Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtomobil nəqliyyatı
Avtomobil nəqliyyatı - Quruda ən geniş yayılmış nəqliyyat növü avtomobil nəqliyyatıdır. Avtomobil nəqliyyatının inkişaf səviyyəsi yolların uzunluğu və keyfıyyətindən, avtomobillərin sayından və bu sahədə xidmətin səviyyəsindən asılıdır. Dünyada ilk avtomobillərin istehsalına XIX əsrin əvvəl- lərində başlamlmış və yalnız 1923-cü ildə ABŞ-də və İtaliyada avtomobil yolları inşa edilmişdir. Müasir dövrdə dünyada asfalt və bərk örtüklü avtomobil yollarmın uzunluğu 31 mln. km-ə çatır. Onların təxminən yarısı inkişaf etmiş ölkələrin payına düşür (cəd. 1.5.4 Avtomobil yollarının uzunluğuna görə aparıcı ölkələr Avtomobil yollarının sıxlığına görə dünyanın aparıcı ölkələri Azərbaycanda avtomobil yollarınm ümumi uzunluğu 59,1 min km təşkil edir. İstifadə edilən bərk örtüklü avtomobil yolların uzunluğu 29,2 min km-dir, onlardan — 1,684 min km beynəlxalq, 2,669 min km — strateji və 13 min km yerli əhəmiyyət daşıyan yollardır. Avtomobil nəqliyyatı ilə dünyada sərnişin daşmmalarınm 80%-i təmin olunur. Dünyada avtomobil parkı daim genişlənir.
Avtomobil nəqliyyatı vasitələrinin sığortalanması
Avtosığorta — sərnişin və yük avtomobillərinin, avtobusların, motosikletlərin, skuterlərin, motoarabaların, katerlərin, motorlu qayıqların və digər nəqliyyat vasitələrinin sığortası. Sığortalanmış avtonəqliyyat vasitələrinin itkisi, qəza, yanğın, mühərrikin və ya yanacaq çəninin partlaması, zəlzələ, sel, qasırğa və digər təbii fəlakətlər nəticəsində zədələnməsi və ya məhv olması nəticəsində yaranan ziyan sığortaçı tərəfindən ödənilir.
Olan
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12174. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 2 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1977 yaşda (15-64 yaş arasında) 1457 nəfər iqtisadi fəal, 490 nəfər hərəkətsiz (fəaliyyət göstərici 75,2%, 1999-cu ildə 68.1%) idi.
Avtomobil
Avtomobil (q.yun. αὐτός — özü, lat. mobilis – hərəkət edən) – mühərriklə hərəkətə gətirilən,sərnişin, yük və xüsusi avadanlıq daşıyan nəqliyyat vasitəsidir. Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Təyinatına görə nəqliyyat, xüsusi və yarış (idman) avtomobilləri olur. Nəqliyyat avtomobili yük, yük-sərnişin və sərnişin daşıyır. Sərnişin avtomobili minik avtomobili və avtobuslara ayrılır. Xüsusi avtomobillər üzərində quraşdırılmış müxtəlif təyinatlı (tikinti, sanitar, yanğın və s.) qurğuları daşımaq üçündür.
Hüseyn Olan
Hüseyn Olan (1959, Bitlis ili) — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Hüseyn Olan 1959-cu ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq Bölməsindən məzun olub. 35 il Bitlisdə əczacı olaraq çalışıb. Van Əczaçılar Palatasında vəzifələrdə təmsil olunub. 2007-2009-cu illərdə T. C. Əczaçılar Birliyinin Təftiş Şurasının üzvü, 2009-2011-ci illərdə isə T. C. Əczaçılar Birliyinin İdarə Komitəsinin üzvü olub. 2007-ci ildə Barış Məclisinin qurulmasında yer alıb. Siyasi fəaliyyətinə 1981-ci ildə və 1996-cı ildə bir il müddətinə azadlıqdan məhrum edilib. 2014-cu ildə Bitlis bələdiyyəsinin sədri seçilib. 2016-cı il noyabrın 25-də həbs edilib və əvəzinə qəyyum təyin edilib.
6x6 (avtomobil)
Altı təkərdən çəkiş (6WD və ya 6×6), avtomobilin mühərriki ilə eyni vaxtda hərəkət etdirilə bilən, hər oxda ən azı iki təkəri olan üç oxdan ibarət olan dörd təkərdən çəkiş sistemli sürət sistemi konfiqurasiyadır. dörd təkərdən çəkiş sistemli sürət sistemi konfiqurasiyalarından fərqli olaraq, konfiqurasiya böyük ölçüdə yol nəqliyyat vasitələri, zirehli maşınlar və traktorlar kimi ağır yol nəqliyyat vasitələri və hərbi nəqliyyat vasitələri ilə məhdudlaşır.
Avtomobil benzinləri
Avtomobil benzinləri DÜİST 2084-77 üzrə benzin markaları: A-72, A-76, Aİ-93, Aİ-92, Aİ-95 (Ekstra), Aİ-98. A hərfi benzinin avtomobil benzini olduğunu göstərir. Rəqəm isə benzinin malik olduğu oktan ədədidir. İ hərfi isə oktan ədədinin tədqiqat üsulu ilə müəyyən olduğunu bildirir. A-72 benzini katalitik krekinq benzinlərinin əsasında birbaşa emal və termiki krekinq benzinini əlavə etməklə hazırlanır. A-72 benzini katalitik krekinq və katalitik riforminq benzinlərinin əsasında və 15-30% birbaşa emalın yüngül benzini və müəyyən qədər termiki krekinq benzini əlavə etməklə hazırlanır. Yüksək oktanlı komponentlərin (alkilbenzin, toluol) əlavə olunması və eləcə də etil mayesinin köməyi ilə oktan ədədi 76 vahidə qədər yüksəldilir. Aİ-93 benzini yumuşaq rejimli katalitik riforminq (45-80%) benzini əsasında 10-15% toluol və 8-10% alkil benzin, həmçinin butan-butilen fraksiyasını (5-7%) əlavə etməklə hazırlanır. Bu, etil mayeli benzin adlanır. Etilsiz Aİ-93 benzini də vardır ki, bu benzin sərt rejimli katalitik krekinq benzini (70-75%) əsasında, 25-28% alkilbenzin və izopentan və 5-7% butan-butilen fraksiyası əlavə etməklə hazırlanır.
Avtomobil idmanı
Avtomobil idmanı və ya avtoidman — ilk dəfə 1894-cü ildə Fransada avtomobillərin iştirakı ilə keçirilmiş idman yarışlarının bir növüdür. Bu gün dünyanın ən populyar idman növlərindən biridir. == Tarix == İlk rəsmi avtomobil yarışı 22 iyul 1894-cü ildə təşkil edilmiş və Paris-Ruan şəhərləri arasındakı 126 km-lik məsafəni əhatə etmişdir. "Le Petit Journal" qəzetinin təşkil etdiyi yarışda buxar, elektrik, dizel və benzin mühərrikli 19 avtomobil iştirak etmişdir. Avtomobillər saatda 18 km orta sürət nümayiş etdirə bilmişdilər. Sonrakı illərdə avtomobil idmanının fərqli sahələri inkişaf etmişdir.
Avtomobil kranı
Avtomobil kranı — relssiz və ya relslə hərəkət edən avtomobillərə quraşdırılmış kranlardır. Tikinti işlərində tırtıllı gediş mexanizminə malik olan avtomobillərdə quraşdırılmış kranlardan və kiçik məsafədə yerdəyişmə imkanına malik səyyar kranlardan da istifadə olunur. Hal hazırda avtomobil kranlarının layihələndirilməsində ferma strukturlu və ya teleskop tipli kranlara üstünlük verilir (şəkil 1). Bu kranların yükqaldırma qabiliyyəti maks. 1000t-a çatır. Automobil kranlarında hərəkətli hissə üçün adi avtomobil və ya onlarla oxşar olan quruluşlar tətbiq tapır. Bu kranların üstünlükləri onların qısa zamanda yığıla bilməsidir. Buna görə də, avtomobil kranları dəyişən tapşırıqlar üçün qısa zamanda uyğunlaşdırıla bilir.
Avtomobil kuzası
Avtomobil kuzası (avtomobil kuzovu və avtomobil banı) — avtomobilin sürücü, sərnişin, yük və ya xüsusi avadanlıq yerləşən konstruktiv hissəsidir. Avtomobil kuzasına həmçinin kapot, ayaqlıqlar, yan divarlar, radiator üzlüyü, bir sıra qovşaq və aqreqatlar (xarici işıqlandırma cihazları, salonda tənzimlənmə qurğuları, nəzarət sistemləri, sürücü və sərnişinin təhlükəsizliyini təmin edən vasitələr və s.) da aiddir. Konstruksiyanın tipinə görə kuzalar avtomobilin yüksaxlayan sistemini təşkil edir (daşıyıcı avtomobil kuzası), yaxud da yüksaxlayan çərçivəyə bərkidilir (yüksüzləşmiş, çərçivəli avtomobil kuzası). == Minik avtomobillərinin kuzası == === Bağlı === Bu kuzalar adətən daşıyıcı olur və bir-birinə birləşdirilmiş ayrı-ayrı panellərdən ibarətdir. Avtomobil kuzası əsasən, poladdan hazırlanır; XX əsrin sonlarından kompozisiya materiallarından daha geniş istifadə edilməyə başlanmışdır. Kuzanı xaricdən enerji udan bamperlər mühafizə edir. Avtomobilin ümumi kompanovka sxemindən və sərnişin yerlərinin sayından asılı olaraq kuzalar bir neçə tipə ayrılır. Sedan: Minik avtomobilləri üçün əsas tip olan sedan (B.Britaniya və Yaponiyada Saloon, almandilli ölkələrdə Limousine) üç bölməyə (birinci bölmə – mühərrik, ikinci – sərnişinlər, üçüncü – yük üçündür) ayrılmış qapalı kuzadır; 4 (bəzən 2, yaxud 6) qapısı, iki (bəzən üç) cərgə oturacağı olur. Sedanın damının bir hissəsi arxa oturacağın üstündən açılırsa, bu kuza lando , qabaq oturacağın üstündən açılan – broqam , ortadan açılan – tarqa , tam açılan yumşaq tentli avtomobil kuzası kabriolet , çıxarılabilən sərt tentli isə kabriolet — hardtop adlanır. Əgər yumşaq tentin yan pəncərələri və divarları endirilən deyil, çıxarılandırsa bu faeton (fayton) tipli kuzadır.
Avtomobil mühərriki
Avtomobil mühərriki – hər hansı bir enerjini avtomobili hərəkətə gətirmək üçün lazım olan mexaniki enerjiyə çevirən mühərrik. Avtomobil mühərriki kimi daxili yanma mühərriki, xariciyanma mühərriki (buxar mühərriki və Stirlinq mühərriki), elektrik, əvvəlcədən burulub açılmış nazim çarxın enerjisindən və ya təzyiq altındakı qaz enerjisindən istifadə edən mühərriklər tətbiq oluna bilər. == Ümumi məlumat == Müasir avtomobillərdə, əsasən, daxiliyanma mühərriki işlədilir. Daxiliyanma mühərriki konstruksiyasına görə rotorlu və porşenli olur. Geniş yayılmış porşenli Avtomobil mühərriki silindrlərinin sayına və yerləşməsinə, işçi həcminə (litraj), təyinatına və s. görə növlərə ayrılır. Porşenli daxiliyanma mühərrikinin silindrlərinin sayı 1-dən 16-ya qədərdir. Birsilindrli mühərrikin işi müntəzəm olmadığından avtomobillərdə nadir hallarda quraşdırılır. Silindrlərin sayı artdıqca mühərrikin işinin müntəzəmliyi və avtomobilin hərəkət səlisliyi yüksəlir. Bununla yanaşı sürtünmə itkiləri artdığına görə avtomobillərdə 12-dən artıq silindr nadir hallarda tətbiq edilir.
Avtomobil olayları
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Avtomobil qatarı
Avtomobil qoşunları
Avtomobil qoşunları və ya nəqliyyat qoşunları — döyüş əməliyyatına lazım olan döyüş sursatı, yanacaq, ərzaq və s., həmçinin yaralıları, xəstələri, texnikanı daşıyan xüsusi qoşun növü. Avtomobil qoşunları avtomobil nəqliyyatı olmayan qoşunları da daşıya bilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Военный энциклопедический словарь (ВЭС), Москва (М), Военное издательство (ВИ), 1984 г., 863 стр. с иллюстрациями (ил.), 30 листов (ил.); Большая советская энциклопедия (БСЭ), Третье издание, выпущенной издательством «Советская энциклопедия» в 1969—1978 годах в 30 томах; Под редакцией: В. А. Золотарева, В. В. Марущенко, С. С. Автюшина. «Во Имя России: Российское государство, армия и воинское воспитание» / учебное пособие по общественно-государственной подготовке (ОГП) для офицеров и прапорщиков Вооружённых Сил Российской Федерации. М.: «Русь-РКБ». 1999. 336 + вкл. ISBN 5-86273-020-6.
Avtomobil qəzası
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Dəmiryol nəqliyyatı
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəmiryolu nəqliyyatı
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəniz nəqliyyatı
Dəniz nəqliyyatı — Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə çatır. == Ümumi məlumat == Dəniz nəqliyyatının fəaliyyəti ilk öncə istismar edilən dəniz limanlarının inkişafından asılıdır. Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə çatır. Ən iri dəniz limanlarından ildə 50 mln. tondan çox yük daşınır. Yük dövriyyəsinə görə ildə 200 mln tondan çox mal ötürən limanların sayı 15-ə çatır. Dəniz nəqliyyatı beynəlxalq ticarətdə mühüm rol oynayır. Dəniz nəqliyyatının turistlərin daşınmasında (kruiz səyаhəti) əhəmiyyəti çoxdur. Dünyanın 10 ən iri dəniz limanları Dəniz nəqliyyatında konteynerlə daşınmaların artımı, dəniz limanlarında xidmətlərin mürəkkəbləşməsi, bu sahədə rəqabətin artmasına səbəb olmuşdur. Nəticədə inkişaf etmiş ölkələrin gəmiləri daha "ucuz” (xidmətə, ekoloji tələblərə, vergilərə və işçi qüvvəsinə verilən əmək haqqına görə) hesab olunan ölkələrin bayraqları altında üzür.
Elektron nəqliyyatı
Elektron nəqliyyatı — istehsal edilən elektrik enerjisinin istehlakçılara çatdırılmasına xidmət edən nəqliyyat növü. == Haqqında == Təsərrüfat obyektlərini və əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Azərbaycanda 1954-cü ildə Vahid enerji şəbəkəsi yaradılmışdır. Bu sistem Rusiyanın və Gürcüstanın ereji şəbəkəsinə son vaxtlarda isə İran və Türkiyənin enerji sisteminə birləşmişdir. Azərbaycandan Gürcüstana enerji verilir. İrn və Türkiyədən isə Naxçıvan üçün enerji alınır. Elektrik verilişi xətlərində gərginlik müxətlif olur. Abşeron regionunun elektrik enerjisi ilə təmin edilməsi üçün 220 kvt gərginlikli Mingəçevir-Bakı, Şirvan (keçmiş Əli Bayramlı) – Bakı elektrik veriliş xətləri çəkilmişdir. Bura 330 kvt gərginlikli 250 km uzunluğunda ikinci Mingəçevir-Bakı (Azərbaycan DRES-dən) və Şirvan-Bakı elektrik veriliş xətti gəlir. Azərbaycanın energetika sistemini Gürcüstanın enerji sistemi ilə birləşdirmək, inzibati rayonları elektrik enerjisi ilə təchiz etmək üçün Mingəçevir və Şirvandan Ağstafaya qədər elektrik verilişi xətti çəkilmişdir. Mingəçevirdən çəkilən xəttin gərginliyi 500 kvt-dır.
Estakada nəqliyyatı
Estakada nəqliyyatı ― yol xəttləri viaduk və ya digər yerüstü tikilidə (adətən polad, çuqun, beton və ya kərpicdən ibarət) yerləşən sürətli dəmir yolu. Dəmir yolu geniş, standart və ya darraylı, yüngül relsli, monorelsli və ya asma tipli ola bilər. Estakada dəmir yolları adətən şəhər yerlərində olur ki, çoxsaylı dəmir yolları keçidləri salınmasın. Polad viadukları üzərində hərəkət edən estakada nəqliyyatını adətən küçə səviyyəsindən görmək mümkün olur. == Tarixi == 1836-1838-ci illər arasında 878 tağlı kərpic viaduki üzərində inşa edilmiş London və Qrinviç dəmir yolu ən birinci estakada nəqliyyatı hesab olunur. 1840-cı ilə aid London və Blekuoll dəmir yolunun ilk 4 kilometri də viaduk üzərində inşa edilmişdir. 1840-cı illərdə əlavə estakada dəmir yollarının tikilməsi planlaşdırılsa da, heç biri realizə olunmadı. 1860-cı illərin sonlarından etibarən ABŞ şəhərlərində də estakada nəqliyyatı populyarlaşdı. Nyu-York Vest Sayd və Yonkers patent dəmir yolu 1868-ci ildən 1870-ci ilədək kanat tramvayı kimi fəaliyyət göstərirdi, sonradan isə lokomotivə keçdi. Onun ardınca 1875-ci ildə Manhetten dəmir yolu, Sauz Sayd estakadası, Çikaqo (1892–) və Boston estakadları yarandı.
Hava nəqliyyatı
Hava nəqliyyatı-Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. == Tarixi == Hava nəqliyyatı - Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. Aviasiya vasitəsi ilə sərnişinlərin və yüklərin daşınmasına yalnız I Dünya müharibəsindən sonra başlanmışdır. Əgər 1937-ci ildə dünyada hava nəqliyyatı ilə 4 mln. nəfər səmişin daşınmışsa, XXI əsrin əwələrində bu göstərici 2,2 mlrd. nəfər təşkil etmişdir. == Ümumi məlumat == Sərnişinlərin və xüsusi dəyərli yüklərin lazım olan məntəqəyə qısa müddətə çatdırılması hava nəqliyyatının üstün cəhətlərini müəyyən edir. İstifadə edilən təyyarələrin fərqli texniki xüsusiyyətləri hava məkanında müxtəlif hündürlüklərdə hava xətləri şəbəkəsinin yaradılmasına imkan vermişdir. Müasir dövrdə belə hava xətləri şəbəkəsinin ümumi uzunluğu 10 mln. km təşkil edir.
Koreya Nəqliyyatı
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. === Avtobus === Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Sanitar nəqliyyatı
Sanitar nəqliyyatı — xəstələrin dinc şəraitdə daşınması üçün xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış, əhali üçün müalicə, profilaktik və müalicə-evakuasiya xidmətləri, müharibə dövründə isə yaralıların və xəstələrin təxliyəsi üçün hazırlanmış nəqliyyat vasitəsidir. Sülh dövründə daşınma və ya müharibə zamanı evakuasiya edilmiş yaralılar, xəstələr tibbi heyət tərəfindən müşayiət olunur , tibb müəssisəsinə daşındıqda qayğı göstərilir, habelə yerində və hərəkət zamanı sanitar nəqliyyatında təcili tibbi tədbirlər və manipulyasiyalar aparmaq mümkündür. Bu məqsədlər üçün sanitar nəqliyyat vasitələri lazımi avadanlıqlarla, tibbi və sanitariya vasitələri ilə təchiz edilmişdir. == Növlər == Sanitar nəqliyyat vasitələrini fərqləndirir: torpaq (atlı, avtomobil, dəmir yolu), su (çay və dəniz) - xəstəxana gəmisi, hava (təyyarələr, vertolyotlar) - təcili yardım təyyarələri, sanitar aviasiya.
Su nəqliyyatı
Su nəqliyyatı — yüklərin (və ya sərnişin) su yolları (okean, dəniz, göl, çay həmçinin süni kanallar və s.) üzrə daşınmasıdır. Gəmi əsas nəqliyyat vasitəsidir. Su nəqliyyatı ən ucuz nəqliyyat növüdür. == Ümumi məlumat == Yer kürəsinin 71%-inin Dünya okeamndan ibarət olması və materiklərarası iqtisadi əlaqələrin inkişafı dəniz nəqliyyatının həddən çox əhəmiyyət daşımasım müəyyən edir. Yük dövriyyəsinə görə son 50 il ərzində dünyada birinci yeri məhz dəniz nəqliyyatı tutur. Belə ki, dünyada ümumi yük dövriyyəsinin 60%-i dəniz nəqliyyatının payma düşür. Bu nəqliyyat növü yük daşımalannın orta uzunluğu ilə də fərqlənir. Bu göstərici 7 min km-dən çoxdur. == Su nəqliyyatı haqqında == Su nəqliyyatı — yüklərin (və ya sərnişin) su yolları (okean, dəniz, göl, çay həmçinin süni kanallar və s.) üzrə daşınmasıdır. Gəmi əsas nəqliyyat vasitəsidir.
Çay nəqliyyatı
Çay nəqliyyatı — Çay nəqliyyatının inkişafı üçün imkanların kifayət qədər geniş olmasına baxmayaraq, bu imkanlardan lazımı dərəcədə istifadə edilmir. Çayda suyun səviyyəsinin dəyişməsi, burada texniki baxımdan lazımı tənzimləmə işlərinin aparılmasının vacibliyi. mütəmadi dərinləşdirmə işlərinin görülməsi və digər səbəbləri çay nəqliyyətinin inkişafına maneçilik edən səbəblərə aid etmək olar. Çay nəqliyyatı nisbətən ucuz və ekoloji baxımdan təhlükəsiz nəqliyyat növlərinə aiddir. Bıuıa görə hər bir materikdə ölçücə iri və çay nəqliyyatının istifadəsi üçün əlverişli sayılan yerlərdə çay limanları inşa edilmişdır. Məsələn, Avropada — Dunay və Volqada, Şimali Amerikada — Missisipi və Missuridə, Asiyada — Xuanxe və Yansızıda, Afrikada — Nildə çay limanları istismar edilir. Bu çaylarda turizm əhəmiyyətli kruizlərlə yanaşı yük daşımaları da həyata keçirilir. Avropada çay nəqliyyatı üçün yararlı olan su arteriyaların təxminən 37 min km-i hələ istifadə ediimir. Müasir dövrdə Avropada çay nəqliyyatı ilə yükdaşıma imkanlarından yalnız 15%-ə qədər istifadə olunur. Belə vəziyyəti nəzərə alaraq, Avropa Birliyi ölkələri tərəfındən çay nəqliyyatının inkişafına yönəldilmiş birgə ‘'Marko Polo" proqramı həyata keçirilir.
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası (GFOTU) — Omanın ən böyük milli həmkarlar ittifaqları birliyi. == Tarixi == Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası 2010-cu ilin fevral ayında yaranmışdır. Həmin vaxt 50-yə qədər təşkilatı təmsil edən 100-dən çox nümayəndənin qatıldığı qurultayda Federasiyanın 11 nəfərdən ibarət İcraedici Şurası seçilmişdir. Şuranın üzvləri arasında iki nəfər qadın təmsilçi də var idi. İcraedici Şuranın sədri vəzifəsinə isə Saud Əli Abdulla Əl Cəbri seçilmişdir. == Ədəbiyyat == International Centre for Trade Union Rights et al.,, redaktor Trade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Nəqliyyat
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. == Ümumi məlumat == Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
Asqı (avtomobil)
Asqı — nəqliyyat maşınlarında hərəkətetdirici orqanları (təkər, vərdənə, xizək) maşının gövdəsi ilə birləşdirən mexanizm və detallar sistemi. Asqı həmçi nin yolun kələ-kötürlüyündən maşına ötürülən dinamiki yükləri azaldır, maşının dartıcı keyfiyyətini yaxşılaşdırır, rəqs və titrəyişləri söndürür, hərəkət prosesində kuzanın vəziyyətini nizamlayır və eyni zamanda maşının dinamikliyini artırır. Tarixçə: Asqı,(Pnevma) ilk dəfə Mersedes Benz tərəfindən 1998 ci ildə icad edilmiş və S-Class modelində istifadə edilmişdir == Əsas xarakteriskası == Asqılar sərt, yarım sərt və yumşaq olur. S ə r t asqılarda dayaq (hərəkətverici) elementlərinin oxları maşının gövdəsinə birbaşa, aralıq hərəkətli elementlər olmadan bərkidilir. Belə asqılar hərəkət sürəti 3–4 km/saat dan çox olmayan tırtıllı qaldırıcı kranlarda, ekskavatorlarda, torfyığan kombaynlarda və s. tətbiq edilir. Y a r ı m s ə r t asqılar əksər traktorlarda istifadə olunur. Onların dayaq elementləri xüsusi çərçivədə (zəncirli arabacıq) quraşdırılır və adətən, maşının gövdəsinə arxa tərəfdən oynaqla, qabaq tərəfdən, yaxud hər iki tərəfdən isə elastik elementlə (məs., ressorla)birləşdirilir. Y u m ş a q (elastik elementləri olan) asqılar avtomobil və digər sürətli maşınlarda, bir sıra traktorlarda tətbiq edilir və böyük potensial enerji ehtiyatına malik olur. Avtomobil asqıları elastiklik xarakteristikasına görə sabit, dəyişən və artan sərtlikli, qüvvə və momentlərin ötürülmə üsuluna görə ressorlu, ştanqlı və lingli (bir və iki), istiqamətləndirici quruluşun tipinə görə asılı (əlahiddə, balansirli) və sərbəst (asılı olmayan), elastik elementin tipinə görə metal (ressor, spiral yay, torsion və kombinəedilmiş) və qeyri-metal (pnevmatik, hidropnevmatik, rezin və kombinəedilmiş), rəqssöndürücü quruluşun (amortizatorun) tipinə görə lingli (mexaniki, hidravliki) və teleskop şəkilli (bir və iki borulu) və s.
Avtomobil sənayesi
Avtomobil sənayesi — avtomobil, qoşqu, avtomobil mühərrikləri və ehtiyat hissələri istehsal edən maşınqayırma sahəsi. == Tarixi == Avtomobil sənayesi ümumiyyətlə, XIX əsrin axırlarında, SSRİ-də isə İkinci Dünya müharibəsindən əvvəlki beşilliklərdə yaranmışdır. SSRİ-də AMO-F-15 markalı ilk 1,5 tonluq yük avtomobili 1924-cü ildə Moskva Avtomobil Cəmiyyəti zavodunda buraxılmışdır. 1925-ci ildə Yaroslavl, 1931-ci ildə yenidən qurulmuş Moskva Avtomobil Cəmiyyəti və 1932-ci ildə Qorki avtomobil zavodları işə düşmüşdür. İkinci Dünya müharibəsi illərində Çelyabinsk vilayətinin Miass şəhərində işə salınan Ural Avtomobil Zavodu 1944-cü ildə 3 tonluq yük avtomobilləri istehsalına başlamışdır. Müharibədən sonra mövcud zavodların yenidən qurulması və genişləndirilməsi ilə yanaşı Minsk, Kutaisi, Ulyanovsk yük avtomobilləri, Lvov və Pavlovo avtobus zavodları tikilmişdir. 1959–1971-ci illərdə avtomobil sənayesi daha çox inkişaf etmişdir. Kremençukda 10-12 tonluq yükünü özüboşaldan və 12–14 tonluq kuzovlu avtomobil, Belorusiyada nəhəng (25–40, 74v80, 120 tonluq) yükünü özüboşaldan avtomobil, Zaporejyada mikrolitrajlı, İjevskdə və Tolyattidə azlitrajlı minik avtomobili, Likino-Dulyovo (Moskva vilayəti) və Kurqanda avtobus, Riqada mikroavtobus və s. istehsalı təşkil olunmuşdur. 1970-ci ildə Tatarıstan MSSR-də Kama Avtomobil Zavodunun tikintisinə başlanmış, 16 fevral 1976-cı ildə ilk KamAZ-5320 markalı 16 tonluq yük avtomobilləri buraxılmışdır.
Avtomobil tyuninqi
Avtomobil tyuninqi — Nəqliyyat vasitələrinin modifikasiyası bir vasitənin fəaliyyətinin və ya görünüşünün dəyişdirilməsidir. Əksər zavod vasitələri orta sürücünün gözləntiləri və şərtləri üçün qurulur. Digər tərəfdən, dəyişdirilmiş bir vasitə xüsusiyyətlərini sahibinin seçiminə uyğun olaraq düzəltmək üçün bir yoldur. Nəqliyyat vasitələrinin modifikasiyası ümumiyyətlə mühərriklərin gücləndirilməsini,avtomobilin kuzasi və ya matorun aerodinamik hissələrinə əlavə edilməsini və əlamətdar rənglərlə rənglənməsini əhatə edir.
Avtomobil yolu
Avtomobil yolu — avtomobillərin hərəkəti üçün salınan, yaxud uyğunlaşdırılan yol. Müasir avtomobil yolunda avtomobilin sürətli və intensiv hərəkəti təhlükəsiz, fasiləsiz və rahat olmaqla bərabər, yük və sərnişin daşınması ucuz başa gəlməlidir. == Tarixi == SSRİ-nin iqtisadiyyatdakı əhəmiyyətinə görə ittifaq, respublika, yerli (rayon və kənd) və müəyyən idarə tableyində avtomobil yolları var idi. Azərbaycanda olan ittifaq. respublika və vilayət əhəmiyyətli avtomobil yollarının hamısına Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin, yerli yollar isə rayon icraiyyə komitələrinin nəzarətində idi. Bundan əlavə, "Azərneft" birliyi tabeliyində olan avtomobil yolları da var idi. SSRİ-də avtomobil yolları beş texniki dərəcəyə bölünürdü. Dərəcə bütün yol boyu və ya onun ayrı-ayrı hissələrində perspektiv (10–20 ildən sonra) orta gündəlik hərəkət intensivliyinə görə təyin edilirdi. Hərəkətin orta gündəlik intensivliyi (hər iki istiqamətdə) 7 min avtomobildən ço olduqda yol I dərəcəli, 3 mindən 7 minədək II dərəcəli, 1,000-dən 3 minədək III dərəcəli, 200-dən 1,000-dək IV dərəcəli və 200-dən az olduqda V dərəcəli adlanırdı. == İnşaatı == Yolun texniki normativləri (hərəkətin hesablanma sürəti, hərəkət zolaqlarının sayı, genişliyi, yol çiyinlərinin eni, üfüqi və şaquli əyrilərin ən kiçik radiusları, ən böyük uzunluq mailliyi, ən kiçik görmə məsafəsi, yol örtüyünün tipi və s.) onun texniki dərəcəsinə əsasən inşaat normaları üzrə müəyyənləşdirilir.
Avtomobil zirehi
Avtomobil zirehi, tanklar, təyyarələr və gəmilər kimi zirehli döyüş maşınlarında maşın heyətini qəlpə, güllə, döyüş raketi və ya top mərmisi kimi düşmən atışlarından qorumaq üçün istifadə olunan zireh növüdür. Mülki nəqliyyat vasitələri də zirehli ola bilər. Bu vasitələrə hökumət rəsmiləri (məsələn, prezident limuzinləri), müxbirlər və münaqişə regiy və ya şiddətli cinayətin olduğu yerlərdə mülki şəxslər tərəfindən istifadə edilən zirehli maşınlar daxildir. Mülki zirehli avtomobillər həmçinin, təhlükəsizlik firmaları tərəfindən soyğun və ya yük qaçırma riskini azaltmaq üçün pul və ya qiymətli əşyaları daşımaq üçün də istifadə olunur. Zireh, nəqliyyat vasitələrini qəsdən həyata keçirilmiş hücumlardan başqa təhdidlərdən qorumaq üçün də istifadə edilə bilər. Bəzi kosmik aparatlar mikrometeoroidlərdən və ya kosmik tullantılardan müdafiə olunmaq üçün xüsusi zirehlə təchiz olunmuşdurlar. Jet mühərrikləri ilə işləyən müasir təyyarələrdə, kompressorun və ya fanın zədələnməsi halında təyyarə korpusunun zədələnməməsi üçün qaz turbin mühərriklərinin ətrafına fan mühafizə və ya qəza mühafizə divarı adlandırılan aramid kompozit kevlardan hazırlanmış xüsusi bir zireh növü quraşdırılmışdır. Nəqliyyat vasitəsinin dizaynı və təyinatı daşınan zireh miqdarını müəyyənləşdirir. Zireh örtükləri çox vaxt ağır olur və həddindən artıq zireh nəqliyyat vasitəsinin hərəkət qabiliyyətini məhdudlaşdırır. Bu problemi azaltmaq üçün buckypaper və alüminium köpük zireh lövhələrini əhatə edən bəzi yeni materiallar (nanomateriallar) və material kompozisiyaları tədqiq edilir.
Avtonom avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
Buxarlı avtomobil
Buxarlı maşın (ing. Steam car) Quru yolunda idarə etmək üçün yaradılmış, istilik enerjisini mexaniki enerjiyə çevirən xaricdən işə düşən motor olan buxar maşınının verdiği enerji ile hərəkət edən təkərli quru nəqiyillayı, buxar enerjili avtomobil. tərəfindən edilən Fardierdir. Nicholas Joseph Cugnot kiçik ölçüdə etdiyi iki qazanlı Newcomen maşınını üç təkərli bir maşına yükləyərək 1769 ildə sınaq edib.Amma buxarlaşma yolu ilə azalan qazan suyunu yeniləyəcək bir sistem olmadığından maşın 15 dəqiqədən bir dayanmaq və suyun qaynamasını gözləmək lazım gəlirdi. 2,5 tonluq əsgəri topları daşıması düşünülən maşından bu problemə görə imtina edilməsinə səsəb oldu Hələ də Birmingham Müzeyində bir maşın, buxarlı maşınlar üzərində 1790’cı illədə William Murdock’un da çalışmış olduğunu göstərir. William Murdock’ın hazırladığı maşın yüksək təzyiqli qazan və bir cüt-təsirli Watt maşını ilə hərəkət edirdi. Buharlı avtomobillərin inkişaf etməyinə təsir edən ən böyük probleməerdən biri də , maşını hərəkət etdirəcək yüksək təzyiq əldə etmək və bunun davamlı olmasını təmin etmək idi. Oliver Evanstərəfindən hazırlanmış bir sistemlə bu problem bir az olsun təmin edilmişdir. Oliver Evens yaratdığı sistemi bir avtomobilə tətbiq etməklə Philadelphia küçələri vasitəsi ilə dolanmışdır. ama bu uğuru ticarət anlamında dəyərləndirməmişdir.
Differensial (avtomobil)
Differensial — ötürmə xüsusi planetar ilişmə olub, ötürmə ədədi i0 = − 1 olan dişli çarx ilişməsidir. Avtomobillərdə mühərrikdən təkərlərə verilən ötürmə sisteminin – transmissiyanın tərkib hissəsidir. Avtomobil əyrixətli yol üzrə hərəkət etdikdə onun arxa təkərləri müxtəlif yol qət edirlər. Bununla onların fırlanma tezliyi də müxtəlif olur. Ona görə də, onların bir-biri ilə sərt birləşdirilməsi mümkün deyil. Avtomobillərin arxa təkərlərinin müxtəlif dövrlər sayında hərəkətini, yəni qeyri sinxronluğunu təmin etmək üçün differensial ötürmədən istifadə edilir. Avtomobilin dönməsi zamanı bu ötürmə arxa təkərlərin sərbəst fırlanmasına imkan verir. Nəticədə təkərlərin lazım olmayan yüklənməsi aradan qaldırılır. Differnsial ötürmə hələ b.e.ə. təxminən 100-cü ildən məlum olmuşdur.
İstifadəçi
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.