Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şona dili
Şona dili — Bantu dillərindəndir ki, Zimbabve və Zambiyanın cənubunda, Şonalar tərəfindən danışılır. Zezuru, Karanqa, Manyika, Ndau və Korekore bu dilin dialektləridir.
Sey Şonaqon
Sey Şonaqon (清少納言, ehtimal ki, 966, Heyan-kyo[d] – ehtimal ki, 1025, Kioto) – Heyan dövründə yaşamış yapon yazıçı, şairə və saray dayəsi. "Yastıq kitabı" adlı əsərinə görə məşhurdur. Bu əsər Yaponiya ədəbiyyatı tarixində zuihitsu janrının ilk nümunəsi hesab olunur. Zuihutsu janrı qısa epizodlar, aforizmlər və şəxsi təsəvvürlərin qarışıq kolleksiyasından ibarət janrdır. Yaponiyada ilk romanın müəllifi olan Murasaki Şikibu ilə eyni dövrdə yaşamış, hətta Murasaki gündəliyində onun adını çəkmişdir. Sey Şonaqonun ilk illəri və sonrakı həyatı ilə bağlı məlumatlar çox azdır. Atası alim və şair Motosuke idi. Şonaqon həmin dövrün bir çox qadınından fərqli olaraq Çin klassiklərini öyrənmişdir. Kioto şəhərində yerləşən imperatorluq sarayında yaşamışdır. Bir çox şeir yazmış, şeirləri bir əsərdə toplanmışdır.
Şonacola
Şonaçola — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 212 nəfərdir. Oykonim talış dilindəki şona (çoban) və çala sözünün yerli tələffüz forması olan cola komponentlərindən ibarət olub, “çoban çalası, çoban çökəkliyi” mənasındadır.
Şonan məbədi
Şonan məbədi (昭南神社) və ya bəzən Syonan məbədi – Sinqapurun Makritçi rezervuarında yerləşmiş şintoist məbədi. Məbəd Yaponiya ordusu tərəfindən əsir götürülmüş britaniyalı və avstraliyalı əsgərlər tərəfindən Sinqapurun işğalı zamanı ölmüş yaponların xatirəsinə tikilmişdir. Şonan məbədinin orijinal strukturunda məbədin divarları yox idi. Məbəd bir neçə mərtəbəli pilləkənlə çıxılan daş platformanın üzərində tikilmişdi və məbədin damı platformanın perimetri ətrafında düzülmüş taxta sütunların üzərində dayanırdı. Rezervuarın filtrasiyası üçün də istifadə olunmuş tonlarla hamam çınqıl daşı ilə məbəd bağının səkisi salınmışdır. İkinci dünya müharibəsindən sonra Şonan məbədinə od vurulmuş və məbəd tamamilə məhv olmuşdur. Məbədin sadəcə bir neçə daş qalığı qalmışdır. İllər keçdikcə məbədin 90 daş pilləli girişi və bünövrəsi böyüyən cəngəllik bitkiləri arasında gizli qalmışdır. Məbədin qranit daşından hazırlanmış fəvvarəsi toxunulmamış vəziyyətdə qalmışdır. Fəvvarənin altında naməlum şəxslər tərəfindən naməlum məqsəd üçün qazılmış gizli tunel aşkarlanmışdır.
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
Nona
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor. Digər La Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Rona
Rona (fr. Rhône, oks. Ròse, Rôno) və yaxud Rodan (lat. Rhodanus, Rodan, it. Rodano) — İsveçrə və Fransada çay. Uzunluğu — 812 km (onlardan 545-i Fransa ərazisindədir), hövzəsi — 98 000 km². Orta su sərfi — 1780 m³ / s. İlk növbədə, Rona cənubi-qərbə doğru yönəlir, Cenevrənin yuxarı hissəsinə axır, cənubdan dönərək, Rona dağlarından keçərək, Aralıq dənizinə çatır. Lyonda ən böyük qolu olan Saone çayı ilə birləşən Rona, cənuba doğru dənizə yönəlir. Axması hələ də sürətli olduğundan nəqliyyat üçün əlverişli deyil.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Tona
Tona, Tana (erm.: e.ə. Դեբեդ, l.ə. Debed, gür.: g.ə. დებედა, l.ə. Debeda) — indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çay. Anaxatır çayının sağ qolu. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək Rus mənbələrində tarixi Borçalı mahalının adı ilə Borçalı çayı adlanırdı. Tona hövzəsi Kiçik Qafqazın təqribən orta hissəsində, Ermənistan (yuxarı və orta axımı) və Gürcüstan (aşağı axımı) ərazisində yerləşir. Hövzə 44° və 45°10′ şərq uzunluqları və 40°30′ ilə 41°15′ şimal enlikləri arasında yerləşir. Tona çayı iki ən böyük qolları olan Cəlaloğlu və Pəmbək çaylarının birləşməsindən yaranır.
Şota
Şota — gürcü adı. Şota Rustaveli — XII əsr gürcü xalqının dahi şairi. Şota Arveladze — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu. Şota İataşvili — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçi. Şota Mişvelidze — Gürcüstanlı kişi ağır atlet.
Bona
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
ONA
ONA (ing. Original net animation, Orijinal Şəbəkə Animasiyası) və ya Yaponiyada tanınan adı ilə Veb Anime (Web(ウェブ)アニメ, Webu Anime) — anime serialların xüsusi formatı. Bu tip animelər telekanallarda yox, rəsmi olaraq internetdə nümayiş olunur. Treyler və anonslar məhz ONA formatında buraxılır, lakin bəzi animelər yalnız bu halda olur. Məsələn, "Nyoron Churuya-san" animesi Kadokawa Shoten tərəfindən YouTube-da buraxılır. Otakuların yaratdığı və internetdə yaydığı animasiyaları da hərdən ONA-ya aid edirlər. ONA adi anime seriyasından qısa olur və bəzən cəmi bir neçə dəqiqə davam edir.
Erogen zona
Erogen zona (yun. ἔρως, érōs, "sevgi, ehtiras" və γεννᾶν, gennân, "istehsal etmək"), cinsi həyəcan və ya zövq yaradan bədənin hər hansı bir hissəsidir. Bu zonalar, sinir uclarının sıx olduğu və toxunmaya qarşı həssas olan bölgələrdir. Erogen zonaların stimullaşdırılması cinsi oyanmaya və orqazma səbəb ola bilər. == Erogen Zonaların Növləri == Erogen zonalar, birincil və ikincil olmaqla iki əsas kateqoriyaya bölünür: Birincil erogen zonalar: Bu zonalar, cinsi orqanlar və onlara yaxın bölgələri əhatə edir. Bunlara qadınlarda klitoris, vulva və vagina, kişilərdə penis, xayalar və perineum daxildir. Bu zonalar, cinsi funksiya üçün xüsusi olaraq inkişaf etmişdir və ən güclü cinsi cavabları tetikleyebilir. İkincil erogen zonalar: Bu zonalar, cinsi orqanlardan başqa, toxunmaya qarşı həssas olan digər bədən hissələrini əhatə edir. Bunlara dodaqlar, boyun, qulaqlar, məmələr, budun daxili hissəsi və ayaqlar daxildir. Bu zonaların həssaslığı, fərddən fərdi dəyişə bilər və həyat boyu dəyişə bilər.
Litoral zona
Litoral zona - dəniz və okeanların çəkilmələr zamanı vaxtaşırı (hər 12 saat 26,4 dəqiqə-dən bir) quruyan sahilyanı hissəsi. Ən yüksək qabarma (sizigi) və ən aşağı çəkilmə səviyyələri arasında yerləşir. Eni, adətən, 1 km yaxın, bəzən 10–15 km, dərinliyi bir neçə on m-dək olur. Litoral zona səciyyəvi əlamətləri: quru və dəniz rejimlərini göstərən əlamətlərinin qarışığı, dibin vaxtaşırı quruması, işıq bolluğu, suların yüksək mütəhərrikliyi, temperatur və duzluluğunun kəskin dəyişkənliyi, çöküntülərin (valun və çaqılllardan gil materialına kimi) və faunanın müxtəlifliyi. Sinonim: Qabarma-çəkilmə zonası. == Həmçinin bax == Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Lona Çemtai
Lona Korlima Çemtai (12 dekabr 1988, Keniya) — Keniya əsilli İsraili təmsil edən marafonçu. Lona Çemtai İsraili 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lona Çemtai birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyrp şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da məsafəni sona qədər qət edə bilmədi.
Mona Liza
Mona Liza (it. Monna Lisa və ya La Gioconda, fr. La Joconde) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portreti. Mona Liza, "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir." Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır. Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503–1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir. Subyektin çox vaxt sirrli adlandırılan mimikası, kompozisiyanın monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzionizm əsərin geniş tədqiqinə və məşhurlaşmasına səbəb olan əsas xüsusiyyətləridir.
Mona Vanna
Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır. Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər. Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir.
Mona adaları
Mona adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır уarımadasının qərb sahillərində yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Arxipelaq altı nisbətən iri və beş kiçik (adsız) qranitdən ibarət olan adalardan ibarətdir. Adalar qərbdən şərqə doğru Xariton Laptev sahilləri boyunca uzanır. Adalar Tymır yarımadasından 20–40 km məsafədə yerləşirlər. Arxipelaqa daxil olan ən şərq nöqtə ilə qərb nöqtəsi arasında məsafə 35 kilometrdir. Adaların uzunluğu 4,7 kilometri keçmir. Adalar Böyük Arktik qoruğu ərazisinə daxildir. (qərbdən şərqə): Rinqnes adası — qrupun ən iri adasıdır.
Nerit zona
Nerit zona- (yun.nerites-dəniz molyusku)- Dənizin qabarma zamanı ən hündür səviyyəsindən 200 metr dərinliyə qədər olan zonasıdır,ümumiyyətlə materik dayazlığı ilə uyğun gəlir.Nerit zona yaxşı işıqlanması,oksigen ilə zəngin olması,suyun güclü hərəkəti,bitki və heyvanlar aləminin müxtəlif olması ilə fərqlənir.
Neytral zona
Neytral zona (ing. no man's land (azərb. heç kimin torpağı deyil‎)) — narahatlıq və ya qeyri-müəyyənlik üzündən boş qalan və tərəflər arasında fikir ayrılığı olan bir torpaqdır. Bu termin əvvəlcə feodalizm dövründə feodallar arasında iddia edilən torpaqları təsvir etmək üçün istifadə edilmişdir. Müasir dövrdə iki düşmən xəndəyi arasındakı ərazini təsvir etmək üçün istifadə olunur və çox vaxt Birinci Dünya Müharibəsi ilə əlaqələndirilir.
Nona Paçuaşvili
Nonna Paçuaşvili (2 yanvar 1943, Tbilisi) — gürcü aktrisası. Nona Paçuaşvili Tbilisi Teatr İnstutunu bitirmişdir. 1959-cu ildən Şota Rustavelli adına dram teatrının aktrisasıdır. Həyatı boyu sadəcə bir neçə filmə çəkilmişdir. Azərbaycan tamaşaçısının yaddaşında daha çox "Əhməd haradadır" filmində yaratdığı Ceyran obrazı ilə qalmışdır. 1981-ci ildən Gürcüstan SSRnin xalq artistidir. Gürcüstanda bir nazirin oğlu olan əri Tamazi "Əhməd haradadır?" filminin ilk çəkilişi vaxtı Bakıya gəlmişdir. Qaldıqları "İnturist" mehmanxanasında gecə vaxtı ərini maqnitofondan "tok" vurmuş və nəticədə Tamazi vəfat etmişdir. Əhməd haradadır?
Nona Qaprindaşvili
Nona Qaprindaşvili (gürc. ნონა გაფრინდაშვილი; 3 may 1941, Zuqdidi, Gürcüstan SSR, SSRİ) — gürcü şahmatçısı, qadınlar arasında 6-cı dünya çempionu və ilk qadın qrosmeyster (1976). Nona 1941-ci il mayın 3-də Zuqdidi şəhərində anadan olmuşdur. İdman Qaprindaşvililər ailəsində böyük yer tuturdu. Böyük qardaşları onunla şahmat oynayır və ona heç vaxt güzəştə getmirdilər. Tbilisiyə köçəndən sonra o, pionerlər sarayının şahmat dərnəyinə üzv yazılır. Məşqçisi Karselaqze yetirməsinin bacarığını görüb, onunla ciddi məşğul olmağa başlayır. Bir ildən 15 yaşlı Nona ilk qələbələrini qazanır. Gürcüstan çempionatında qalib gəldikdən sonra SSRİ birinciliyinin yarımfinalında uğurla yarışır. Bu müvəffəqiyyətlərdən sonra o, bir sıra irimiqyaslı turnirlərdə uğurla çıxış etmişdir.
Norişiqe Şina
Yamazaki Sokan (山崎宗鑑, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur. Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır. Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi. O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi.
Rona-Alplar
Ron-Alp (fr. Rhône-Alpes, IPA: [ron.alp]) — Fransanın cənub-şərqində bölgə. Mərkəzi Lyon şəhəridir.
Rona (departament)
Rona (fr. Rhône) — Fransanın cənubi şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. 2015-ci ildə daxilində yerləşən Lyon şəhəri digər kommunlardan ayrılaraq inzibati mərkəzə çevrilidi. Hal-hazırda departamentin inzibati mərkəzi Lyon şəhəridir. Departamentin sahəsi 2,715 km²-dir. Ərazidən Rona və Sona çayı keçir. Buraya 1 rayon 13 kanton və 228 kommun daxildir. Rona departamentin ərazisinin əhalisi 471,026 nəfərdir. 2011-ci ildəki siyahıyaalınmasına görə isə Lyon şəhərində əhalisin sayı 491,268 nəfər idi. Ayrılmış ərazilər daxil olmaqla 1 yanvar 2012-ci il tarixində əhalinin sayı 1,762,866 nəfər olmuşdur.
Rona Nişliu
Rona Nişliu — Albaniya müğənnisi. Kosovoda anadan olmuşdur. Avroviziya 2012 Mahnı Müsabiqəsində Albaniyanı birinci yarımfinalda, 22 may 2012-də "Suus" adlı mahnı ilə təmsil etmişdir. Suus (2012) Eja Zonja Vdoke Shenja Veriu Flakaresha A ka arsy (Ft.
Savoyyalı Bona
Savoyyalı Bona (it. Bona di Savoia) (10 avqust 1449, Avigliana qəsri[d], Pyemont – 17 noyabr 1503, Fossano[d], Pyemont) — Milan hersoqu Qalezzo Mariya Sforzanın ikinci xanımı, Milan hersoqinası. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. 1464-cü ildə İngiltərə kralı IV Eduardla nişanlanması müzakirə edilsə də, kralın Elizabet Vudvillə gizlicə evlənməsi bu planı pozdu. Ardından 9 may 1468-ci ildə Milan hersoqu Qalezzo Mariya Sforzayla evləndirildi və bu nikahdan 4 övladı dünyaya gəldi. Savoyyalı Bona gələcəkdə qızlarından birinin onun oğlanlarından biriylə evlənməsinə qarşı çıxaraq İngiltərə kralından intiqamını almış oldu. Ancaq ərinin 26 dekabr 1476-cı ildə əsilzadələr tərəfindən öldürülməsinin ardından 7 yaşlı oğlu hersoq elan edildi. Savoyyalı Bona isə bir çox əsilzadənin etirazlarına baxmayaraq oğlunun taxt naibi olaraq 1481-ci ilədək fəaliyyət göstərdi. Daha sonra artan siyasi gərginlik səbəbilə Fransaya qaçmağa cəhd etsə də, ələ keçirildi və Pyemont yaxınlığındakı qəsrlərdən birində ölümünədək həbs tutuldu. Caterina Santoro, Gli Sforza, Tea Storica, pp.
Sona Aslanova
Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956). Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hcıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsinə isə "Arşın Mal Alan" -da Gülçöhrə, "Əsli və Kərəm" — də Əsli, "Koroğlu" -da Nigar obrazını yaradır. Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür.
Sona Axundova
Axundova-Bağırbəyova Sona Əbdül qızı (23 avqust 1896, Şamaxı – 1982, Bakı) — tibb elmləri doktoru, professor (1952), Azərbaycan SSR əməkdar elm xadimi (1964), Azərbaycan SSR əməkdar həkimi (1960) Sona Axundova 1896-cı ildə Şamaxı şəhərində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakıda Hacı Zeynalabdin Tağıyevin təşkil etdiyi qızlar gimnaziyasında alıb, "Müqəddəs Nina" pansionunda qalıb. Bu təhsil ocağını qurtardıqdan sonra Kiyev Universitetinin Tibb fakültəsinə qəbul olunub. Tələbə ikən inqilabı iş aparıb, 1918-ci ildə təhsilini başa vurmamış Bakıya qayıtmaq məcburiyyətu qarşısında qalıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Təhsilini Moskva Dövlət Universitetinin Tibb fakültəsində davam etdirib və 1923-cü ildə həkimlik diplomu alıb. Tələbəlik dövründə dəfələrlə Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Sultan Məcid Əfəndiyev ilə görüşüb. Həkimlik fəaliyyətinin ilk illərində Bakı, Gəncə, Yevlax xəstəxanalarında işləyib, Azərbaycanda geniş yayılmış traxoma və qeyri-infeksion göz xəstəliklərinin müalicə və profiliktikasında yaxından iştirak edib. 1940-cı ildə dünyada şöhrət qazanmış göz xəstəlikləri üzrə alim-akademik V.P.Filatovun klinikasına ezam edilib. Sonra Azərbaycanda ilk dəfə Filatov üsulu ilə toxuma terapiyası və geratoplastika cərahiyyə əməliyyatları aparmağa başlayıb.
Sona Babayeva
Sona Babayeva — Azərbaycan aktrisası. 8 noyabr 1941-ci ildə Bakıda doğulub. 24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 13 sentyabr 1963-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 57 ildir Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Sona Bağırova
Sona Bağırova (jurnalist)
Sona Hacıyeva
Sona Salman qızı Hacıyeva (25 iyun 1907, Nuxa – 24 dekabr 1979, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1949). Sona Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə Əzizə Məmmədovanın ailəsində dünyaya gəlib. Bir yaşında ikən atası vəfat etdiyindən onu və qardaşını babası Əbdülbağı Zülalov saxlamalı olub. Vaxtilə Tiflisin məşhur xanəndələrindən sayılan Əbdülbağının da həyat yolu müxtəlif şəhərlərdən keçib. Gah Tiflisdə yaşayıb, gah Aşqabada köçüb, sonra isə Bakıya gəlib. Beləliklə, 1919-cu ildən Bakıda yaşayan Sona Hacıyevanın anası Əzizə Məmmədova elə o vaxtdan taleyini teatra bağlayıb. Ana-bala ikisi də Bakıda səhnəyə eyni ildə gəlib. S. M. Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü olub. Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər, kənd zəhmətkeşləri qarşısında çıxış edərdi.
Sona Mehmandarova
Sona Mehmandarova (1894, Lənkəran, Lənkəran qəzası – XX əsr, Bakı) — 1912-ci ildə dünya əhəmiyyətli gözəllik yarışmasının qalibi azərbaycanlı qadın. O, Rusiya imperiyasında təşkil olunan gözəllik müsabiqələrinin də laureatı olmuşdu. Sona Mehmandarova 1894-cü ildə (və ya 1896) Lənkəranda dünyaya gəlmişdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarovun qız idi. Anası Bikə xanım praporşik Əbulfət xan Talışınskinin qızı idi. Lənkəranın qradonaçalniki-şəhər rəisi olan Nağı bəy dövrün Avropada təhsil almış Azərbaycan ziyalılarından biri idi. Atası Sonanın da təhsil almağını istəmiş və onu gimnaziyada oxutmuşdur. O, xüsusi müəllimlərdən fransız və rus dillərini mükəmməl səviyyədə öyrənmişdir. Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə öncəlik verdiyini bildirərək, qızına olan evlilik təkliflərini rədd edirdi.
Sona Mikayılova
Sona Məmmədağa qızı Mikayılova (2 fevral 1957) — Azərbaycan Respublikasının əməkdar artisti (2011), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023), Azərbaycan teatr, kino və dublyaj aktrisası. Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z. Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K. Əzimzadənin "İsmayıl bəyin sandıqçası" filmində Ana, K. Əzimzadənin "İmtahan" filmində Ana, Ənvər Əblucun "Sarı köynək" filmində Zəminə, E. Qasımovun "Köhnə bərə" filmində Əminə, Ş. Nəcəfzadənin "Kral ölüb yaşasın kral" filmində kraliça, E. Səfərovun "Məhbus" filmində Ana, K. Rüstəmbəyovun "Bakı" filmində Jurnalist, V. İbrahimoğlunun "Qurama" filmində Ana, R. Mirzəyevin "Əkinçi" filmində Hənifə xanım, "Dronqo" filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli…" layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir. Aktrisa Türkiyədə, Rusiyada, Tatarıstanda keçirlmiş Beynəlxalq Teatr festivallarının iştirakçısı olmuşdur.
Sona Mirzəyeva
Sona Qədir qızı Mirzəyeva (6 iyul 1950, Bakı – 27 avqust 1985, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1984).[mənbə göstərin] 1950-ci il iyul ayının 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" şöbəsinə daxil olmuşdur. İnstitutda oxuyan zaman tələbə aktrisa kimi dolğun, məzmunlu rolları ilə nəzəri cəlb etmişdir. Sonanın kurs rəhbəri, Azərbaycan SSR xalq artisti, Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru Tofiq Kazımov onun istedadını görmüş və Azərbaycan Dövlət Akademik Teatrına işə dəvət etmişdir. Sona Mirzəyeva orada Ə. Haqverdiyevin "Pəri cadu" əsərində baş rolu — Pəri obrazını oynamışdır. Sonanın ciddi yaradıcılığ səyi nəticəsində Pərini xarakter səviyyəsinə yüksəldə bilmişdir. 1972-ci ildə Cəfər Cabbarlı adına kinostudiyanın çəkdiyi "Xatirələr sahili" filmində gənc analardan birinin rolunu oynayıb. Ailəyə bağlılıq hissi sonradan Sonanı C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına çəkib gətirmişdir. Həyat yoldaşı Vəli Babayev Naxçıvan teatrında rejissor işləyirdi. Sonanın Naxçıvana bağlılığı da bundan irəli gəlirdi.
Sona Mustafayeva
Sona Əyyub qızı Mustafayeva (Bağırova) (22 iyun 1916, Bakı – 1999, Bakı) — Azərbaycan vokalçı-aktrisası (lirik soprano), Azərbaycan SSR əməkdar artisti (1943). Sona Mustafayeva 22 iyun 1916-cı ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, 14 yaşından, 1930-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çıxış etmişdir. Lirik soprano səsə malik olan Sona Mustafayeva Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1938-ci ildə müstəqil teatr kimi fəaliyyətə başlayan zaman dəvətlə bir ilə yaxın truppaya kömək etmişdir. Burada da Gülçöhrənin və Gülnazın ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir Hacıbəyov) partiyalarını ifa etmişdir. Müğənni-aktrisa 1999-cu ildə Bakıda vəfat etmişdir.
Sona Nuriyeva
Sona Piri qızı Nuriyeva (15 dekabr 1915, Əmircan, Bakı qəzası – 1986, Bakı) — ilk azərbaycanlı təyyarəçi qadınlarından biri. 15 dekabr 1915-ci ildə Bakı şəhərində, Əmircan kəndində anadan olub. İlk azərbaycanlı təyyarəçi qadınlarından biridir. Sona Nuriyeva həmçinin Azərbaycanın ilk qadın deputatlarından biridir. 1945-ci ildən Sov.İKP-nin üzvü, Bakı təyyarəçilər klubunda yetişmiş, 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirmişdir. Azərbaycanda mülki aviasiya idarəsində təyyarəçi işləmişdir. Böyük Vətən müharibəsində xüsusi tapşırıqla Tehrana uçmuşdur. 1945-ci ildən Beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmişdir. 1949 - 1968-ci illərdə Zabrat aeroportunda işləmişdir. 1978-ci ildən ittifaq (1968 ildən resp.) əhəmiyyətli pensiyaçı olmuşdur.
Sona Qasımova
Sona Salmanova
Sona Sadıx qızı Salmanova (12 may 1956, Qursalı, Hamamlı rayonu) — "Əməkdar hüquqşünas", Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini. Sona Salmanova 12 may 1956-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda (Pəmbək mahalı) anadan olmuşdur. 1963-cü ildə Gəncə şəhər 29 saylı orta məktəbə daxil olmuş və 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirmişdir, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçmişdir. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olmuşdur. 1983–1998-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə "Əməkdar hüquqşünas" adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli sərəncamı ilə Məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Ailəlidir, iki övladı var.
Sona Tağıyeva
Sona Hənifə qızı Tağıyeva (3 yanvar 1916, Bakı – 3 aprel 2004) — Azərbaycanın "Əməkdar müəllimi" (1960), "Lenin ordeni", "Oktyabr İnqilabı", "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycanın "Şöhrət" ordeni (1995) laureatı. Sona Tağıyeva 1916-cı il yanvarın 3-də Bakı şəhərində anadan olmuşdur. O, yeddiillik məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, təhsilini fəhlə-gənclər məktəbinin axşam şöbəsində davam etdirmişdir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun hazırlıq şöbəsinə daxil olan Sona Tağıyeva daha sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1940-cı ildə ali təhsilini başa vuran və pedaqoji fəaliyyətə başlayan Sona xanım müəllim, dərs hissə müdiri olmuş, 1942–1945-ci illərdə isə rayon xalq maarifi şöbəsinin müdiri işləmişdir. Sona Tağıyeva 1945-ci ildə Bakıdakı 190 nömrəli məktəbin direktoru təyin edilmiş, nümunəvi təhsil ocağına çevirdiyi bu müəssisədə ömrünün axırına qədər çalışmışdır. O, 1960-cı ildə respublikanın əməkdar müəllimi adına layiq görülmüş, bir sıra orden və medallarla, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2002-ci ildən prezident təqaüdçüsü olub.
Sona Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Sona Vəliyeva
Vəliyeva Sona Məhəmməd qızı (1962, Noraşen) — filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi. Sona Məhəmməd qızı Vəliyeva 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1984–1994-cü illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllimə, 1995–1999-cu illərdə "Səs" qəzetində müxbir vəzifələrində çalışmışdır. 2005-ci ildə jurnalist kimi fəaliyyətinə görə "Tərəqqi" medalına, daha sonra "Əməkdar jurnalist" adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 1999-cu ildən tarixi "Kaspi" qəzetinin təsisçisi və ideya rəhbəridir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktorudur. 2011-ci ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışıb. Sona Vəliyeva müstəqillik dövrü Azərbaycan poeziyasının dəyərli şairlərindəndir.
Sona İbrahimova
Sona Məmmədağa qızı Mikayılova (2 fevral 1957) — Azərbaycan Respublikasının əməkdar artisti (2011), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023), Azərbaycan teatr, kino və dublyaj aktrisası. Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z. Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K. Əzimzadənin "İsmayıl bəyin sandıqçası" filmində Ana, K. Əzimzadənin "İmtahan" filmində Ana, Ənvər Əblucun "Sarı köynək" filmində Zəminə, E. Qasımovun "Köhnə bərə" filmində Əminə, Ş. Nəcəfzadənin "Kral ölüb yaşasın kral" filmində kraliça, E. Səfərovun "Məhbus" filmində Ana, K. Rüstəmbəyovun "Bakı" filmində Jurnalist, V. İbrahimoğlunun "Qurama" filmində Ana, R. Mirzəyevin "Əkinçi" filmində Hənifə xanım, "Dronqo" filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli…" layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir. Aktrisa Türkiyədə, Rusiyada, Tatarıstanda keçirlmiş Beynəlxalq Teatr festivallarının iştirakçısı olmuşdur.
Sona Əhmədli
Sona Əhmədli (5 oktyabr 1988, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi, 2010-cu il Avropa Çempionatının qalibi. 2007-ci ildə Serbiyada yeniyetmələr arasında Avropa Çempionatını 5-ci pillədə, Çində yeniyetmələr arasında Dünya Çempionatını isə 10-cu pillədə başa vuran Sona Əhmədli, ilin əsas turniri hesab olunan Dünya Çempionatında 18-ci pillədə qərarlaşdı. 2008-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirində beşinci pillənin sahibi olan Sona Əhmədli, Koşitse şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu. Daha sonra Sona Əhmədli 2009-cu ilin aprelində Vilnüs şəhərində (Litva) baş tutan Avropa Çempionatını 16-cı pillədə başa vurdu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Sona Əhmədli, sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Belarus nümayəndəsi Alyona Filipavaya 2:1, 1/4 final mərhələsində İtaliya nümayəndəsi Valentina Minguzziya 2:0, 1/2 final mərhələsində isə ABŞ nümayəndəsi Tatyana Suareza 2:0 hesabları ilə qalib gələn Sona Əhmədli, final görüşündə Yaponiya nümayəndəsi Saori Yoşidaya 0:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu. Sona Əhmədli Dünya Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu. 2010-cu ilin aprelində isə Sona Əhmədli Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Norveç nümayəndəsi Qudrun Hoyena, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Məryəm Selluma qalib gələn Sona Əhmədli, final görüşündə Bolqarıstan nümayəndəsi Taybe Yuseyna qalib gəldi və Avropa Çempionatının qalibi oldu. Bununla da Sona Əhmədli Avropa Çempionatlarının qalibi olan birinci azərbaycanlı qadın güləşçi oldu.
Sona Əliyeva
Əliyeva Sona Sakit qızı (4 avqust 1980, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Şəmkir rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, Heydər Əliyev Mərkəzinin (Şəmkir) keçmiş direktoru, "Əməkdar müəllim" (2013) Sona Əliyeva 4 avqust 1980-ci ildə Şəmkir şəhərində doğulub. Şəmkir şəhərindəki M. Füzuli adına təbiət-humanitar təmayüllü tam orta məktəbin məzunudur. 1996–2000-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində bakalavr təhsili alıb. İxtisası bioloqdur. 2016–2019-cu illərdə Rusiya Cənub Universitetində Təhsil və idarəetmənin psixologiyası üzrə magistr təhsilinə yiyələnib. Sona Əliyeva 2000–2001-ci illərdə M. Füzuli adına təbiət-humanitar təmayüllü məktəbdə çalışıb. 2001–2013-cü illərdə isə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyət göstərib. O, 2018-ci ildən sonrakı dövrdə bir müddət Odlar Yurdu Universitetində müəllim kimi çalışıb. BƏT-in rəsmi beynəlxalq dərəcəli təlimçisidir. Azərbaycan, ingilis, rus və türk dillərini bilir.
Yuxarı Sona
Yuxarı Sona (fr. Haute-Saône) — Fransanın cənubunda yerləşən Burqundiya - Franş-Konte regionun departamentlərindən biri. Sıra nömrəsi — 70. İnzibati mərkəzi — Vezul. Əhalisi — 247 311 nəfər (departamentlər arasında 82-ci yer, 2010-cu ilin məlumatları). Ərazisi — 5360 km². Departamentin ərazisində Sona və Onyon çayları axır, ərazinin üçdən bir hissəsi əsasən meşəlikdir. 1790-cı ilin mart ayında Böyük Fransız İnqilabı zamanı formalaşmış ilk 83 departamentdən biridir. Keçmiş Franş-Konte əyalətinin ərazisində yerləşir. Adı Sona çayından gəlir.
Sona Məmmədova
Sona İbrahim qızı Məmmədova (19 dekabr 1918, Axtı – 30 sentyabr 1991, Bakı) — Azərbaycanlı həkim, təhlükəli infeksiyalar sahəsində mütəxəssis, Azərbaycan SSR əməkdar həkimi.
Sona Rəhimova
Sona Rəhimova - (14 iyul 2001, Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Qazaxıstanın "Okzjetpes" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət A milli komandasının müdafiəçisi Rəhimova Sona, 2001-ci ildə Bakıdan anadan olmuşdur. 2015-cı ildə "Vətən" klubu ilə peşəkar karyeraya başladı. Həmin sezon ölkə çempionu olan Sona, 2016-cı ildə klubunu dəyişərək "8-li İOEUGİM" klubuna keçid etdi. 2017/2018-ci illərdə, Azərbaycan Yüksək Qızlar Liqasında parlamağa başladı. Belə ki, həmin sezon keçmiş adı ilə "Təhsil"də oynayan zaman liqanın ən məhsuldar futbolçusu adına layiq görüldü. O mövsüm ərzində 35 qol vurmuşdur. Bununla da, bürünc medal verildi ona. Növbəti sezon da, eyni şəkildə 3-cü olan komanda, "Azərbaycan Kuboku"nda da 2-cilik əldə etmişdir. 2020-ci ildə Gürcüstanın "Nike" klubunda çıxış etməyə başladı.