Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ay turizmi
Ay turizmi və ya digər adla Lunar turizm Yer planetinin təbii peyki olan Ayın səthində və ya ətrafında icra olunan kosmik fəza turizminə aid edilir.bəzi kosmik fəza start-ap şirkətləri yaxın gələcəkdə Ayda turizm təklif etməyə hazırlaşırlar. Bəzi fərdi şirkətlər isə bəyan edir ki , Ayda turizm təxminən 2020-2043-cü illər arasında həqiqətə çevriləcək. == Şirkətlər == Mümkün Ay bazalı Kosmik fəza turizmi Ay turizmi proqramlarını bəyan edən şirkətlərə daxildir: Golden Spike Company[3] Space Adventures[4] Excalibur Almaz[4] Virgin Galactic[1] Space X == Aya səyahətin dəyəri == Bəzi kosmik fəza turizm start-ap şirkətləri hər bir turistin Aya səyahətinin qiymətini bəyan edib. Sirkumlunar turizm: Excalibur Almaz və Space Adventures 1 yerə görə 150 milyon ABŞ dolları qiymətini götürür. Bu qiymətə aylarca Yer şəraitində məşqlər daxildir.baxmayaraq ki, bu , yalnız Ayın yanından ötüb keçməklə məhdudlaşır və Ay səthinə eniş nəzərdə tutmur. Aya eniş: The Golden Spike şirkəti gələcək üçün Aya eniş turizminə bir insandan 750 milyon ABŞ dolları istəyir.
Film turizmi
Film turizmi - film, televiya verilişləri və ya başqa məqsədlərlə çəkiliş aparılan yerləri ziyarət etməyi hədəfləyən şəxslər üçün nəzərdə tutulan turizm növü. Film sektorunun inkişafı ilə birlikdə bu turizm sahəsi sürətlə inkişaf edir. Filmdə göstərilən tarixi yaxud ideoloji əhəmiyyəti böyük olan ərazilər tamaşaçılara tanıdılır və insanlar bu yolla göstərilən ərazilərə səfər etməyə həvəsləndirilir. Film turizmi üçün təşkil olunan turlarda əraziləri ziyarətdən başqa, filmdə istifadə olunan əşyaların geniş nümayişi də nəzərdə tutulur. İngiltərədə Harri Potter filminin səhnələrinin çəkildiyi Alnvik qalasında ziyarətçi sayında 120% artım qeydə alınıb və bu artış əraziyə təxminən 9 milyon funt-sterlinq dəyərində turizm gəliri gətirib.
Kruiz turizmi
Kruiz - baza qiymətinin tərkibinə gəmi göyərtəsində kompleks xidmət: gəmidə gediş, kayutda yerləşmə (seçilmiş kayut sinfindən asılı olaraq), 3 dəfə qidalanma, əyləncə və adətən gəmidə təşkil olunan bir çox xüsusi tədbirlərdə (bayram, festival, konkurs, konsert və s.) iştirakı özündə birləşdirən dəniz və ya çay turu. Kruiz marşrutları 24 saatdan daha artıq müddət üçün nəzərdə tutulur. Gəmi bir neçə nöqtədə (bir ölkənin limanları, yaxud bir neçə ölkənin limanları) dayanır və turistlərin fərqli ərazilərlə daha yaxından tanış olmaları üçün imkan yaradılır. Kruiz turizmi Avropa və Amerikada çox böyük rəğbət görür. Kruiz turizmi ən təhlükəsiz turizm növlərindən biridir. Kruiz turizminin iki əsas yarımnövü var: dəniz kruizi və çay kruizi. == Çay kruizi == Çay ilə kruiz bahalı turizm növlərinə aid edilir və müasir iqtisadi vəziyyətdə turist marşrutlarında sərnişin daşıma həcminin azalmasına səbəb olur. Çay kruizləri üçün aşağıdakılar xarakterikdir: Dayanıqlı tələbatı formalaşdırmağa imkan verən rəqabət qabiliyyətli qiymətlərin olması; Yüksək xidmətin təşkili; İstirahət, idman, işgüzar gəzinti-seminarlar və s.-ə istiqamətləndirilməsinin mümkünlüyü; Qısa vaxtda təbii və tarixi yerlərlə tanışlığın mümkünlüyü. == Tarixi == Kruiz tarixi uzun və dinamik tarixə malikdir. İlk diqqətəlayiq istirahət kruizlərindən bir neçəsi 1822-ci ildə Peninsular & Oriental Steam Navigation Company-nin yaranması ilə başladı.
Kulinariya turizmi
Kulinariya turizmi (qastronomik turizm) - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanuna görə qastronomik turizm turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərza məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm formasıdır. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər. Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.
Kənd turizmi
Kənd turizmi - kənd mühitində yataq yerləri ilə təmin etməyə istiqamətləndirilmiş kompleks turist xidmət fəaliyyəti. Burada şəhərlinin xərcləri kəndlinin qazancına çevrilir. Beləliklə, ölkədaxili pul axını təmin olunmaqla rayonlararası gəlir fərqləri nisbətən azalır. Kənd turizmi əsasən mövsumi xarakter daşıyır. Həmin ərazidə yaşayan yerli əhali üçün bu fəaliyyət, ənənəvi kənd təsərrüfatı əldə olunan gəlirdən əlavə olaraq qazanılan gəlir mənbəyi kimi təqdim olunur. Bu növ turizm kənd təsərrüfatı sahəsində, onun əsas peşəsinə təsir göstərmədən, yeni iqtisadi alternativ fəaliyyət kimi özünü göstərir. Kənd turizm biznesinin fəaliyyəti nəticəsində bir sıra imkanlar yarana bilər. Kənd təsərrüfatı məhsullarının dəyərinin digər məhsullarla bərabərləşdirilməsi və ənənəvi kənd təsərrüfatından gələn gəlirin azalması, məhsulun müxtəlifliyi ilə nəticələnmişdir. Məsələn əvvəllər, kənd təsərrüfatı sahəsinin əkinçilik və heyvandarlıq kimi ikicə növü var idi. Lakin kənd turizmi torpaqdan və mövcud şəraitdən istifadə etməklə başqa müxtəlifliklər də yaratmışdır.
Macəra turizmi
Macəra turizmi — Turist səyahətlərinin müəyyən məkanlara (məsələn, dənizin dibinə, dağın zirvəsinə, Antarktida və s. kimi uzaq ərazilərə) münasibətdə həyata keçirilməsidir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanununa əsasən, macəra turizmi - turistlərin xüsusi coğrafi xüsusiyyətlərə malik ərazilərdə fiziki aktivlik, mədəni mübadilə, təbiətlə qarşılıqlı əlaqə ilə müşayiət olunan turizm formasıdır. Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada bununla bağlı turizm bazaları yaradılmışdır. Yeni Zelandiya, Braziliya, Boliviya, Hindistan, Nepal, Tanzaniya məşhur macəra turizmi mərkəzlərindən hesab olunur. Macəra turizmi fiziki aktivliyi sevən, yeni ərazilər kəşf etmək istəyən, çılğın ruhlu insanlar tərəfindən ən çox sevilən turizm sahələrindən biridir. Macəra turizmi konfort zonasından çıxmaq istəyənlər üçün nəzərdə tutulur. Dağlıq ərazilər, bataqlıqlar, səhralar, qütbətrafı ərazilər, sürətli dağ çayları, cəngəlliklər macəra turizmi üçün əlverişli ərazilər hesab olunur. == Ədəbiyyat == Buckley, R. Adventure Tourism. Wallingford, UK: CABI. 2006.
Musiqi turizmi
Musiqi turizmi hər hansı böyük şəhər və ya kiçik şəhərcikdə keçirilən musiqi festivalını və ya ayrı-ayrı musiqi tədbirlərini görmək üçün ziyarət etmək aktıdır. Bu növ turizm hal-hazırda getdikcə populyarlaşır. Müxtəlif ölkələrin həm böyük şəhərləri , həm də kiçik qəsəbələri belə , musiqi festivalı keçirərkən xarici qonaqların dəvət olunması və ziyarətçilərin axını yerli bələdiyyələr tərəfindən tənzimlənir, festivalın proqramı aylarca öncədən elan olunur ,kağız daşıyıcılar, məsələn , afişa və müasir üsulla, yəni KİV vasitəsilə turistlər cəlb edilir. Yaxın dövrlərdə Jam band fenomenini kimi müasir örnək musiqi turizminin inkişafına yol açmışdır.Hər il keçirilən festivallarda ildən-ilə ziyarətçi turistlərin sayı daha da artır.Bu cür musiqi bayramları həm musiqi kollektivlərinin tanınması, həm tədbir məkanının məşhurlaşmasına səbəb olur. == Musiqiyə yaxın tədbirlər və istiqamətlər == Bütün dünyada böyük sayda musiqi festivalları keçirilir , adətən , onlar hər il keçirilir ki , bu da təkcə yerli deyil , əcnəbi ziyarətçiləri cəlb edir.Bəzi nəhəng musiqi festivalları davamiyyətinə və ziyarətçi sayına görə rəqabət aparır.Bəzi festivalların konsertləri isə açıq havada icra olunur. Hər halda , hər bir böyük musiqi tədbiri böyük maliyyə hesabına başa gəlir. == Azərbaycanda musiqi turizmi == Azərbaycanda musiqi turizmi son on ildə çox inkişaf etmişdir.Azərbaycanın paytaxtı Bakıdan əlavə , böyük şəhərləri olan Qəbələ , Şəki Beynəlxalq musiqi festivallarına ev sahibliyi edir.
Qumar turizmi
Qumar turizmi — qumar oynamaq üçün bir yerə yığılan oyunçuları, eyni zamanda bu səyahəti və oyunu təşkil edən sektoru ifadə edən ümumi anlayış. Qumar turizminin Las- Veqas, Kıbrıs, Macarıstan, Portuqaliya, Sinqapur, Yaponiya, İspaniya, Dubay, Vyetnam və s. mərkəzləri vardır. Qumar turizmi ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, həm də məşğulluq imkanlarının təmin edilməsinə və artırılmasına kömək edir. Kazinoların adətən otel, kurort, restoran və s. bənzər tipli obyektlərin sıx olduğu ərazilərdə yerləşdirilir. Bu obyektlər və kazinolar müxtəlif formalarda əməkdaşlıq edirlər. Qeyd etmək lazımdır ki, qumar turizmi başqa turizm növlərinə nisbətən daha bahalı hesab olunur. == ABŞ-də qumar turizmi == ABŞ Dünya miqyasında ən böyük qumar turizm mərkəzlərindən biridir. ABŞ-də ən böyük qumar bazarları bunlardır: Las-Veqas, Nyu-York, Detroit, Atlantik Citi və s.
Safari turizmi
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Seks turizmi
Seks turizmi — pul qarşılığında cinsi fəaliyyət və ya münasibətlərdə olmaq niyyəti ilə fərqli ölkələrə və ya qitələrə səyahət etmək təcrübəsi. Seks turizmi ümumiyyətlə transmilli bir problem olaraq qəbul edilir, çünki Cənub-Şərqi Asiya kimi inkişaf etməkdə olan ölkələrdə marginal demoqrafik göstəriciləri hədəf alır. Seks turizmi dünya miqyasında milyonlarla işçi qüvvəsini dəstəkləyən, hava yolu, taksi, restoran və otel sənayesi kimi xidmət sahələrindən birbaşa faydalanan milyardlarla dollarlıq bir sənaye kimi tanınır. Braziliya, Kosta Rika, Dominikan Respublikası, Hollandiya (xüsusilə Amsterdam), Keniya, Kolumbiya, Tayland, Filippinlər, Kamboca, Kuba və İndoneziya (xüsusilə Bali) daxil olmaqla bir sıra ölkələr seks turizmi üçün populyar məkanlara çevrilib.
Çimərlik turizmi
Çimərlik turizmi — turizmin növlərindən biri. Müasir dövrdə çimərlik turizmində başlıca məqsəd daha yüksək xidmətlər təklif etməklə, daha çox turist cəlb etməkdir. Bunun üçün çimərliklər müxtəlif fərqləndirici əlamətlərlə özlərini tanıtmaqdadırlar. Belə fərqləndirici əlamətlərdən biri "Mavi bayraq"dır. Çimərlik turizmi zonalarının yaradılması üçün qoyulan başlıca tələblər suyun təmizliyi, müvafiq infrastruktur və turizm xidmətlərinin səviyyəsi ilə bağlıdır. Çimərlik turizmi sahəsində İspaniya, Türkiyə, Yunanıstan, Fransa ilk pillələrdədir.
İdman turizmi
İdman turizmi - turistlərin idman yarışlarında və tədbirlərində iştirakçı, yaxud tamaşaçı kimi (izləmək üçün) iştirakı nəzərdə tutan turizm növü. İdman turizmi sürətlə inkişaf edən turizm sahələrindən biridir. Olimpiya oyunları, Beynəlxalq Tennis turnirləri, “Formula 1” Qran-pri yarışı, FİFA Dünya Kuboku oyunları idman turizminin inkişafında böyük rol oynayır. İdman turizmi iki böyük qola ayrılır: yay idman oyunları turizmi və qış idman oyunları turizmi. Mövsümündən asılı olmayaraq idman turizmi nə qədər cəlbedici görünsə də, bu turizm sahəsində müəyyən təhlükələr (yaralanma, əlilqalma) mövcuddur. İdman turizmi macəra turizmi ilə birlikdə ən çox stress atmağa kömək edən turizm sahəsi hesab olunur. Bununla belə, idman turizminin inkişafı üçün çox böyük investisiyalara ehtiyac duyulur (infrastruktrun qurulması, avadanlıqlarla təminolunma, lazım olduğu təqdirdə tibbi müalicə və s.). Müxtəlif xalqların milli idman oyunlarının təbliğı, yəni idman turizmi multikultural dəyərlərin formalaşması üçün əhəmiyyət kəsb edir. == Növləri == İdman turizmi çoxşaxəli olduğuna görə təsnifatlaşdırılaraq qruplar halında öyrənilməlidir: Su idman turizm növləri - üzgüçülük, avarçəkmə, dalğıclıq, qayıq yarışları Döyüş-özünümüdafiə idman turizm növləri - boks, kikboks, taekvondo, karate, güləş, cüdo Top ilə oynanılan idman turizm növləri - basketbol, həndbol, voleybol, beysbol Futbol - topu qapıdan keçirməklə qol atmağı (xal qazanmağı) hədəfləyən 2 rəqib komanda arasında oynanılan oyun.
Təhsil turizmi
Təhsil turizmi – bilik və ya bacarıq qazanmaq, yaxud mövcud bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş turizm forması. Təhsil turizmi elmi-akademik, mədəni, ekoloji, könüllülük və ya biznes fəaliyyəti kimi bir çox temalı səfərləri özündə birləşdirir. Buna görə də təhsil turizmin obyektləri tanınmış universitet korpuslarından tutmuş kiçik kənd evlərinə görə çox geniş müxtəlifliyə sahibdir. Təhsil turizmi beynəlxalq elmi araşdırma proqramları, dil məktəbləri, tələbə mübadilə proqramları, beynəlxalq və ya yerli könüllülük fəaliyyəti, forum və konfrans kimi çoxsaylı formalarda reallaşa bilər. Əksər hallarda teatr, muzey, tarixi ərazilərə səfərlər kimi maarifləndirici tədbirlər, o cümlədən rəqs axşamları, film nümayişləri, müxtəlif oyunlar kimi əyləncəli fəaliyyət də təhsil turizmi proqramlarına daxil edilir. İqtisadi, siyasi, sosial, hüquqi, ekoloji və texnoloji faktorlar əksər turizm növlərində olduğu kimi təhsil turizminə az və ya çox təsir göstərir. Çox sürətlə inkişaf edən və reallaşma formaları getdikcə daha da müxtəlif hal alan təhsil turimi öyrənmə, şəxsi inkişaf, istirahət və əyləncə kimi bir çox məsələləri əhatə edir. Əlbəttə ki, səfərin məqsəd və predmenti, o cümlədən öyrənmə və öyrətmə metodlarının müxtəlifliyi də təhsil turizmində tələb və təklif yelpiyinin çox geniş olmasına səbəb olmuşdur. == Tarixi == Təhsillə bağlı uzun səyahətlər etmək yeni anlayış deyil. Amma müasir dövrdə anladığımız kimi genişmiqyaslı və əhatəli təhsil turizminin başlanğıcı olaraq XVII əsri qəbul etmək mümkündür.
Atom turizmi
Atom turizmi — mülki və hərbi məqsədlər üçün nüvə texnologiyaları ilə tanışlığa həsr olunmuş nisbətən yeni turizm növü. Nüvə silahı muzeylərinə və onların çatdırılma vasitələrinə, habelə nüvə silahlarının sınaq meydançalarına ziyarətlər daxildir.
Bağ turizmi
Bağ turizmi və ya çimərlik turizmi — istirahət və ya tətil üçün okean çimərliyinə səyahətin mədəni fenomenidir. Təcrübə XVII–XVIII əsrlərdə İngilis həkimləri tərəfindən təyin edilmiş dənizdə çimməkdən yaranıb və bütün Avropa və Avropa koloniyalarına yayılıb. Əlverişli hava səyahətinin yaranması ilə bütün dünyada dənizkənarı kurortlar müasir turizm hadisəsinə çevrilib. Çimərlik tətilləri müasir turizmin ən erkən formalarından biridir və bütün turizm sənayesinin əsas məhsuludur. == Tarixi == Dənizkənarı kurortlar qədim zamanlardan mövcud olub. Roma dövründə İtaliyada Tirren dənizinin sahilində yerləşən Baiae şəhəri kifayət qədər varlı insanlar üçün kurort idi. İtaliyanın şimalındakı Barcola dəbdəbəli Roma villaları ilə qədim dənizkənarı tətil mədəniyyətinin xüsusi nümunəsi hesab olunur. İngiltərənin Esseksindəki Mersi adası Kolçesterdə yaşayan varlı Romalılar üçün dənizkənarı tətil yeri idi. XVI əsrdə Avropada çimərliklər tarixən qorxulu yerlər idi, burada piratçılıq, işğallar və qasırğalar, kral gelgitləri və sunamilər tərəfindən məhv edilməsi gözlənilməz təhlükələr yaradırdı. Dənizkənarı və çimərlik icmalarının əksəriyyəti müntəzəm olaraq fırtınalar və ya piratlıq nəticəsində icma üzvlərini itirən balıqçı kəndləri idi.
Hərbi irs turizmi
Hərbi irs turizmi — insanların keçmiş hərbi obyektləri ziyarət etdiyi turizm növü. Burada keçmiş hərbi obyektlərdən savayı hərblə bağlı olan qurğuları da misal göstərmək mümkündür. == Litvada hərbi irs obyektləri == Keçmiş Sovet Nüvə Mərkəzi Jemayçiy Kalvariya, Jemaytiya yaxınlığında işə salınmışdır. == Nikaraquada hərbi irs obyektləri == Keçmiş döyüş meydanı Nikaraqua inqilabı ərzində tikilmişdir. İnqilab Sandinitsa Milli Qurtuluş Cəbhəsinin etdiyi döyüş kampaniyasını da cəlb etmişdir. Bu zaman Nikaraquada hakimiyyət1978–1979-cu illərdə mövcud olmuş Samoza diktatoranlığının əlində idi.
Özfəaliyyət Yaradıcılığı Festivalı (film, 1976)
== Məzmun == Kinolentdə Azərbaycanda ən yaxşı bədii özfəaliyyət kollektivlərinə baxışın birinci turundan danışılır. Bakı, Naxçıvan, Tovuz, Şəki və digər şəhərlərin xalq ansambllarının çıxışları kinokadrlarda öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiya
Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiya və ya qısaca İSTC — beynəlxalq turizm təşkilatıdır. Təşkilat 1981-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvü statusuna malikdir. Əsas məqsədi turizmin inkişafı və tələbə, gənclər və akademik birlik mübadiləsi vasitəsilə beynəlxalq qarşılıqlı anlaşmanı genişləndirməkdir. Onun vəzifələri sırasında inzibati və maliyyə yardımının göstərilməsi, marketinq xidmətlərinin həyata keçirilməsi və s. göstərmək olar. Mənzil-qərargahı Niderlandın paytaxtı Amsterdam şəhərində yerləşir.
Turizm
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Turizmin növləri
Turizmin növləri - Əlamətlərinə görə turizm aktiv və passiv növlərinə ayrılır. Xarici turistlərin ölkəyə gəlişi və ya ölkə vətəndaşları tu­ristlərin həmin regiona gəlişi aktiv turizmdir. Aktiv turizm - ölkə­yə və ya regiona pul (valyuta) gətirməsi ilə müəyyən edilir. Bir öl­kə vətəndaşının digər ölkəyə səyahəti və ya həmin regiondan olan turistlərin başqa yerlərə səfərləri passiv turizmdir. Passiv turizm ölkədən və ya regiondan pul (valyuta) çıxarılması ilə müəyyən edilir. Rekreasiya turizmi - istirahət və müalicə məqsədi ilə həyata keçirilən səyahətdir. Turizmin bu növü dünyada geniş yayılmışdır. == Zamana görə turizm == a) qızğın (turistlərin ən çox olduğu); b) sakit (turistlərin sayının orta səviyyədə olduğu); v) ölü (turistlərin ən az olduğu və ya ol­madığı) mövsümə ayırmaq olar: qısa müddətli və uzun müddətli. Qısa müddətli turizmdə səyahət 3 gündən artıq davam etmir. Uzun müddətli (davamiyyətli) turizmdə isə səyahət müddəti 3 gündən artıq olur.
Turizmin əhəmiyyəti
Turizm cəmiyyətin iqtisadi problemlərinin həliinə xeyli təsir göstərir. Turizmdən gələn gəlir onun inkişaf etdiyi regionda iqtisadiyyatı yüksəltməyə qadirdir. Ayrı-ayrı regionlarda turizm inkişaf etdikcə ölkədaxili regionların iqtisadi göstəriciləri arasında fərqlər azalır. == Turizmin iqtisadi əhəmiyyəti və sahələri == Sahibkarlıq sahəsi - yaradılan hər bir müəssisə xeyir gətirməlidir, çünki o, müştərilərə öz məhsulunu və xidmətlərini təqdim edir, fəhlə və qulluqçulara əmək haqqı və ödəmələrin digər növlərini, aksionerlərə-gəlir, dövlətə - vergi və rüsumlar ödəyir. İstehlak sahəsi - turizm-istehlak tələbinin yeni formasını gələn turistlərin müxtəlif mal və xidmətlərə olan tələbini canlandırır. Gəlir sahəsi - turist axını sayəsində turizmin aşağıda qeyd olunan bir çox yerli müəssisələrinin gəliri artır - mədəni və əyləncə müəssisələrinin gəlirləri artır və bu da öz növbəsində vergi ödəmələri hesanıa regiona və yerli əhaliyə fayda verir. Valyuta sahəsi - turizm ölkəyə, regiona böyük miqdarda xarici valyuta axınına səbəb olur. Qəbul edən turizm "görünməyən ixrac" adlanır, çünki istehlakçı ixrac məhsulun ardınca onu istehsal edən ölkəyə gedir. == Turizmin sosial əhəmiyyəti == İşsizlik, zəhmətkeşlərin həyat səviyyəsinin aşağı olması, psixoloji təzyiq, stress və onunla bağlı böhranlı hadisələrin yaranması, asudə vaxtlarda gənclərin neqativ fəaliyyətinin artması, təbiətdə ekoloji tarazlığın pozulması-müasir cəmiyyətin bu və ya digər problemləri bizim ölkədə də mövcuddur. İstirahətdən sonra işçi qüvvəsinin iş səmərəliyi artır; Əhalinin maariflənməsinə müsbət təsir göstərir; Turizmin inkişaf etdiyi ərazilərdə tarixi obyektlərin qorunmasına maraq artır; == Turizmin humanitar əhəmiyyəti == Turizmin mühüm funkasiyasıdır, şəxsiyyətin inkişafı, onun dərketmə dairəsinin və yaradıcılıq potensialının genişlənməsi üçün imkanları yaradılmasıdır.
Albaniyada turizm
Albaniyada turizm — zəif inkişaf etmişdir. Ancaq kifayət qədər yüksək inkişaf tempinə malikdir. İllik turist axını cəmi 60–80 min nəfərdir. Əsas turizm mərkəzləri Albaniyanın cənub-qərbindəki Saranda kurortu, Vlyoradan Adriatik sahili boyunca Sarandayadək uzanan Güllü sahil, Durres rayonundakı çimərliklərdir. Girokastra, Kruya, Bərat şəhərlərində orta əsrlərə aid qəsr və qalalar vardır. Albaniya Milli Statistika İnstitutunun 2009-cu ilə olan məlumatına görə ölkədə 5888 nömrə və 11 932 yataq yerinə malik 369 otel mövcuddur. 2009-cu ildə ölkəni 1,5 milyon xarici turist ziyarət etmiş, onlardan təxminən 236 mini otellərdə qalmışdır. Albaniyada turistləri Qədim Yunanıstan və Roma, eləcə də Osmanlı İmperiyası dövrünün zəngin tarixi abidələri, Soyuq müharibə illərinin artefaktları, təmiz çimərlikləri, dağ cığırları, alban mətbəxi cəlb edir. ABŞ-nin onlayn nəşri olan "Huffington Post" 2013-cü ildə Albaniyaya səfər etməyin 10 səbəbini göstərmişdir. Son zamanlar Albaniyanı "Aralıq dənizinin yeni sevgisi", "Avropanın sonuncu sirri" adlandırırlar.
Alternativ turizm
Alternativ turizm — istifadə edilən təchizat vasitələri, təşkilatçılıq və insan resurslarına görə kütləvi turizmdın fərqlənən turist məhsulları və fərdi turist xidmətlərini nəzərdə tutur. Bu termini bəzən "fərqli" və ya "başqa turizm", "ağıllı" və ya "məqsədli turizm", "anti-turizm" və ya "iştirakçı turizm" terminlərinin əvəzinə "dəbdə olan" sözləri ilə də ifadə edirlər. == Formaları == "Alternativ turizm" termini fəal turizm konsepti ilə tədqiqatçı və qarşılaşma səyahətlərini və hətta əqidə turizmi konseptini əhatə etməyə çalışır. Aşağıdakı siyahılarda alternativ turizmin bəzi növləri sadalanmağa çalışılıb.
Arxeoloji turizm
Arxeoturizm və ya Arxeoloji turizm — mədəni turizmin bir növü olub arxeologiyaya olan ictimai marağı təbliğ etmək və tarixi ərazilərin gələcək üçün qorunması məqsədini daşıyır. Arxeoloji turizm arxeologiyanın ictimaiyyətdə təbliği, arxeoloji ərazilərə, muzeylərə, izahat mərkəzlərinə səfərlər, tarixi hadisələrin canlandırılması, yerli əhalinin qədim adətlərinin bərpası, festivallar və teatrlarla əlaqəli bütün məhsulları əhatə edir. Arxeoloji turizm arxeoloji və mədəni irs ərazilərinin təbliği ilə yanaşı, həm də bu ərazilərə onlara zərər vura da bilər və buna görə də bəzən müdaxilə turizminə çevrilmək təhlükəsi yaranır. Arxeoloqlar hesab edirlər ki, turizm keçmişə baxışları və bilikləri təşviq edir. Lakin, arxeoloji obyektlər turizm qurumları tərəfindən idarə olunanda, bilet və suvenir satışlarından daxilolmalar daha böyük əhəmiyyət kəsb etməyə başlayır və sual yaranır ki, ərazini ictimaiyyətə açıq saxlamaqmı daha dəyərlidir, yoxsa qapalı saxlayıb dəyə biləcək zərərlərdən qorumaq. Arxeoloji materiallara vurulan zərər yalnız birbaşa dağıtma, yerdəyişmə, oğurlama şəklində deyil, bəzən də bilavasitə yollarla mümkün olur. Məsələn, düzgün planlaşdırılmamış yol, restoran, mağaza və otel tikintisi sürüşmələrə, sel basqınlarına və torpağın aşınmasına səbəb olur. == İstinadlar == == Xarici keçidlər == ArqueotuR Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine (2010) — arxeoloji turizmin təbliği və yerli inkişaf üçün institusional şəbəkə. Barselona Universiteti tərəfindən koordinasiya olunur.
Avstriyada turizm
Avstriyada turizm — Avstriya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Avstriya hazırda iqtisadi cəhətdən Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. O, İkinci dünya müharibəsi illərində öz gözəl tarixi memarlıq abidələrini dağılmaqdan qoruyub saxlaya bildi. Gözəl saraylar, mehmanxanalar, yollar hələ müharibədən əvvəl tikilmişdi. Onlar daima ölkənin tükənməz turizm resursları hesab olunur. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur. Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir. Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər. Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir.
Azərbaycanda turizm
Azərbaycanda turizm — Azərbaycan Respublikası ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşmışdır. Turizm Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcuddur. Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən Azərbaycan 2010–2016-cı illərdə turizmin ən sürətlə inkişaf etdiyi 10 öklə arasına daxil olmuşdur. == Tarixi == === Qədim və Orta əsrlərin ticarət karvanları mərhələləri === Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən Plininin, Plutarxın, Herodotun, Ptolomey və Strabonun adlarını çəkmək olar. Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur.
Fəaliyyət
Fəaliyyət – 1) hər hansı bir sahədə iş, çalışma; fəallıq göstərmə; aktivlik. Məsələn, pedaqoji fəaliyyət, ictimai fəaliyyət; 2) iş, işləmə. Məsələn, ürəyin fəaliyyəti. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Birgə fəaliyyət
Birgə fəaliyyət – iştirakçıların iqtisadi vəziyyətinin yaxşılaşdırılması və ya ictimai maraqların irəli getməsi üçün xüsusi şəxslərin öz təşəbbüsləri üzrə əməkdaşlığıdır. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Fəaliyyət sahəsi
Fəaliyyət sahəsi fərdi və hüquqi şəxslərin əsas iş sahəsini əhatə edən mövzular dairəsini təsvir eir. Sənayedə və elmdə bu anlayışın tətbiqi müəyyəm kriteriyalarda asılı olaraq aparılır: Ya ümumilikdə böyük maraq doğuran iş sahəsi, ya da hər hansı bir şəxsin fəaliyyəti əsas götürülür. Bu anlayış coğrafi mənada da işlədilə bilər. Son zamanlar baş verən qloballaşdırmanın nəticəsi kimi bir çox müəssisələr və ya şəxslər öz fəaliyyət dairələrini genişləndirərək başqa ərazilərdə də (ölkə) çalışırlar.
Könüllü fəaliyyət
Könüllü fəaliyyət — qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. == Könüllü == Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. == İstiqamətləri == əlilliyi olan şəxslərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; qanunvericiliyin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri. == İştirakçıları == Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər qanunvericiliyə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.
Fəaliyyət potensialı
Fəaliyyət potensialı (“spayk”) — canlı hüceyrənin membranı boyunca oyanan hüceyrənin kiçik bir sahəsində ( neyron və ya kardiomiosit ) membran potensialının qısamüddətli dəyişməsi şəklində hərəkət edən oyanış dalğası. Bunun nəticəsində bu sahənin xarici səthi membranın daxili səthinə nisbətən mənfi, sakit vəziyyətdə isə müsbət yüklü olur. Fəaliyyət potensialı sinir impulsunun fizioloji əsasını təşkil edir. “Natrium-kalium nasosunun” işləməsi səbəbindən hüceyrənin sitoplazmasında natrium ionlarının konsentrasiyası ətraf mühitlə müqayisədə çox aşağıdır. Fəaliyyət potensialı həyata keçirildikdə gərginliyə bağlı natrium kanalları açılır və müsbət yüklü natrium ionları müsbət elektrik yükü ilə balanslaşdırılana qədər konsentrasiya qradiyenti boyunca sitoplazmaya axır. Bunun ardınca gərginliyə bağlı kanallar təsirsizləşir və müsbət yüklü kalium ionlarının hüceyrədən yayılması səbəbindən mənfi sakitlik potensialı bərpa olunur, ətraf mühitdə konsentrasiyası hüceyrədaxilidən xeyli aşağıdır. == Mərhələləri == Spayk öncəsi — membranın kritik depolarizasiya səviyyəsinə (yerli həyəcan, yerli reaksiya) yavaş depolarizasiyası prosesidir. Artan hissədən (membran depolarizasiyası) və enən hissədən (membran repolarizasiyası) ibarət zirvə potensialı və ya spayk . Mənfi iz potensialı — depolarizasiyanın kritik səviyyəsindən membranın qütbləşməsinin ilkin səviyyəsinə qədər (iz depolarizasiyası). Müsbət iz potensialı — membran potensialının artması və onun tədricən orijinal dəyərinə qayıtmasıdır (izin hiperpolyarizasiyası).
Elmi-texniki fəaliyyət
Elmi-texniki fəaliyyət – texnoloji, iqtisadi, sosial, humanitar problemlərin və digər mühəndis problemlərinin həll edilməsi, vahid sistem kimi elmin, texnikanın və istehsalatın fəaliyyətinin təmin olunması üçün yeni biliklərin əldə edilməsinə və tətbiqinə yönələn fəaliyyət. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fəaliyyət yoluyla təbliğat
Fəaliyyət Yoluyla Təbliğat və ya Fəaliyyətin Təbliği (ingiliscə "propaganda by the deed", fransızca " propagande par le fait") başqalarına nümunə olmaq və inqilab üçün katalizator olmaq məqsədi daşıyan konkret siyasi birbaşa fəaliyyətdir. Anarxizmin bağrından çıxmış və daha sonra başqa radikallar tərəfindən mənimsənmişdir. Bu, ilk növbədə, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində üsyankar anarxizm tərəfdarları tərəfindən törədilən zorakılıq aktları, o cümlədən hakim sinfə yönəlmiş bombalamalar və sui-qəsdlərlə əlaqələndirilir, həm də zorakı olmayan tətbiqlərə malikdir. Bu əməllər dövlətin hər şeyə qadir olmadığını nümayiş etdirməklə və məzlumlara ümid verməklə xalqda "üsyan ruhunu" alovlandırmaq, həmçinin dövlətin reaksiyasında daha da repressivləşdikcə anarxist hərəkatlara dəstəyi genişləndirmək məqsədi daşıyırdı. 1881-ci ildə London Beynəlxalq Anarxist Konqresi bu taktikanı təsdiqlədi. == Görkəmli fəaliyyətlər == 4 aprel 1866-cı il – Dmitri Karakozov Sankt-Peterburqdakı Yay bağının qapısında Rusiya çarı II Aleksanda uğursuz sui-qəsdə cəhd edir. Çar Yay bağını tərk edərkən, Dmitri silahından atəşaçmaq üçün irəli atılır. Lakin bu cəhdin qarşısı kəndli əsilli papaqçı şagirdi Osip Komissarov tərəfindən alınır və o, atəş açmağa az qalmış Karakozovun dirsəyini sıxır. 11 may 1878-ci il — Maks Hodel Almaniyada Kayzer I Vilhelmə sui-qəsd cəhdi edir . Onun monarxı güllələmək üçün etdiyi iki cəhd də uğursuzluğa düçar olur və o, avqustun 15-də tutulur və başı kəsilərək edam edilir.