Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şan
Şan (alm. Schaan‎) – Lixtenşteynin ən iri yaşayış məntəqəsi. Ölkənin paytaxtı Vadus şəhərinin yaxınlığında, mərkəzində yerləşir. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 5767 nəfər, sahəsi isə 26,921 km²-dir. Rəsmi kodu 7005, poçt indeksi 9494. Cənubdan paytaxt Vadusla, şərqdən Trizenberq və Plangen, şimaldandan isə Eşen və Qamprin şəhərləri ilə sərhədlənir. Qərbdən isə İsveçrə ilə həmsərhəddir. Şərq hissədə "Üç bacı" sıra dağları ucalır.
Lyu Şan
Lyu Şan (çin. ənən. 劉禪, sadə. 刘禅, pinyin: Líu Shàn), (207—271), digər adı Qunsı (çin. ənən. 公嗣), həmçinin Şençji (çin. ənən. 升之) — Çin ərazisində Üç çarlıq dövründə Şu çarlığının ikinci və sonuncu hökmdarı.
Sen-Şan
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Tyan-Şan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Şan-şuy
'Şan-şuy' (Çin dilində:山水 hərbi mənası «dağlar-sular») - Çində dünyanın kişi və qadın başlanğıcının (in-yan) simvolu kimi, dağların və suların, sarkal elementlərin təsvirlərinin kompozisiyasından ibarət peyzaj rəsmləri. Bu rəsmlərin çəkilməsində mineral boyalardan və qara tuşdan istifadə olunur, təsvirlər kalliqrafik yazılarla müşayət olunurdu . Bu janr eramızın əvvəllərində meydana çıxmış, X-XIII əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmışdır. (Pəssamlar Qo Si , Li Tan, Ma Yuan). Şan-şuy öz ənənəvi mahiyyətini bizim günlərə qədər qoruyub saxlamışdır. Çjan Tszitsyan (550-617) U Dao-tszi (685-758) Tszin Xao (870-915) Quan Tun (870-960) Dun Yuan (? -962) Xuan Tsyuan (900-965) Tszuy-jan (X əsr) Fan Kuan (990—1020) Tsuy Bo (1050—1074) Li Qun-lin (1049—1106) Mi Fu (1051—1107) Van Simen (1096—1119) Sya Quy (1180 — 1230) Çjao Menfu (1254—1322) U Çjen (1280—1354) Xuan Qunvan (1269—1356) Van Men (1308—1385) Li Tszay (?—1431) Day Tszin (1388—1462) Tan In (1470—1524) Ven Çjenmin (1470—1559) Çen Çun (1482—1544) Dun Tsiçan (1555—1636) Lan In (1585—1666) Van Şi-min (1592—1680) Виноградова Н. А. Китайская пейзажная живопись. — М.: Изобразительное искусство, 1972 Го Жо Сюй. Записки о живописи: что видел и слышал. — М.: Наука, 1978.
Şan (Myanma)
Şan və ya Şan əyaləti — Myanmada yerləşən əyalət. Şan əyaləti şimaldan Çin, şərqdən Laos, cənubdan Tayland və qərbdən Myanmanın 5 inzibati ərazi ilə sərhəddir.
Şan (dəqiqləşdirmə)
Şan — Lixtenşteynin ən iri yaşayış məntəqəsi. Şan həmçinin bu mənalara gələ bilər: Şan (Myanma) — Myanmada əyalət Şanlar — Cənub-Şərqi Asiyada yaşayan etnik qrup Şan dili — Şan xalqının doğma dili Arı şanı — arı məhsulu.
Şan dövləti
Şan dövləti — indiki Myanma ərazisində tarixi dövlət. Myanmada yaşayan xalqlardan olan şanların ilk dövləti (mərkəzi Muanmau). VII əsrdə yaranmış, XIV–XV əsrlərə yaxın ərazisi xeyli genişlənmişdi. XV əsrdən sonra tənəzzül etmiş və 30 feodal knyazlıqa parçalanmışdı. Myanma 1948-ci ildə istiqlaliyyət qazandıqdan sonra Myanma İttifaqının tərkibindədir. 1974-cü il konstitusiyasına əsasən Şan milli vilayəti yaradılmışdır.
Şan sülaləsi
Şan sülaləsi — e.ə. 1554 və e.ə. 1046-cı illər arasında mövcud olmuş Çin səltənəti. XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı. Lakin Xenan əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu sülalənin mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-qen hökmdarının hakimiyyəti zamanı (E.ə. 1401 - E.ə. 1374-cü illər) Xuanxedən cənuba uzanan və tez-tez daşqınlara məruz qalan rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun gəlirdi. O dövrlər paytaxtın yeni ərazisi İn adlanırdı. Bu səbəbdən də Şan sülaləsi Çin tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı.
Şan ştatı
Şan ştatı — Myanmada yerləşən ştat. Şan ştatı şimaldan Çin, şərqdən Laos, cənubdan Tayland və qərbdən Myanmanın 5 inzibati ərazi ilə həmsərhəddir.
Tyan Şan dağları
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Şan-Çi və on halqa əfsanəsi
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Şan-Çi və on halqa əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şan-Çi və on üzük əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Çan Van Çan
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918 – 20 aprel 1996, Hoşimin) — Vyetnam hərbi xadimi. O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur. Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir. 1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir. Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
Şah xan
Şah xan (?-1570) — Turfan dairəsinin hakimi, Mənsur xanın oğlu. Mənsur xan Sultan Əhməd xan oğlu 1542-ci ildə oğlu Şah xanı vəliəhd elan edib, Moğolustanı ona buraxdı. Əllərində ancaq Turfan dairəsi qalmışdı.Tarixçi Şah Mahmud ibn Fazil Çuras qeyd edir ki, "Şah xan cəsur, mərd, qorxmaz bir şəxsiyyət idi. Onun sərtliyi və qəddarlığı da vardı". Az bir günaha görə oğlu Türay sultanın qətlinə fərman vermişdi. 1570-ci ildə Aksu şəhərini tutub, oranın hakimi Məhəmməd oğlanı əsir tutdu. Yalnız yarım ildən sonra Məmləkəti-Moğoliyyənin hökmdarı Əbdülkərim xanın xahişi ilə buraxdı. Elə həmin ildə oyratların üzərinə yürüş etdi. Döyüş zamanı canını fəda etdi. Şah Mahmud ibn Fazil Çuras, Xronika, Moskva, "Nauka", 1976.
Tan Çi Yan
Yan Son-Man
Yan Son-Man (17 avqust 1985) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. Yan Son-Man Şimali Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Yan Son-Man Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Yan van Eyk
Yan van Eyk (nid. Jan van Eyck; təq. 1390[…] – 9 iyul 1441 və ya 9 iyun 1441, Brügge) — erkən intibah dövründə fəaliyyət göstərmiş flamand rəssamı, portret ustadı, dini mövzuda yüzdən artıq əsərin müəllifidir. Qardaşı və müəllimi rəssam Hubert ban Eyk (1370—1426) olmuşdur.
Çıonq Tan Şanq
Truong Tan Sang (21 yanvar 1949) — Vyetnam Sosialist Respublikasının yeddinci prezidentidir. O, 25 İyul 2011-ci ildə seçilmişdir. Baş nazir hökumət işləri idarə edir, çünki Prezident Vyetnam siyasətdə təntənəli edir. O, 1996-2000-dən Hochiminh şəhər Kommunist Partiyasının lideri oldu.
Çan Van Hıonq
Çan Van Hıonq (vyet. Trần Văn Hương, tı-nom 陳文香) (1902, Vinlonq[d] – 27 yanvar 1982, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, Vyetnam Respublikasının prezidenti və baş naziri. İki dəfə Sayqonun meri seçilmişdir. 1960-cı ildə Nqo Din Zyemin prezidentliyi dövründə dövlət başçısını tənqid edən Karavel Manifestini imzaladığına görə həbs olunmuşdur. Bununla belə, o, prezident Nqonun öldürülməsi nəticəsində çevrilişin iştirakçılarını da tənqid edərək, bunu həyata keçirən generalların heç bir istedadı, mənəvi keyfiyyətləri və siyasi dəstəyi olmadığını qeyd etmişdir. 1965-ci ildə ABŞ-nin təzyiqi ilə prezident Nquyen Khan Ali Milli Şuranı çağırmış, burada Hıonq Vyetnam Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilmişdir. Bu zaman Sayqon və Vaşinqton Şimali Vyetnama qarşı genişmiqyaslı bombardman kampaniyası planlaşdırırdılar, lakin bu, cənubda sabitlik tələb edirdi. 1965-ci ilin yanvarında hökumət hərbi xidmətə çağırış müddətini uzatmış və bu, tələbələr və buddistlər arasında kütləvi etirazlara səbəb olmuşdu. Nəticədə hökumət könüllü olaraq istefa vermiş və hakimiyyəti Fan Hui Kuatın başçılıq etdiyi kabinetə vermişdir. O, 1967-ci il prezident seçkilərində 10% səs toplamışdır.
Jan-Klod Van Damm
Jan-Klod Van Damm (ing. Jean-Claude van Damme; 18 oktyabr 1960, Berkem-Sent-Aqat[d]) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur. Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur. Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi. 10 yaşından başlayaraq karateyə gedir. Stilləri Shōtōkan Karate və Kikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır. 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.
Yan Van-der-Vaals
Yan Van-der-Vaals (nid. Johannes Diderik van der Waals; 23 noyabr 1837[…], Leyden – 8 mart 1923[…], Amsterdam) – "Qazların və mayelərin vəziyyət tənliyi üzrə tədqiqatlarına görə" 1910-cu ildə Fizika üzrə Nobel mükafatını qazanmış niderlandlı nəzəri fizik. Yan Van-der-Vaals 23 noyabr 1827-də Hollandiyanın Leyden şəhərində anadan olub. Yakob Van-der-Vaals və Elizabet Van-den-Berqin 10 övladının böyüyü idi. Atası ixtisasca dülgər idi. Bir qayda olaraq, XIX əsrdə fəhlə ailələrinin uşaqları orta məktəbi bitirənmirdilər və uyğun olaraq, Universitetdə oxumalarına belə icazə verilmirdi. Bunun əvəzinə, o, "Qabaqcıl İbtidai Təhsil Məktəbi"ndə təhsil aldı və 15 yaşında həmin məktəbi bitirdi. Sonra ibtidai məktəbdə müəllim stajyeri oldu.1856–1861-ci illərdə kurslara qatıldı və ibtidai sinif müəllimi və baş müəllim olmaq üçün lazımi kvalifikasiyalara yiyələndi. 1862-ci ildə Leyden Universitetində riyaziyyat, fizika və astronomiya mövzusunda keçirilən mühazirələrə qatılmağa başladı. 1863-cü ildə Alman hökuməti yeni tipli məktəblər (HBS) açdı.
Yan Yosten van Lodensteyn
Yan Yosten van Lodensteyn (nid. Jan Joosten van Lodensteyn; 1556, Delft, Hollandiya qraflığı – 1623, Cənubi Çin dənizi) və ya yapon dilindəki adı ilə Yayosu (耶楊子) – Yaponiyaya gəlmiş ilk hollandlardan biri. Yan Yosten van Lodensteyn 1556-cı ildə Hollandiyanın Delft şəhərində doğulmuşdur. O, 1600-cü ildə ikinci şturman kimi Niderlanda məxsus "Liefde" gəmisi ilə birlikdə səyahətə çıxmışdır. Gəmi yolda zədəli vəziyyətə düşmüş, Sakit okeanı keçərək Yaponiyanın Kyuşu adasına çatmışdır. Yan Yosten, ingilis şturman Vilyam Adams və digər sağ qalanlar Tokuqava İeyasu tərəfindən qarşılanmışdır. O və Vilyam Adams İeyasunun məsləhətçiləri və dostları olmuşdurlar. Yan Yostenə İeyasu tərəfindən Edo ərazisində iqamətgah bağışlanmış, daha sonra yapon qadınla ailə həyatı qurmuşdur. Ona xarici ticarətlə məşğul olma icazəsi verilmiş, Hiradoda holland fabrikinin qurulmasından sonra holland tacirlərlə şoqunluq arasında əlaqələndirici şəxs olmuşdur. Yan Yosten Niderlanda qayıtmaq ümidi ilə Yaponiyadan ayrılmış və Yava adasında yerləşən Bataviya şəhərinə çatmışdır.
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Jan Jan
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Şah Abbas Sani
II Şah Abbas və ya Sultan Məhəmməd Mirzə (30 avqust 1632, Qəzvin – 26 oktyabr 1666, Damğan) — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır. Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir.
San-Xose
San-Xose (Kaliforniya) —
San-İsidro
San-İsidro (isp. San Isidro) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 11,7 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1874 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 40 km uzaqlıqda yerləşir.
San Ambrosio
San Ambrosio (isp. Isla de San Ambrosio) — Sakit okeanda yerləşən vulkanik ada. San Feliks adası ilə birlikdə Desventudares adalrı qrupuna daxildir. Çili sahilindən 850 km məsafədə yerləşir. Adanın sahəsi 2,2 km², uzunluğu — 3,5 km, eni — 1,5 km-dir. Adanın maksimal hündürlüyü 479 metrdir. Ada 8 noyabr 1574-ci ildə Xuan Fernandes tərəfindən kəşf edilmişdir. İnzibati baxımından Çilinin Valarparasio əyalətə, eyni adlı vilayətə daxildir. Barros, Álvaro, basado en un guion de Sergio Nuño: «La tierra en que vivimos» (Chile a color). Editorial Antártica S.A., Santiago de Chile, 1984.
San Andreas
San-Andreas — Kaliforniyanın Kalaveras qraflığının mərkəzi
San Andres
San Andres (isp. San Andrés) — Kolumbiyanın şəhərlərindən biri, San Andres və Providensiya departamentinin inzibati mərkəzi. Şəhər, Karib dənizinin cənub-qərb hissəsində, Nikaraqua sahilinin yaxınlığında, ölkənin paytaxtı Boqota şəhərindən təxminən 1203 kilometr şimal-qərbindəki məsafədə yerləşən adasının şimal hissəsində yerləşir. Mütləq yüksəkliyi, dəniz səviyyəsindən 0 metr yüksəklikdədir. Şəhərin sahəsi 26 km² dir. Kolumbiya Milli Statistikasına əsasən 2012-ci ildə şəhərdə ümumi əhali 69.463 nəfər idi. İl ərzində şəhər əhalisinin statistik göstəricisi: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, şəhər əhalisinin 51,2% -i kişilər, qadınlar isə müvafiq olaraq 48,8% olmuşdur. Əhalinin etnik tərkibində, təxminən 40% Risalzlardır.
San Ciminyano
San Ciminyano (it. San Gimignano) — İtaliyanın Toskana regionunda şəhər.
San Dieqo
San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993 nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır. Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır. Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur.
San Diyego
San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993 nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır. Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır. Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur.
San Diyeqo
San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993 nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır. Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır. Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur.
San Feliks
San Feliks (isp. Isla San Félix) — Sakit okeanda yerləşən vulkanik ada. San Ambrosio adası ilə birlikdə Desventudares adaları qrupuna daxildir. Çili sahilindən 850 km məsafədə yerləşir. Adanın sahəsi 1.4 km², uzunluğu — 2,5 km-dir. Adanın daxili hissəsi qabarma zamanı suyun altında qalır. Adanın maksimal hündürlüyü 183479 metrdir. Adada uçuş-eniş zolağı vardır. Ada noyabr 1574-ci ildə Xuan Fernandes tərəfindən kəşf edilmişdir. İnzibati baxımından Çilinin Valarparasio əyalətə, eyni adlı vilayətə daxildir.
San Fransisko
San Fransisko (ing. San Francisco) — ABŞ-nin Kaliforniya ştatında yerləşən və əhali sayına görə ştatda dördüncü ən böyük şəhərdir. 2015-ci ildəki hesablamalara görə 864.816 sakini olan San Fransisko, eyni zamanda ABŞ-nin 13-cü ən böyük şəhəridir. Şəhər San Fransisko yarımadasının şimalında yerləşir və əhalisinin sıxlığına görə ölkədəki şəhərlər arasında ikinci yeri tutur.
San Kristoforo
San Kristoforo - San-Marino ərazisində yerləşən dağ. Hündürlüyü 529 m-dir. Forentino və Montecardino arasında yerləşir. Torriçella qəsri vardır. Qəsr 1140-ci ildə inşa edilmiş və 1465-ci ildə dağıdılmışdır.
San Marino
San Marino (it. San Marino) və ya rəsmi adı ilə San Marino Respublikası (it. Repubblica di San Marino) — Cənubi Avropada anklav mikrodövlət. San-Marino dörd tərəfdən İtaliya ilə əhatə olunmuşdur. Paytaxtı San Marino, ən böyük şəhəri Doqana, ümumi sahəsi 61.2 kvadrat kilometr, əhalisinin sayı 33.000 (2018) nəfərdir. Dövlət quruluşu parlamentli respublika, dövlət dili italyan dili, pul vahidi avrodur. Burada əsasən kimya sənayesi, xammal, şərab növləri, maşınqayırma və s. inkişaf etmişdir. San Marino ordusu dünyanın ən kiçik ordularından biridir və cəmi 225 əsgəri vardır. Ordunun vəzifəsi sərhədlərin patrul keşiyini çəkmək, hökumət binalarını qorumaq, cinayətkarları tutmaqda polisə kömək etmək və ölkəni müdafiə etməkdir.
Tuğçe San
Tuğçe San (1972, Türkiyə) — türk pop musiqisi müğənnisi.
Şövkət
Şövkət — ad və soyad. Şövkət Ələkbərova — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959). Şövkət Seyidzadə — şairə. Şövkət Yalqun — uyğur futbolçu. Lalə Şövkət — Azərbaycanın Dövlət Katibi (1993 – 1994). Naci Şövkət — İraq siyasətçisi. Dağ Şövkət — Türkiyə rəssamı. Mehmed Şövkət Əfəndi — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi. Mahmud Şövkət Əfəndi — 33.
San Miniato
San Miniato — İtaliyanın Toskana regionunda şəhər.
San Paulo
San Paulu (port. São Paulo) — Braziliyanın Sau Paulu Ştatının paytaxtı, Cənubi Amerikannın ən böyük iqtisadiyat mərkəzidir. Əhalisinin sayına görə Amerika qitəsində birincidir. San-Paulu Braziliyanın ən böyük şəhəridir. San-Paulu şəhərinin əhalisi 12 milyon nəfərdən çoxdur. 1554-cü ildə yezuit rahiblər tərəfindən əsası qoyulan şəhərin adı, Həvari Pavelin şərəfinə qoyulmuşdur.
San Qril
Xristianlıqda mifik köklərə bağlı olan, əbədi həyat bəxş edən İsa peyğəmbərin müqəddəs camı. Cam dedikdə həm də İsa peyğəmbərin müqəddəs nəslinin Mariya Maqdalinadan olan və Fransada yaşayan davamçıları da nəzərdə tutulur. San Qril Arturian ədəbiyyatında mühüm əhəmiyyət kəsb edir. Bəziləri bunu mifik hesab etsə də San Qrilin həqiqətən mövcud olduğuna inananlar da var. Lakin, Leonardo da Vinçinin "Son axşam yeməyi" əsərində San Qril təsvir olunmamışdır. San Qrilin axtarışları Səlib yürüşləri zamanı gizli şəkildə aparılırdı. San Qrilin axtarılması və qorunması məqsədilə Fransa kralı XI əsrdə 5 nəfərdən ibarət Sion Prioratını yaradır. Priorat tərəfindən Tampilyerlər ordeni yaradılır və orden Süleyman peyğəmbərin məbədinin xarabalıqıarından San Qrili və gizli xristian yazılarını taparaq Priorata təhvil verir. Və San Qril Priorat tərəfindən qorunmağa başlayır. Prioratın üzvləri dəyişə-dəyişə müasir dövrə qədər gəlib çıxmışdır.
San Salvador
San Salvador — Salvadorun paytaxtı və ən böyük şəhəri.
İsgəndər Dövlətli
İskəndər Vüqar oğlu Dövlətli (24 sentyabr 1992; Soru, Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. İskəndər Dövlətli 24 sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Hərbi xidmətdən sonra isə ailəsi ilə birgə Sulutəpədə məskunlaşmışdı. Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüşmüş və həlak olmuşdur. İskəndər Dövlətli şəhid olduğu gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat etmişdir. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan İskəndər hərbi xidmət müddəti bitəndə yenidən orduda qalıb və hərbi xidmət müddətini davam etdirib. Kəşfiyyatçı İskəndər xidmətinə görə gizir rütbəsi almışdır. Azərbaycan Ordusunun giziri olan İskəndər Dövlətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İskəndər Dövlətli
İskəndər Vüqar oğlu Dövlətli (24 sentyabr 1992; Soru, Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. İskəndər Dövlətli 24 sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Hərbi xidmətdən sonra isə ailəsi ilə birgə Sulutəpədə məskunlaşmışdı. Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüşmüş və həlak olmuşdur. İskəndər Dövlətli şəhid olduğu gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat etmişdir. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan İskəndər hərbi xidmət müddəti bitəndə yenidən orduda qalıb və hərbi xidmət müddətini davam etdirib. Kəşfiyyatçı İskəndər xidmətinə görə gizir rütbəsi almışdır. Azərbaycan Ordusunun giziri olan İskəndər Dövlətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aliyə Dövlətli
Aliyə Dövlətli (29 sentyabr 2000, Sumqayıt, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. "Sumqayıt" klubunun yarımmüdafiəçisi. "Sumqayıt" klubunun yetirməsidir. 2009-cu ildən 2011-ci ilə qədər uşaq yaş qrupu üzrə, "Sumqayıt" formasını geyinib. 2011-ci ildə, peşəkar futbola başladı. 2013/2014 mövsümündə, "Sumqayıt" klubu ilə, çempionluq əldə etdi. 2014/2015-ci illərdə, çempionluğun ardından 3-cülük əldə etdi. 2016/2017-ci illərdə isə, bu nailiyyət təkrarlandı, yenidən 3-cülük əldə etdi. Çox keçmədən, 2017/2018-ci illər yenə də, "Sumqayıt"la birlikdə çempionluq əldə etdi. 2020/2021-ci il futbol mövsümündə yenidən futbola qayıtdı.
Dağ Şövkət
Dağ Şövkət (1876, Konstantinopol – 1944, İstanbul) — Türkiyə rəssamı. Dağ Şövkət 1876–cı ildə İstanbulda doğulmuşdur. Uzun illər Rumelihisarında yaşamışdır. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.25.
Lalə Şövkət
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir. Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib.
Naci Şövkət
Məhəmməd Naci Şövkət Bəy (1893 - 11 may 1980) — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri. Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində dünyaya gəlmişdir. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idi. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı. Birinci Dünya Müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.
Şövkət Ağayev
Şövkət Bağırova
Bağırova Şövkət Əsəd qızı (1909, Qazax qəzası – 1989, Tovuz rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı, Azərbaycan SSR pambıq ustası. Şövkət Bağırova 1909-cu ildə Yelizavetpol quberniyası, Qazax qəzasının Qovlar kəndində kasıb bir ailədə anadan olmuşdur. Əmək fəaliyyətinə 1931-ci ildə kolxozçu olaraq başlayan Şövkət xanım, 1946-cı ildə manqa rəhbəri, 1952-ci ildən isə Tovuz rayonu Frunze adına kolxozun briqadiri olmuşdur. Tezliklə onun briqadası doğru iş bölgüsü, təcrübədən və müasir texnologiyadan istifadə nəticəsində kolxozda və rayonda öncül briqadalardan birinə çevrildi. Briqada 1947-ci ildə 3 ha-dan hər hektardan 85,36 sentner olmaqla , 1954-cü ildə isə 43 ha-dan hər hektardan 32,6 sentner pambıq toplamışdı. O, 1965-1973-cü illərdə Əlimərdanlı kənd sovetinin sədri, 1973-cü ildən isə ittifaq miqyaslı təqaüdçü olmuşdur. Azərbaycanın sosial ictimai işlərində fəalliq göstərən Şövkət Bağırova 1951-ci ildən Sovet İttifaqı KP-nin üzvü, Azərbaycan SSR Ali Sovetinin IV və V çağırış deputatı olmuşdur. Azərbaycan KP-nın 25-ci qurultayında nümayəndə kimi çıxış etmiş və burada KP-nın Mərkəzi komitəsinə üzv seçilmişdir. SSRİ Ali Sovetinin 10 mart 1948-ci il əmrinə əsasən yüksək dərəcədə məhsul əldə etidiyinə görə Bağırova Şövkət Əsəd qızına Sosialist Əməyi Qəhrəmanı mükafatı verilmiş, Lenin ordeni və Qızıl Oraq və Çəkic medalı ilə təltif edilmişdir.
Şövkət Dağdevirən
Şövkət Dağdevirən (türk. Mustafa Şevket Dağdeviren; 1863, Ədirnə – Konstantinopol) — Türk siyasətçisi. 1906–1913 illərdə çıxan "Yeni Ədirnə" qəzetini nəşr etdi. 1918–1920 illərdə Ədirnənin bələdiyyə başçısı idi. Birinci Dünya Müharibəsindən sonra ölkənin işğalından sonra qurulan Frakiya-Paşaəli Müdafiə Hüquq Cəmiyyətinin qurucularından biri idi. Şövkət Dağdevirən Ədirnənin ən varlı ailələrindən olan Dağdevirənzadə Arif bəy və Hacı Ayşə xanımın oğlu olaraq 1863-cü ildə Ədirnədə anadan olmuşdur. Uşaqlıqda Ədirnə ibtidai məktəbində dini təhsilini başa vurduqdan sonra Ədirnə orta məktəbində oxuyub və özəl müəllimlərdən ərəb, fars və türk dillərini öyrənib. 14 yaşında 1877-ci ildə dövlət məmuru olan Şövkət bəy iki il Ədirnə Maliyyə və Məktublar İdarəsində və Ədirnə Apelyasiya Məhkəməsində işləyib. 4 iyul 1880-ci ildə Şövkət bəy həmin məhkəmənin mühasib vəzifəsinə təyin edildi. 29 avqust 1882-ci ildə 4-cü dərəcəli Osmanlı ordeni alan Şövkət Dağdevirən 13 fevral 1884-cü ildə 3-cü, 22 mart 1886-cı ildə isə 2-ci dərəcəli rütbəyə yüksəldilmişdir.
Şövkət Hüseynova
Şövkət Hüseynova (azərb. Hüseynova Şövkət Əli qızı‎) — yazıçı, alim, “Xəzərin səsi” qəzetinin baş redaktoru, Prezident mükafatçısı Şövkət Hüseynova (Şövkət) 1955-cü il noyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. “Müasir satirik nəsrimizin inkişafı” (40-70-ci illər Mir Cəlal) doktorluq dissertasiyasını başa çatdırmışdır. Təhsil aldığı və sonrakı illərdə respublikanın müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri kimi çalışıb. “Xəzərin səsi” qəzetinin baş redaktoru olmuşdur. “Azərbalıq” Dövlət Konsernində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 80-ci illərin əvvəllərindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elmi-metodiki mərkəzinin repertyor-redaksiya nəşriyyat şöbəsində metodist, sonralar isə şöbə müdiri vəzifəsində çalışmışdır. Dövlət tədbirlərindən olan Novruz şənliklərinin ssenarisini, görkəmli dövlət adamlarından Adil Babayevin, Şövkət Ələkbərovanın, Əli Zeynalovun, Mirvari Novruzovanın, Leyla Bədirbəylinin, İslam Səfərlinin və digərlərinin yubiley gecələrinin ssenarisi onun təqdimatında tamaşaçıların ixtiyarına verilmişdir.
Şövkət Mirzəyev
Şavkat Mirimanoviç Mirziyayev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d]) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). Şövkət Mirziyayev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyayev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyayev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyayev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şövkət Məmmədova
Şövkət Həsən qızı Məmmədova (18 aprel 1897, Tiflis – 8 iyun 1981, Bakı) — Azərbaycanın ilk peşəkar qadın müğənnisi (lirik koloratur soprano), ilk opera aktrisası, teatr xadimi. SSRİ xalq artisti (1938), Azərbaycan SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H. Z. Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Şövkət Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirirdi. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Şövkət Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi.
Şövkət Seyidzadə
Şövkət Veyis qızı Seyidzadə - şairə. Şövkət Veyis qızı Seyidzadə 5 sentyabr 1942-ci ildə Agdaşda anadan olub. 1959-cu ildə 10 illik məktəbi bitirib, 1960-cı ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1965-ci ildə İnstitutun “Avropa dilləri” fakültəsinin ingilis dili şöbəsini bitirib, Mingəçevir, Sumqayıt məktəblərində işləyib. 1976-cı ildən Bakı Xarici Dillər İnstitutunda müəllim işləyib. 1984-cü ildən 1996-cı ilə qədər Bakı Politexnik Texnikumunda və Bakı Maşınqayırma Texnikumunda işləyərək ildən təqaüdə çıxıb. Şövkət xanım şair təbiətlidir, poeziya duyumludur - şeirin müxtəlif janrlarında qələmini sınamışdır, bu sahədə çox yüksək istedada malik olduğunu sübut etmişdir. O, nəinki Azərbaycan dilində, hətta rus və ingilis dillərində də səviyyəli şerlərin müəllifidir. Bütöv Azərbaycan qəzeti, №14(146), 25-30 aprel 2012-ci il.
Sovetlik
Kənd soveti — kənd yerlərində Sovet hökumətinin yerli orqanı.
Söhbətli
Söhbətli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 355 nəfər təşkil edir.Əhalisini azərbaycanlılar təşkil edir.
Svetlı
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.