Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şötük
Şötük — ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.
Şötüklü
Şötüklü — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Şötüklü oyk. Cəlilabad r-nunun Boyxanlı i.ə.v.-da kənd. Burovar silsiləsinin ətəyindadir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqasini pirəmbəl tayfasından olan Şötükxan Göyçə oğlu adlı bir nəfərə məxsus ailələr saldığına görə bələ adlanmışdır. Azərbaycan dilinin dialektlarində şötük/şötix "dəvənin belinə bağlanan enli ip, örkən" mənasında işlənir. Oykonim Şotuqlu variantında da qeyda alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 350 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Souk Eye
Souk Eye — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı. Albomun qapanış trekidir. == Yazılması == Deymon Albarn bu trek üçün ilk demonu Kaliforniyadakı Modrian hotelində "Humanz" albomu üçün etdiyi konsert turu əsnalarında qeydə alıb. Bu ilkin material sonda iki fərqli mahnını ortaya qoyub — "Souk Eye" və "Hollywood". Mahnının yazılması prosesi qrupun sənədli filmi olan "Gorillaz: Layiqsiz kumirləri rədd edin"də göstərilir. Gorillaz 1 iyun 2018-ci ildə Almaniyanın Nürnberq şəhərində baş tutan "Rock Im Park" musiqi festivalı zamanı "Souk Eye" mahnısını ilk dəfə canlı olaraq ifa edib.
Frans fon Ştuk
Frans fon Ştuk (doğum 23 fevral 1863, Tettenvays — ölüm 30 avqust 1928) — alman simvolist və art-nevü rəssamı, heykəltaraş, qravüraçı və memarı. == Həyatı və karyerası == Ştuk Bavariya Krallığında Tettenvays bölgəsində anadan olmuşdur. Erkən yaşlarından qrafika və karikaturaya maraq göstərmişdir. O, rəssamlıq təhsilinə başlamaq üçün 1878-ci ildə Münhenə köçür. 1881-ci ildən 1885-ci ilə kimi Münhen Rəssamlıq Akademiyasında təhsil alır. O, əvvəlcə "Fliegende Blatter" jurnalı üçün işlədiyi karikaturalar, kitab bəzəkləri və proqramlar üçün dizaynlarla tanınır. 1889-cu ildə o özünün ilk rəsmlərini Münhen Şüşə Sarayında sərgilədi. Burada o, Cənnətin gözətçisi (The Guardian of Paradise) əsəri ilə qızıl medal qazanır. 1892-ci ildə Ştuk Münhen Sessiyasının həmtəsisçilərindən biri olmuşdur və həmçinin özünün ilk heykəltaraşlıq nümunəsi olan Atleti tamamlamışdır. Növbəti il o, indi onun ən məşhur əsəri sayılan Günah (The Sin) ilə önəmli və ictimai uğur qazandı.
Bölük
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Göyük
Göyük (Ağcabədi) —
Köpük
Köpük qaz baloncuqlarını bərk və ya maye halına gətirərək yaradılan bir maddədir. Hamam süngərindəki və bir stəkan pivənin üstündəki qabarcıqlar köpük nümunəsidir. Əksər köpüklərdə böyük bir qaz var və onlar qaz zonalarını ayıran nazik bərk film və ya bərk filmlərdən ibarətdirlər.
Kətük
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar.
Örtük
Örtük — geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin.
Göyük (Ağcabədi)
Göyük — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Göyük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Göyük kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göyük kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Köyük oykonimi türk dillərindəki köyük sözündən olub, təmizlənmiş meşə yeri" anlamındadır. Çox ehtimal ki, kənd salındığı ərazinin adı ilə adlandırılmışdır. Köyük toponimini türk dillərində müxtəlif məna ifadə edən köyük sözü ilə əlaqələdirən araşdırıcılar var. Köyük sözü "ceyran", "xallı maral" mənasındadır. Yevlax rayonunda da Köyük kəndi var. Rusiyanın Başqırdıstan ərazisində, İskə Köyək, Yanqı Köyək adlı kəndlər də mövcuddur. == Əhalisi == Əhalisinin sayı 773 (01.01.2007-ci il üçün) nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olur.
Göyük (Yevlax)
Göyük — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Şürük
Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır. Əhalisi 1302 nəfərdir. Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı. Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır. Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.
Şütür
Şütür — Azərbaycanın erkən şəhərlərindən biri. Goranboy bölgəsində yerləşirdi. Qədim mənbələrdən məlum olur ki, Şütür V – VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şütür şəhərini yerlə yeksan etmişlər. Şütür şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi "qala yeri", yaxınlıqdakı kənd isə "sevinc, şənlik, səadət" mənasında Şadlı adlanır. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi. Şütür şəhəri qədim mənbələrdə Xanagahi-Şütür də adlanırdı. Bu da Şütür xanagahı deməkdir. Araz sahilindən Gəncəyə kimi olan 34 fərsənglik yol Xaar, Qark, Lənbəran, Bazarcıq, Bərdə, Cuqbuq, Dih-Isfahan, Xanəgah-Şütür kimi ticarət mərkəzləri və yaşayış məskənlərindən keçirdi.
Ötüğ
Ötüğ - türk və altay xalq mədəniyyətində dua. Yaxarma, tanrıya yalvarma, diləmə, istəmə. Ən sadə olaraq, bir şeyin reallaşmasını və pis vəziyyətlərdən qorunmağı Tanrıdan istəməkdir. Ötümək (Ötüğmək, Ötükmək) "dua etmək" feli ilə də istifadə edilər. Söz, Öt/Öd kökündən törəmişdir. Zaman, zamanın keçişi və yaxarmaq mənalarını ehtiva edər. Ahəngli səs çıxarmaq mənası vardır. Sax və ya Sah türk və yakut xalq inancında və sibir şamanizmində ayinlərdə və dualarda istifadə edilən bir sözdür. "Amin" mənasını verər. Sak və yaSag olaraq da deyilər.
Göyük bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kətəl Kötül
Kətəl Kötül (və ya Kətəl Köhül) — İranın Zəncan ostanında yerləşən mağara. Kətəl Kötül mağarası Khudabəndə bölgəsində yerləşir. Bu mağara 1924-cü ildən əvvəl tapılıb, hicri tarixi ilə 1330-uncu ildə Jamaliy-e Zanjani adlı şəxs tərəfindən qeydə alınmışdır .
Miltiad (böyük)
Miltiad (q.yun. Μιλτιάδης; e. ə. VI əsr, Afina – e. ə. VI əsr, Gelibolu yarımadası, Mərmərə regionu) — Frakiya Xersonesosun tiranı və eyniadlı şəhərin banisi. Miltiad Afinada ən nüfuzlu sülalələrindən biri Filaidlər sülaləsindən idi. Onun atası Kipsel idi. E.ə. 559-cu ildə Afinada Pisistratın tiranlığı başlayanda, o, Frakiya Xersonesosun sakinlərinin çağırışına cavab verdi və şimaldan hücum edən düşmənə qarşı müharibədə müdafiə komandanlığını ələ aldı.
Mölük (Kəleybər)
Mölük (fars. ملوك‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (29 ailə).
Oleofobik örtük
Oleofobik örtük (lat. oleum — yağ və yun. φόβος — qorxu) portativ qurğularda tez-tez istifadə edilən xüsusi bir örtük növüdür. Oleofobik Örtük sayəsində örtülən səth barmaq izi, maye izi və çirk tutmama xüsusiyyətinə malik olur. Bu şəkildə istifadə edilən səthin davamlı olaraq təmiz qalması da təmin olunur. Ümumi olaraq ağıllı telefonlarda görsək də daha bir çox sahədə də oleofobik örtük texnologiyasının istifadə edildiyini söyləmək lazımdır. Kompüterlər, maşınlar və bir çox alətdə istifadə olunan oleofobik örtük ağıllı telefonlarda isə bəzi modellərdə diqqət çəkir. Bu örtük növü ilə tam təmin etmək istənilən səthin üzərində çirk tutulmamasıdır. Adətən ağıllı telefonlarda ekranda barmaq izi qalmaması üçün üstünlük verilən örtmə materialı, su keçirməyən IP68 sertifikatına malik olan ağıllı telefonlarda isə həm ekranda barmaq izi qalmaması, həm də ekranların maye ilə təmas etməsi halında mayelərin ekranda iz qoymamasını təmin etmək üçün üstünlük verilən material kimi istifadə edilir. Bundan başqa, oleofobik örtük yalnız örtən səthin çirk tutmamasını təmin etməklə da vəzifəli deyil.
Spekulyativ köpük
İqtisadi köpük və ya aktiv köpüyü (bəzən spekulyativ köpük, bazar köpüyü, qiymət köpüyü, maliyyə köpüyü, spekulyativ mania və ya balon olaraq da adlanır) da aktivlərin qiymətlərində gələcəklə bağlı qeyri-mümkün və ya əsaslı olmadan ortaya çıxan fikirlərdir. Əslində, aktivin həqiqi dəyərini güclü şəkildə aşan bir qiymətdə və ya qiymət aralığında ticarət edilməsi kimi təsvir edilə bilər. Bəzi iqtisadiyyatçılar köpüklərin baş verməsini qəbul etməsələr də, köpüklərin səbəbləri aktivlərin qiymətlərinin tez-tez güclü şəkildə həqiqi qiymətlərindən uzaqlaşdığına inananlar tərəfindən mübahisəli olaraq qalır. Məsələylə bağlı çoxlu izahlar verilmiş və son araşdırmalar göstərmişdir ki, köpüklər qeyri-müəyyənlik , spekulyasiya və ya məhdud rasionallıq olmadan da yarana bilər. Bu durumda onlar spekulyativ olmayan köpüklər və ya günəş ləkəsi tarazlıqları olaraq adlandırılırlar. İnvestorların köpüyün çökməsi halında öz zərərlərini tamamilə kompensasiya etdiyi nöqtədə köpüklərin rasionallıqları müzakirə oluna bilər. Bu yanaşmalar köpük çöküşünün vaxtının yalnız ehtimal olunan şəkildə proqnozlaşdırıla biləcəyini və köpük prosesinin tez-tez Markov keçid modelindən istifadə edərək modelləşdirilməsini tələb edir. Bənzər izahatlar nəticədə qiymətlərin uyğunlaşdırılması prosesləri səbəb ola biləcəyini göstərir. Bənzər izahatlar köpüklərin nəticə olaraq qiymət koordinasiyasının prosesindən yarandığını göstərir. Varlıq köpüyünün yaranmasıyla bağlı yeni nəzəriyyələr bu hadisələrin daha çox sosioloji əsaslarının olduğunu göstərir.
Böyük qızılquş
Böyük qızılquş (lat. Falco rupicoloides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Əsgəre Böyük
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Böyük Lebovski
Böyük Lebovski (ing. The Big Lebowski) — Coel və İtan Koen tərəfindən yazılan və rejissorluğunu etdikləri 1998-ci il tarixli cinayət komediya filmidir. Əsas rollarda Ceff Brices, Con Qudman, Culianna Mur, Stiv Buşemi, Tara Reyd, Filip Seymur Hoffman və Devid Haddlstonun oynadığı bu qara komediya filminin kinematoqrafiyası Rocer Dikinsə aiddir. Filmin orijinal musiqisini uzun müddət Koen qardaşları ilə işləyən Karter Börvell bəstələyib. == Məzmun == Hər şey Los-Ancelesdə yaşayan işsiz, tənbəl, boulinq aludəçisi "The Dude" (Dostum) ləqəbli Jeffrey Lebowskinin (Ceff Brices) başqa bir milyonçu ilə səhv salınması ilə başlayır. Əlil arabasına məhkum milyonçunun gənc həyat yoldaşı şəhərdə bir çox insana borclanmış və borcunu ödəməmişdir. Dude Lebovskinin evinə gələn iki gangster onu döyüb qiymətli xalçasına işədikdən sonra xalçasının pulunu almaq üçün adaşı olan milyonçunun malikanəsinə gedir və heç gözləmədiyi bir macəraya daxil olur. Klassik hekayə anladılış texnikasından uzaq olan film, bir sıra qəribə skeçlərin birləşdirilərək əmələ gəlmişə oxşuyur. 15 milyon dollara başa gələn film, kinoteatrlarda gözləndiyi qədər gəlir əldə etmədi ABŞ-də 18 milyon dollar dünyada isə ümumilikdə 29 milyon dollar gəlir etdi buna baxmayaraq tənqidçilərdən müsbət rəylər aldı. Eksantrik xarakterləri (xüsusən filmin anti-qəhrəmanı Jeffrey "Dude" Lebowski), qeyri-ənənəvi ritorikası, sürrealist yuxu səhnələri və seçilmə musiqiləri ilə tez bir zamanda kult klassikə çevrildi və hətta "İnternet dövrünün ilk kult filmi" olaraq da tanındı.
Böyük diktator
Böyük diktator (ing. The Great Dictator) — rejissor Çarli Çaplinin filmi. == Məzmun == Film Birinci dünya müharibəsi səhnəsi ilə başlanır. Çaplinin qəhrəmanı olan sıravi əsgər (sülh zamanı isə yəhudi bərbər) də bu döyüşdə iştirak edir. Ona təyyarəçi Şultsu xilas etmək nəsib olur. İş elə gətirir ki, təyyarə zərblə yerə çırpılır və əsgər yaddaşını itirərək xəstəxanaya düşür. İllər keçir. Müharibədə məğlubiyyətdən sonra Tomaniyaya (Almaniyaya işarə) Adenoid Hinkel adlı diktator gəlir (bu obraz Adolf Hitlerin prototipidir). Filmdə Hinkel və yəhudi bərbəri obrazları əkiz kimi bir-birlərinə oxşar verilir. Getdikcə yəhudi məhəlləsi gettoya çevrilir.
Böyük Beşlik
Big Tech — ən böyük informasiya texnologiyaları şirkətləri. Termin ən çox ABŞ-dəki Böyük Beşlik texnologiya şirkətlərinə aiddir: Alphabet (Google), Amazon, Apple, Meta və Microsoft. Çində Baidu, Alibaba, Tencent və Xiaomi (BATX) Böyük Beşliyin ekvivalentidir. Big Tech, həmçinin Netflix kimi yüksək qiymətləri olan kiçik texnologiya şirkətlərini və ya avtomobil istehsalçısı Tesla kimi yüksək texnologiya təcrübələrinə malik qeyri-texnoloji şirkətləri də əhatə edə bilər. Big Tech konsepsiyası investisiya bankçılığı sahəsində Goldman Sachs, Morgan Stanley və J. P. Morgan, Big Three konsaltinq firmaları, Big Oil və Big Media kimi digər bazar sektorlarında bir neçə şirkət tərəfindən bazar üstünlüyünün konsolidasiyasına bənzəyir. == Zəmin == "Big Tech" termini ilk dəfə 2013-cü ildə media hesabatlarında ortaya çıxdı, çünki bəzi iqtisadçılar bu şirkətlərin kiçik tənzimləmə ilə dominant olmalarına dair əlamətlər gördülər. 1990-cı illərin sonlarında Dotkom köpüyü Nasdaq Composite fond bazarı indeksinin əksəriyyətini sildikdən sonra sağ qalan texnologiya şirkətləri bazar paylarını genişləndirdilər və artıq startap sayıla bilməzdilər. "Big Tech" termini 2016-cı ildə ABŞ-də keçirilən seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı aparılan araşdırmadan sonra 2017-ci ildə populyarlaşdı, çünki bu texnologiya şirkətləri böyük miqdarda istifadəçi məlumatlarına ("Böyük verilənlər") çıxış əldə etməkdə oynadığı rol və istifadəçilərinə təsiri Konqres tərəfindən araşdırıldı. "Big Tech" termini 1970-ci illərin enerji böhranından sonra ən böyük neft şirkətlərinin "Big Oil" adlandırılmasına və ya ABŞ Konqresinin bu sənayeləri tənzimləməyə çalışdığı üçün ən böyük siqaret istehsalçılarının "Big Tobacco" adlandırılmasına bənzəyir. Bu, həm də XIX əsrin əvvəllərində əsas medianın "Big Media" və ya "Media Giants" adlı az sayda korporasiyaların dominantlığında qalmasına bənzəyir.
Böyük Xorasan
Böyük Xorasan (pəhl. Xwarāsān; fars. خراسان‎, [xoɾɒːˈsɒːn] ( dinlə)) və ya Xəvər-zəmin — Qərbi və Orta Asiya arasında İran yaylasında tarixi şərq regionu. Sasani imperiyasından bəri yazılı mənbələrdə adı çəkilmişdir və Böyük İranın bir hissəsidir. İslam dövründə Böyük Xorasan İranda hazırda mövcud olan üç Xorasan vilayətindən çox daha böyük əraziləri əhatə edirdi. Region Əfqanıstan, İran, Türkmənistan, Özbəkistan və Tacikistanın hissələrini birləşdirmişdir. == Etimologiyası == Xorasan adı farscadır və Baktriya dilindəki "Miirosan" sözündən götürülmüşdür, mənası "günəşin çıxdığı yer" və ya "şərq vilayəti"dir. Bu ad ilk dəfə Sasanilər imperiyası dövründə şərqdə yerləşən Fars vilayətinə verilmişdir və son orta əsrlərdən qonşu Mavəraünnəhrdən fərqli olaraq istifadə edilmişdir.
Böyük data
Böyük verilənlər (ing. big data) — ənənəvi məlumat emalı proqramı ilə idarə oluna bilməyəcək qədər böyük və ya mürəkkəb verilənlər dəstləri. Çoxlu daxiletməsi (sətir) olan məlumatlar daha böyük statistik güc təklif edir, halbuki daha yüksək mürəkkəbliyə malik məlumatlar (daha çox atribut və ya sütun) daha yüksək yanlış aşkaretmə dərəcəsinə səbəb ola bilər. Rəsmi tərifin olmaması səbəbindən bəzən sərbəst şəkildə istifadə olunsa da, ən yaxşı şərh odur ki, o, yalnız kiçik miqdarda istifadə edildikdə dərk edilə bilməyən böyük bir məlumat toplusudur. Böyük verilənlərin təhlili ilə bağlı problemlərə məlumatların toplanması, saxlanması, təhlili, axtarış, paylaşma, ötürmə, vizuallaşdırma, sorğulama, yeniləmə, məlumat məxfiliyi və məlumat mənbələri daxildir. Böyük verilənlər əvvəlcə üç əsas anlayışla əlaqələndirildi: həcm, müxtəliflik və sürət. Böyük məlumatların təhlili seçmə zamanı çətinliklər yaradır və bu səbəbdən, əvvəlcə yalnız müşahidələrə və seçmələrə imkan verir. Beləliklə, dördüncü anlayış, doğruluq, məlumatların keyfiyyətinə və ya dərinliyinə aiddir. Böyük verilənlərin doğruluğu üçün ekspertizaya kifayət qədər sərmayə qoyulmadan, məlumatların həcmi və müxtəlifliyi təşkilatın böyük verilənlərdən dəyər yaratmaq və əldə etmək imkanlarını aşan xərclər və risklər yarada bilər. Böyük verilənlər termininin cari istifadəsi proqnozlaşdırıcı analitika, istifadəçi davranışının analitikası və ya böyük verilənlərdən dəyər çıxaran digər müəyyən qabaqcıl məlumat analitikası metodlarının istifadəsinə, nadir hallarda isə məlumat dəstinin müəyyən ölçüsünə aiddir.
Jotun
Jotun A/S və ya Jotun Group, Norveçdə qurulmuş, kimya sektorunda fəaliyyət göstərən çox millətli şirkət. Mərkəzi Norveçin Sandefjord şəhərində tapılar.
Lotus
Lotus (lat. Lotus) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Notbuk
Notbuk və ya noutbuk (ing. notebook) — kiçik, portativ fərdi kompüter (PC). Notbuklarda adətən yuxarı qapağın daxili tərəfində düz panel ekranı (adətən 11–17 düym və ya 280–430 mm diaqonal ölçülü) olan qapaq forma faktoru olur. Onlar adətən aşağı qapağın daxili hissəsində alfanumerik klaviatura və işarələyici qurğuya (məsələn, trekpad) malikdirlər. Buna baxmayaraq, çıxarıla bilən klaviaturası olan konversiya edilmiş notbuklar tez-tez notbuklar və ya "notbuk rejimi olan" məhsul kimi bazara buraxılır. Kompüterin daxili avadanlığının çox hissəsi klaviaturanın altında yerləşən aşağı qapaq korpusunun içərisində quraşdırılmışdır. Buna baxmayaraq, bir çox notbukda ekranın yuxarı hissəsində quraşdırılmış veb-kamera var və bəzi müasir məhsullarda hətta toxunma ekranı var. Əksər hallarda, mobil əməliyyat sistemlərində işləyən planşet kompüterlərdən fərqli olaraq, notbuklar ənənəvi olaraq daha çox masa üstü kompüterlərlə əlaqəli olan masaüstü əməliyyat sistemlərində işləyirlər. Notbuklar həm AC enerji təchizatı, həm də təkrar doldurulan batareya paketi ilə işləyir. Onlar rahat saxlanması və daşınması üçün qatlana bilər ki, bu da onları mobil istifadə üçün əlverişli edir.
Qotik
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Qotur
Qotur, qoturluq (lat. scabies) — qoturluq gənəsi Sarcoptes scabiei vasitəsilə yoluxulan dəri xəstəliyi. Davamlı birbaşa təmasda olduqda insandan insana keçir.
Qotuz
Qotuz - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. 1577-ci ildə Şah II Ismayılın fərmanında Çuxur Sə'd mahalında Kutuzvəng kəndinin adı qeyd olunur . Qotuz dağının adındandır. Qotuz dağı. XIX əsrdə Qars əyalətinin Ərdəhan dairəsində Qotuz - Köy kənd xarabalığının adı ilə mə'naca eynidir. Türk dillərində kut, qut qışlaqda "düşərgə", "dayanacaq", "qutan" sözündən və yunanca "us" şəkilçisindən ibarətdir.
Sobek
Sobek - Qədim Misir mifologiyasına görə su tanrısı.
Sojak
Sojak (fr. və oks. Saujac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnyov kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12261. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 60 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 133 nəfər təşkil edirdi. 2007-ci ildə 85 yaşdan yuxarı (15-64 yaş arasında) 45 nəfər iqtisadi cəhətdən fəal, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 52.9%, 1999-cu ildə bu 68.8%).
Solak
Solak — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. XX əsrin 30-cu illərində kənd dağılmışdır. Toponim solak türk tayfasının adı əsasında əmələ gəlmişdir. Türk dilində solak "qulağı uzununa kəsik"mənasını bildirir. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyyəsində Solaqlar kəndi var. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Soluq
Soluq (Həştrud)
Somür
Somür (fr. Saumur) — qərbi Fransada Maine-et-Loire departamentində yerləşən kommuna. Tarixi şəhər, Loire və Teo çayları arasında yerləşir və Fransanın ən yaxşı şərablarını istehsal edən Somür, Şinon, Burqöy, Koto-dü-Layon regionları arasındadır.
Söhüb
Söhüb — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Söhüb oyk., sadə. Quba r-nunun Rük i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adı Söhübqaladır. Sonralar qala sözü düşmüşdür. Kəndin yaxınlığındakı dağda Divlərqala adlı qəd. qalanın xarabalıqları var. Bəzi tədqiqatçılara görə, söhüb komponenti fars dilindəki soub (tərəf, səmt, istiqamət) sözünün təhrif formasıdır. Onların fikrincə, Söhübqala “qala tərəfi, qalanın səmti” mənasındadır.
Söğüt
Söğüt — Biləcik ilinin bir ilçəsidir. Osmanlı Bəyliyinin birinci paytaxtıdır. Mahalın əhalisi 31.12.2010 TÜİK məlumatlarına görə 25.679 nəfər dir.
Çotur
Çotur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-qərbdə yerləşir. Hamamlı (Spitak) rayonu təşkil edilənə kimi (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim türk dilində "uc", "kənar" mənasında işlənən "çotur" sözü əsasında formalaşmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarameç qoyulmuşdur.
Şoqun
Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir.