Pyotr Semyonov-Tyan-Şanski
Pyotr Petroviç Semyonov-Tyan-Şanski (1827-1914) — rus səyyahı, tədqiqatçısı
== Elmi fəaliyyətin başlanması ==
Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. 22 yaşında 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin üzvü seçilmişdir. Sankt-Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Sankt-Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ildə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır. Coğrafiya cəmiyyəti Semyonova alman alimi K.Ritterin "Asiyada əkinçilik" əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır.
== Tyan-Şan dağ sisteminin fiziki-coğrafi ==
Əsrin ən mədəni ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı
surətdə öyrənilməsilə başlamışdır. Bu tədqiqata təbiətşünas kimi başlayan P.P.Semyonov-Tyanşanski diqqətini sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin apardığı tədqiqatın dərinliyi və metodikası Tyan-Şan dağlarının çox yaxşı öyrənilməsinə yönəldilmişdir.
1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır.