Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Üçlər ittifaqı
Üçlər ittifaqı — Bismarkın təşəbbüsü ilə Almaniya, Avstriya-Macarıstan və İtaliyanın kollektiv müdafiə məqsədi ilə 1882-ci ildə yaratdıqları hərbi-siyasi blok. 1881-ci ildə İtaliya, Almaniya və Avstriya-Macarıstann arasında danışıqlar başlandı. 20 may 1882-ci ildə Almaniya, İtaliya və Avstriya-Macarıstan arasında ittifaq müqaviləsi imzalandı və Üçlər ittifaqı yarandı. Müqavilə ilk əvvəllər beş il müddətində imzalanmış və sonradan vaxtı uzadılaraq 1915-ci ilə qədər mövcud olmuşdur. Müqaviləyə əsasən tərəflərdən biri eyni vaxtda iki dövlətlə müharibə aparardısa digər tərəflər ona hərbi yardım göstərməli idi. Eyni zamanda tərəflərdən birinin İngiltərə və ya Rusiyaya qarşı müharibəsi zamanı digərləri bitərəf qalmalı idi. Bundan əlavə İtaliya bəyan etmişdi ki , onun bu təşəbbüsləri birbaşa olaraq Böyük Britaniyaya yönəldilməmişdir. İtaliya 1902-ci il noyabrın 1-də Fransa ilə bağladığı sazişə əsasən eyni zəmanəti Fransaya da vermişdi. Üçlər ittifaqı Rusiya və Fransaya qarşı yaradılmış olsa da bu müqavilənin imzalanması ittifaqı zəiflədən səbəblərdən oldu. Yenə xüsusi bir razılaşmada göstərilirdi ki, nə Avstriya-Macarıstan, nə də ki İtaliya Balkanlardakı statuskovu bir birindən xəbərsiz dəyişə bilməzdilər.
Üçlər müdaxiləsi
Üçlük müdaxiləsi və ya Üçlər müdaxiləsi (三国干渉, Sanqoku kanşo) – 1895-ci ildə Rusiya, Almaniya və Fransa tərəfindən Yaponiyaya qarşı həyata keçirilən diplomatik müdaxilə. Müdaxilənin məqsədi Çin-yapon müharibəsi nəticəsində imzalanan Şimonoseki müqaviləsindən sonra Lyaodun yarımadasının Çinə qaytarılması barədə Yaponiyanı məcbur etmək idi. Qərb dövlətləri Çin-yapon müharibəsinə birbaşa müdaxilə etməsələr də, Şərqi Asiyanın gələcəyi ilə bağlı narahat idilər. Qeyri-stabilliyin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ölkələr arasındakı münasibəti pozacağını düşünən Qərb dünyası Asiyadakı radikal dəyişikliklərə qarşı idi. Şimonoseki müqaviləsi imzalanmadan qabaq Avropa dövlətləri müqavilənin şərtləri barədə narahat idilər. Onlar Çinin ərazi parçalanması yaşayacağını və Tzin sülaləsinin başa çata biləcəyini düşünürdülər. Nəticədə, Çində xarici dövlətlər arasında kəskin mübarizə başlayacaqdı. 4 aprel 1895-ci ildə yaponlar Tokioya gələn Qərb nümayəndələrinə müvəqqəti sülh şərtlərini göstərdikdən sonra Rusiya naziri bu vəziyyətə müdaxilə olunacağını bildirmişdir. Bu xəbərdarlıq diqqətə alınmamış və müqavilə imzalanmışdır. Avropa dövlətləri dərhal Lyaodun yarımadasının Çinə qaytarılması üçün hərəkətə keçmişdirlər.
Üçlər paktı
Üçlər paktı, Berlin paktı - faşist Almaniyası, İtaliya və Yaponiya arasında 1940-cı il sentyabrın 27-də bağlanmış hərbi sazişdir.Sonralar bu pakta Macarıstan,Bolqarıstan,Finlandiya,Rumıniya və Danimarka da qoşulmuşdu. Dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdu. Almaniya və İtaliyaya Avropada, Yaponiyaya isə Asiyada yeni "qayda-qanun" yaratmaq rolu nəzərdə tutulmuşdu.
Üçpər azimina
Üçpər azimina (lat. Asimina triloba) — annonakimilər fəsiləsinin asimina cinsinə aid bitki növü. Şimali Amerikadan Florida və Texasa qədər yayılmışdır. 15 m hündürlükdə koldur.Zoğları sıx tüklü,birillikləri çılpaq,qəhvəyi rəngdə,parıldayan,ikiillikləri isə boz,yaxşı gözə çarpan mərciməklərə malikdir.Tumurcuqlar qırmızımtıl-qəhvəyi rəngdə,tüklüdür.Yarpaqları tərs uzunsov-yumurtavari,uzunluğu 12-30 sm,eni 4,5-12 sm,uclardan qısa sivrləşmiş qaidəyə doğru getdikcə yastılaşmış,tamkənarlı,dərivari,xırda nöqtəvari vəzilərə malikdir.Çiçəkləri qəhvəyi və ya qırmızımtıl-qonurdur,1-3 sm uzunluqda,tüklərlə örtülü çiçək saplağı üzərində yerləşir.Çiçəkyanlığı 9 yarpaqcıqdan ibarətdir.Erkəkcikləri spiral şəklində düzülmüşdür.Dişicik 3-15 sərbəst,3-20 yumurtacığa malikdir.Kasa yarpaqları 3 ədəd,yumurtavarı iti,yaşılımtıl və tüklüdür.Ləçəklər enli yumurtavari,ucları dairəvi,arxaya əyilmiş olur.Aprel və may aylarında çiçəkləyir.Meyvəsi ellips formalı,5-7 sm uzunluqda,yaşılımtıl-sarı,sonradan qonurlaşandır.Toxumları 2-2,5 sm uzunluqdadır.Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Şaxtayadavamlıdır,rütubət,işıqsevəndir. Mərdəkan dendrarisində 2001-ci ildə introduksia olunmuşdur.Park və bağlarda çox az rast gəlinir. Yaşıllaşdırmada,tək və qrup əkinlərində istifadə olunur.Tərkibində asitogen,toxumunda insan üçün lazım olan mikroelementlər vardır. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Üçgəz-i Süfla
Üçgəz-i Süfla (fars. اوچغازعليا‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 821 nəfər yaşayır (175 ailə).
Üçgəz-i Ülya
Üçgəz-i Ülya (fars. اوچغازعليا‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 821 nəfər yaşayır (175 ailə).
Astek Üçlər ittifaqı
Astek Üçlər İttifaqı — 1428-1521-ci illər aralığında indiki Meksika ərazisində asteklərin üç ən böyük şəhər-dövlətlərinin (Tenoktitlan, Teskoko, Tlakopan) birliyindən yaranmış ittifaq. İmperiyanın yarandığı 1428-ci ilə kimi bu üç şəhər-dövlət ayrılıqda mövcud olmuşdular. Lakin, 1428-ci ildə Tenoktitlan hökmdarı İskoatl tərəfindən ittifaq quruldu. İttifaq kimi qəbul olunsa da daha çox bu şəhər dövlətlərdən ən böyüyü olan Tenoktitlan dövlətinin başçıları ittifaqı idarə edirdi. İttifaq 1521-ci ilə kimi fəaliyyət göstərdi. İspan Ernan Kortesin rəhbərliyi altındakı 500 nəfərlik silahlı dəstə bu ərazilərə gəldikdə bu imperiya haqqında çox eşitmişdi. Deyilənləri yerindəcə görmək istəyən Ernan Kortes İttifaqın paytaxtı olan Tenoktitlan şəhərinə getmək qərarına gəldi. Tenoktitlana gəldikdə Astek imperatoru Montezuma ilə görüşdülər. Bu vaxt burda olan var dövləti görən Kortes və adamları buranı ələ keçirmək fikrinə gəldilər. Ernan Kortes belə fikirləşirdi ki, imperator Montezumanı əsir götürərsə asteklər ona tabe olacaq.
Aztek Üçlər ittifaqı
Astek Üçlər İttifaqı — 1428-1521-ci illər aralığında indiki Meksika ərazisində asteklərin üç ən böyük şəhər-dövlətlərinin (Tenoktitlan, Teskoko, Tlakopan) birliyindən yaranmış ittifaq. İmperiyanın yarandığı 1428-ci ilə kimi bu üç şəhər-dövlət ayrılıqda mövcud olmuşdular. Lakin, 1428-ci ildə Tenoktitlan hökmdarı İskoatl tərəfindən ittifaq quruldu. İttifaq kimi qəbul olunsa da daha çox bu şəhər dövlətlərdən ən böyüyü olan Tenoktitlan dövlətinin başçıları ittifaqı idarə edirdi. İttifaq 1521-ci ilə kimi fəaliyyət göstərdi. İspan Ernan Kortesin rəhbərliyi altındakı 500 nəfərlik silahlı dəstə bu ərazilərə gəldikdə bu imperiya haqqında çox eşitmişdi. Deyilənləri yerindəcə görmək istəyən Ernan Kortes İttifaqın paytaxtı olan Tenoktitlan şəhərinə getmək qərarına gəldi. Tenoktitlana gəldikdə Astek imperatoru Montezuma ilə görüşdülər. Bu vaxt burda olan var dövləti görən Kortes və adamları buranı ələ keçirmək fikrinə gəldilər. Ernan Kortes belə fikirləşirdi ki, imperator Montezumanı əsir götürərsə asteklər ona tabe olacaq.
IV Ümmə xan
IV Ümmə xan (1761, Xunzax, Avar Xanlığı — 1801, Balakən) — Avar xanlığının hakimi. == Həyatı == Ümmə xan (əsl adı Ömər xan) IV Məhəmməd nutsal oğlu 1761-ci ildə Dağıstanın Xunzax aulunda anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Doğma Avar dilindən başqa Azərbaycan, Ərəb və Ləzgi dillərini də bilirdi. Ümmə xan 13 yaşında atasının taxtına əyləşdi. Ümmə xan Qarabağ xanı İbrahimxəlil xanın qaynı və müttəfiqi idi. Onunla bərabər Naxçıvan, Qaradağ və Xoy xanlıqlarına qarşı vuruşmuşdu. Tarixçi Mirzə Yusif Qarabaği yazır: "O zamanlar Naxçıvan hakimi Kəlbəli xanla İbrahim xanın arasında ədavət törəmişdi. Buna görə də İbrahim xan Dağıstan ləzgilərindən kömək istədi və Dağıstan hakimi Ümmə xan (Ömər xan—Ə. Ç.) öz qoşunu ilə İbrahim xanın köməyinə gəldi. İbrahim xan Qarabağın atlıları və könüllüləri ilə (çəri) birlikdə hərəkət etdi.
Üçə (Germi)
Üçə (fars. اوچه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (12 ailə).
Acmer
Acmer və ya Acmir — Hindistanın şimal-qərbində, Racastan ştatında şəhər. 2001-ci ilin məlumatına görə, əhalisi 485,2 min nəfərdir. Aravalli dağlarında, 900 metr hündürlükdə yerləşir. Dəmiryol qovşağıdır. Ölkənin əsas dini mərkəzlərdən biri, müsəlmanların ziyarətgah yeridir. Hindistanda ilk məscidlərdən biri XII əsrdə burada tikilmişdir. Toxuculuq və yeyinti sənayesi, iri dəmiryol emalatxanaları, memarlıq abidələri var. == İstinadlar == == Əlavə ədəbiyyat == Dasharatha Sharma. Early Chauhān Dynasties. S. Chand / Motilal Banarsidass.
Dəməq
Dəməq — İranın Həmədan ostanının Rəzən şəhristanının Sərdrud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,847 nəfər və 757 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Surməq
Surməq-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,116 nəfər və 917 ailədən ibarət idi.
Əcmən
Əcmən (ərəb. عجمان‎) — Birləşmiş Ərəb Əmirliklərində şəhər, Əcmən əmirliyinin inzibati mərkəzi. Аджман Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine — BƏƏ kurortları Густерин П.В. Города Арабского Востока, М., Восток—Запад, 2007, 352 с.
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar. ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır.
UEMG
Minas-Jerays Dövlət Universiteti (port. Universidade do Estado de Minas Gerais) – Belo Horizonte şəhərində yerləşən universitet.
Uçaq
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısı Mülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat Yanğısəndürmə Mühərriklərin tipinə görə Porşenli Turbinli Turbinreaktorlu Mühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikli Sürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı Hipersəs Eniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilər Uçuş və enişə görə Şaquli Qısa Adi Çəkmə mənbəyinə görə Vintli Reaktiv İdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Uçma
Uçma — (rus. обрушение, ing. foundering) qırılmaların yaranması və qırılma boyunca əvvəllər formalaşmış tektonik strukturların hissələrinin düşməsi prosesi.
URMQ
Uruqvay Raundu Müqavilələri Qanunu (ing. Uruguay Round Agreements Act (URAA) — Amerika Birləşmiş Ştatlarında 1994-cü il Mərakeş Sazişini həyata keçirən ABŞ Konqresinin qəbul etdiyi qanun. Marakeş Sazişi Tarifləri və Ticarət üzrə Baş Sazişin Ümumdünya Ticarət Təşkilatına çevrilməsi ilə bağlı danışıqların Uruqvay Raundunun yekun hissəsi idi. Qanun qüvvəyə mindikdən sonra Birləşmiş Ştatlar əvvəllər ictimai mülkiyyətə keçmiş bəzi əsərlərin müəllif hüquqlarının qorunmasını bərpa etdi. ABŞ Prezidenti Bill Klinton URMQ (ing. URAA) üçün qanun layihəsini 27 sentyabr 1994-cü ildə Konqresə göndərdi. Qanun Nümayəndələr Palatasına H.R. 5110, Senata isə S. 2467 nömrələri ilə təqdim edildi ki, nə Palata, nə də Senat onu dəyişdirə bilməsin. Palata qanun layihəsini 29 noyabr 1994-cü ildə, Senat isə 1 dekabr 1994-cü ildə qəbul etdi. Prezident Klinton qanunu 8 dekabr 1994-cü ildə Konqres aktı (103–465) olaraq imzaladı. URMQ 1995-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
Üçrəng bənövşə
Üçrəng bənövşə (lat. Viola tricolor) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Jacea tricolor (L.) Opiz Mnemion tricolor (L.) Spach Viola tricolor subsp. erecta Ehrh. Viola tricolor var. major Roth Viola versicolor Salisb. Viola tricolor subsp. curtisii (E.Forst.) Syme Viola tricolor subsp. macedonica (Boiss. & Heldr.) A.F.W.Schmidt Viola tricolor subsp.
Üçrəng qaratərə
Üçrəng pəncər (lat. Amaranthus tricolor) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. Amaranthus amboinicus Buch.-Ham. ex Wall. Amaranthus bicolor Nocca ex Willd. Amaranthus cuspidatus Vis. Amaranthus dubius Mart. [Invalid] Amaranthus flexuosus Moq. Amaranthus gangeticus L. Amaranthus gangeticus var. angustior L.H.Bailey Amaranthus gangeticus var.
Üçrəng sarmaşıq
Üçrəng sarmaşıq (lat. Convolvulus tricolor) — sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Convolvulus maroccanus Batt. Convolvulus meonanthus Hoffmanns. & Link Convolvulus minor Convolvulus pseudotricolor Bertol. Convolvulus tricolor subsp. hortensis (Batt.) Maire Convolvulus tricolor subsp. meonanthus (Hoffmanns. & Link) Maire Convolvulus tricolor subsp. pentapetaloide O. Bolòs & Vigo Convolvulus tricolor subsp.
Üüreg nuur
Üüreq-Nuur (monq. Үүрэг нуур, Üüreg nuur) Monqolustanın qərb hissəsində yerləşən böyük, axarı olmayan, şor göldür. O, Mərkəzi Asiyada Altay dağlarının şimal şərqində, Böyük Göllər Çökəkliyinin şimal-şərq küncündə yerləşir. Göl şəffaf su ilə seçilir və onun 239 kvadrat kilometr sahəsi, 20 km uzunluğu var. Dəniz səviyyəsindən 1425 m yüksəklikdədi və maksimal dərinliyi 42 m. Monqolustanın Uvs aymagına aid olunur və ölkənin turizm yerlərindən biri sayılır.
Üüreq-Nuur
Üüreq-Nuur (monq. Үүрэг нуур, Üüreg nuur) Monqolustanın qərb hissəsində yerləşən böyük, axarı olmayan, şor göldür. O, Mərkəzi Asiyada Altay dağlarının şimal şərqində, Böyük Göllər Çökəkliyinin şimal-şərq küncündə yerləşir. Göl şəffaf su ilə seçilir və onun 239 kvadrat kilometr sahəsi, 20 km uzunluğu var. Dəniz səviyyəsindən 1425 m yüksəklikdədi və maksimal dərinliyi 42 m. Monqolustanın Uvs aymagına aid olunur və ölkənin turizm yerlərindən biri sayılır.
Üçrəng pəncər
Üçrəng pəncər (lat. Amaranthus tricolor) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. Amaranthus amboinicus Buch.-Ham. ex Wall. Amaranthus bicolor Nocca ex Willd. Amaranthus cuspidatus Vis. Amaranthus dubius Mart. [Invalid] Amaranthus flexuosus Moq. Amaranthus gangeticus L. Amaranthus gangeticus var. angustior L.H.Bailey Amaranthus gangeticus var.
Üçrəng gecə şəbpərəsi
Üçrəng gecə şəbpərəsi (lat. Myotis emarginatus) — kiçik ölçüyə malik yarasa olaraq Gecə yarasaları cinsinə aid növdür. Onların çəkisi 5–10 q, uzunluğu 44–55 mm, quyruğun uzunluğu isə 38–44 mm təşkil edir. Qanadlar arasında məsafə 22–28 sm-dir. Şimali Afrikadan Hollandiyaya kimi, Almaniyanın, Çexiyanın və Polşanın cənubuna qədər, Ukraynanın qərbində, Krımda, Qafqazda, İranda, ön və orta Asiyada, Əfqanıstanda və Birmada, Bütün Aralıq dənizi sahili boyunca ərazilərdə yayılmışdır. Azərbaycanda d.s.1000 metrə qədər hündürlükdə bütün təbii bölgələrdə və əsasən ölkənin şimal-qərbində quru və meşə landşaftlarında üstünlük təşkil edir. 80%-ə qədər tapıntı Aran zonalarda və dağətəyi rayonlarda aşkar olunmuşdur. Lənkəranətrafı ərazidə balalayan fərdlərdən ibarət toplantıda 1000-ə yaxın yetkin dişi cins, Mingəçevir ətrafındakı ərazilərdəki meşə mağaralarında isə 500-dən çox fərdə təsadüf edilmişdir. Sığınacaqlar müxtəlifdir. Böyük Qafqazda qədim Daş tikililərdə bu növlə yanaşı, Böyük nalburuna da təsadüf edilir.