Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dividend siyasəti
Dividend siyasəti Korporasiyanın, yəni səhmdar cəmiyyətlərin səhmdarlar arasında bölüşdürülən mənfəəti dividend adlanır. Dividendlər səhmdarların müəyyən səhmdar cəmiyyətə qoyduqları kapitaldan gələn yeganə gəlir bazasıdır. Bu gəlir ya pul, ya da səhm formasında ödənilə bilər. Dividendlərin ödənmə mənbəyi heç bir halda investisiya kapitalı yox, yalnız və yalnız bölüşdürülməmiş mənfəətdir. Göstərdiyimiz kimi, müəssisə səhmdarları konkret müəssisəyə qoyduqları kapitalın gəlirini dividendlər şəklində alırlar. Səhmdar cəmiyyətlərdə dividendlər faktiki olaraq müəssisə sahiblərinin maraqlarını ifadə edən bir vasitədir. Şirkətin gəlirliliyi nə qədər yüksək və stabildirsə, dividendlər də bir o qədər müntəzəm ödənilir. Məlum olduğu kimi, şirkətin mənfəətindən ilk növbədə korporativ vergilər ödənilir, yerdə qalan hissədən şirkət istədiyi kimi istifadə edir. Səhmdarların qərarı ilə qalan hissənin bir qismini yeni investisiyaların maliyyələşdirilməsinə yönəltmək olar. Bundan sonra isə dividendlər ödənilir.
Maliyyə siyasəti
Maliyyə siyasəti – Maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin (dövlət və bələdiyyə idarələrinin pul fondları) yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin onların orqanlarının timsalında sistematik fəaliyyətidir. Maliyyə siyasəti həm də kateqoriya adlandırıla bilər. Bu termin adətən maliyyə menecmenti ilə məşğul olan iqtisadçılar tərəfindən tətbiq edilir. Yəni, onu maliyyə menecmenti metodu aləti və məqsədi kimi götürülən maliyyə münasibətlərinin sosial-iqtisadi mahiyyəti kimi götürsək kateqoriya kimi qəbul etməliyik. Maliyyənin məqsədi - gələcəkdə maliyyə fəaliyyətinin ən ideal nəticələridir. Maliyyə siyasətinin məqsədi isə - dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsidir. Maliyyə siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur. == Maliyyə siyasətinin çatışmazlıqları == Hal-hazırda maliyyə siyasətinin çatışmazlıqları daha kəskin nəzərə çarpır və bu respublikamızın sosial-iqtisadi inkişafını ləngidən amilə çevrilir. Bu çatışmazlıqlar aşağıdakıladır: Maliyyə siyasətinin doqmatik xarakter daşıması (təşəbbüskarlığın olması) və ölkənin inkişaf şəraitinin dəyişməsinə dərhal reaksiya vermək qabiliyyətinin olması. Strateji xarakter daşıyan konsepsiyaların işlənib hazırlanması.
Pul siyasəti
Monetar siyasət (ing. Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi. Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-də Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar.
Qiymət siyasəti
Qiymət siyasəti — məhsul və xidmətlərin qiymətlərinin müəyyən edilməsi prinsipləri və üsullarıdır. Qiymətqoymanın mikro (firma səviyyəsində) və makro (qiymət və tariflərin dövlət tənzimlənməsi sferasında) səviyyələrini ayrılır. == Şirkətin qiymət siyasəti == Firmanın qiymət siyasəti firmanın ümumi strategiyası çərçivəsində formalaşır və qiymət strategiyası və qiymətqoyma taktikasını ehtiva edir. Qiymət strategiyası təklif olunan məhsulun bazarda yerləşdirilməsini nəzərdə tutur. Hədəf seqmentinin müəyyən edilməsi və strategiyanın qurulması üçün müxtəlif yanaşmalar mövcuddur (Ansoff matrisi, BCG matrisi, Porter matrisi). Həmçinin qiymət strategiyası çərçivəsində qiymətin müəyyən edilməsi (təyin edilməsi) üçün istifadə olunan üsullar, eləcə də qiymət ayrı-seçkiliyi formaları seçilir. Gələcəkdə strategiyanın həyata keçirilməsi çərçivəsində alıcılar üçün qiymət endirimləri və qeyri-qiymət stimulları sistemləri daxil olmaqla, taktiki tədbirlər (satışı stimullaşdırmaq üçün) hazırlanır. . Qiymət siyasətinin həyata keçirilməsi zamanı şirkət rəhbərliyi təxirəsalınmaz tədbirləri tənzimləməli və strategiyanın dəyişmə vaxtına nəzarət etməlidir. Qiymətlər kifayət qədər mənfəət səviyyəsini təmin etmək üçün rəqabətdə fəal şəkildə istifadə olunur. Malların və xidmətlərin qiymətlərinin müəyyən edilməsi hər bir müəssisənin ən vacib problemlərindən biridir, çünki optimal qiymət onun maliyyə rifahını təmin edə bilər.
Sertifikat siyasəti
Sertifikat siyasəti — sertifikatın idarə edilməsi ərzində yerinə yetirilən elektron tranzaksiyalara köklənmiş inzibati siyasətin xüsusi formasıdır. Bu sənəd ictimai əsas struktur (İƏS) sərhədində dərc olunur. == İş prinsipi == Sertifikat siyasəti rəqəmsal sertifikatların yaradılması, istehsalı, paylanması, uçotu, nüfuzdan düşmüşlərin ləğvi ilə əlaqədar bütün aspektləri nəzərə alır. Sertifikat siyasəti həmçinin sertifikatlara əsaslanan təhlükəsizlik sistemi vasitəsilə qorunan kommunikasiya sistemindən istifadə edən tranzaksiyaları da idarə edə bilər. Kritik sertifikat genişlənmələrinə nəzarət etməklə belə siyasətlər və əlaqədar məcburiyyət texnologiyaları xüsusi tətbiqlər üçün tələb edilən təhlükəsizlik servislərinin təmin edilməsini dəstəkləyə bilərlər. == Ədəbiyyat == İmamverdiyev Y. N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Təhlükəsizlik siyasəti
Təhlükəsizliyin təşkil olunma siyasəti dedikdə informasiyanın müdafiəsinə yönəldilmiş və onunla birlikdə resursların assosiasiya olunmasının idarəetmə qərarlarının sənədləşdirilməsinin toplumu başa düşülür. Təhlükəsizlik siyasəti vasitələrdən ibarətdir və onların köməyilə kompüter informasiya sisteminin təşkil olunması fəaliyyəti həyata keçirilir. Ümumiyyətlə, təhlükəsizlik siyasəti kompüter mühitində istifadə edilir və təşkilatın spesifik tələbatını əks etdirir. Adətən kompüter informasiya sistemləri (KİS) dedikdə müxtəlif xüsusiyyətli mürəkkəb kompleks başa düşülür və ya aparat və proqram təminatının arabir öz aralarında lazımi səviyyədə işləmələrinin uyuşa bilməməsi qəbul edilir. Bura kompüterlər, əməliyyat sistemləri, şəbəkə vasitələri, verilənlər bazalarını idarəetmə sistemləri, müxtəlif əlavələr aiddir. Bütün bu komponentlər (təşkiledicilər) özünəməxsus müdafiə vasitələrinə malikdir və bunların bir-biri ilə razılaşdırılması mütləqdir. Bu baxımdan da korporativ sistemlərin təhlükəsizliyinin təmin olunması təhlükəsizlik siyasətinin effektiv həyata keçirilməsində mühüm rol oynayır. == Təhlükəsizlik siyasətinin əsas anlayışları == Təhlükəsizlik siyasəti rəhbərliyin faydalı saydığı və seçdiyi informasiya təhlükəsizliyi sahəsində idarəetmə strategiyasını, resursların miqdarını və onlara yanaşmanın ölçüsünü müəyyən edir. Təhlükəsizlik siyasəti müəssisənin informasiya sistemi üçün real sayılan cəsarətin (və ya cürətin) təhlil edilməsinə əsaslanaraq qurulur. Belə olan halda cürət təhlil edilir, müdafiə strategiyası müəyyən olunur, informasiya təhlükəsizliyini təmin edən proqram tərtib edilir - bütün bunlar təhlükəsizlik siyasətidir.
Valyuta siyasəti
Diaspor siyasəti
Diaspor siyasəti — transmilli etnik diasporların siyasi davranışları, onların etnik vətənləri və qəbul etdikləri dövlətlərlə münasibətləri və etnik münaqişələrdəki mühüm rolu. Diaspor siyasətinin öyrənilməsi diaspor tədqiqatlarının daha geniş sahəsinin bir hissəsidir. Diaspor siyasətini başa düşmək üçün əvvəlcə onun tarixi kontekstini və bağlılığını anlamaq lazımdır. Diaspor — ortaq kimliyinə əsaslanan tək etnik qrup kimi müəyyən edilən transmilli cəmiyyətdir. Diasporlar əsl vətəndən tarixi mühacirət nəticəsində yaranır. Bu ərazinin əslində konkret etnik qrupun vətəni olub-olmaması siyasi məsələdir. Miqrasiya nə qədər köhnədirsə, hadisə ilə bağlı dəlillər də bir o qədər azdır. Məsələn, qaraçılara gəldikdə, miqrasiya, vətən və miqrasiya yolu hələ dəqiq müəyyən edilməmişdir. Vətən iddiası həmişə siyasi məna daşıyır və tez-tez mübahisə doğurur. Özünü tanıyan diasporlar vətənlərinə, etnik və mədəni bağlılıqlarına böyük əhəmiyyət verirlər, xüsusən də vətənlərini “itirilmiş” və ya “fəth edilmiş” hesab edirlərsə.
Gizlilik siyasəti
Məxfilik siyasəti və ya Gizlilik siyasəti — tərəfin müştərinin məlumatlarını toplaması, istifadə etməsi, açıqlaması və idarə etməsi yollarının bəzilərini və ya hamısını açıqlayan bəyanat və ya hüquqi sənəd (məxfilik hüququnda). Şəxsi məlumat, şəxsin adı, ünvanı, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyət vəsiqəsinin verilməsi və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi tarixçəsi kimi fərdi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir şey ola bilər. Biznesə gəldikdə, bu, çox vaxt partiyanın topladığı şəxsi məlumatları necə toplaması, saxlaması və yayması ilə bağlı siyasətini bəyan edən bəyanatdır. Müştəriyə hansı xüsusi məlumatların toplandığını və onların məxfi saxlandığını, tərəfdaşlarla paylaşıldığını və ya digər firma və ya müəssisələrə satıldığını bildirir. Məxfilik siyasətləri adətən daha təfərrüatlı və spesifik olan verilənlərdən istifadə bəyanatlarından fərqli olaraq daha geniş, daha ümumiləşdirilmiş yanaşmanı təmsil edir. Müəyyən məxfilik siyasətinin dəqiq məzmunu qüvvədə olan qanundan asılıdır və coğrafi sərhədlər və hüquqi yurisdiksiyalar üzrə tələblərə cavab verməli ola bilər. Əksər ölkələrin öz qanunvericiliyi və kimin əhatə olunduğu, hansı məlumatların toplana biləcəyi və nə üçün istifadə oluna biləcəyi ilə bağlı təlimatları var. Ümumiyyətlə, Avropada məlumatların mühafizəsi qanunları dövlət sektoru ilə yanaşı özəl sektoru da əhatə edir. Onların məxfilik qanunları dövlət əməliyyatlarına, özəl müəssisələrə və kommersiya əməliyyatlarına şamil edilir. == Tarixi == 1968-ci ildə Avropa Şurası texnologiyanın insan hüquqlarına təsirini öyrənməyə başladı, kompüter texnologiyasının yaratdığı və əvvəllər geniş yayılmayan yollarla əlaqələndirə və ötürə bilən yeni təhlükələri tanımağa başladı.
Klaster siyasəti
Klaster siyasəti — klasterə daxil olan regionların və müəssisələrin rəqabət qabiliyyətinin artırılmasını, klasterlərin formalaşmasını stimullaşdıran institutların inkişafını, habelə innovasiyaların tətbiqini təmin edən klasterlərin və klaster təşəbbüslərinin dəstəklənməsi üzrə dövlət və ictimai tədbirlər və mexanizmlər kompleksi. Ölkə və ya regionun klaster siyasəti onun həyata keçirilməsinin təsirləri və riskləri baxımından optimallaşdırılmış klaster təşəbbüsləri portfelini dəstəkləmək üçün əlaqələndirilmiş tədbirlər kimi təqdim edilə bilər. Dövlət klaster siyasəti, regional klaster siyasəti və sektoral klaster siyasəti mövcuddur. Tipik olaraq, klaster siyasəti konkret müəssisə və ya sənaye sahələrini dəstəkləyən ənənəvi "sənaye siyasətinin" rəqabət əleyhinə tədbirlərinə alternativ kimi görünür. == Klaster siyasətinin istiqamətləri == Klaster siyasətinin əsas istiqamətləri bunlardır: Klasterlərin institusional inkişafının təşviqi, o cümlədən, klasterin inkişafı üzrə ixtisaslaşmış təşkilatın, klaster inkişaf mərkəzlərinin yaradılması şəklində klaster təşəbbüslərinin təşəbbüskarı və dəstəklənməsi, habelə klaster inkişafının strateji planlaşdırılması üzrə fəaliyyətlər, klasterlər arasında səmərəli informasiya əlaqəsinin qurulması. klaster iştirakçıları və onlar arasında əməkdaşlığın gücləndirilməsinin stimullaşdırılması. Müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına və onların qarşılıqlı fəaliyyətinin effektivliyinin təşviqinə yönəlmiş layihələrə dəstək mexanizmlərinin hazırlanması. Ehtimal olunur ki, müvafiq layihələrə dəstək onların həyata keçirilməsində iştirak edən müəssisələrin konkret klasterə aid olub-olmamasından asılı olmayaraq həyata keçirilməlidir. Federal səviyyədə innovativ ərazi klasterlərinin siyahısının formalaşdırılması və onlara dəstək tədbirlərinin həyata keçirilməsi. Klasterlərin inkişafı üçün əlverişli şəraitin formalaşdırılmasının təmin edilməsi, o cümlədən peşə təhsili sisteminin səmərəliliyinin artırılması, müəssisələrlə təhsil təşkilatları arasında əməkdaşlığın inkişafına kömək etmək, mühəndis-nəqliyyat infrastrukturunun inkişafına, mənzil tikintisinə məqsədyönlü investisiyaların qoyulması, mövcud qanunvericiliyə uyğun olaraq klasterin inkişafı, vergi güzəştlərinin verilməsi və inzibati maneələrin azaldılması vəzifələrini nəzərə alaraq == Tənqidi == Klaster siyasətinin tənqidçiləri qeyd edirlər: klaster daxilində istehsalın müəyyən ərazidə cəmləşməsi regional iqtisadiyyatın sabitliyini azaldır, onun diversifikasiyasını azaldır; müəyyən bir ərazidə klasterdə işləyən insanların üstünlük təşkil etməsi innovasiyanı azaldır, çünki bu, əhəmiyyətli dərəcədə fərqli bilik və təcrübəyə malik insanların əlaqəsinin nəticəsidir; əks yanaşma öz-özünə davam edən qrup düşüncəsini, köhnə fikirlərin, stereotiplərin və yanaşmaların təkrar istehsalını yaradır; klasterin formalaşmasının stimullaşdırılması ənənəvi sənaye siyasəti tədbirləri ilə eyni subsidiyadır.
Məxfilik siyasəti
Məxfilik siyasəti və ya Gizlilik siyasəti — tərəfin müştərinin məlumatlarını toplaması, istifadə etməsi, açıqlaması və idarə etməsi yollarının bəzilərini və ya hamısını açıqlayan bəyanat və ya hüquqi sənəd (məxfilik hüququnda). Şəxsi məlumat, şəxsin adı, ünvanı, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyət vəsiqəsinin verilməsi və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi tarixçəsi kimi fərdi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir şey ola bilər. Biznesə gəldikdə, bu, çox vaxt partiyanın topladığı şəxsi məlumatları necə toplaması, saxlaması və yayması ilə bağlı siyasətini bəyan edən bəyanatdır. Müştəriyə hansı xüsusi məlumatların toplandığını və onların məxfi saxlandığını, tərəfdaşlarla paylaşıldığını və ya digər firma və ya müəssisələrə satıldığını bildirir. Məxfilik siyasətləri adətən daha təfərrüatlı və spesifik olan verilənlərdən istifadə bəyanatlarından fərqli olaraq daha geniş, daha ümumiləşdirilmiş yanaşmanı təmsil edir. Müəyyən məxfilik siyasətinin dəqiq məzmunu qüvvədə olan qanundan asılıdır və coğrafi sərhədlər və hüquqi yurisdiksiyalar üzrə tələblərə cavab verməli ola bilər. Əksər ölkələrin öz qanunvericiliyi və kimin əhatə olunduğu, hansı məlumatların toplana biləcəyi və nə üçün istifadə oluna biləcəyi ilə bağlı təlimatları var. Ümumiyyətlə, Avropada məlumatların mühafizəsi qanunları dövlət sektoru ilə yanaşı özəl sektoru da əhatə edir. Onların məxfilik qanunları dövlət əməliyyatlarına, özəl müəssisələrə və kommersiya əməliyyatlarına şamil edilir. == Tarixi == 1968-ci ildə Avropa Şurası texnologiyanın insan hüquqlarına təsirini öyrənməyə başladı, kompüter texnologiyasının yaratdığı və əvvəllər geniş yayılmayan yollarla əlaqələndirə və ötürə bilən yeni təhlükələri tanımağa başladı.
Sığorta siyasəti
Sığorta siyasəti və ya sığorta polisi (ing. insurance policy, fr. police, it. polizza — çek, qəbz) — bir qayda olaraq sığorta şirkəti (sığortaçı) tərəfindən sığortalıya (sığorta olunana) verilən sığorta müqaviləsinin bağlanmasını təsdiq edən şəxsi sənəd. Sığorta polisində həmçinin sığorta münasibətlərinin subyektləri və sığorta müqaviləsinin əsas şərtləri, məsələn, sığortanın növü, obyekti, başlanğıcı və sonu, sığorta məbləğinin məbləği, sığorta müqaviləsi haqqında sığortalı, sığortaçı və digər şərtlər. Polis müqavilə bağlandıqdan və sığorta haqqı ödənildikdən sonra sığortalıya verilir. Siyasətdə həmçinin mövcud sığorta qaydalarına istinad olmalıdır. Sığorta siyasəti qiymətli kağızlara şamil edilmir. Dəniz sığortası polislərində memorandum sığortaçının heç bir riski öz üzərinə götürmədiyi təhlükələrin hesablanmasıdır. Sığorta polisində adətən aşağıdakılar olmalıdır: Sənədin adı; sığortaçının adı, hüquqi ünvanı və bank rekvizitləri; sığortalının tam adı və ya soyadı, adı, atasının adı və ünvanı; sığorta obyektinin göstərilməsi; sığorta məbləğinin məbləği; sığorta riskinin göstəricisi; sığorta haqqının (bağışlarının) məbləği, onun ödənilməsi şərtləri və qaydası; sığorta müqaviləsinin qüvvədə olma müddəti, sığorta müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi qaydası; tərəflərin razılığı ilə digər şərtlər, o cümlədən sığorta qaydalarına əlavələr və ya istisnalar; tərəflərin imzaları.
Dəvəquşu siyasəti
"Dəvəquşu siyasəti" — açıq-aşkar olan məsələlərə məhəl qoymamaq və onları yoxmuş kimi göstərmək tendensiyasına aid edilən metaforik ifadə. İfadə dəvəquşuların təhlükə ilə üzləşməkdənsə, başlarını quma soxmaq vərdişindən irəli gəlir. Dəvəquşu əslində təhlükədən qaçmaq üçün başlarını quma basdırmır.
Sakitləşdirmə siyasəti
Təcavüzkarı sakitləşdirmə siyasəti (ing. Appeasement) — təcavüzkara güzəştə getməyə əsaslanan siyasət. Təcavüzkarı sakitləşdirmə siyasəti işğalçı dövlətin süni şəkildə qızışdırdığı beynəlxalq mübahisələrin həllindən və bu doktrina müəlliflərinin nöqteyi-nəzərindən təcavüzkar siyasət yürüdən tərəfə təslim olmaq yolu ilə münaqişələrin həllindən, ikinci dərəcəli və əhəmiyyətsiz məsələlərdən ibarətdir. Termin ən çox Nevill Çemberlen, eləcə də Boldvin və Makdonaldın başçılıq etdiyi Britaniya hökumətinin 1933-1939-cu illərdə nasist Almaniyasına və qismən də faşist İtaliyasına qarşı xarici siyasətinə istinad etmək üçün istifadə olunur, xüsusilə də 1937-1939-cu illərdə aydın şəkildə özünü göstərir. Bu siyasət Versal sisteminin, Millətlər Liqasının və kollektiv təhlükəsizlik sisteminin həlledici şəkildə deqradasiyasına, Avropada qüvvələr balansının köklü şəkildə dəyişməsinə, Böyük Britaniya və Fransanın geosiyasi mövqelərinin zəifləməsinə, Almaniya və İtaliyanın mövqelərinin isə güclənməsinə səbəb olmuşdur. == Birinci Dünya müharibəsindən sonrakı siyasi vəziyyət == Birinci Dünya müharibəsində qalib gələn keçmiş Antanta müttəfiqləri Böyük Britaniya, Fransa və İtaliya Avropada tam hərəkət azadlığına malik idilər. Avropanın geosiyasi xəritəsi əsasən 1919-cu ildə Versal müqaviləsinin imzalanması ilə yaradılmışdı. Müqavilə Almaniya Respublikasına ciddi məhdudiyyətlər qoymuş, bir sıra alman torpaqlarının ilhaqına, Almaniyanın daxilində sosial-siyasi gərginliyə gətirib çıxarmış iqtisadi zəifliyin, revanşizm ideyalarının yaranmasına və radikal siyasi partiyaların populyarlaşmasına səbəb olmuşdu. Avstriya-Macarıstan imperiyası bir neçə nisbətən kiçik müstəqil dövlətlərə bölünərək mövcud olmağı dayandırdı. Antanta ölkələrindən biri olan Rusiya imperiyasında Birinci Dünya müharibəsi illərində fevral və oktyabr inqilabları baş verdi və bolşeviklər hakimiyyətə gəldilər.
Səhiyyə siyasəti
Səhiyyə siyasəti (ing. Health policy) — bir ölkənin və ya təşkilatın əhalinin sağlamlıq vəziyyətini yaxşılaşdırmaq, səhiyyə xidmətlərinə çıxışı təmin etmək və resursların optimal istifadəsini təmin etmək məqsədilə həyata keçirdiyi strategiya, qərar və tədbirlər toplusudur. Bu siyasət hökumətlər, səhiyyə qurumları və beynəlxalq təşkilatlar tərəfindən hazırlanır və tətbiq edilir. Səhiyyə siyasəti effektiv şəkildə həyata keçirildikdə, əhalinin həyat keyfiyyətini artırır, iqtisadi inkişafı dəstəkləyir və sağlam cəmiyyətin formalaşmasına şərait yaradır. Səhiyyə siyasəti "cəmiyyətdə xüsusi sağlamlıq məqsədlərinə nail olmaq üçün qəbul edilən qərarlar, planlar və tədbirlər" kimi müəyyən edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının fikrincə, aydın səhiyyə siyasəti bir neçə məqsədə nail ola bilər: o, gələcəyə baxış müəyyən edir, müxtəlif qrupların prioritetlərini və gözlənilən rollarını təsvir edir və konsensus yaradır və insanları məlumatlandırır. == Fərqli yanaşmalar == Səhiyyə siyasəti çox vaxt sağlamlıqla bağlı siyasət məzmununa istinad edir. Qlobal sağlamlıq siyasətləri, ictimai sağlamlıq siyasətləri, psixi sağlamlıq siyasətləri, səhiyyə xidmətləri siyasətləri, sığorta siyasətləri, şəxsi sağlamlıq siyasətləri, əczaçılıq siyasətləri və peyvəndlər kimi ictimai sağlamlıqla bağlı siyasətlər, tütünə nəzarət siyasəti və ya ana südü ilə qidalanma siyasəti də həmçinin daxildir. Səhiyyə siyasəti, həmçinin maliyyələşdirmə və təminat, qayğıya çıxış, qayğı keyfiyyəti və sağlamlıq bərabərliyi kimi səhiyyə xidmətlərinin göstərilməsi ilə bağlı mövzuları əhatə edə bilər. Müasir səhiyyə konsepsiyası dərmanlar və cərrahi avadanlıqlar kimi tibbi texnologiyanın müxtəlif sahələrindən tibb mütəxəssislərinə çıxışı nəzərdə tutur.
Gürcüstanın xarici siyasəti
Müstəqillik qazandıqdan sonra Gürcüstanın xarici siyasəti NATO və Aİ-yə üzv olmağa yönəlib. Gürcüstan həm də Ermənistanla Rusiya arasında, Azərbaycanla Avropa arasında tranzit ölkə rolunu oynayır. 2013-cü ildən etibarən Türkiyə və Azərbaycan Gürcüstanın aparıcı ticarət tərəfdaşlarıdır. Rusiya ilə münasibətlər 2008-ci ildə kəsilmiş və gərgin olaraq qalmaqdadır. == Ümumi xüsusiyyətlər == Gürcüstanın xarici siyasətinin əhəmiyyəti əsasən tranzit ölkə kimi onun əlverişli mövqeyi ilə bağlıdır. Azərbaycan karbohidrogenlərinin Türkiyəyə və AB-nə tranziti məhz Gürcüstandan keçir. Azərbaycanla münaqişə səbəbinə görə Ermənistan da Rusiya və Avropa ilə xarici ticarətini Gürcüstan üzərindən aparmaq məcburiyyətindədir. Nəhayət, AB-dən Çinə tranzit malları Rusiyadan yan keçməklə Gürcüstandan keçir. Gürcüstanın xarici siyasətinə Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması problemi ilə əlaqəli Rusiya ilə gərgin münasibətləri güclü təsir göstərir. Bu səbəbdən Gürcüstan sərhədlərin qorunmasının lehinə olan Ukrayna ilə yanaşı, Azərbaycanla da isti münasibətlər saxlayır.
Kontinental blokada siyasəti
Kontinental blokada — 1806 − 1814 cü illərdə fransız imperatoru Napoleonun öz rəqiblərinə qarşı (1801-1814 cü illər ingilis-fransız müharibəsi) apardığı iqtisadi və siyasi təcrid siyasəti. Əvvəl 8 fevral 1807-ci ildə Prussişe Eylau döyüşü və sonra 14 iyun 1807-ci ildə Friedland döyüşünün ardınca 7 iyulda Fransa Russiya və Prussiya arasında Tilsit sülhü bağlanılır. Tilsit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi sayılır. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub olur. İyul ayında isə Tilsitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalanır. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və İngiltərəyə qarşı kontinental blokadaya qoşulmağa məcbur oldu. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur.
Nasist irqi siyasəti
Nasist irqi siyasəti — nasist Almaniyasında irqi gigiyena konsepsiyasına əsaslanan irqi ayrı-seçkilik və xarici düşmənçilik siyasəti. Bir çox Avropa və Amerika ölkəsində, XIX əsrdə və XX əsrin əvvəllərində irqçilik qadağan edilmədi və nasistlərin Almaniyada hakimiyyətə gəlməsi ilə dövlət dəstəyini aldı. İrqi gigiyena konsepsiyası, insanları üstün irq və alt ünsürlərin nümayəndələrinə bölmək və uyğun seçim ehtiyacını nəzərdə tuturdu. Bu konsepsiyaya görə birincisi süni şəkildə dəstəklənməli, ikincisinin çoxalmasının qarşısı alınmalı idi; irqlərin qarışması arzuolunmaz nəticələr verir. Bu konsepsiya ayrıca alkoliklərin, epileptiklərin, müxtəlif irsi xəstəlikləri olan və zehni xəstələrin sterilizasiyası və ya məhv edilməsini tələb edirdi. "İrq gigiyenasını" qorumaq istəyi, müxtəlif kateqoriyalı vətəndaşların məcburi məhvi üçün dövlət proqramlarında özünü göstərdi. "İrqi gigiyena" prinsiplərinə uyğun olaraq, zülmün əsas hədəfləri vətəndaşlıq hüquqlarından, dövlət işində işləmək, özəl bir təcrübəsi və öz işi ilə məşğul olmaq, Almanlarla evlənmək (Alman) ilə məhrum olan Yəhudilər idi. qadınlar) və dövlət təhsil müəssisələrində təhsil alırlar. Mülkləri və müəssisələri qeydiyyata alındı ​​və müsadirə edildi. Şiddət hərəkətləri davamlı idi və rəsmi təbliğat etnik Almanlar arasında yəhudilərə qarşı qərəz və kin hisslərini artırdı (və ya artırdı).
Qazaxıstanın viza siyasəti
Qazaxıstana gələn ziyarətçilər viza tətbiq olunmayan ölkələrdən gəlmədikləri təqdirdə Qazaxıstanın diplomatik nümayəndəliklərindən birindən viza almalıdırlar. == Viza siyasəti xəritəsi == == Vizasız giriş == Aşağıdakı ölkələrin və ərazilərin vətəndaşları Qazaxıstana vizasız səfər edə bilərlər: 11 iyul 2020-ci ildən bəri vizasız gələn şəxslər ölkədə 180 gün ərzində ən çox 90 gün qala bilərlər (ilk giriş anından etibarən hesablanır). Qeydlər ↑ ŞV – Milli şəxsiyyət vəsiqəsi ilə daxil ola bilərlər ↑ IP – Daxili pasportla daxil ola bilərlər 2 – 30 günədək, istənilən 180 günlük dövr ərzində ölkədə qalma müddəti ən çox 60 gün ola bilər 3 – 180 gün ərzində 30 günədək 4 – il ərzində 30 günədək Türkmənistan— Balkan vilayətinin sakinləri Atırau və Mangistau vilayətlərinə vizasız 5 günlük səfər edə bilərlər. === Vizasız proqram === Qazaxıstan iqtisadiyyatına böyük xarici investisiyalar qoyan aşağıda sadalanan ölkələrin vətəndaşlarına tətbiq olunan vizasız siyasət çərçivəsində 30 gündən az qalmaq müddəti üçün viza tələb olunmur. Proqram əvvəlcə 15 iyul 2014-cü ildə başlamış və 10 ölkəyə birtərəfli vizasız giriş imkanı təqdim etdi, 2015-ci ilin iyul ayında isə siyahı 19 ölkəyə qədər genişləndirilmişdir, daha sonra 2017-ci ilin yanvar ayında bu say 43-ə və 2019-cu ilin sentyabr ayında isə 54-ə qədər yüksəlmişdir. Həmin ölkələr bunlardır: === Vizanın dəyişdirilməsi === Qırğızıstanın etibarlı turizm vizasını əldə etmiş bu ölkələrin vətəndaşları bu tip vizanın qüvvədə olduğu müddətdə Qazaxıstanın Almatı və Cambul vilayətlərinin sərhəd bölgələrini ziyarət edə bilərlər: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Fransa, Finlandiya, Xorvatiya, İngiltərə, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Malayziya, Monako, Niderland, Norveç, Polşa, Portuqaliya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Yaponiya, Yeni Zelandiya və Yunanistan. === Qeyri-adi pasportlar === Yalnız Almaniya, Benilüks, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsveçrə, İtaliya, Latviya, Litva, Norveç, Portuqaliya, Sloveniya, Vatikan və Yunanıstan diplomatik pasportlarına sahib vətəndaşlar və həmçinin Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çili, Xorvatiya, İsrail, Kipr, Meksika, Monteneqro, Rumıniya, Slovakiya və Şimali Makedoniya diplomatik və xidmət kateqoriyası pasportlarına malik şəxslər 90 günə qədər Qazaxıstanda vizasız qala bilərlər. Yalnız Misir, Polşa diplomatik pasport sahibləri və Bosniya və Herseqovina, Çin, Filippin, Hindistan, İndoneziya, İordaniya, İran, Kuba, Macarıstan, Pakistan, Şri-Lanka, Tailand, Türkmənistan, Vyetnam və Yaponiya ölkələrinə aid yalnız diplomatik və xidmət kateqoriyalı pasport sahibləri 30 günə qədər Qazaxıstanda vizasız qala bilərlər. Birləşmiş Millətlər Təşkilatının pasportu sahiblərindən 180 gün müddətində 30 gün ərzində viza tələb olunmur. 2019-cu ilin dekabr ayında Kolumbiya ilə diplomatik və xidməti pasport sahibləri üçün vizasız müqavilə imzalanmışdı, lakin o, hələ təsdiqlənməyib.
Qazaxıstanın xarici siyasəti
Qazaxıstan Respublikasının xarici siyasəti aktivlik, tarazlığı qorumaq istəyi, praqmatizm, konstruktiv dialoq arzusu və çoxtərəfli əməkdaşlıq ilə xarakterizə olunur. Tarixi, geosiyasi və iqtisadi amillərinə görə beynəlxalq aləmdə Qazaxıstan uzun əsrlər boyu beynəlxalq əməkdaşlıq, qonşu ölkələrlə barışıq və onların regional birliyinə hörmət prinsiplərinə əsaslanan xarici siyasət yürüdür. Qazaxıstanın digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əlaqələr qurmağa hazır olduğunu diplomatik əlaqələr qurduğu çox sayda xarici ölkə sübut edir. 1991-ci ildə müstəqillik qazandıqdan bəri respublikamız 130 ölkə ilə diplomatik əlaqələr qurdu. Bir çox səbəbdən, hazırda Orta Asiya və Qazaxıstan dünya siyasətində xüsusi diqqət çəkirlər. Qazaxıstan sürətli inkişafına görə transmilli şirkətlər və digər ölkələr üçün böyük maraq göstərir. Aydındır ki, Qazaxıstan coğrafiyaya görə Orta Asiyada ən böyük ölkədir və iqtisadi inkişaf baxımından bölgədə liderdir. Eyni zamanda, ölkənin gələcək inkişafı üçün böyük potensiala malik olduğunu da qeyd etmək lazımdır. Bu gün Qazaxıstan xarici siyasətinin prioriteti ilk növbədə Rusiya, Çin, Amerika Birləşmiş Ştatları, AB, Orta Asiya və İslam dünyasındakı qonşu ölkələrlə bərabər əlaqələr qurmağı hədəfləyir. Bu baxımdan 2006–2007-ci illərdə bu ölkələrlə və bölgələrlə ikitərəfli əlaqələr xeyli yaxşılaşmışdır.
Qırğızıstanın xarici siyasəti
Qırğızıstanın xarici siyasəti — beynəlxalq məsələlərdə Qırğızıstanın ümumi kursudur. Xarici siyasət Qırğızıstanla digər dövlətlər arasındakı münasibətləri tənzimləyir. Bu siyasət Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. == Tarixi == Müstəqillik qazandıqdan sonra Qırğızıstanın xarici siyasəti iki istiqaməti ilə müəyyənləşdirildi: birincisi, ölkənin əhəmiyyətli xarici yardımlar olmadan iqtisadi cəhətdən faydalı ola bilməyəcəyi qədər kiçik və çox kasıb olması, ikincisi, ölkənin planetin qeyri-sabit bir hissəsində və həssas vəziyyətdə olması. Bu iki fikir Qırğızıstanın, xüsusən inkişaf etmiş ölkələrə və ən yaxın qonşularına münasibətdə beynəlxalq mövqeyinə əhəmiyyətli dərəcədə təsir etdi. Qırğızıstan prezidenti Əsgər Akayev və ölkənin nazirləri müstəqillik qazandıqdan sonra başqa ölkələrə bir çox rəsmi səfərlər etdilər, əlaqələr qurdular və tərəfdaşlıq etdilər. Müstəqilliyinin ilk dörd ilində Əsgər Akayev Amerika Birləşmiş Ştatları, Türkiyə, İsveçrə, Yaponiya, Sinqapur və İsrailə ziyarət etdi. Qırğızıstan rəsmiləri İran, Livan və CAR, baş nazirləri isə Avropanın çox ölkələrinə səfər edirlər. Bu səfərlərin nəticələrindən biri də Qırğızıstanın 120 ölkə tərəfindən tanınması və dünyanın 61 ölkəsi ilə diplomatik əlaqələr qurmasıdır. ABŞ səfirliyi Bişkekdə 1992-ci ilin fevralında, Qırğızıstan səfirliyi isə həmin il Vaşinqtonda açıldı.
Türkiyənin xarici siyasəti
Türkiyənin xarici siyasəti — Türkiyənin beynəlxalq işlərdə ümumi kursudur. Xarici siyasət Türkiyənin digər dövlətlərlə münasibətlərini tənzimləyir. Siyasət Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. == Tarixi == II Dünya Müharibəsi bitdikdən bəri, Sovet İttifaqını 590 kilometr ortaq sərhəddə olduğu beynəlxalq aləmdə əsas rəqib olaraq görür. 1952-ci ildə Türkiyənin Sovet siyasətindən qorxusu o qədər gücləndi ki, türk siyasətçilər ABŞ-yəvropa Kollektiv Müdafiə Sazişinə (NATO) qoşulmağa qərar verdi. NATO üzvlüyü, Türkiyəni beynəlxalq siyasətdə qırx il davam edən Soyuq Müharibədəki qarşıdurmanın tərəfinə çevirdi. 1960-cı illərdə Türkiyənin SSRİ ilə münasibətləri bir qədər istiləşdi və 1970-ci illərdə iqtisadi əməkdaşlıq haqqında bir sıra ikitərəfli müqavilələrin imzalanmasına səbəb oldu. Bununla birlikdə, 1979-cu ildə Sovetlərin Əfqanıstana işğalı, Türk siyasətçilərinin Sovet ekspansionizmi ilə bağlı qorxularını artırdı və beş ildən çox davam edən münasibətlərin soyumasına səbəb oldu. 1980-ci illərin ortalarından etibarən Türkiyə SSRİ ilə münasibətlərini tədricən bərpa etdi. Ankara və Moskva Sovet qaz yataqlarından Türkiyəyə təbii qaz nəqli planı da daxil olmaqla bir sıra müqavilələr imzaladılar.
Türkmənistanın xarici siyasəti
Türkmənistanın xarici siyasəti — Türkmənistan Prezidenti tərəfindən müəyyən edilir və Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. 2013-cü ilin fevral ayından etibarən Türkmənistan dünyanın 148 əyaləti ilə diplomatik əlaqələr qurmuşdur. Xaricdə Türkmənistanın 29 diplomatik nümayəndəliyi və konsulluğu fəaliyyət göstərir. Türkmənistanda otuz xarici dövlətin diplomatik nümayəndəliyi və on beş beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. Türkmənistanın "daimi bitərəflik haqqında" 50/80 saylı qətnaməsi 12 dekabr 1995-ci ildə BMT Baş Məclisi tərəfindən rəsmən qəbul edilmişdir. Keçmiş prezident Saparmurat Niyazov Türkmənistanın istisnasız olaraq bütün dövlətlərlə mədəni əlaqələr inkişaf etdirdiyini, xarici dövlətlərin heç biri ilə düşmən münasibətləri olmadığını, heç kimə ərazi iddiası etmədiyini və heç kimin ərazi iddiaları irəli sürmədiyini söylədi. Xarici siyasət bitərəfliyi ölkə Konstitusiyasında mühüm yer tutur. Türkmənistan hökuməti ABŞ və Türkiyəyə mal alqı -satqısı etsə də, Rusiya və İranla əhəmiyyətli ticarət əlaqələrinə malikdir və Əfqanıstanla sərhəd ticarətinin həcmi də artır. Türkmənistanın xarici siyasətində sadalanan ölkələrə təbii qaz ixracatı xüsusi yer tutur. Eyni zamanda, qalıcı bitərəflik statusundan irəli gələrək, ölkə qaz ehtiyatlarının nəqli ilə bağlı qızğın siyasi müzakirəyə girmədən dövlət sərhədində satılması prinsipindən istifadə edir.
Tək uşaq siyasəti
Tək uşaq siyasəti – ailə planlama siyasətinin bir hissəsi kimi Çinin əhali planlama siyasəti olmuşdur. Bu 1979-dan tətbiq edilməyə başlamış və rəsmi olaraq 2015-də mərhələli şəkildə ləğv edilmişdir. Bu siyasət etnik azlıqlar da daxil olmaqla bəzi qruplar üçün istisnalar təşkil edirdi. 2007-də, Çin əhalisinin 36%-i bir uşaq siyasətinə məruz qalarkən, 53%-nə birinci uşağın qız olması hallarında, ikinci uşağının olması icazəsi verilmişdir. Əyalət hakimiyyətləri bu siyasətin pozulmasına qarşı cərimələr tətbiq etmiş və milli hakimiyyətlər isə nəzarət və qeydiyyat işlərini aparmaq və əhalinin məlumatlılığını artırmaq üçün komissiyalar yaratmışdır. Çin hökumətinin yaydığı məlumata əsasən 400 milyon doğumun qarşısı alınmışdır. Tədqiqatçılar bu iddianın "yanlış" olduğunu bildirmişdir, çünki "1970-dən bəri əhali artımında bir uşaq siyasətinin tətbiqindən əvvəl 3/4 dəfə azalma müşahidə edilmişdir; və 1980-dən bəri müşahidə olunan digər azalma isə iqtisadi inkişafla əlaqələndirilmişdir." Tailand və İranda, həmçinin Hindistanın Kerala və Tamil Nadu ştatlarında da bir uşaq siyasəti tətbiq olunmasa da əhali artımında oxşar azalmalar olmuşdur. 2008-də aparılan sorğuya əsasən Çinlilərin 76%-i bu siyasəti dəstəkləsə də, Çinin xaricində bu mövuya mübahisəli yanaşılmışdır.
Xarici ticarət siyasəti
Xarici ticarət siyasəti — xarici ticarətə iqtisadi və inzibati vergilər, subsidiyalar, idxal və ixracda birbaşa məhdudiyyətlər, borc vermək və s. təsir göstərməyi nəzərdə tutan dövlətin iqtisadi siyasətinin ayrılmaz hissəsidir. Xarici ticarət siyasəti kontekstində dövlət qanunvericiliklə həm rezidentlərə (ixracatçılara və idxalçılara), həm də əlaqəli qeyri-rezident ortaqlara tabe olan müəyyən xarici ticarət qaydalarını müəyyənləşdirir. == Haqqında == Tarixən xarici ticarət siyasətinin iki əks növü ayrılır: proteksionizm və sərbəst ticarət (sərbəst ticarət). "Təmiz formada" kiçik bir xarici ticarət dövriyyəsi və xarici iqtisadi əlaqələrin inkişafı ilə kapitalizmdən əvvəlki dövrlərdə şərti olaraq fərqlənə bilərlər. Müasir şəraitdə dövlətlərin xarici ticarət siyasəti, şəraitə görə optimallaşdırılmış hər iki əksin birləşməsidir. == Ticarət siyasətinin növləri və aspektləri == === Regionalizm === Regionalizm və ya Regional Ticarət Sazişləri (Bölgələr) bölgədəki beynəlxalq ticarətin artırılması məqsədi ilə bir bölgədəki ölkələr tərəfindən hazırlanan ticarət siyasətləri və müqavilələridir. Tərəfdarları, RTA-nı nəhayət daha böyük ikitərəfli və ya çoxtərəfli ticarət sövdələşmələri ilə birləşmək məqsədi ilə sərbəst ticarətin genişləndirilməsi vasitəsi kimi təsvir edirlər. RTS-nin nisbətən lokallaşdırılmış ərazisi, digər ticarət müqavilələrində sıxlığa səbəb olmadan ticarət məsələlərinin həlli üçün də faydalıdır. RTA'ları tənqid edənlər ticarət danışıqlarına müdaxilə etdiklərini, çünki digər tərəflə müqayisədə bir tərəfə və ya haqsız olaraq faydalı ola biləcəyini, xüsusən iştirakçıların bəziləri hələ inkişaf mərhələsində olan ölkələr olduqlarını söyləyirlər.
Siyasətçi
Siyasətçi — siyasi fəaliyyətlə məşğul olan şəxs. Siyasi fəaliyyətlə icraedici hakimiyyətdə (prezident, baş nazir, nazir), qanunverici hakimiyyətdə (müxtəlif səviyyədə parlament deputatı və bələdiyyə üzvü), siyasi partiya funksioneri kimi fəaliyyət göstərmək olar.
Siyasət
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi — şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. == Tabeliyindəki qurumlar == Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi «Azərmemarlayihə» Dövlət Baş Layihə institutu (DBLİ) Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) Bakı Dövlət Layihə İnstitutu == Fəaliyyət istiqamətləri == müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin edir; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir; müvafiq sahənin inkişafını təmin edir; müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir; şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir; respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin edir; bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir. == Beynəlxalq əlaqələr == Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma, şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafı, ərazilərdən səmərəli istifadə, şəhərsalma kadastrı, memarlıq, tikintiyə icazə və digər sahələr üzrə dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələrinin aparılması istiqamətində Türkiyə, Böyük Britaniya, İsveçrə, Koreya Respublikası, Latviya, Macarıstan, Rusiya Federasiyası və s. dövlətlərin aidiyyəti qurumları, habelə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir. Eyni zamanda, xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə birgə imzalanmış Saziş, Protokol, Memorandum və Proqramların icrasında Komitənin səlahiyyətlərinə aid edilmiş istiqamətlər üzrə aktiv fəaliyyət həyata keçirilir. == BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq == Ötən illər ərzində Komitə ilə UN-Habitat arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş və bu təşkilat tərəfindən keçirilən bir sıra mötəbər beynəlxalq tədbirlərdə Komitə geniş tərkibli heyətlə təmsil olunub. 2022-ci ildən etibarən “UN-Habitat”la əməkdaşlıq çərçivəsində illik əsaslarla Milli Şəhərsalma Forumu təşkil edilir. Şəhərsalma və inkişaf mövzusunda təşkil edilən Forumda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri və digər maraqlı tərəflər iştirak edir.
Bitərəf siyasətçi
Bitərəf siyasətçi və ya Partiyasız — heç bir siyasi partiya mənsubiyyəti olmayan şəxs. Bu ifadə SSRİ dövründə daha çox istifadə olunurdu. Bu müxtəlif anketlərdə partiya mənsubiyyəti bəndinin olması ilə əlaqədar idi və Sov.İKP və ya ÜİLKGİ-nin üzvü olmayanlar üçün "partiyasız" sözü işlədilirdi.
Siyasətçi (Platon)
Siyasətçi(qəd. yun. Πολιτικός) — Platonun yaradıcılığının yekun mərhələsinə yaxın yazılmış və bir növ "Sofist" dialoqunun davamı kimi dəyərləndirilən dialoqdur. Dialoqun iştirakçıları: Sokrat və Feodor yalnız əsas iştirakçıları təmsil edirlər və onların iştirakı yalnız bir neçə giriş frazasının səsləndirilməsi ilə məhdudlaşır. Əsas dialoq iştirakçıları gənc Sokrat və Eleydən gəlmiş gəlmədir.
Partiyasız siyasətçi
Bitərəf siyasətçi və ya Partiyasız — heç bir siyasi partiya mənsubiyyəti olmayan şəxs. Bu ifadə SSRİ dövründə daha çox istifadə olunurdu. Bu müxtəlif anketlərdə partiya mənsubiyyəti bəndinin olması ilə əlaqədar idi və Sov.İKP və ya ÜİLKGİ-nin üzvü olmayanlar üçün "partiyasız" sözü işlədilirdi.
Virtual siyasətçi
Virtual siyasətçi və ya Sİ siyasətçisi — dövlət idarəsində fəaliyyət göstərən qeyri-insani varlıq. Virtual siyasətçi eyni vəzifədə xidmət edən bir insanla oxşar gücə sahib olur, lakin süni intellekt alqoritmi əsasında seçim etmək üçün proqramlaşdırılır. Süni intellekt yaranandan bəri maşınlar müxtəlif səbəblərə görə əvvəllər insanların tutduğu müxtəlif vəzifələrdə işə salınmışdır. Bunlar əsasən insanların iş yükünü yüngülləşdirmək üçün təkrarlanan tapşırıqlara aid edilmişdir. Süni intellekt getdikcə daha çox insan xüsusiyyətləri tələb edən empatiya kimi vəzifələrdə işə salınır, lakin insan qüsurlarını əvəz etmək üçün istifadə olunur. Bəziləri hesab edirlər ki, düzgün verilənlər üzərində proqramlaşdırılmış süni intellekt güclü bir mövqeyə yerləşdirilsə, o, tez məlumatlı qərarlar qəbul edə, səlahiyyəti olan hər kəsin perspektiv və ehtiyaclarına diqqət yetirə bilər. == SAM == "SAM" ümumiyyətlə ilk virtual siyasətçi hesab edilən proqrama verilən addır. SAM Yeni Zelandiyalı proqram tərtibatçısı Nik Gerritsen tərəfindən yaradılmış və Yeni Zelandiyada insanların fikirlərini və istəklərini təmsil etmək üçün hazırlanmışdır. SAM-ın 2020-ci ildə Yeni Zelandiyada keçirilən seçkilərdə namizəd kimi irəli sürülməsi nəzərdə tutulmuşdu. == Alice == "Yandex" tərəfindən qurulmuş "Alice" və ya "Alisa" çatbotu 2018-ci ildə Rusiyada prezident seçkilərində Vladimir Putinə qarşı namizəd olaraq göstərilmişdir.
Evbul (siyasətçi)
Evbul (q.yun. Εὔβουλος; e.ə. 405, Afina – e.ə. 330, Afina) — Afina oratoru, dövlət xadimi, Demosfenin əleyhdarı, "sülh partiyası" adlanan partiyanın nümayəndəsi. Onun fəaliyyəti ilə bağlı məlumatlar ziddiyyətlidir, çünki bir tərəfdən Evbulun sayəsində Afinanın müəyyən iqtisadi tərəqqi əldə etdiyi, digər tərəfdən isə bu siyasətçinin Afina üçün əlverişsiz şəraitdə Makedoniya kralı II Filip ilə sülh müqavilələri bağladığına inanılır.
Kleofont (siyasətçi)
Kleofont (q.yun. Κλεοφών; e. ə. V əsr, Afina – e.ə. 405, Afina) — Afina siyasətçisi. O, demaqoq və radikal demokratların lideri kimi, e.ə. 410–404-cü illərdə qədim Afinanın ən nüfuzlu vətəndaşlarından birinə çevrilmişdir. Kleofontun bilavasitə iştirakı ilə Afinada demokratiyanı devirməyə cəhd edən hər kəsin edama məhkum olduğu, əmlakı isə müsadirə edildiyi qanun qəbul edilmişdir. O həmçinin, siyasətçi Kritinin də daxil olduğu "demokratiya əleyhdarları"nın şəhərdən qovulmasına nail olmuşdur. Kleofont Peloponnes müharibəsi zamanı ən azı iki dəfə spartalıların sülh təşəbbüslərinin qarşısını almışdır.
Milli siyasət
Milli Siyasət — 1876-cı ildə Con A. Makdonald Mühafizəkarlar Partiyası tərəfindən tanıdılmış bir Kanada iqtisadi proqramı idi. McDonald 1878-ci ildə Kanada federal seçkilərində Mühafizəkarları qələbəyə aparandan sonra, 1879-cu ildə siyasətlərini davam etdirməyə başladı. inkişaf etməkdə olan sənayeləri olan bir iqtisadiyyat, 1880-ci illərdə inkişaf etmiş bir Kanada iqtisadiyyatı. Makdonald, konfederasiya sonrası bir iqtisadiyyat strategiyası olaraq üç elementi birləşdirərək, istehsalın qorunması üçün idxal olunan mallarda yüksək tariflər, infrastruktur və əhali artımını tələb edir. Kanada Pasifik Dəmir Yolunun tikintisi və Qərbi Kanadaya köçün təşviqi. Makdonald 1878 seçkilərində təşviqat apardı və sərbəst ticarəti dəstəkləyən Liberal Partiyanı məğlub etdi. Bu 1879-cu ildən 1950-ci illərin əvvəllərinə qədər davam etdi. == Mərkəzi siyasət == Daha əvvəl 1867-ci ildən 1873-cü ildə təqaüdə çıxana qədər Kanadanın Baş Naziri vəzifəsində çalışan Con A. Makdonald, həmin il bir seçki qazandıqdan sonra 1878-ci ildə milli siyasətini davam etdirməsinə imkan verərək hakimiyyətə qayıtdı. Siyasət Kanadanın gələcəyini yaxşılaşdıran və genişləndirən üç hissədən ibarət idi: === Kanada sənayesinin inkişafı === Makdonald, Kanadalıları Kanada iqtisadiyyatını inkişaf etdirmək üçün Kanada məhsulları almağa razı etdi. Problem dəmir yollarının ABŞ-dən asanlıqla Kanada istehsalı olan mallara nisbətən daha ucuz mal və məhsulları idxal etməsi idi.
Siyəsət
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.