdə görüntüsünü yaratmaq olar; bundan başqa, proqram yolu ilə yaddaşın müəyyən bölümünün görüntüsünü etibarlıq məqsədilə yaddaşın başqa bir yerinə köçürmək olar.
Köhünlü
Köhünlü — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Köhünlü oyk. Keçmiş adı Gilyan Köhünlü olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Fətixan adlı şəxsə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün Fətixanlı da adlanırdı. Köhünlü mənşəcə şahsevənlərin novruzəlilər tayfasının iki qolundan (köhünlü və pirheybətli) birinin adıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1140 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Borsunlu Məzahir Daşqın
Axundov Mazahir Həmzə oğlu (Məzahir Daşqın; 1909, Borsunlu, Tərtər rayonu – 31 oktyabr 1979, Borsunlu, Mirbəşir rayonu) — azərbaycanlı aşıq və şair. == Həyatı == Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır. İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.
Borsunlu bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Burunlu (şişovurd) eliya
Burunlu (şişovurd) eliya (lat. Aelia rostrata) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu növün başı qabaqdan aşağıya doğru az əyilmişdir. Xortum lövhəciklərinin kəsmə qabağının ön təpəsində üçbucaq şəklində iti dişlər vardır. Başına skul lövhəcikləri üzlükdən qabaq tərəfdə ensizdir. Rəngi bozumtul – sarı və bəzən açıq sarıdır. Uzunluğu 10–12 mm-dir. == Həyat tərzi == Bunlara qışda ziyankar bağacığın qışlama yerlərində daha çox təsadüf olunur. Kütləvi çoxalması müşahidə edilməmişdir. Qidalanan dövürdə əksəriyyətlə sünbüllər üzərində təsadüf olunur.
Qızılı boyunlu qızılquş
Qızılı boyunlu qızılquş (lat. Falco chicquera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Ocaqqışlaq-i Xoruzlu (Biləsuvar)
Ocaqqışlaq-i Xoruzlu (fars. اجاق قشلاق خروسلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (45 ailə).
Görüntü simvolu
Görüntü simvolu (ing. graphics character) — özünə oxşar simvollarla kombinasiyada çox sadə qrafik görüntülər verə bilən simvol. ASCII 95 simvol: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, Bakı nəşriyyatı, 996 s.
Görüntü xəritəsi
Görüntü xəritəsi- (en. image map ~ ru. карта изображений ~ tr. görüntü haritası) – HTML dilində: görüntü ilə bağlı olan və çıqqıldadıldıqda müəyyən URL ünvanına keçmək üçün xüsusi sahələri (aktiv zonaları) olan qrafik obyekt. Görüntü xəritəsindən istifadə olunması bir neçə istinadın bir görüntüdə saxlanmasına, eləcə də istənilən formalı istinad sahələri yaratmağa imkan verir. Aşağıda verilmiş kod görüntü xəritəsi yaradır və onu konkret görüntü ilə əlaqələndirir: <HTML> <BODY> <IMG width="500" height="200" usemap="#somemap" src="Figures.png"> <MAP name="somemap"> <AREA shape="rect" coords="6, 7, 140, 196" href="Düzbucaqlı"> <AREA shape="circle" coords="239, 98, 92" href="Dairə"> <AREA shape="polygon" coords="386,16, 344,56, 350,189, 385,132, 489,190, 496,74" href="Çoxbucaqlı"> </MAP> </BODY> </HTML> Nəticədə aşağıdakı aşağıdakı fiqur təsvirlərinin üzərində aktiv zonalar alınır: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Köhünlü bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fatin Rüştü Zorlu
Fatin Rüştü Zorlu (20 aprel 1910, Konstantinopol – 16 sentyabr 1961, İmralı, Bursa vilayəti) , Türk siyasətçisi və diplomatı. 27 may hadisələrindən sonra Yassıda məhkəmləri keçilirən zaman dönəmin baş naziri Adnan Menderes, maliyyə naziri Həsən Polatkan ilə birgə edam edildi. == Həyatı == Fatin Rüştü Zorlunun babası Rus İbrahim Paşa Osmanlı dövlətinə sığınaraq Əsənkaya- köhnə adıyla Zor kəndinə gəlir və burada kəndin bəylərindən olan Əli Paşanın qızıyla evlənir. Zorlu soyadının mənşəyi də bu kəndin adına söykənir. O, 20 aprel 1910-cu ildə İstanbulda anadan olmuşdur. 1936-cı ildə o illər xarici işlər naziri olan Tövfiq Rüştü Arasın qızı Əməl xanımla ailə həyatı qurur. 1936-cı ildə Sevin adındı bir qızı dünyaya gəlir. == Təhsili və əmək fəaliyyəti == Orta məktəbi Qalatasaray liseyində oxuduqdan sonra Paris Universitetinin siyasi elmlər fakültəsinə daxil olur. Bundan başqa Cenevrə Universitetində hüquq təhsili alır. Təshilini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq 1932-ci ildə Siyasi işlər idarəsində təcrübəçi kimi işə başlayır.
4K görüntü imkanı
4K görüntü imkanı — Kinematoqrafiya məqsədləri üçün bazara təqdim olunan ilk 4K kamera, 2003-cü ildə bazara buraxılan Dalsa Origin-di. 4K texnologiya, Kaliforniya Universiteti, San Diego, CALIT2, Keio Universiteti, Dəniz Yüksək Lisenziya Məktəbi və 2004-ci ildə IGrid və CineGrid kimi məkanlarda müxtəlif nümayişlər gerçəkləşdirən dünyadakı Universitetlərdəki müxtəlif araşdırma qrupları tərəfindən inkişaf etdirilmişdir. == Formatlar == === Rəqəmsal film === Rəqəmsal film ən-boy dərəcəsi piksel görüntü imkanı dərəcəsinə görə dəyişir. Rəqəmsal filmlərdəki ilk yüksək görüntü imkanı standartlarından biri 4K'dır. Xüsusilə komputer oyunlarının inkişafında 4K standartının böyük qatqısı olmuşdur. === PC formatları === ==== UHD ==== Ultra High Definition (UHD), 3840 x 2160 piksel və yuxarı görüntü imaknına verilən addır. Bir UHD monitor, bir Full-HD monitorun dört qatı görüntü imkanı təmin edir. Şaquli görüntü imkanı piksel sayısı (3840) səbəbi ilə kinematoqrafiya 4K standartı ilə qarşılaşdırılaraq "4K" ilə sinonim işlədilir. UHD'nin 4K, 5K, 8K və 10K törəmələri PC monitorlarında işlədilməkdədir. ==== YouTube formatı ==== İyul 2010'da YouTube 4K formatındakı videoların yüklənməsinə qismən olsa da icazə vermişdir.