Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Övsafül-Əşraf
Övsavül Əşraf - Azərbaycan alimi Nəsirəddin Tusi tərəfindən yazılmış kitabdır. Kitabın adı ərəbcədən tərcümədə "Şərafətli insanların xüsusiyyətləri" deməkdir. Kitabın dəqiq yazılma tarixinə aid mənbələrdə məlumat verilməsə də 14-cü əsrdə yazıldığı məlumdur. Bu kitab ümumi oxucu kütləsi üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından tanış olanlar üçün nəzərdə tutulmuşdur. Kitabın əsas hissəsini elmi, əxlaqi, irfani və məfhumlar təşkil edir. == Tarixi == Nəsirəddin Tusi əsərində mömin insanlara Allahla etdikləri əhdə sadiq olmalarını tövsiyə edir. Onun fikrincə Allahla etdikləri əhdə sadiq qalanlar, yəni siddiqləri peyğəmbərlər və şəhidlər mərətbəsinə ucala bilər. Nəsirəddin Tusi burada Qurani-Kərimin ayələrindən sitat gətirərək yazırdı: «Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar». İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə vəsf etmişdir: «Həqiqətən, o, (İbrahim) büsbütün doğru danışan bir zat-bir peyğəmbər idi.» Kitabda düzgünlük və sədaqətin məqsədə çatmaq üçün ən yaxşı yol olduğu başa salınır va yazılır ki, məqsədə çatmaq yolunda müstəqim yolla seyri-süluk edən şəxs ən ümidverici kəs olacaqdır.Əsərin müqəddiməsində yazılır ki, Nəsirəddin Tusi bu risaləni Hülaki xanın oğlu Abaqa xanın vəziri Şəmsəddin Məhəmmədin adına yazmışdır. Şəmsəddin Məhəmmədin 22 illik vəzirliyini nəzərə alsaq, böyük ehtimalla Nəsirəddin Tusi bu əsəri onun vəzirliyinin ilk illərində yazmışdır.
Əşrəf
Əşrəf — ad. === Qadınlar === Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. === Kişilər === Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
Əraf
7-ci surə
Ağdərəq (Ətraf)
Ağdərəq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 30 km qərb, Təbriz-Əhər avtomobil yolunun 5 kilometrliyindədir.
Məlik Əşrəf
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi == Həyatı == O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi.Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı. Çobanlıların hakimiyyəti dövründə (1338-1357) Elxanilərin dövlət quruluşunda heç bir dəyişiklik baş vermədi.
Pərviz Əşrəf
Racə Pərviz Əşrəf (26 dekabr 1950) — Pakistan İslam Respublikasının 19-cu baş naziri.
Şair Əşrəf
Şair Əşrəf (1847, Kırkağaç[d], Manisa vilayəti – 22 may 1912, Kırkağaç[d], Manisa vilayəti) — Türk şair. == Həyatı == 1847-ci ildə Kırkağaçda doğulub. 1912-ci ildə Kırkağaçda vəfat edib.
Əbdürrahman Əşrəf
Əbdürrahman Əşrəf (Türkcə: Abdürrahman Eşref; Konstantinopol – 1748) — bir Osmanlı alimi və divan şairidir. Ona Kipr Mollası da deyilir. == Həyatı == İstanbulda anadan olub. Divan şairi Əhməd Nədimin dayısıdır. Mədrəsədə oxuyub. Əbdürrahman Əşrəf uzun müddət Kiprin Qzaısı idi.
Əli Əşrəf
Əli Əşrəf Nəqqaş Avşar (d. 1708-?) Qacar dövrünün rəssam və xəttatlarından və qələmdan üstündə rəssamlıqın görkəmli ustalarından idi.O, Məhəmməd Zamanın şagirdlərindən idi.O, Urmiyanın Avşar elindən idi və Allahverdi Naqqaşın böyük qardaşı idi == Əsərləri == Onun əsərlərindən bir çoxu muzeylər və incəsənət kolleksiyalarda mövcuddur ki, o cümlədən Şeyx Sənan və Xristian Qız qələmdanı, Gül və Quş qələmdanı və Gül və Quş güzgü çərçivəsinə işarə etmək olar. == Şagirdlərı == Ağa Sadıq Ağa Zaman Sani Ağa Bağır == İstinadlar == == Qaynaqlar == اسدی زاده، پرویز، و دیگران. دائ‍ره‌الم‍عارف یا فرهن‍گ دانش و هن‍ر شامل‌: اطلاعات عم‍ومی.
Ətraf Qənimətov
Ətraf Oktay oğlu Qənimətov (20 mart 1997, Şəki – 13 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əslən Laçın rayon Vəlibəyli kəndindən olan şəhid Leytenant Ətraf Qənimətov Oktay oğlu, 20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. O, 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2012-2013-cü tədris ilinin yekununa görə "Təlim və tərbiyyə"də əldə etdiyi nəaliyyətə görə "Fəxri Fərmanla" təltif edilmişdir. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olmuşdur. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Mart 2015-İyun 2015 tarixləri arasında Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif olunmuşdur. Ətraf Qənimətov 17-19 İyun 2016-cı ildə "FORULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunmuşdur. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında da iştirak etmişdir. Azərbaycan Ordusunun Quru Qoşunlarının Leytenantı olan Ətraf Qənimətov 2020-ci il oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ətraf mühit
Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. == Ətraf mühitin növləri == ==== İntral (daxili) mühit ==== Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti ==== Ekzal mühit ==== Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; ==== Biosenotik mühit ==== Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.
Əşrəf (Xudafərin)
Əşrəf (fars. اشرف‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Əşrəf (dəqiqləşdirmə)
Əşrəf — ad. === Qadınlar === Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. === Kişilər === Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
Əşrəf Abbasov
Əşrəf Cəlal oğlu Abbasov (23 mart 1920, Şuşa, Gəncə quberniyası – 8 fevral 1992, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq artisti (1990), professor (1968), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957). == Həyatı == Əşrəf Abbasov 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi tar ixtisası üzrə Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim 1952-ci ildə Moskvada "Üzeyir Hacıbəyov və onun "Koroğlu" operası mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1957–1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün "Konsertino"nun (1948), "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963), "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın müəllifidir.
Əşrəf Allahverdiyev
Əşrəf Gülməmməd oğlu Allahverdiyev (15 may 1904, Evoğlu, Tərtər rayonu – 6 dekabr 1983, Bakı) — ictimai siyasi dövlət xadimi, Azərbaycan SSR-in əməkdar mühəndisi. == Həyatı == Əşrəf Allahverdiyev 15 may 1904-cü ildə Tərtər rayonunun Evoğlu kəndində tacir ailəsində anadan olmuş, əvvəl molla məktəbində oxuduqdan sonra Bərdə rus-tatar məktəbində təhsilini davam etdirmişdir. 1920-1926-ci ildə Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Universitetində, 1926-1931-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almışdır. 1933-cü ilədək Moskva elmi-tədqiqat avtotraktor institutunda elmi işçi işləmişdir. 1933-1939-cu illərdə Azərbaycana qayıdaraq Kürdəmir rayonu maşın traktor stansiyasının (MTS) direktoru işləmiş sonra Amerika Birləşmiş Ştatlarına bir illik avtomexanika kursuna göndərilmişdir, Amerika Birləşmiş Ştatlarından qayıtdıqdan sonra Azərbaycan Respublikası Torpaq Komisarlığında şöbə müdiri vəzifəsinə təyin olunmuşdur.1940-1949-cu illərdə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Soveti yanında daimi nümayəndəsi vəzifələrində çalışmış, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.1949-cu ildə SSRİ Nazirlər Soveti yaninda Kür-Araz Su Qurğuları Baş İdarəsinə rəis müavini təyin edilib və ömrünün sonunadək 25 il bu trestdə işləyib yaratmışdır, Yuxarı-Qarabağ, Yuxarı-Şirvan, Samur-Dəvəçi, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağstafa su anbarlarının müəlliflərindəndir.Əşrəf Allahverdiyev 6 dekabr 1983-cü ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. == Mükafatları == Əşrəf Allahverdiyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib O Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və digər medallarla təltif olunub, ona Azərbaycan SSR Əməkdar Mühəndisi fəxri adı verilib. == Ailəsi == Əşrəf Allahverdiyevin bir oğlu və bir qızı olmuşdur.
Əşrəf Baznani
Əşrəf Baznani — Mərakeşli rəssam, rejissor və fotoqraf. O, 1979-cu ildə Mərakeş şəhərində anadan olmuşdur. == Həyatı == Əşrəf Baznani şəkil çəkməyə təsadüfən başladı. Yeniyetmə yaşlarında onun ad gününə EKTRA compact 250 kamerası hədiyyə edildi və bundan sonra o, fotoqraf sənəti ilə daha da çox maraqlanmağa başladı. Baznani fotoqraf sənətinə heç harda dərs almadan özü yiyələnmişdir. Baznani həmdə bir neçə qısa və sənədli filmlər çəkmişdir — 2006-cı ildə "On" ("Üstündə"), 2007-ci ildə isə "Unudulmuş" və bir neçə milli və beynəlxalq mükafatlar almış "Mühacir" filmlərini. Baznani sürrealist obrazları əsasında tərtib edilmiş foto kitab buraxan Ərəb dünyasının ilk rəssamlarından biridir. Sürrealizm və poetik avtoportretlər əks etdirən "Mənim obyektivimdən" və "Inside My Dreams" adlı kitablar ona həm Mərakeşdə, həmdə bütün dünyada məşhurluq qazandırdılar. Baznani adətən məişət əşyaların, səhnələrin və məzəli vəziyyətlərin şəkillərini çəkir.
Əşrəf Bitlis
Əşrəf Bitlis (türk. Eşref Bitlis, 1933, Malatya – 17 fevral 1993, Yeniməhəllə ilçəsi, Ankara, Ankara ili, Türkiyə) — (1933, Malatya - 17 fevral 1993). Sabiq Türk general, sabiq Jandarma (Türkiyə) Komandiri. 1952-ci ildə Quru Hərb Məktəbindən leytenant rütbəsi ilə məzun oldu. 1966-cı ildə Quru Hərb Akademiyasını tamamladı. Almaniyada dil təhsilini tamamladıqdan sonra 1969-cu ildə Türk Silahlı Qüvvələri Akademiyasından məzun oldu. 1973-də Almaniya Hərb Akademiyasını tamamladı. Bir il Quru Hərb Akademiyasında baş müəllim olaraq vəzifə yerinə yetirdi. 1974-də Kipr Hərəkatı əsnasında Polkovnik rütbəsiylə Kipr Türk Alayı komandirliyinə təyin edildi. Bu alayın komandirliyini edərkən Kipr Yunan alayı məhv edildi.
Əşrəf Canbolat
Əl-Əşrəf Əbu əl-Nasir Canbolat (ərəb. الأشرف أبو النصر جانبلاط‎ 1455 – 1501) — 30 iyun 1500-cü ildən 25 yanvar 1501-ci ilədək hakimiyyətdə olmuş Misirin Məmlük sultanı.
Əşrəf Dehqani
Əşrəf Dehqani — İran inqilabçısı, partizan, həm şah, həm də ayətullah rejimlərinə qarşı müqavimət hərəkatının ən tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının qurucusu və rəhbəri. == Həyatı və təhsili == Əşrəf Dehqani 1949-cu ildə fəhlə ailəsində anadan olub. O doğulanda atası savadsız bir mirab (suçu, əkin ərazilərini suvaran) idi. Buna qədər isə atası fərqli sahələrdə özünü sınamışdı, su quyuları qazıb, mağazada işləyib, tikintidə fəhləlik edib. Lakin bütün bu işlərdə əldə etdiyi qazanc ona 8 nəfərlik ailəsini saxlamaq üçün bəs etmirdi. Savadsız olmağına baxamayaraq siyasi şüura malik biri olub. 1945–1946-cı illərdə Azərbaycan Demokratik Firqəsinin üzvlərindən olmuşdur. Qəddar şah rejimi Azərbaycana soxulub firqəni dağıtdıqdan sonra kütləvi qətllərə başlayanda isə firqə tərəfdarlarını öz evində gizləmiş onlara sığınacaq etmişdir. Lakin atası xəstə düşür və yataq xəstəsi olur məhz buna görə də evin yükü ailənin digər üzvlərinin üzərinə düşür.
Əşrəf Hacıyev
Əşrəf Əhmədpaşa oğlu Hacıyev – Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, publisist, yazıçı, nasir, dramaturq, tərcüməçi, ssenarist, milli mətbuat tarixi üzrə mütəxəssis-tədqiqatçı. Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1958), əməkdar jurnalist (1989). == Həyatı == Əşrəf Hacıyev 1931-сi il dekabrın 11-də Bakıda anadan olmuşdur. Həmin vaxt onun valideynləri burada təhsil alırdılar. Uşaqlığı Qutqaşen (indi Qəbələ) rayonunun Hacallı kəndində keçmişdir. 1949-cu ildə Qəbələ şəhər orta məktəbini əla qiymətlərlə bitirmişdir. Orta məktəbdə istər dəqiq və təbiət, istərsə də humanitar elmləri təmsil edən bütün fənləri mükəmməl mənimsədiyinə baxmayaraq, onun geniş maraq dairəsində ən mühüm məqamı bədii ədəbiyyat tuturdu, bu sahədə qələmini də sınamışdı. Yazıçı olmaq arzusu ilə sənədlərini Azərbaycan Dövlət Universiteti (indi Bakı Dövlət Universiteti) filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyatı şöbəsinə verir. Lakin sərbəst mövzuda yazdığı inşa imtahan komissiyasının diqqətini cəlb etdiyindən xüsusi yazı istedadını nəzərə alıb, özündən də soruşmadan onu həmin fakültənin nəzdindəki jurnalistika şöbəsinə qəbul etmişlər. 1949-1954-cü illərdə universitetdə jurnalistika sənətinin sirlərinə yiyələnən gənc bu peşəyə həmişəlik bağlanmış, ömrünü Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafına həsr etmişdir.
Əşrəf Hakimi
Achraf Hakimi Mouh (4 noyabr 1998, Madrid) Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusudur. == Karyerası == === Real Madrid === Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb. Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib. 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi. 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı. === Borussiya Dortmund === 11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır.Matça 61-ci dəqiqədə daxil olub.Matç 2–2 hesabı ilə bitib.İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb. === İnter === 1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı.
Əşrəf Helmi
Əşrəf Helmi (24 aprel 1967) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Əşrəf Helmi Misiri 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Əşrəf Helmi Misiri 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Əşrəf Helmi Misiri 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 33-cü pillənin sahibi olub.
Əşrəf Heybətov
Əşrəf Nəzir oğlu Heybətov (18 fevral 1951, Bakı) — YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti". Azərbaycanın xalq rəssamı (2018), RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü. == Həyatı və fəaliyyəti == 18 fevral 1951-ci ildə Bakıda anadan olmuşdur. 1979-cu ildə Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Azərbaycanın xalq rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. 1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür. "Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA ("Platforma, Dialoq, Avrasiya") təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Əşrəf Hüseynov
Əşrəf İsgəndər oğlu Hüseynov (20 sentyabr 1907, Əmirvarlı, Qaryagin qəzası – 26 avqust 1981, Bakı) — riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi, akademik. == Həyatı == Əşrəf Hüseynov 1939–1965-ci illərdən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) "Funksiyalar nəzəriyyəsi və cəbr", sonra isə "Funksiyalar nəzəriyyəsi funksional analiz" kafedrasının professoru, müdiri vəzifələrində çalışmış və riyazi analiz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksional analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar-mühazirələr oxumuşdur. Azərbaycan riyaziyyatçıları Əşrəf Hüseynovun Azərbaycan Dövlət Universitetində qeyri-xətti funksional analiz mövzusunda oxuduğu müxtəlif kursların təsiri altında qeyri-xətti analizlə məşğul olmuşdur. Onun rəhbərlik etdiyi seminarlar həmin sahənin Azərbaycanda inkişaf etməsində böyük rol oynamışdır. Bu seminarlarda qeyri-xətti tənliklərin həllinin budaqlanması nəzəriyyəsi, onların həlli üsulları, kvazi-xətti, parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələlər, sinqulyar operatorların struktur xassələri, qeyri-xətti sinqulyar inteqral tənliklər və analitik funksiyalar üçün qeyri-xətti sərhəd məsələləri nəzəriyyəsi, sinqulyar-inteqral tənliklərin ədədi həlli kimi elmi istiqamətləri yaranmış və inkişaf etdirilmişdir. Akademik Ə. Hyseynovun elmi rəhbərliyi altında 30-dan çox namizədlik dissertasiyası müdafiə olunmuşdur. Azərbaycanın riyaziyyatçıları Q. T. Əhmədov, Y. C. Məmmədov, X. Ş. Muxtarov və A. Ə. Babayevin doktorluq işlərinin məsləhətçisi olmuşdur. Akademik Ə. Hüseynov elmi konfrans və qurultaylarda fəal iştirak edirdi. O, funksional analiz üsullarının qeyri-xətti məsələlərə tətbiqi, yeraltı neftin hidroqaz dinamik məsələlərinin riyazi həlli metodlarına həsr olunmuş ümumittifaq konfransına sədrlik etmişdir. 1960–1965-ci illərdə keçmiş SSRİ-nin Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü olmuşdur.
Əşrəf Həsənov
Əşrəf Həsən oğlu Həsənov (24 yanvar 1909, Nuxa – 9 avqust 1983, Bakı) — dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. == Həyatı == Əşrəf Həsənov 24 yanvar 1909-cu ildə Nuxada anadan olmuşdur. 1927–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933–1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil almışdır.1938–1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir. 1932 və 1938–1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. 1949–1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında opera hazırlığı şöbəsinə rəhbərlik etmişdir. Dosent idi.Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Şahsənəm" (Reynqold Qlier), "İvan Susanin" (Mixail Qlinka), "Knyaz İqor" (Aleksandr Borodin), "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "İolanta" (Pyotr Çaykovski), "Qar qızı" (Nikolay Rimski-Korsakov), "Su pərisi" (Aleksandr Darqomıjski), "Aleko" (Sergey Raxmaninov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa opera və baletlərinə dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur.Ə. Həsənov 9 avqust 1983-cü ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940 "Şərəf nişanı" ordeni — 17 aprel 1938 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 23 yanvar 1979 == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə).
Əsnaf
Əsnaf (ərəbcə - sinif) — orta əsrlərdə termin adətən tacir və sənətkar təbəqəsinə aid edilirdi. Bizim dövrdə termin bir çox hallarda xırda burjuaziya mənasında işlənir.
Eşraq TV
«Eşraq TV» — «İran Radio və Televiziya» şirkətinin sahibi olduğu regional İran telekanalı. Telekanalın yayımı İranın Zəncan ostanı ərazisini əhatə edir. Telekanal 6 avqust 2004-cü ildən bəri azərbaycan və fars dillərində yayımlanır. Telekanal İranın «Səhənd TV», «Azərbaycan TV» və «Savalan TV» telekanalları ilə əməkdaşlıq edir.
Şəfaül-əsrar
Şəfaül-əsrar - Seyid Yəhya Bakuvinin türk dilində yazılmış yeganə əsəridir. Bu əsər ehtiva etdiyi mövzular etibarı ilə mütəfəkkirin Əsaraüt-talibin və digər əsərlərinin şərhi mahiyyətindədir. Bir müridin mürşidliyə gedən yolda keçməsi lazım gələn 70 məqamdan söz açılaraq, bu məqamların nələr olduğu açıqlanır və bu məqamlara yetişmək üçün lazım gələn vəzifələr izah olunur. Əsərdə təsəvvüf yolunu izləyənlər üçün elmin vacib olduğu sıx-sıx vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin xüsusiyyətləri açıqlanaraq, həqiqi şeyxə tabe oladan bu yolla gedilə bilinməyəcəyi bildirilir. İbadətlərin batini mənaları, zikrin çeşidləri və hikmətləri şərh olunur. Əsərdə Quran ayələri, hədislər və bir sıra sufilərin sözlərinə dönə-dönə müraciət edilmişdir. "Ziyaül-Buyustəri" ləqəbli "Mahmud ibn Ömər bin Mövlana Süleyman Hocam" adlı katib Seyid Yəhyanın dağınıq və köhnəlmiş vəziyyətdə olan bu əsərini toplayaraq yenidən yazdığını əsərin sonunda ifadə etmişdir. Katib onu müəllif nüsxələrindən köçürmüşdür. Manisa Muradiyyə Kitabxanası kataloqunda bu ad ilə qeydli bir əsərə rast gəlinsə də bu tamam başqa bir kitabdır.