AVTOMOBİL

Avto yunanca “öz”, mobil isə “hərəkət edən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

AVSTRİYA
AVTONİM
OBASTAN VİKİ
Buxarlı avtomobil
Buxarlı maşın (ing. Steam car) Quru yolunda idarə etmək üçün yaradılmış, istilik enerjisini mexaniki enerjiyə çevirən xaricdən işə düşən motor olan buxar maşınının verdiği enerji ile hərəkət edən təkərli quru nəqiyillayı, buxar enerjili avtomobil. tərəfindən edilən Fardierdir. Nicholas Joseph Cugnot kiçik ölçüdə etdiyi iki qazanlı Newcomen maşınını üç təkərli bir maşına yükləyərək 1769 ildə sınaq edib.Amma buxarlaşma yolu ilə azalan qazan suyunu yeniləyəcək bir sistem olmadığından maşın 15 dəqiqədən bir dayanmaq və suyun qaynamasını gözləmək lazım gəlirdi. 2,5 tonluq əsgəri topları daşıması düşünülən maşından bu problemə görə imtina edilməsinə səsəb oldu Hələ də Birmingham Müzeyində bir maşın, buxarlı maşınlar üzərində 1790’cı illədə William Murdock’un da çalışmış olduğunu göstərir. William Murdock’ın hazırladığı maşın yüksək təzyiqli qazan və bir cüt-təsirli Watt maşını ilə hərəkət edirdi. Buharlı avtomobillərin inkişaf etməyinə təsir edən ən böyük probleməerdən biri də , maşını hərəkət etdirəcək yüksək təzyiq əldə etmək və bunun davamlı olmasını təmin etmək idi. Oliver Evanstərəfindən hazırlanmış bir sistemlə bu problem bir az olsun təmin edilmişdir. Oliver Evens yaratdığı sistemi bir avtomobilə tətbiq etməklə Philadelphia küçələri vasitəsi ilə dolanmışdır. ama bu uğuru ticarət anlamında dəyərləndirməmişdir.
Differensial (avtomobil)
Differensial — ötürmə xüsusi planetar ilişmə olub, ötürmə ədədi i0 = − 1 olan dişli çarx ilişməsidir. Avtomobillərdə mühərrikdən təkərlərə verilən ötürmə sisteminin – transmissiyanın tərkib hissəsidir. Avtomobil əyrixətli yol üzrə hərəkət etdikdə onun arxa təkərləri müxtəlif yol qət edirlər. Bununla onların fırlanma tezliyi də müxtəlif olur. Ona görə də, onların bir-biri ilə sərt birləşdirilməsi mümkün deyil. Avtomobillərin arxa təkərlərinin müxtəlif dövrlər sayında hərəkətini, yəni qeyri sinxronluğunu təmin etmək üçün differensial ötürmədən istifadə edilir. Avtomobilin dönməsi zamanı bu ötürmə arxa təkərlərin sərbəst fırlanmasına imkan verir. Nəticədə təkərlərin lazım olmayan yüklənməsi aradan qaldırılır. Differnsial ötürmə hələ b.e.ə. təxminən 100-cü ildən məlum olmuşdur.
Hibrid avtomobil
Hibrid (mələz) avtomobillərin məqsədi benzin sərfiyyatını azaltmaqdır. Buna nail olmaq üçün onlar tıxaclar zamanı və aşağı sürətlərdə hərəkət zamanı benzin mühərriki əvəzinə elektrik mühərrikindən istifadə edərək atmosferə buraxılan tullantıların qismən sıfır olmasını təmin edirlər. Elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorlara yüklənir. Ona görə də bu avtomobillərin elektrik enerjisinə qoşularaq enerji ilə doldurulmasına ehtiyac yoxdur. Tələb olunan zaman benzin, tələb olunduğu zaman elektrik mühərriki ilə idarə oluna bilən ilk avtomobili Ferdinand Porsche 27 yaşında olarkən hazırlanmışdır. 1902-ci ildə “Mixte-Wagen” (“Qarışıq maşın”) adlandırdığı avtomobilini təqdim etmişdir. Vyanalı fayton istehsalçısı olan Ludwig Lohner ilə işləyən Porsche, 4 silindrli Daimler mühərrikinə akkumulyatorlar, generator və elektrik mühərrikləri əlavə etmişdir. Bu vəziyyəti ilə Mixte, benzin mühərriki dayandırıldığı zaman, batareyalarla işləyən elektrik mühərriki ilə irəliləməyə davam edə bilirdi. Təxminən 10 ildən sonra hibrid avtomobillərin benzinlə işləyən avtomobilləri əvəz edəcəyi düşünülür. Toyotanın Toyota Prius modeli, Hondanın Honda Insight ilə başlayan və bu gün Honda Civic Hybrid ilə davam edən seriyası hibrid avtomobillərə misal ola bilər.
Avtomobil
Avtomobil (q.yun. αὐτός — özü, lat. mobilis – hərəkət edən) – mühərriklə hərəkətə gətirilən,sərnişin, yük və xüsusi avadanlıq daşıyan nəqliyyat vasitəsidir. Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Təyinatına görə nəqliyyat, xüsusi və yarış (idman) avtomobilləri olur. Nəqliyyat avtomobili yük, yük-sərnişin və sərnişin daşıyır. Sərnişin avtomobili minik avtomobili və avtobuslara ayrılır. Xüsusi avtomobillər üzərində quraşdırılmış müxtəlif təyinatlı (tikinti, sanitar, yanğın və s.) qurğuları daşımaq üçündür.
6x6 (avtomobil)
Altı təkərdən çəkiş (6WD və ya 6×6), avtomobilin mühərriki ilə eyni vaxtda hərəkət etdirilə bilən, hər oxda ən azı iki təkəri olan üç oxdan ibarət olan dörd təkərdən çəkiş sistemli sürət sistemi konfiqurasiyadır. dörd təkərdən çəkiş sistemli sürət sistemi konfiqurasiyalarından fərqli olaraq, konfiqurasiya böyük ölçüdə yol nəqliyyat vasitələri, zirehli maşınlar və traktorlar kimi ağır yol nəqliyyat vasitələri və hərbi nəqliyyat vasitələri ilə məhdudlaşır.
Asqı (avtomobil)
Asqı — nəqliyyat maşınlarında hərəkətetdirici orqanları (təkər, vərdənə, xizək) maşının gövdəsi ilə birləşdirən mexanizm və detallar sistemi. Asqı həmçi nin yolun kələ-kötürlüyündən maşına ötürülən dinamiki yükləri azaldır, maşının dartıcı keyfiyyətini yaxşılaşdırır, rəqs və titrəyişləri söndürür, hərəkət prosesində kuzanın vəziyyətini nizamlayır və eyni zamanda maşının dinamikliyini artırır. Tarixçə: Asqı,(Pnevma) ilk dəfə Mersedes Benz tərəfindən 1998 ci ildə icad edilmiş və S-Class modelində istifadə edilmişdir Asqılar sərt, yarım sərt və yumşaq olur. S ə r t asqılarda dayaq (hərəkətverici) elementlərinin oxları maşının gövdəsinə birbaşa, aralıq hərəkətli elementlər olmadan bərkidilir. Belə asqılar hərəkət sürəti 3–4 km/saat dan çox olmayan tırtıllı qaldırıcı kranlarda, ekskavatorlarda, torfyığan kombaynlarda və s. tətbiq edilir. Y a r ı m s ə r t asqılar əksər traktorlarda istifadə olunur. Onların dayaq elementləri xüsusi çərçivədə (zəncirli arabacıq) quraşdırılır və adətən, maşının gövdəsinə arxa tərəfdən oynaqla, qabaq tərəfdən, yaxud hər iki tərəfdən isə elastik elementlə (məs., ressorla)birləşdirilir. Y u m ş a q (elastik elementləri olan) asqılar avtomobil və digər sürətli maşınlarda, bir sıra traktorlarda tətbiq edilir və böyük potensial enerji ehtiyatına malik olur. Avtomobil asqıları elastiklik xarakteristikasına görə sabit, dəyişən və artan sərtlikli, qüvvə və momentlərin ötürülmə üsuluna görə ressorlu, ştanqlı və lingli (bir və iki), istiqamətləndirici quruluşun tipinə görə asılı (əlahiddə, balansirli) və sərbəst (asılı olmayan), elastik elementin tipinə görə metal (ressor, spiral yay, torsion və kombinəedilmiş) və qeyri-metal (pnevmatik, hidropnevmatik, rezin və kombinəedilmiş), rəqssöndürücü quruluşun (amortizatorun) tipinə görə lingli (mexaniki, hidravliki) və teleskop şəkilli (bir və iki borulu) və s.
Avtomobil benzinləri
Avtomobil idmanı
Avtomobil idmanı və ya avtoidman — ilk dəfə 1894-cü ildə Fransada avtomobillərin iştirakı ilə keçirilmiş idman yarışlarının bir növüdür. Bu gün dünyanın ən populyar idman növlərindən biridir. İlk rəsmi avtomobil yarışı 22 iyul 1894-cü ildə təşkil edilmiş və Paris-Ruan şəhərləri arasındakı 126 km-lik məsafəni əhatə etmişdir. "Le Petit Journal" qəzetinin təşkil etdiyi yarışda buxar, elektrik, dizel və benzin mühərrikli 19 avtomobil iştirak etmişdir. Avtomobillər saatda 18 km orta sürət nümayiş etdirə bilmişdilər. Sonrakı illərdə avtomobil idmanının fərqli sahələri inkişaf etmişdir.
Avtomobil kranı
Avtomobil kranı — relssiz və ya relslə hərəkət edən avtomobillərə quraşdırılmış kranlardır. Tikinti işlərində tırtıllı gediş mexanizminə malik olan avtomobillərdə quraşdırılmış kranlardan və kiçik məsafədə yerdəyişmə imkanına malik səyyar kranlardan da istifadə olunur. Hal hazırda avtomobil kranlarının layihələndirilməsində ferma strukturlu və ya teleskop tipli kranlara üstünlük verilir (şəkil 1). Bu kranların yükqaldırma qabiliyyəti maks. 1000t-a çatır. Automobil kranlarında hərəkətli hissə üçün adi avtomobil və ya onlarla oxşar olan quruluşlar tətbiq tapır. Bu kranların üstünlükləri onların qısa zamanda yığıla bilməsidir. Buna görə də, avtomobil kranları dəyişən tapşırıqlar üçün qısa zamanda uyğunlaşdırıla bilir.
Avtomobil kuzası
Avtomobil kuzası (avtomobil kuzovu və avtomobil banı) — avtomobilin sürücü, sərnişin, yük və ya xüsusi avadanlıq yerləşən konstruktiv hissəsidir. Avtomobil kuzasına həmçinin kapot, ayaqlıqlar, yan divarlar, radiator üzlüyü, bir sıra qovşaq və aqreqatlar (xarici işıqlandırma cihazları, salonda tənzimlənmə qurğuları, nəzarət sistemləri, sürücü və sərnişinin təhlükəsizliyini təmin edən vasitələr və s.) da aiddir. Konstruksiyanın tipinə görə kuzalar avtomobilin yüksaxlayan sistemini təşkil edir (daşıyıcı avtomobil kuzası), yaxud da yüksaxlayan çərçivəyə bərkidilir (yüksüzləşmiş, çərçivəli avtomobil kuzası). Bu kuzalar adətən daşıyıcı olur və bir-birinə birləşdirilmiş ayrı-ayrı panellərdən ibarətdir. Avtomobil kuzası əsasən, poladdan hazırlanır; XX əsrin sonlarından kompozisiya materiallarından daha geniş istifadə edilməyə başlanmışdır. Kuzanı xaricdən enerji udan bamperlər mühafizə edir. Avtomobilin ümumi kompanovka sxemindən və sərnişin yerlərinin sayından asılı olaraq kuzalar bir neçə tipə ayrılır. Sedan: Minik avtomobilləri üçün əsas tip olan sedan (B.Britaniya və Yaponiyada Saloon, almandilli ölkələrdə Limousine) üç bölməyə (birinci bölmə – mühərrik, ikinci – sərnişinlər, üçüncü – yük üçündür) ayrılmış qapalı kuzadır; 4 (bəzən 2, yaxud 6) qapısı, iki (bəzən üç) cərgə oturacağı olur. Sedanın damının bir hissəsi arxa oturacağın üstündən açılırsa, bu kuza lando , qabaq oturacağın üstündən açılan – broqam , ortadan açılan – tarqa , tam açılan yumşaq tentli avtomobil kuzası kabriolet , çıxarılabilən sərt tentli isə kabriolet — hardtop adlanır. Əgər yumşaq tentin yan pəncərələri və divarları endirilən deyil, çıxarılandırsa bu faeton (fayton) tipli kuzadır.
Avtomobil mühərriki
Avtomobil mühərriki – hər hansı bir enerjini avtomobili hərəkətə gətirmək üçün lazım olan mexaniki enerjiyə çevirən mühərrik. Avtomobil mühərriki kimi daxili yanma mühərriki, xariciyanma mühərriki (buxar mühərriki və Stirlinq mühərriki), elektrik, əvvəlcədən burulub açılmış nazim çarxın enerjisindən və ya təzyiq altındakı qaz enerjisindən istifadə edən mühərriklər tətbiq oluna bilər. Müasir avtomobillərdə, əsasən, daxiliyanma mühərriki işlədilir. Daxiliyanma mühərriki konstruksiyasına görə rotorlu və porşenli olur. Geniş yayılmış porşenli Avtomobil mühərriki silindrlərinin sayına və yerləşməsinə, işçi həcminə (litraj), təyinatına və s. görə növlərə ayrılır. Porşenli daxiliyanma mühərrikinin silindrlərinin sayı 1-dən 16-ya qədərdir. Birsilindrli mühərrikin işi müntəzəm olmadığından avtomobillərdə nadir hallarda quraşdırılır. Silindrlərin sayı artdıqca mühərrikin işinin müntəzəmliyi və avtomobilin hərəkət səlisliyi yüksəlir. Bununla yanaşı sürtünmə itkiləri artdığına görə avtomobillərdə 12-dən artıq silindr nadir hallarda tətbiq edilir.
Avtomobil nəqliyyatı
Avtomobil nəqliyyatı - Quruda ən geniş yayılmış nəqliyyat növü avtomobil nəqliyyatıdır. Avtomobil nəqliyyatının inkişaf səviyyəsi yolların uzunluğu və keyfıyyətindən, avtomobillərin sayından və bu sahədə xidmətin səviyyəsindən asılıdır. Dünyada ilk avtomobillərin istehsalına XIX əsrin əvvəl- lərində başlamlmış və yalnız 1923-cü ildə ABŞ-də və İtaliyada avtomobil yolları inşa edilmişdir. Müasir dövrdə dünyada asfalt və bərk örtüklü avtomobil yollarmın uzunluğu 31 mln. km-ə çatır. Onların təxminən yarısı inkişaf etmiş ölkələrin payına düşür (cəd. 1.5.4 Avtomobil yollarının uzunluğuna görə aparıcı ölkələr Avtomobil yollarının sıxlığına görə dünyanın aparıcı ölkələri Azərbaycanda avtomobil yollarınm ümumi uzunluğu 59,1 min km təşkil edir. İstifadə edilən bərk örtüklü avtomobil yolların uzunluğu 29,2 min km-dir, onlardan — 1,684 min km beynəlxalq, 2,669 min km — strateji və 13 min km yerli əhəmiyyət daşıyan yollardır. Avtomobil nəqliyyatı ilə dünyada sərnişin daşmmalarınm 80%-i təmin olunur. Dünyada avtomobil parkı daim genişlənir.
Avtomobil olayları
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Avtomobil qatarı
Avtomobil qoşunları
Avtomobil qoşunları və ya nəqliyyat qoşunları — döyüş əməliyyatına lazım olan döyüş sursatı, yanacaq, ərzaq və s., həmçinin yaralıları, xəstələri, texnikanı daşıyan xüsusi qoşun növü. Avtomobil qoşunları avtomobil nəqliyyatı olmayan qoşunları da daşıya bilər. Военный энциклопедический словарь (ВЭС), Москва (М), Военное издательство (ВИ), 1984 г., 863 стр. с иллюстрациями (ил.), 30 листов (ил.); Большая советская энциклопедия (БСЭ), Третье издание, выпущенной издательством «Советская энциклопедия» в 1969—1978 годах в 30 томах; Под редакцией: В. А. Золотарева, В. В. Марущенко, С. С. Автюшина. «Во Имя России: Российское государство, армия и воинское воспитание» / учебное пособие по общественно-государственной подготовке (ОГП) для офицеров и прапорщиков Вооружённых Сил Российской Федерации. М.: «Русь-РКБ». 1999. 336 + вкл. ISBN 5-86273-020-6.
Avtomobil qəzası
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Jaguar (avtomobil)
Jaguar — İngiltərə mərkəzli bir avtomobil markasıdır. 1920-ci ildə qurulan firmanı BLMC (British Leyland), 1990-cı ildə Forda satdı. Jaguar, 2008-ə qədər Fordun PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martın kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi. 26 Mart 2008 tarixində Hindistanın ən böyük avtomobil markası Tataya satıldı. Ən əhəmiyyətli modeli 1965-ci ildə bazara yürüdülən E-Type, böyük bir satış müvəffəqiyyəti əldə etdi. Digər bir əhəmiyyətli model isə 1970-80-cı illər dövründə çıxarılan XJ-S 2 qapılı modeldir. Jaguar, avtomobillərinin mühərrik kapotunun üstündə iştirak edən və tullanan Jaguar fiqurunu, meydana gələ biləcək qəzalarda, piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirmişdir. Firma, çıxardığı yeni modellərinə bu Jaguar fiquru yerinə, Jaguar şəkilli bir lövhə vurur.
Merkuri (avtomobil)
Merkuri — Ford Avtomobil Qrupu bünyəsində iştirak edən, yalnız Amerika bazarına satışı edilən avtomobil markasıdır. Fordun modellərini başqa bir ad altında çıxarmaqdadırlar.
Oka (avtomobil)
"Oka" ВАЗ (СеАЗ, КамАЗ) – 1111 — SSRİ və Rusiyanın birinci dərəcəli şəhər minik avtomobili. Avtomobil Voljsk Avtomobil Zavodunda işlənib, 1988–2008-ci illərdə AvtoVAZ, Kamaz və SeAZ-da buraxılıb. Bütün zavodlarda 700 min ədəd buraxılıb. 2004-cü ilin dekabırında Gəncə Avtomobil Zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil "Oka" işıq üzü görüb. 2013-cü ildə AvtoVAZ “Oka” avtomobilinin buraxılışını bərpa etmək istəyini bildirib.
Proton (avtomobil)
PROTON Holdinq — avtomobil dizaynı, istehsalı, paylanması və satışını həyata keçirən Malayziyanın ən böyük yerli avtomobil şirkətidir. Proton avtomobilləri hazırda ən azı 15 ölkədə satılır, əksəriyyəti Asiyada yerləşir. Şirkətin qərargahı Shah-Alam, Selanqor şəhərində yerləşir və Proton, Perakda filialları mövcuddur. Proton 1985-ci ildən fəaliyyətə başlamış və 1993-cü il Perodua yaradılana qədər ölkədə tək milli sertifikatlaşdırılmış avtomobil şirkəti olmuşdur. Başlanğıcda, fəaliyyət Mitsubishi avtomobillərinin təkmilləşdirilməsindən ibarət idi. 90-cı illərin ikinci yarısından şirkət yerli modelləri inkişaf etdirir. Şirkət 2000-ci ildə ilk yerli avtomobilini istehsal edərək Malayziyanı dünyada avtomobil istehsalına malik olan 11-ci ölkə olaraq tanıtdı. Şirkətin loqosu bir aypara və on dörd guşəli ulduz idi. Yalnız 90-cı illərin sonunda Proton bir pələng başı təsviri və "Proton" yazısı ilə yeni bir logoya sahib oldu. 3 avqust 2008-ci ildə Proton 3 milyonuncu avtomobilini buraxdı.
Yığcam avtomobil
Yığcam avtomobil, Yığcam maşın, Kompakt avtomobil, Kompakt maşın, Aşağı orta sinif, Alt orta sinif, Avropada C seqmenti, Kiçik ailə avtomobili və ya Orta avtomobil kimi də tanınan bu avtomobillər təxminən 4100-4600 mm uzunluğunda, kifayət qədər avadanlıq və performans təklif edən avtomobillərdirlər. Geniş model diapazonuna malik olan yığcam avtomobil sinfində hər bir kuzov tipli avtomobil tapmaq mümkündür. Buna görə də, avtomobil dünyasında ən çox satılan sinif kompakt sinifdir.
Özügedən avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
Krossover (avtomobil)
Krossover və ya CUV (crossover utility vehicle) SUV və minik avtomobilinin birləşməsidir. Krossoverlər FWD, RWD və ya 4WD tərtibatındakı sistemlər ilə mövcuddurlar və yüngül yolsuzluq imkanlarına malikdirlər.
Sükansız avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
SAZ (avtomobil)
SAZ (rus.: ОАО « Сара́нский заво́д автосамосва́лов» - İxt: Saranskiy Zavod Avtosamosvalov - Az.: Saransk yük maşınları zavodu), Sovet Rusiyasında yük maşınları istehsalçısı olmuşdur. Şirkət özüboşaldan yük maşınlarının, yol qatarlarının, zibil daşıyan maşınların istehsalında ixtisaslaşmış və Saransk şəhərində (Mordoviya, Rusiya) yerləşir. Şirkət QAZ Qrupun daxilində yerləşir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanı. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına ​əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Azərbaycan Prezidentinin 21 dekabr 2017-ci il tarixində imzaladığı sərəncam ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edildi.
Azərbaycan Respublikası avtomobil dövlət nömrə nişanı
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir. SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi. 1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan "AZ" indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu.
Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanı

Azərbaycan Respublikasının Avtomobil Yolları
Azərbaycan Respublikasının avtomobil yolları — Azərbaycan Respublikasında mövcud olan bütün yol şəbəkəsini əhatə edir. 2009-cu ildə avtomobil yollarının ümumi uzunluğu 18,946 kmdir. Onlardan respublika əhəmiyyətli 4,631 km, bərk örtüklü isə 18,774 km təşkil edib. Avtomobil yolları nəqliyyatın bir növü olaraq, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən tənzimlənilir. Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə "Azəravtonəqliyyat" Dövlət Konserni və "Azəravtoyol" Dövlət Şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində müvafiq olaraq "Avtonəqliyyatservis" və "Yolnəqliyyatservis" Departamentləri yaradılmışdır. Qədim vaxtlardan Avropa, Yaxın Şərq və Asiya bazarlarını birləşdirən yolların kəşisməsində olan Azərbaycan "Şərqin Qapıları" kimi sayılırdı. Hətta 10 min il bundan qabaq Qobustan qayalarında naxış vurulmuş qayıq şəkilləri göstərirlər ki, qədim şumerlər(yaxud da Xəzər dənizinin sahilləri Qobustan qayalıqlarına dirənmiş vəziyyətdə olub) dənizə qədər yol çəkdilər və qayıqlardan istifadə edirdilər. Alban dövləti zamanında Azərbaycanda böyük və kiçik şəhərlər əmələ gələrkən, onları birləşdirən yollara ehtiyac artırdı. 6–8-ci əsrlərdə Azərbaycanda ticarət yolları olan digər şəhərlər var idi: Bərdə, Dərbənd, Qəbələ, Çola, Beyləqan, böyük ticarət mərkəzləri olan Şəki, Şəmkir, Naxçıvan, Kaburqala (Ağdam), və Torpaqqala (Qax). Uzaq Asiyadan, Çindən, Hindistandan gələn və Qara və Aralıq dənizlərinə çıxan "Böyük İpək Yolu" Azərbaycan şəhərlərinə də toxunurdu.
Azərbaycan avtomobil yolları

Azərbaycanın avtomobil yolları

Bakı dairəvi avtomobil yolu
Bakı dairəvi avtomobil yolu — Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi üşün nəzərdə tutulmuş yol. 8 noyabr 2010-cu ildə təhvil verilib. BDAY şimal-cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirərək, Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verir. Bu yol sayı sürətlə artan nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edir. Birinci dərəcəli əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu 4,8 kilometrdir. Yol nəqliyyat vasitələrinin əsas magistrala daxil olmadan digər istiqamətlərə hərəkətini istiqamətləndirir. Burada, həmçinin əhalinin rahatlığı təmin etmək üçün səsboğucu baryerlər quraşdırılmışdır. 27 yanaşma yolunun ümumi uzunluğu 11,7 kilometr, əsas yolun hərəkət hissəsinin eni 22,5 metrdir. Dairəvi yol hər iki istiqamətdə üç hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir.
Bakı şəhərində Xəzər dənizi üzərindən avtomobil körpüsü
Xəzər körpüsü - Bakı şəhərində Bibiheybət tərəfindən Xəzər dənizi üzərindən Zığ burnuna qədər layihələndirilən avtomobil körpüsü. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədovun açıqlamasına görə, layihənin texniki iqtisadi əsaslandırılması başa çatıb. Bu layihə Nəqliyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib və hazırda müvafiq dövlət orqanları tərəfindən baxılır. Hesablamalara görə, uzunluğu 17 km olacaq bu körpünün tikintisi təqribən 2 milyard dollara başa gələcək. Bu təkcə nəqliyyat deyil, həm də turizm layihəsi olacaq və burada şəhərin abadlaşdırılması elementləri də əksini tapacaq. İlkin plana görə, layihənin həyata keçirilməsi qərara alınarsa, bunun üçün beynəlxalq konsorsium yaradılacaq, həmin konsorsium körpünün detallı layihəsi hazırlayıb təsdiq olunandan sonra onun tikintisini həyata keçirəcək. Tikinti başa çatandan sonra konsorsium onun idarəetməsi ilə məşğul olacaq. Həmin şirkət idarəetmə dövrü ərzində bura yatırdığı vəsaiti götürəndən sonra körpünün idarəetməsi Azərbaycan tərəfinə veriləcək. Tikiləcəyi təqdirdə bu körpüdən istifadə pullu olacaq, amma burada gediş haqqının məbləğinin nə qədər olacağını indidən demək mümkün deyil. Amma elə səviyyədə olacaq ki, bundan hamı istifadə edə bilsin.Bu körpünün tikintisi nəqliyyatın hərəkətini dəfələrlə asanlaşdıracaq, həm şəhərdəki tıxac probleminin həllinə, həm də ekoloji vəziyyətə müsbət təsir edəcək.
Belarus Avtomobil Zavodu
Belarus Avtomobil Zavodu — bu şirkət karyerlərdə istifadəni nəxərdə tutan maşınların istehsakını nəzərdə tutur. İstehsal Belarusiyada gerçəkləşdirilir. Burada buldozer, yük maşınları, ağır yol maşınları istehsal olunur. «BELAZ» məhsullarının böyük qismi xarici bazarlara çıxarılır. Onlardan 70% Rusiya bazarına çıxarılır. Dünyada karyerdə istifadə olunan texnikaları təmsil edən şirkətlər arasında ilk yeddilikdədir. Zavodun inşasına Jodinoda, Minsk yaxınlığında 1947-ci ildə başlanılmışdır. İlk on illər ərzində burada kustozer, qartəmizləyən, qartoplayan və asvald çəkən qoşquların istehsalı olmuşdur. XX əsrin ikinci yarısında zavodun ixtisaslaşması dəyişmişdir. 1958-ci ildə zavodu Minsk Avtomobil Zavodunun balansına keçirirlər.
Beynəlxalq Avtomobil Federasiyası
Beynəlxalq Avtomobil Federasiyası (Fransızca: Fédération Internationale de l'Automobile), avtomobil yarışlarını və rekordlarını tanıtmaq və onları tənzimləmək üçün qaydalar hazırlamaq və tətbiq etdirmək, FIA olaraq beynəlxalq çempionatları təşkil etmək üçün səlahiyyət verilmiş yeganə beynəlxalq idman orqanıdır. Müraciətdən irəli gələn mübahisələrdə son qərar nöqtəsidir, müraciətlər zamanı ortaya çıxan mübahisələrə qərar verməkdən məsuldur. Beynəlxalq Apellyasiya Məhkəməsinin kimliyinə də malikdir.
Bolqarıstan avtomobil yolları
Bolqarıstan avtomobil yolları — yüksək sürətlə hərəkət edən iki tərəfli bir yol növüdür. 2012-ci ildən bəri avtomobil yolları Avtomagistrallar və yüksək sürətli yollar olmaqla iki yerə ayrılmışdır. Fərqlər magistral yollarda sürət həddi 140 km/saat, sürətli yollarda 120 km/saat olmasıdır. Bununla belə yalnız magistral yollarda yol kənarları vardır. Ümumiyyətlə Bolqarıstanda pullu yollar yoxdur. Bütün yollarda (bələdiyyə istisna olmaqla) yalnız vinyet vergisi tutulur. Rüsum Yeni Avropa körpüsündən və Bolqarıstan-Rumıniya sərhəddindəki Dunay körpüsündən keçən sürücülər üçün tutulur. Bununla belə Bolqarıstan hökuməti pullu yollar yaratmağı planlaşdırır. 2016-cı ilin aprel ayında yol agentliyi 3,5 tondan böyük olan avtomobillər üçün elektron ödəmə sisteminin yaradılması üçün müsabiqə elan etmişdir. Avtomagistral yollarının inşası üçün ilk planlar 1973-cü ildə ortaya atılır.
Buxar avtomobili
Buxar avtomobili — müasir daxiliyanma mühərrikləri yerinə buxar mühərrikləri istifadə edilən avtomobillər. Belə avtomobillər bir neçə əsr mövcud olub, ancaq buxar mühərrikinin aşağı səmərəliliyinə görə XX əsr əvvəllərində daxiliyanma mühərrikli avtomobillər tərəfindən sıxışdırıldı. XIX əsr sonlarında isə buxar mühərrikləri təkmilləşdirilsə də belə avtomobillər geniş tətbiq edilə bilinmədi.
D1 avtomobil yolu (Slovakiya)
D1 avtomobil yolu (slovak. Diaľnica D1) - hazırda tikintisi aparılan Slovakiyada avtomobil yolu. Plana görə, magistral Bratislavadan başlayacaq, Trnava, Trençin, Puxov, Jilina, Martin, Poprad, Preşov, Koşitse və Mixalovtse şəhərlərindən keçəcək və Slovak-Ukrayna sərhədində sona çatacaq. Yolun 515,621 km-dən artıq 365,789 km-i tikilib ki, bu da yolun 71%-nin hazır olması deməkdir. O, D2 (Bratislava), D3 (Jilina) və D4 (Bratislava) avtomagistrallarını, həmçinin R1 (Trnava), R2 (Trençin), R3 (Martin), R4 (Preşov) və R6 (Puxov) avtomobil yollarının üzərindən keçir; Avropa E50, E58, E75 və E571 marşrutlarının bir hissəsidir. Avtomobil yolu ödənişlidir və avtomobilin qabaq şüşəsində avtomobil üçün giriş icazə vərəqəsinin olması tələb edilir (Bratislavanın bir sıra zonaları istisna olmaqla). Avtomobil yolunun inşası haqqında ilk planlar 1930-cu illərdə ortaya çıxdı. Müharibəyə qədər Slovakiyada heç nə tikilməmişdi. Müharibə başladıqdan sonra bu iş təxirə salındı. Müharibənin bitməsindən sonra tikinti bir müddətlik yenə donduruldu və yalnız 1960-cı illərdə yenidən inşası bərpa edildi.
E-119 nömrəli avtomobil yolu
Azərbaycan Respublikası ərazisində "E" Beynəlxalq yollar şəbəkəsinə daxil olan "E-97" nömrəli Xerson-Poti-Bakı-Trabzon ("Tarixi İpək yolu" marşrutu ilə) və "E-119" nömrəli Moskva-Mahaçqala-Bakı-Astara avtomobil yolu (Rusiya Federasiyasının sərhədi) keçir. E-119 avtomagistral yolu Azərbaycan-İran sərhəddindəki Astara rayonundan Rusiyanın Moskva şəhərinə qədər uzanır. Uzunluğu 2630 km-dir. Avtomobil yolunun keçdiyi məntəqələr: Astara - Ələt - Bakı - Quba - Maxaçqala - Volqoqrad - Povorino - Tambov - Moskva. E-119 nömrəli avtomobil yolu Azərbaycan daxilində 2 marşrutdan ibarətdir. Bu Bakıdan şimal sərhəddinə qədər olan M2, Bakıdan Astaraya qədər olan M3 nömrəli avtomobil yolllarıdır.
Elektrik avtomobili
Elektrik avtomobili — elektrik enerjisi ilə işləyən bir və ya bir neçə mühərrikdən ibarət avtomobil. İlk praktiki elektrik avtomobili 1880-ci illərdə istehsal edilmişdir. Elektrik avtomobilləri 19-cu əsrin axırları və 20-ci əsrin əvvəlləri populyar olsa da, daxili yanma mühərriklərinin inkişafı və kütləvi ucuz benzin istehsalı elektrik avtomobillərinin istifadəsinin azalmasına səbəb olmuşdur. 2008-ci ildən etibarən batareyaların inkişafı, neft qiymətlərinin daha da bahalaşma qayğıları və havaya buraxılan zəhərli qazların azaldılması istəyi elektrik avtomobillərinin istehsalında yeni bir dalğa yaratmışdır. Çoxlu ölkə və yerli hökumətlər elektrik maşınlarının kütləviləşməsi üçün güzəştli kreditlər, vergi güzəştləri və s tətbiq etməyə başlamışdır. Daxili yanma mühərrikləri ilə işləyən avtomobillərlə müqayisədə elektrik avtobilləri daha az səs çıxarır. Çox ölkədə neft idxal edildiyi üçün elektrik avtomobilləri neft idxalının azaldılmasına gətirib çıxaracaq. Elektrik avtomobillərinin əsas problemlərindən biri yenidən elektrik qidalanmasının çox uzun müddət çəkməsidir. batareyaların baha olması, elektrik avtomobillərinin digər avtomobillərdən baha olmasına gətirib çıxarır, amma hal-hazırda batareya qiymətlərində eniş müşahidə olunur. Bundan başqa sürücülər növbəti mənzilə çatana qədər batareyanın tamami ilə bitməsindən qorxurlar.
Ermənistanın avtomobil yolları
Ermənistanın avtomobil yolları — respublikanın nəqliyyat sisteminin mühüm tərkib hissəsidir. İnkişaf etməmiş dəmir yolu şəbəkəsi ilə Ermənistanın yolları ölkənin sosial-iqtisadi inkişafında həlledici əhəmiyyətə malikdir. Ermənistanın avtomobil yollarının beynəlxalq daşımalarda da rolu əvəzsizdir. Ermənistanda formalaşmış ümumi istifadədə olan avtomobil yolları şəbəkəsi 7637 km-dir ki, bunun da 96,7%-i bərk örtüklüdür. Respublika ərazisinin hər 1000 km²-ə 258 km yol düşür. Müasir mənasında anladığımız ilk yollar Ermənistanda 19-cu əsrdə yaranıb. Ermənistanın paytaxtı İrəvandan dörd çoxzolaqlı “avtomagistral” yol ayrılır - Ararat, Əştərək, Armavir və Göycə. İrəvan-Ararat hissəsindəki Meqri şossesi ikixətlidir: cənubda şəhərlərdən yan keçərək sürətli “avtomobil” var, şimaldan isə ona paralel köhnə marşrut. Ermənistanda qış üçün bağlı keçidlər yoxdur. Ermənistanın ən çox trafikə malik əsas şosselər bunlardır: М1: İrəvan - Əştərək - Gümrü - Bavra (Gürcüstanla sərhəddə yol keçid məntəqəsi).
Formula 1 avtomobili
Formula 1 avtomobili — Bu avtomobillər tək oturacaqlı, açıq sükanlı, arxa və öndə iki qanada sahib yüksək sürətli yarış avtomobilləridir. Təyin olunmuş nizamnamələrə əsasən komandalar tərəfindən hazırlanan güclü mühərriklərlə təchiz edilmişdir. Avtomobilləri idarə edən tənzimləmələr çempionata xasdır və istehsalın kənardan təmin edilə bilməsinə baxmayaraq avtomobillər yarış komandalarının özləri tərəfindən hazırlanmalıdır. Formula 1 avtomobilləri böyük miqdarda aerodinamik asfaltayatma qüvvəsi yaratma vasitəsilə çox yüksək manevr etmə sürətinə sahib olaraq dünya yarış treklərində ən sürətli avtomobillərdir. Əylənmə qüvvəsinin və ümumi dönmə sürətinin nəticəsi olaraq, Formula 1 sürücüləri tez-tez 5g-dən çox g yüklənmələrinə məruz qalırlar, bu yüklənmələr pik dönmə şiddətlərində 7g-yə qədərdir. İcazə verilən minimum çəki 740 kq(1631 lb)-dır, bu çəkiyə yanacaq xaric olmaqla sürücü daxildir. Avtomobillər quru hava təkərləri quraşdırılmış şəkildə ölçülür.
Frankfurt Beynəlxalq Avtomobil Sərgisi
Almaniya Beynəlxalq Avtomobil Sərgisi , Frankfurt Avtomobil Sərgisi, Beynəlxalq Avtomobil Sərgisi və ya Internationale Automobil-Ausstellung (IAA) dünyanın ən böyük avtomobil sərgisidir. Beynəlxalq Automobil-Ausstellung hər iki ildən bir Almaniyanın Frankfurt şəhərində keçirilir IAA Alman Avtomobil Sənayesi Assosiasiyası (VDA) tərəfindən tənzimlənir. 1989-cu ildən sonra sıx maraq səbəbindən yarmarka minik avtomobili və yük maşını/avtobus sərgiləri olaraq ikiyə bölündü: tək sayılı illərdə Hannoverdə kommersiya məqsədləri üçün nəzərdə tutulmuş olan nəqliyyat vasitələri, cüt saylı illərdə isə Frankfurtda minik avtomobilləri və motosikletlər üçün sərgi təşkil edilir. 2009-cu ildə ümumilikdə 100 dünya premyerası göstərilib. Onlardan 55-i alman avtomobil istehsalçılarının buraxdıqları məhsullar olmuşdurlar.
Füzuli-Şuşa avtomobil yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir.
Füzuli–Şuşa avtomobil yolu

Günəş avtomobili
Günəş avtomobili günəş enerjisini istifadə etməklə hərəkət edən nəqliyyat vastiəsidir. Günəş avtomobili adətən enerjini günəşdən alsa da, bəzi modellər əlavə batareyalardan da istifadə edirlər, amma bu batareyalar günəş enerjisi vastiasi ilə yenidən doldurula bilir. İlk günəş avtomobili 1955-ci ildə General Motorsun işçisi Viliam Cobb tərəfindən yaradılmışdır.
Gəncə Avtomobil Zavodu
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.

Значение слова в других словарях