Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şamil
Şamil — kişi adı və təxəllüs Şamil Rasizadə — Azərbaycan SSR dövrünün görkəmli dövlət xadimi. Şamil Basayev - Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. Şamil Süleymanlı — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti Şamil Mahmudbəyov (rejissor) - Azərbaycan kinorejissoru, aktyor, ssenarist Şamil İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, rejissor. Şamil Əliyev — Azərbaycan kinorejissoru və ssenaristi. Şamil Şamxalov – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi Şamil Əsgərov - şair, tərcüməçi, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi. Şamil Fətullayev — memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) Şamil Əzizbəyov — geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944) Şeyx Şamil - Qafqaz xalqlarının milli qəhrəmanı Şamil Xurşud - ictimai xadim, yazıçı, publisist və dramaturq, Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Şamil Əliyev (akademik) - akademik, Bakı Dövlət Universitetinin rektoru (1941-1944) Şamil Mahmudbəyov (repressiya qurbanı) — repressiya qurbanı Şamil rayonu - Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Şamil Cəfərov (entomoloq) — entomoloq. Şamil Şahməmmədov- jurnalist Şamil Qazıyev — rəssam, əməkdar incəsənət xadimi. Şamil Vəliyev — Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Şamil Səlimxanov - Tibb elmləri doktoru. Şamil Nəcəfzadə — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Şamil Qurbanov — Azərbaycan Respublikasının dövlət xadimi, filologiya elmləri doktoru, professor Məşədi Şamil Hacıyev - vəkil, "Difai" təşkilatının üzvü Şamil Xudiyev - iqtisad elmləri dоktоru Şamil Qafarov - professor (2003) Şamil Allahverdiyev - Geoloq, geologiya-mineralogiya elmləri doktoru Şamil Yusifov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).
Oktay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Oqtay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
İmam Şamil
Şeyx Şamil (avar. Имам Шамиль; 26 iyun (7 iyul) 1797, Gimri – 4 fevral 1871, Mədinə, Həbəşistan əyaləti) — Qafqaz dağlılarının rəhbəri, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin — Şimali Qafqaz imamlığının imamı kimi tanınmışdır. Qafqaz xalqlarının milli qəhrəmanı. Milliyyətcə — Avardır. Şamilin atası avar dəmirçi Denqav-Məhəmməd, anası isə avar bəyi Pirbudağın qızı Baxu Meseddir. Mariya Çiçaqovanın dediyinə görə, Şamilin ata xətti ilə ulu babası Əmirxan "Qafqazda böyük nüfuza malik tanınmış bir qumuq imiş".Şamil 26 iyun (7 iyul) 1797-ci il tarixində ― müsəlman təqvimi ilə ilin başladığı gün, məhərrəm ayının 1-də Avar Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona əvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən") adını verdilər. Oğlana babasının şərəfinə Əli adı qoymuşdular. Uşaq ikən, o, arıq və zəif idi, tez-tez xəstələnirdi.
Şamil Abayev
Şamil Abayev(oset. Абайты Бекмурзайы фырт Шамил; 1878, Diqora – 8 noyabr 1940, Orconikidze) — Osetin əsilli Sovet şairi və inqilabçısı. 1889-cu ildə Xristianovskoye kənd məktəbini bitirir. 1900-1905-ci illərdə kəndində qarğıdalı alışı üzrə alıcı işləyir. 1904-cü ildə fəal inqilabi fəaliyyətinə başlayır və 1905-1907-ci illərdə Şimali Osetiyanın inqilabi hadisələrində iştirak edir. 1910-1917-ci illərdə Şimali Osetiya məktəblərində müəllim işləyir. 1917-ci ildə Şamil Abayev doğulduğu Xristianovskoye kəndində "Kermen" gizli bolşevik təşkilatının təşkilatçısı olur və Kommunist Partiyasına üzv olur. 1919-cu ildə gizli bir partiya konfransında Rusiya Kommuinist Partiyası Osetiya təşkilatının rayon komitəsinin sədri seçilir. Şimali Osetiyada Sovet hakimiyyəti qurulduqdan sonra müxtəlif siyasi vəzifələrdə çalışır. 1935-ci ildə Respublika Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu qurulur və Şamil Abayev onun ilk rəhbəri təyin edilir.
Şamil Aladin
Şamil Aladin (d. 12 iyul 1912, Bağçasaray, Rusiya imperiyası – 21 may 1996, Simferopol, Ukrayna) – Krım tatarı olan yazıçı, şair, tərcüməçi və insan haqları aktivisti. Şeirlə başladığı ədəbiyyat həyatına daha sonra nəsr və qurğusal olmayan əsərlərlə davam etmişdir. Kamil Şamil Aladin 12 iyul 1912-ci ildə Rusiya imperiyasına tabe olan Bağçasarayın Mahuldur adlı tatar kəndində anadan olmuşdur. 21 may 1996-cı ildə Ukraynaya aid olan Simferopolda vəfat etmiş və Simferopoldakı Abdal məzarlığında dəfn edilmişdir. Baxçasarayda 7 illik təhsil görmüşdür. Ağməsciddə (Simferopol) Pedoqogika Tenxikomunu bitiridkdən sonra, Pedinstitutda təhsil almışdır. 1932-ci ilin sonunda Qırmızı Orduya çağırılmış, Qızıl Kazak Atlılar bölüyündə xidmət etmişdir. 1935-ci iıdə Qızıl qazaxın yırları adlı ikinci şer kitabı nəşr edilmişdir. 1937-ci ildə SSRİ Yazıçılar Birliyinə üzv kimi qəbul edilmişdir.
Şamil Allahverdiyev
Şamil İsmayıl oğlu Allahverdiyev (6 iyun 1930, Yengicə – 3 mart 1998, Bakı) — Geoloq, geologiya-mineralogiya elmləri doktoru. Şamil Allahverdiyev 1930-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini, 1959-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirmişdir. Həmin İnstitutda elmi, böyük elmi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1988-ci ildən İzotop geologiyası və geoxronologiyası laboratoriyasına rəhbərlik etmişdir. Elmi fəaliyyəti ofiolit kompleksi süxurlarının petrologiyası və mineralogiyası ilə bağlıdır. Ofiolit kompleks süxurlarında Azərbaycan üçün yeni olan 30-dan çox müəyyən və təsvir etmişdir. 100 — qədərelmi işi, 3 monoqrafiyası (2-si həmmüəlliflə) çap olunmuşdur. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət də göstərmişdir. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr etmişdir. Şamil Allahverdiyev, 1998-ci ilin mart ayının 3-də Bakı şəhərində 67 yaşında vəfat etmişdir.
Şamil Asildarov
Şamil Saidbeqoviç Asildarov (rus. Шамиль Саидбегович Асильдаров; 18 may 1983, Mahaçqala) — hücumçu mövqeyində çıxış edən Rusiya futbolçusu. Rusiya idman ustası, "Anji" klubunun vitse-prezidenti və oyunçusu. Dağıstan futbolunun yetirməsi. Semyon Valyavski onun ilk məşqçisi olmuşdur. Professional oyunçu karyerasına 2000-ci ildə ikinci liqanın "yuq" zonasının "Dinamo Mahaçqala" klubunda başladı. Klubda keçirdiyi beş il ərzində 165 oyuna çıxdı və 93 qol müəllifi oldu. Klub ilə birlikdə 200 -cü ildə ölkənin birinci divizionunda oynamaq hüququnu qazandı və eyni zamanda rəqib qapısına 31 qol vuraraq mövsümün ən yaxşı bombardiri oldu. 2005-ci ildə "Dinamo"nu tərk edərək, "Ximki" adlı moskvaətrafı klubu ilə müqavilə imzaladı, orada bir mövsüm ərzində cəmi doqquz oyuna çıxdı və 4 qol vurmağı bacardı. Növbəti mövsüm, klubun baş məşqçisi Pavel Yakovenkonun dəvəti ilə "Kuban Krasnodar"ın heyətinə qatıldı və yarımil ərzində 20 matçda 18 qol vuraraq birinci divizionun bombardirləri siyahısına başçılıq etdi.
Şamil Atabəy
Şamil Atabəy 5.5.1925-20.11.1975 “Azərbaycan” jurnalında mətbu fəaliyyəti ilə məşğul olan legionerlərdən Şamil Atabəyin də adını çəkir. Şamil Atabəy yazılarında əsasən Stalin rejiminin tənqidi ilə məşğul olub. Özünün “Kommunistlərin “ideoloji işləri” məqaləsində isə göstərirdi ki, “Pravda” qəzetinin hər bir baş məqaləsi insanın şəxsiyyətini öldürən, insan vicdanına ləkə yaxan, insanı Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli vasitədir”.
Şamil Ayrım
Şamil Ayrım (1950, Duzluca, İğdır ili) — Türkiyə siyasətçisi. Əslən azərbaycanlıdır. İstanbul Texniki Universiteti Mexanika Fakültəsini gəmiqayırma və mexanika mühəndisi ixtisası ilə bitirib. Türkiyə Gəmi Sənayesi MMC baş müdirliyi və İdarə Heyəti başçılığı, Dəniz Nəqliyyat MMC baş müdir müşaviri, TBMM XX çağırış İğdır, XXI çağırış İstanbul millət vəkili olmuşdur. Evli və iki uşaq atasıdır. İbrahim bəy Cahangirzadə ata tərəfdən nənəsinin dayısıdır.
Şamil Ağayev
Şamil Bababəy
Şamil Babayev
Şamil Basayev
Şamil Basayev (14 yanvar 1965[…] – 10 iyul 2006[…], İnquşetiya[…]) — Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. Şamil Basayev 1965-ci il yanvarın 14-də Çeçenistanın Vedeno kəndində anadan olub. Basayevin ailəsi 1944-cü ildə Stalinin sərəncamıyla Qazaxıstana və Sibirə sürgün edilən 800 min çeçen ailəsindən biri olub. Xruşşovun hakimiyyətə gəlişindən sonra 1957-ci ildə sürgündəki çeçenlər öz torpaqlarına qayıdırlar. Şamil 1982-ci ildə orta məktəbi bitirdikdən sonra iki il sovet ordusunda xidmət edir. Xidməti başa vurduqdan sonra Volqoqradda, Moskvada mühəndis kimi çalışır. Şamil Basayev sonralar verdiyi açıqlamasında inqilabçı ruhunun formalaşmasında Çe Qevara amilinin rol oynadığını qeyd edir. Moskvadakı otağında Çenin böyük portretini yapışdırdığını da sözlərinə əlavə edir. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Cövhər Dudayev Çeçenistanda prezident seçilir. Dudayev prezident seçilən kimi Çeçenistanın müstəqilliyini elan edir.
Şamil Cabbarov
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).
Şamil Cəfərov
Cəfərov Şamil Talıb oğlu (10 aprel 1929, Gəncə, Gəncə dairəsi – 23 yanvar 1990, Bakı) — Azərbaycan SSR-nın əməkdar mühəndisi, neftçi, konstruktor, neft quyularının ayrılıq istismarının təsisçisi və banisi, neft sənayesində 45-dən artıq ixtiranın müəllif və həmmüəllifi, "Soyuzneftemash" Ümumittifaq Sənaye Birliyinın baş direktoru, "Neftmaş" Xüsusi Konstruktor Bürosunun yaradıcısı və daimi rəhbəri. Cəfərov Şamil Talıb oğlu 1929-cu il 10 aprel tarixində Gəncədə sadə zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini 1937-ci ildə Bakıdakı 32 saylı məktəbdə almış, 1941-ci ildən isə Gəncə şəhərinin 7 saylı məktəbində davam etdirmişdir. 1944-cü ildə Bakı Enerji Maşınqayırma Texnikumunun maşınqayırma bölməsinə daxil olub oranı 1948-ci ildə bitirmişdir. Həmin il maşınqayırma texnologiyası ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft Akademiyası) neft-mexanikası fakültəsində təhsil almışdır. 1950-ci ildə Azərbaycan Politexnik İnstitutuna köçürüləndən bir il sonra neft hasilatı üzrə Azərbaycan elmi-tədqiqat institutunda mühəndis kimi işləməyə başlamışdır. 1953-cü ildə institutu bitirərək Cəfərov həyatını Azərbaycanın neft mühəndisliyinə həsr edir. 1951–1955-ci illərdə Cəfərov Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda işləmişdir. 1952–1957-ci illərdə təhsillə işi birləşdirərək, Azərbaycan Neft Hasilatı Elmi-Tədqiqat İnstitutuna Firudin Axundovun ("Azərbaycanlı Edison") təkliflərini həyata keçirən laboratoriyaya işə qəbul edilmişdir. 1955–1966-cı illər ərzində Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda sıravi mühəndis kimi işə başlayıb institutun elmi işlər üzrə direktorun müavini vəzifəsinə yüksəlmişdir.
Şamil Cəmşidov
Şamil Allahverdi oğlu Cəmşidov(5 may 1920, Ağcabədi, Şuşa qəzası – 8 dekabr 2008) — şərqşünas-filoloq, Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Əmək və müharibə veteranı, Atatürk adına Türkiyə Böyük Tarix-Dil qurumunun fəxri üzvü Şamil Allahverdi oğlu 5 may 1920-ci ildə Ağcabədi rayonunda anadan olub. Ali təhsil aldıqdan sonra əsas əmək fəaliyyətinə müəllimliyə başlamış, Ağdam İnstitutunda baş müəllim (1949–1953), Ağcabədi Şəhər Xəlfərəddin orta məktəbində dil-ədəbiyyat və məntiq-psixologiya müəllimi vəzifəsində işləmişdir. 1954-cü ildə Respublika Akademiyasının Əlyazmalar fonduna (indiki M. Füzuli adına Əlyazmalar İnstitutu) elmi işə dəvət olunmuşdur. Akademiyada işlədiyi yarıməsrlik əmək fəaliyyəti dövründə Əlyazmalar Xəzinəsinin zənginləşməsi, təbliği, azəsi türk dilinin mənşəi və Azərbaycan ədəbiyyatının bir sıra problem məsələlərinin həllində böyük xidmətləri olmuşdur. Şerimizdə müasir təhsilin vəziyyəti, Azərbaycan zəmində türk dilinin qədimliyi, M. Füzulinin, Vaqifin, Vidadinin və Çəmənzəminlinin həyat və yaradıcılığına mühüm yeniliklər gətirmişdir. Alimin ən mühüm elmi fəaliyyəti Azərbaycan yazılı dastan abidələrinin və birinci növbədə "Kitabi-Dədə Qorqud"un tarixi tədqiqinə həsr olunmuş, bu sahədəki elmi nailiyyətləri, onu dünya türkologiyasında görkəmli Qorqudşünas kimi tanıtmışdır. 1."Kitabi-Dədə Qorqud"u vərəqləyərkən (monoqrafiya). Bakı, Gənclik, 1969, 100s. 2. "Kitabi-Dədə Qorqud".
Şamil Dəlidağ
Əsgərov Şamil Səlim oğlu və ya təxəllüsü ilə Şamil Dəlidağ (sentyabr 1929, Ağcakənd, Kəlbəcər rayonu – 20 aprel 2005, Bakı) — SSRİ və Azərbaycan riyaziyyatçı, şairi, dilçisi, tərcüməçisi, publisisti, folklorşünası, muzeyşünası. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər namizədi (1969), Əməkdar mədəniyyət işçisi (1991) olmuşdur. Şamil Əsgərov 1929-cü ilin sentyabr ayında Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuşdur. O, kürd mənşəlidir. Atası Səlim Ələsgər oğlu Məmmədov (1900–1976) kolxozda çoban, ferma müdiri, kənd məktəbində təsərrufat işləri üzrə direktor müavini işləmişdir. Kəlbəcər rayonunda ilk dəfə "Əməkdə fərqlənməyə görə" medalı ona verilmişdir. Şamil Əsgərov orta məktəbin 7-ci sinfini Ağcakənddə bitirmiş, İkinci Dünya müharibəsi illərində məktəbdə xadim və kolxozda çoban işləmişdir. O, 1945-ci ildə Kəlbəcər qəsəbə orta məktəbinə daxil olmuş və 1948-ci ildə orta məktəbi qurtarmışdır. Əsgərov məktəbdə oxuduğu zaman məktəb komsomol təşkilatı katibi və rayon komsomol komitəsinin büro üzvü seçilmiş, həmçinin bir müddət çobanlıq etmiş və məktəbdə fəhlə işləmişdir. O, 1948–1950-ci illərdə Ağdamda ikiillik Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almışdır.
Şamil Dəmirçiyev
Şamil Mahmud oğlu Dəmirçiyev (9 may 1940, Aşağı Qoşakilsə, Lüksemburq rayonu – 11 iyun 2002, Bakı) — teatr aktyoru, Ermənistan SSR əməkdar artisti (1978). Borçalı mahalın Aşağı Qoşakilsə kəndində anadan olub. 1962-ci ildə Bakı kıtabxanaçılıq Texnikumunu bitirib və Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrında teatrda işlədiyi 1967–1988-ci illər ərzində Şamil Mahmud oğlu Dəmirçiyev onun səhnəsində Əbdüləli bəy, İmamyar, Aydın ("Aydın", "Sevil" və "Yaşar", Cəfər Cabbarlı), Paratov ("Cehizsiz qız", Aleksandr Ostrovski), Kebot ("Qarağaclar altında məhəbbət", Yucin O'Nil), Fransız Kralı ("Axırı xeyir olsun", Vilyam Şekspir), Cığatay ("Ömür gözləyir bizi", Nahid Hacızadə), Nəriman Nərimanov ("İmzalar içində", Nəriman Həsənzadə), Məşədi İbad ("O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Kərəmov ("Toy", Sabit Rəhman), Hans Kifer ("Ulduzdan düşmüş adam", Karl Vitlinger), Qoşun ("Toy kimindir?, dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov), Rəşad ("İkinci səs", Bəxtiyar Vahabzadə), Pantalone ("İki ağanın bir nökəri", Karlo Haldoni), Bəhram Zeynallı ("Şəhərin yay günləri", Anar) obrazlarını ifa edib. 1988-ci ildə İrəvan teatrı köçkün həyatına başladığı üçün Şamil Dəmirçiyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyor truppasına daxil olub bir çox rollar oynamışdır. Arada "Bəşir" miniatür teatrında işləyib. 1978-ci ildə Ermənistan SSRİ-nın əməkdar artisti fəxri adına layiq görülüb. Bakıda 2002-ci ildə iyulda "Məsmə xala dayımdır" tamaşasının meqındə öz rolun oynayıb qrim otağına gedib və ordaca urəktutmasından vəfat edib. Bağdada putyovka var...
Şeyx Şamil
Şeyx Şamil (avar. Имам Шамиль; 26 iyun (7 iyul) 1797, Gimri – 4 fevral 1871, Mədinə, Həbəşistan əyaləti) — Qafqaz dağlılarının rəhbəri, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin — Şimali Qafqaz imamlığının imamı kimi tanınmışdır. Qafqaz xalqlarının milli qəhrəmanı. Milliyyətcə — Avardır. Şamilin atası avar dəmirçi Denqav-Məhəmməd, anası isə avar bəyi Pirbudağın qızı Baxu Meseddir. Mariya Çiçaqovanın dediyinə görə, Şamilin ata xətti ilə ulu babası Əmirxan "Qafqazda böyük nüfuza malik tanınmış bir qumuq imiş".Şamil 26 iyun (7 iyul) 1797-ci il tarixində ― müsəlman təqvimi ilə ilin başladığı gün, məhərrəm ayının 1-də Avar Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona əvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən") adını verdilər. Oğlana babasının şərəfinə Əli adı qoymuşdular. Uşaq ikən, o, arıq və zəif idi, tez-tez xəstələnirdi.
Əli Şamil
Əli Şamil (Əli Hüseyn oğlu Şamilov; 5 iyun 1948, İnəkdağı, Basarkeçər rayonu) — Azərbaycan folklorşünası, publisist. AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri. Əli Şamil 1948-ci il iyun ayının 5-də Ermənistan SSR-in Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olub. Ailəsi Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir) rayonunun Qapanlı kəndində yaşadığından 1954–57-ci illərdə oradakı yeddi illik məktəbdə, 1957–62-ci illərdə İnəkdağ kənd səkkiz illik məktəbdə, 1962–1963-cü illərdə Böyük Məzrə kənd orta məktəbinin doqquzuncu sinfində, 1963–65-ci illərdə Zod kənd orta məktəbində oxuyub. 1965–1973-ci illərdə Sumqayıt şəhərindəki zavodlarda fəhlə işləmişdir. 1968–73-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində əyani oxumuşdur. Tələbə elmi konfranslarında fəal iştirak etmiş və Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, universitet Tələbə Elmi Cəmiyyəti sədrinin müavini seçilmişdir. 1973-cü ildə təyinatla Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, Naxçıvan MSSR Nazirlər Sovetinin və Sov.İKP Naxçıvan Vilayət Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetində işləməyə göndərilmişdir. 1973-cü ilin dekabrında jurnalistika fakültəsinin məzunu Əzizə Ağaəli qızı Şamilova (Hüseyinova) ilə ailə qurub. Tələbəlik illərində gizli dərnəklərin üzvü olmuşdur.
Şamil Rzayev
Şamil Rzayev (1988, Bakı) — Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun stomatologiya şöbəsinin müdiri. Şamil Rzayev 1988-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Yasamal rayonunun 175 saylı məktəbində alıb. 2004-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olub. 2010–2011-ci illərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib. Evlidir. 2 övladı var. Hazırda həkim-stomatoloq kimi Dental Arts Studio klinikasının baş həkimidir. Həmçinin "A-qrup" sığorta şirkətində həkim ekspert vəzifəsini icra edir. Hazırda Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun stomatologiya şöbəsinin müdiridir.
Şamil Əfəndiyev
Şamil Əfəndiyev (13 oktyabr 1972) — 1994-cü ildə Rusiyanı, 1997–2000-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. Şamil Əfəndiyev 1994-cü ildə Rusiya Çempionatında mübarizə apardı və turniri gümüş medalla başa vurdu. 1997-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən Şamil Əfəndiyev 1997-ci ildə Rusiyada Dünya Çempionatını 7-ci, 1998-ci ildə İranda Dünya Çempionatını isə 11-ci pillədə başa vurdu. 1998-ci ildə Belarusda Avropa Çempionatında 8-ci pillənin sahibi olan Şamil Əfəndiyev 2000-ci ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatı zamanı bürünc medal uğrunda görüşdə məğlub oldu və turniri dördüncü pillədə başa vurdu. Şamil Əfəndiyev Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. -63 Kq. turnirində çıxış edən Şamil Əfəndiyev qrup mərhələsinin birinci görüşündə Slovakiya nümayəndəsi Stefan Fernya ilə üz-üzə gəldi. Həmin görüşdə Şamil Əfəndiyev rəqibi üzərində 6:1 hesabı ilə qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Yeni Zelandiya nümayəndəsi Musa İlhan oldu. Bu görüşdə də Şamil Əfəndiyev rəqibi üzərində qələbə qazandı (10:0).
Şamil Zubairov
Şamil Zubairov,hazirda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan azərbaycanlı sərbəst güləşçidir. 2018-ci ildə Zubairov U23 səviyyəsində Dünya və Avropa çempionu oldu. 2019-cu ildə o, bir daha U23 Avropa çempionatında medal qazandı.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Sarıl
Sarıl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Vagil
Vagil — Rusiyada çay, Sverdlovsk vilayəti ərazisində axır. Çayın mənbəsi Tavda çayının sol sahilindən 650 kilometr məsafədədir. Çayın uzunluğu — 117 kilometr, üst sahəsi — 3830 km²-dir. Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 11. Средний Урал и Приуралье. Вып. 2. Тобол/ Под ред. В. В. Николаенко.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır. İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı.
Sigil
Sigil və ya Sigilla (lat. sigillum - möhür sözündən) — magiya gücünə malik simvol (və ya bir neçə konkret simvol və ya həndəsi fiqurun kombinasiyası. Sigillər, ruh və ya demonların çağırılması, idarə edilməsi üçün maqlar, əlkimyaçılar və digər "orta əsr alimləri" tərəfindən aktiv istifadə olunurdu. Buna görə də, sigillər, adlar və magiya formulaları kimi, qrimuarlarda böyük rol oynayırdı. Ən məşhur sigillər, orta əsrlərə aid magiya və əlkimya kitablarında (əsasən demonologiyaya aid kitablarda) təqdim olunmuşdur: "Solomonun kiçik açarı", "Moiseyin, VI və VII kitablarının möhürləri", "Ağ və Qara Magiya sigilləri" və sair. Ən məşhur sigil Pentaqrammadır. Həmçinin, sigillər müxtəlif cəmiyyətlərin emblemi kimi də istifadə edilirdi.
Aqil
Aqil — kişi adı. Aqil Məcidov — Aqil Məlikov — Aqil Məmmədov Aqil Məmmədov (hərbçi) — Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. Aqil Məmmədov (siyasətçi) — deputat, sabiq icra başçısı. Aqil Məmmədov (futbolçu, 1972) — Azərbaycan futbolçusu. Aqil Məmmədov (futbolçu, 1989) — Azərbaycan futbolçusu. Aqil Abbas — Aqil Musayev — Aqil Həsənov — Aqil Salyayev — Aqil Mirzəliyev — Aqil Quliyev Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi iştirakçısı. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. Aqil M. Quliyev — Azərbaycan aktyoru, rejissoru, ssenari müəllifi və klipmeykeri.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mark Şaqal
Mark Şaqal (rus. Шагал, Марк Захарович; ivr. ‏מאַרק זאַהאַראָוויטש שאַגאַל‏‎) — yəhudi əsilli belarus və fransız rəssamı. Müasir impressionizm cərəyanının öncüllərindən biri. == Həyatı == Mark Şaqal, yəhudi bir ailənin doqquz övladının ən böyüyü olaraq Belarusun Vitebsk şəhəri yaxınlığında yerləşən Lionzo kəndində dünyaya gəlmişdir. Atası Zaxar Şaqal siyənək balığının ticarəti ilə məşğul olurdu. Anası isə Feige İte adlı yəhudi qadın idi. Rəssamın tablolarından da hiss olunduğu kimi Şaqal qayğısız bir uşaqlıq dövrü keçirmişdir. Şaqalın uşaqlıq dövrünün keçdiyi Pokrovskaya küçəsində yerləşən evi muzeyə çevrilmişdir. 1906-cı ildə bölgənin tanınmış rəssamlarından olan Yehuda Penin yanında dərslər almağa başlamışdır.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Nijni Tagil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Raqil İsmayılov
Sabil (Tikantəpə)
Sabil (fars. ‎سبيل‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (171 ailə).
Sagid Murtazaliev
Sagid Murtazaliev( ing. Sagid Murtazaliev;11 mart 1974, Mahaçqala)—Sagid Maqomedoviç Murtazaliev (rus. Sagid Magomedovich Murtazaliev; Avar: SagIid MagIamedovich MurtazgIaliev; 11 mart 1974 -cü il təvəllüdlü) - rus sərbəst güləşçisidir. Murtazaliev Avarın Dağıstanın Mahaçqala şəhərində anadan olub. 1999-cu il FILA Dünya Çempionatında və 2000-ci il Yay Olimpiya Oyunlarında ağır çəkidə qızıl medal qazandı. Murtazaliev 1996 -cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Ukraynanı, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında Rusiyanı təmsil etdi və burada kişilər arasında 97 kq sərbəst yarışlarda qızıl qazandı. 2013-cü ildə güləşi Yay Olimpiya proqramından qısaca çıxarmaq üçün verdiyi səsə etiraz olaraq IOC medalını qaytardı 2001 -ci ildə Murtazalievin Kızlyardakı evinin yaxınlığında bir bomba aşkar edildi.. Xeyriyyə fondu Saqid Murtazəliyevin adını daşıyır. 12 aprel 2010 -cu ildə əvvəllər Kızlyar rayonuna rəhbərlik edən Murtazaliev Rusiya Pensiya Fondunun Dağıstan şöbəsinin müdiri oldu. Murtazaliev Vahid Rusiya partiyasından Dağıstan Respublikası Qanunverici Məclisinin üzvü idi.
Sahil (ad)
Sahil — şəxs adı və təxəllüs. Sahil Qasımov — Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Məmmədov Sahil Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (şəhid) — 2016-cı ildə şəhid olmuş əsgər.
Sahil (coğrafiya)
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Aşağı Daşağıl
Aşağı Daşağıl — Azərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Daşağıl Şəki rayonunun Aydınbulaq inzibati ərazi vahidində kənd. Dəhnə çayının sahilində, çökəklikdədir. Mənbələrin verdiyi məlumatdan və tədqiqatçıların yazılarından məlum olur ki, bu kənd Şəki rayonundakı Bucaq kəndinin yaxınlığında yerləşdiyinə görə keçmışdə Bucaq Daşağıl, bir müddət Qışlaq Daşağıl da adlandırılmışdır. XIX əsrdə Daşağıl kəndindən çıxmış bir qrup ailə kəndin yaxınlığında yeni yaşayış məntəqəsi - Aşağı Daşağıl yaratmışlar. Əvvəlki kənd isə indi olduğu kimi, Baş Daşağıl adlandırılmışdır. Oykonimin ikinci komponenti daş və ağıl (qoyun saxlanan yer; tövlə) sözlərindən ibarətdir. Həqiqətən də, kəndin ərazisində iki təbii mağara və bir qayaaltı daş mağara vardır. == Əhalisi == Kəndin əhalisi 584 nəfər təşkil edir ki, onun da 296 nəfəri kişi, 288 nəfəri isə qadındır. ləzgilər.
Aşağı Bavil (Üskü)
Aşağı Bavil (fars. باويل سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.502 nəfər yaşayır (475 ailə).
Aşağı Daşağıl bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.