Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərxanım Əhmədli
[mənbə göstərin] Zərxanım Əhmədli 1952-ci il fevralın 18 — də Şəki şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 190 saylı məktəbdə alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Radio — Televiziya bölməsini bitirib. Elə həmin ildən etibarən Azərbaycan Dövlət Tele- Radio Verilişləri Komitəsində radio jurnalist kimi fəaliyyətə başlayıb. Azərbaycan Radiosunda redaktor, komentator, " Səhər" informasiya və musiqi proqramının şöbə müdiri vəzifəsində çalışıb. 1998–2004-cü illərdə " Azadlıq" radiosunun Bakı müxbiri vəzifəsində çalışıb. 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq yaradılan İctimai Radio quruculuğunda fəal iştirak edib. İctimai Radionun İnformasiya departamentinin direktoru vəzifəsində çalışıb. Həmin radio ilə hər gün efirə çıxan "Yeni gün" İnformasiya və musiqi poroqramının məsul redaktoru və ilk aparıcısı olub. 2009-cu ildə təqaüd yaşının çatması ilə əlaqədar operativ radio jurnalistikadan ayrılaraq pedoqoji fəaliyyətə başlayıb.
Alma xanım
Alma xanım — türk-monqol mifologiyasında döyüş tanrıçası. Xüsusilə monqollara döyüşçü tanrıça olaraq iştirak edir. Türk mədəniyyətində qadınların döyüşçülüyü məşhur olub, bu reallıq nağıllarda və mifologiyada də əks olunmaqdadır. Türk-monqol algılayışında qadın heç bir zaman evə bağlanılıb, saxlanan biri deyildir. İctimai həyatda aktiv rol alır. Monqol qaynaqlarında Alma Hatan (Alma Hatun) olaraq bəhsi keçər. == Etimologiya == (Al) kökündən törəmişdir. Almaq hərəkətiylə əlaqəlidir. "Qırmızı Alma" təbirinin Türk fəth anlayışını işarələdiyi nəzərə alnırsa Alma sözcüyünün məzmunu daha doğru olaraq aydın ola bilər. Ayrıca yenə almaq felinin eyni zamanda fəth etmək demək olduğunu da nəzərə almaq doğru olacaq.
Ama Xanım
Amma Xanım - türk və altay mifologiyalarında Yaradıcı Tanrıça. Amma Xanım olaraq da deyilir. İskitlerdeki Apa (Abay) adlı Tanrıça ilə arasında bir bağ ola bilər. Umay ilə eyni Tanrıça olduğu irəli sürülür. Şumerlərdə də Ama adlı bir Tanrıça mövcuddur. Anadoluda ama, eme, apa, ebe kimi sözlər həmişə qadın qohumları izah edir. Bəzən evi qoruyan bir Tanrıça olaraq adı keçir. == Etimologiya == (Am/Em) kökündən törəmişdir. Bu kök türkçe və monqolcada qadınlıq, dərman, eşq kimi anlayışlarla əlaqəlidir. Amı sözcüyü monqolcada həyat deməkdir.
Anna Xanım
Anna Xanım və ya Anna Bəyim (fars. آنا خانم‎; v. 6 sentyabr 1647) — Səfəvi hökmdarı Şah Səfinin (1629–1642) həyat yoldaşı və onun varisi, I Şah Səfidən sonra Səfəvi hökmdarı olacaq II Şah Abbasın (1642–1666) anası. == Həyatının erkən dövrü == Anna Xanım çərkəz kökənlidir. O, I Şah Abbasın oğlu Məhəmməd Baqir Mirzənin böyük oğlu Sam Mirzə (I Şah Səfi) ilə evləndirilmişdir. Bu izdivacdan da gələcək Səfəvi hökmdarı II Şah Abbas dünyaya gəlmişdir. == Şah anası kimi == I Şah Səfinin ölümündən sonra 1642-ci ildə oğlu II Şah Abbas taxta çıxdı. Onun hakimiyyətinin ilk 3 ilində Sarı Tağı xan, Məhəmməd Əli xan, Canı xan Anna Xanımın rəhbərliyində birləşərək dövləti idarə etdi. Sarı Tağı xan baş vəzir vəzifəsini tutdu. Amma bu fraksiyada əsas söz sahibi Anna Xanım idi.
Aqilə Xanım
Aqilə (Ruqiyyə) Xanım (Osmanlı türkcəsi: عقیلہ خاتون‎);(d. 1607 - ö. 1630) — II Osmanın ilk nikahlı hərəmi və Şeyxülislam Əsad Əfəndinin qızıdır. == Həyatı == II. Osmanın əsrlərdir davam edən Osmanlı adətlərinə zidd olaraq saray ərkanından kənar bir qadınla evlənməsi o dönəmdə hər kəs tərəfindən təəccüblə qarşılanmışdı. Bu evliliyə qarşı çıxanlar arasında Aqilə Xanımın atası Şeyxülislam Əsad Əfəndi də vardı. Bütün bu qarşıdurmalara baxmayaraq nikah bağlandı. II. Osmanın vəfatından bir neçə ay əvvəl əkiz övladları dünyaya gələn Aqilə Xanım ərinin vəfatının ardından köhnə saraya sürgün edildi. 1627-ci ildə Qənizadə Nadir Əfəndi ilə nikahlandı. Ölüm tarixi bilinməməklə birlikdə, təqribən 1630-cu ildə vəfat etdiyi bilinməktədir. Övladları isə uşaq yaşlarında naməlum səbəblərdən vəfat etdi.
Arifə Xanım
Arifə Xanım — Osmanlı Dövləti Türk Divan Ədəbiyyatı şairidir. Doğulduğu tarix və məkan bilinmir. XVI əsrdə yaşadığı haqqında məlumat vardır. Osmanlı Dövlətində divan ədəbiyyatı şairlərindən olduğu deyilir. Şeirlərinin məcmuasından ibarət bir divanı olduğu haqda məlumat olsa da, hələ də tapılmamışdır. Arifə xanımdan sadecə iki misradan ibarət bir şeir nümunəsi qalmışdır. Ölüm tarixi və harada öldüyü bilinmir. Arifə Xanımdan bir şeir nümunəsi Niyyət-i əzm ü əməl səbir ü səbat Bəşəri məqsədinə nail edər.
Ay Xanım
Ay Xanım (fars. آی‌خانم‎, özb. Oyxonim) — Əfqanıstanın şimalında, Pənc çayının sol sahilində, Kökçə çayının mənsəbində yerdə kənd. Ay Xanım yaxınlığında 1965–1978-ci illərdə aparılan qazıntılar nəticəsində Yunan-Baktriya şəhəri aşkar edilmişdir. Bu, həmin mədəniyyətə məxsus məlum olan ən qədim yaşayış məntəqəsidir. Alimlər buranın Oksiana İsgəndəriyyəsi (q.yun. Ἀλεξάνδρεια ἡ ἐπὶ τοῦ Ὄξου) olduğunu güman edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Tarn, W. W. The Greeks in Bactria and India. Chicago: Ares. 1984.
Birinci xanım
Birinci xanım və ya birinci ledi, (o cümlədən birinci centlmen) — bəzi ölkələridə dövlət başçısı seçilmiş şəxsin həyat yoldaşının qeyri-rəsmi titulu. Bu ifadə adətən baş nazir və ya hökumət başçısı üçün işlədilmir. Əvvəllər birinci xanım ifadəsi ABŞ prezidentlərinin həyat yoldaşlarını ifadə etmək üçün istifadə edilirdi, lakin sonradan digər dillərə keçərək hazırda idarə forması monarxiya olmayan hər hansı bir dövlət başçısının həyat yoldaşına müraciət etmək üçün istifadə olunur. Parlamentar respublikalarda və konstitusiya monarxiyalarında bu termin adətən hökumət başçısının (baş nazirin) həyat yoldaşına şamil edilir. Bəzi ölkələrdə (Rusiya daxil olmaqla) bu termin dövlət dilinə tərcümə olunur, məsələn, Latın Amerikasında Primera Dama, Fransada - Première Dame kimi ifadə olunur. ABŞ-də bu termin ilk dəfə 1849-cu ildə prezident Zakari Teylorun 4-cü prezident Ceyms Medisonun həyat yoldaşı Dolli Medisonun dəfn mərasimi zamanı onun haqqında vida nitqində istifadə edilmişdir. Bununla belə, “birinci xanım” adlandırılmağa başlayan ilk qadın ABŞ-nin 15-ci prezidenti Ceyms Byukenenın qardaşı qızı Harriet Leyndir (Byukenen ABŞ-nin yeganə subay prezidenti idi və onun hakimiyyəti dövründə birinci xanımın vəzifələrini qardaşı qızı yerinə yetirirdi).Lakin bu anlayış yalnız 1877-ci ildən ümumi istifadə olunmağa başladı. O zaman, jurnalist Meri Eyms prezident Raterford Heysin andiçmə mərasimi ilə əlaqədar qəzet reportajında "birinci xanım" ifadəsini onun həyat yoldaşı, Birləşmiş Ştatlarda populyar bir qadın olan Lyusi Heys haqqında yazarkən istifadə etmişdir. == Birinci xanımın etiketi == Birinci xanımlar üçün bir sıra əsas davranış normaları mövcuddur. Belə ki, protokola əsasən, rəsmi tədbirlərdə prezidentlərin xanımları onlardan bir qədər geridə qalmalıdır.
Dilfirib xanım
Dilfirib xanım (d. 1890 — ö. 1952) — 35. Osmanlı sultanı V Mehmedin beşinci xanımı. == Həyatı == Əslən çərkəz olan Dilfirib xanım 1890-cı ildə İstanbulda dünyaya gəlmişdir. Çox gənc yaşda saraya verilmiş, burada saray təhsili almışdır. Xidmət etdiyi illərdə Şahzadə Mehmed Rəşadın nəzərini cəlb etdi və 1907-ci ildə onunla vəliəhd sarayında evləndi. Sultan Mehmed Rəşadın 1918-ci ildə vəfatından sonra bir müddət sarayda qaldı və daha sonra Ərənköydəki bir villaya köçdü. Bir müddət sonra bir həkimlə evlənən Dilfirib xanımın bu evlilikdən bir oğlu dünyaya gəldi. Uzun müddət burada yaşadıqdan sonra, Vaniköydəki villasında 1952-ci ildə xərçəng xəstəliyindən vəfat etdi.
Düzdidil xanım
Düzdidil xanım (d. 1825 - ö. 18 avqust 1845) — 31. Osmanlı sultanı Əbdülməcidin üçüncü xanımı. == Həyatı == Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi.
Fikriyə xanım
Fikriyə xanım (türk. Fikriye Hanım; d.1887, Larisa — ö.31 may 1924, Ankara) — Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Fransız, Alman və Yunan dillərində səlis danışa bilən Fikriyə xanım eyni zamanda ud və piano da çala bilirdi. == Həyatı == 1887-ci ildə Selanikdə anadan oldu. Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Gənc yaşda bir misirli ilə evlənən Fikiryə xanım evliliyi uzun sürmədi ailesinin yanına qayıtdı. 1923-cü ilə qədər Çanqaya köşkündə Mustafa Kamal Paşaya köməklik göstərirdi. Zəif bədən quruluşuna sahib olan Fikriyə xanım tez-tez xəstələnməsi səbəbilə təhsil ala bilməmişdi. Bu hal isə onun gələcək planlarına təsir göstərmişdi. Ağciyərlərindən əziyyət çəkən Fikriyə xanım Münhenə getməli idi.
Füsunkar xanım
Füsunkar xanım - Avropada, orta əsrlərdə yüksək mənəviyyata - (cəsarət, sadiqlik, qadına qarşı alicənablıq) malik kişinin - cəngavərin öz təxəyyülündə yaratdığı kurtuaz sevgi obyekti olan obraz. Füsunkar xanım həm mənəvi, həm də cismani kamillik idealı idi. Çox vaxt cəngavər özünə qadını görmədən seçirdi. Əsas şərt qadına xidmət, onun bütün tələblərini yerinə yetirmək və bütün rəqiblərdən, xüsusilə qəddar və ya qısqanc ərdən qorumaqdır. Füsunkar xanım obrazı heç şübhəsiz kişi, üstəlik, cəngavər təsəvvürünün məhsulu olub və cəngavər kişilər üçün yaradılmışdı. Füsunkar xanım kurtuaz ədəbiyyatın mərkəzi obrazıdır, məsələn: Flamenka "Flamenka", İzolda "Tristan və İzolda" romanında. Son füsunkar xanım obrazlarından biri, Servantesin ölməz "Don Kixot" əsərində rast gəlinir.
Göyərçin xanım
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Heyran xanım
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Mələkbər xanım
Mələkbər xanım (ö. oktyabr 1890) — Osmanlıların Misir və Sudan hakimi Səid Paşanın ikinci xanımı. == Həyatı == Doğum tarixi və saraya necə alındığı məlum deyil. Ancaq çərkəz əsilli olan bu qızcığazın Səid Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Cütlüyün Mahmud və Mehmed Tosun adlı 2 oğlu dünyaya gəldi. Səid Paşanın ilk xanımı İnci xanımdan övladı yox idi və bir çoxları paşanın övladının olması üçün Mələkbər xanımla birlikdə olduğunu düşünürdü. Digər tərəfdən Səid Paşa ilk xanımına çox bağlı idi və bütün rəsmi görüşlərə və səyahətlərə onunla birlikdə qatılırdı. 1863-cü ildə Səid Paşanın vəfatının ardından Mələkbər xanım bir daha evlənmədi və qalan ömrünü kiçik oğlu Mehmed Tosun Paşa ilə birlikdə keçirdi. 1890-cı ilin oktyabrında İsgəndəriyyədə vəfat edən İnci xanım öncə buradakı Nəbi Danial məscidinə, daha sonra isə Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. == Övladları == Mahmud bəy (ö.
Nakihət Xanım
Nakihət Xanım (və ya Nakihət Begüm), Səfəvi şahı II Abbasın (1642–1666) çərkəz kökənli həyat yoldaşı. II Şah Abbasın varisi və ondan sonrakı Səfəvi şahı Şah Süleyman Səfəvinin anasıdır. İlk əvvəllər Səfəvi sarayında kəniz olmuş, sonradan kəbinli həyat yoldaşı və şahın əsas arvadı olmuşdur.Şah ailəsinin digər qadınları kimi, ölümündən sonra İraqdakı Şiə müqəddəs türbələrində dəfn edilmişdir. Bu yerlər 1639-cu il, Qəsri-Şirin sülh müqaviləsi imzalanan zamandan formal olaraq Osmanlı dövlətinə tabe idi. == İstinadlar == == Mənbə == Bierbrier, Morris. "The Descendants of Theodora Comnena of Trebizond". The Genealogist. 12 (1). 1998. Matthee, Rudi.
Navəkmisal xanım
Navəkmisal xanım (d. 1828 - ö. 5 avqust 1854) — 31. Osmanlı sultanı Əbdülməcidin on səkkizinci xanımı. == Həyatı == Navəkmisal xanım 1828-ci ildə Şimali Qafqazda əsilzadə ailəsində dünyaya gəlmişdir. Atası Rüstəm bəy Biberd, anası isə Batıxan Kızılbəyin qızı Fatma Kızılbəy idi. Özündən başqa Suzidilarə xanım (ö. 1919) adlı bir bacısı da vardı. Xalası Kəşfiraz xanım Rəfiyə Sultanın süd anası idi. Bu səbəblə bacısı qızlarını daha yaxşı həyat yaşamaları üçün İstanbula, Osmanlı sarayına gətirtmişdi.
Nazlı xanım
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. == Soy kökü == Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. == Həyatı == Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazpərvər xanım
Nazpərvər xanım (d. 12 iyun 1870 — ö. 9 mart 1929) — 35. Osmanlı sultanı V Mehmedin dördüncü xanımı. == Həyatı == Nazpərvər xanım 12 iyun 1870-ci ildə İstanbulun Beşiktaş səmtində dünyaya gəlmişdir. Aİləsi əslən abxaz olub, əsl adı Əminə idi. Sultan Əbdüləzizin xanımı Dürrünəv xanımın bacısı qızı idi. Bu səsəblə 4 yaşına çatan Əminə və bacısı Behiyə xanım İstanbula gətirildi və Osmanlı sarayında xalaları Dürrünəv xanımın himayəsinə verildi. Burada tamamilə türk və müsəlman ənənələrini öyrənən Əminənin adı dəyişdirildi və Nazpərvər qoyuldu. Sarayda Sultan Əbdüləziz cinayətinə şahid olanlardan biri idi.
Nigar xanım
Nigar xanım (1856[…], Konstantinopol – 1918, Konstantinopol) (نگار خانم) — Osmanlılar dövründə yaşayan türk şair. Atası macar əsilli Makar Osman Paşa idi. == Həyatı == İstanbulda 1856-cı ildə anadan olub. Əsl adı Şandor Farkaşdır və 1848-ci il Macarıstan İnqilabından sonra Türkiyəyə sığınan və “Macar” ləqəbi ilə tanınan Osman Paşanın qızıdır; Anası, vəzir Keçecizadə Fuad Paşanın katibi Nuri bəyin qızı Əminə Rifati Xanımdır. Yeddi yaşında o, Kadıköydəki Madam Qarosun internat məktəbinə verilir. Bu məktəbdə o, yunan, italyan və erməni dilləri ilə yanaşı, fransız dili, fortepiano, rəssamlıq və tikiş sənətini də öyrənir. O, çarşab yaşının yaxınlaşması ilə əlaqədar olaraq məktəbdən ayrılır, fortepiano və dil dərslərini evdə davam etdirib. Erkən yaşda evliliyindən Sâlih Münir, Sâlih Feridun ve Sâlih Kerâmet adlı uşaqları dünyaya gelir. Yeddi il sonra həyat yoldaşından ayrılır. "Əfsus" adlı şeir kitabını çap etdirir.
Pərixan xanım
Pərixan Sultan (tam titulu: Dürri-dürət Padşahi Şahhiran Sultan Cahan və Cahaniyan Fatimə üz-Zamani Pərixan Sultan; 3 avqust 1548 — 12 fevral 1578) — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. == Həyatı == Pərixan Sultan 3 avqust 1548-ci ildə Əhərdə doğulmuşdur. Hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılmışıdır. Atasının ən sevdiyi qızı olub, ən yaxın məsləhətçilərindən idi. Bibisi Məhinbanu Sultandan xüsusi təlim, tərbiyə almış onun 'Naibə'lik varisi olmuşdur. Bu sayədə də çoxlu nüfuz əldə etmişdir.İsgəndər bəy Münşi, onun haqqında deyir: == Heydər Mirzə dövründə == Atasının ölüm ayağında qardaşlarından İsmayılın tərəfini tuturdu. Rumlu, Əfşar və Qacar tayfaları da onun tərəfində idi: Təhmasibin ölümündən sonra İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı… Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və fəsad anası-Gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Bu səbəbdən fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi.
Qaçqın xanım
Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi şəkil, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Azərbaycan xalqınızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunəsi sayılır.Portret təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.
Nurəfsun xanım
Nurəfsun xanımı (1851 – 1915, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ikinci xanımı. == Həyatı == Ailəsi əslən çərkəz olub, əsl adı Sərvinazdır. Atası Səlim bəy Şarmat, anası Rəbiyə xanımdır. Saraya necə alındığı və Şahzadə Əbdülhəmidlə necə tanış olduğu bilinmir. Cütlük 1868-ci ilin oktyabrında Dolmabağça sarayında evlənmiş, ancaq 26 iyul 1879-cu ildə ayrılmışdır. Övladı olmamışdır. == Mənbə == Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil.
Nəsrin xanım
Nəsrin xanım (d. 1826, Poti — ö. 2 may 1853, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on birinci xanımı. == Həyatı == Nəsrin xanım əslən gürcü olub, əsl adı Adilə idi. 1826-cı ildə Poti şəhərində dünyaya gəldi. Atası gürcü əsilzadələrdən Mənüçöhr Asemiani, anası isə onun xanımı Mehrə xanımdır. Bəzmialəm Validə Sultanın oğlu üçün seçdiyi gürcü gözəllərindən biri idi və bu məqsədlə uşaq yaşlarında saraya alınaraq saray təlim-tərbiyəsi aldı. Ardından 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi və həmin ilin dekabrında ilk övladı Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq hələ 3 yaşında ikən vəfat etdi.
Nəvvarə xanım
Nəvvarə xanım (d. 4 may 1901 — ö. 22 aprel 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin dördüncü xanımı və gözdəsi. == Həyatı == Nəvvarə xanım 4 may 1901 tarixində İzmitin Hikmətiyə kəndində abxaz əsilli Mustafa bəylə xanımı Hafizə xanımın ailəsində dünyaya gəldi. Kiçik yaşlarında Dolmabağça sarayına alınaraq təhsil aldı. Sultan Vahidəddinin üçüncü xanımı Şadiyə Müvəddət xanımın əmisi qızıdır. Müvəddət xanım Şahzadə Vahidəddinlə evləndikdən sonra onu Çəngəlköy sarayına alaraq özünə nədimə seçmişdi. Vahidəddin bu dəfə də Nəvvarə xanıma aşiq olmuş, bu səbəblə iki əmi qızının münasibətləri pisləşmişdi. Vahidəddinlə 20 iyul 1918-ci ildə Dolmabağça sarayında evləndi. Bu nigahdan övladı olmadı.
Ebrahim Əlidoxt
Ebrahim Əlidoxt (26 oktyabr 1967) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ebrahim Əlidoxt İranı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Tənsuqnameyi-Elxani
Tənsuqnameyi-Elxani Əsər “Cəvahirnamə” adıyla daha çox şöhrət tapmışdır. Tusi “Cəvahirnamə” əsərində qiymətli minerallar haqqında geniş məlumat vermiş, onların xüsusiyyətlərini, təsvirini və hətta müalicəvi əhəmiyyətlərini də göstərmişdir. Hülakü sultanına həsr olunmuş “Tənsuqnameyi-Elxani” əsəri 28 fəsildən ibarətdir. Tusi burada qiymətli daşlardan və onların xüsusiyyətlərindən bəhs etmişdir. Mətn məcmuədə yerləşir və 17 b – 31 b vərəqlərini əhatə edir. Mətn tamdır və sarımtıl rəngli Şərq istehsalı olan qalın vərəqdə, iri nəstəliq xəttilə yazılmışdır. Başlıqlar və yarımbaşlıqlar qırmızı mürəkkəblə qeyd edilmişdir. Bütün əsər boyu səhifələrin kənarlarında qırmızı mürəkkəblə katib qeydləri verilmişdir. Əsərdə həm müasir nömrələmə üsulu (paqinasiya), həm də kustod üsullu nömrələnmədən istifadə edilmişdir. Əsərin cildi sərt kartondan ibarətdir.
Zic-elxani
Zic-elxani («Elxani astronomik cədvəli») — Nəsirəddin Tusinin əsəri çoxlu astronomik, riyazi və coğrafi cədvəlləri ilə məşhurdur. Planetlərin geosentirik orbitinin əsas elementləri verilən bu əsərdə riyaziyyat və nücum elminə dair mükəmməl ümumiləşdirmələr aparan alimin bu əsərini bəzən «Elxani təqvimi» deyə də tanıyırlar. == Əsər haqqında == Dünyanın bir çox nüfuzlu kitabxanalarında bu əsərin nüsxələrinə rast gəlinir, çünki, «Zic-i elxani» əsərində 1700 illik astronomiya müşahidələri öz təcrübəsini dəqiq bir surətdə ortaya çıxartmışdır. Planetlərin sutkalıq orta hərəkti haqqındakı məlumatlar son dərəcə dəqiqliklə hesablanmışdır ki, bu da müasir astronomiya cihazlarının köməyi ilə əldə edilən dəqiq məlumatlardan çox cüzi bir surətdə fərqlənmişdir. «Zic-i elxani» əsərində verilən cədvəllər dörd kitabdan ibarətdir, bu əsrin birinci kitabında yunan, fars, yəhudi, ərəb və türk təqvimləri barədə məlumat verilir və bu təqvimlərin birindən digərinə keçmək üsulları izah olunur. İkinci kitabda isə ulduzların yerdəyişməsi və onların ekliptik koordinatlar üzrə yerləşməsi barədə söhbət açılır. «Zic-i elxani» əsərinin üçüncü və dördüncü kitablarında isə astrologiya məsələlərinə toxunulur. Tusinin «Zic-i elxani» əsərində riyaziyyata, coğrafiyaya və astronomiyaya aid verdiyi cədvəllər öz dövrünün elmi informasiyasına görə çox qabaqcıl bir mövqeyə malik idi. Bu cədvəllər içərisində altımışlıq say sistemində sinusun və tangesin (döngənin və toxunanın) üçrəqəmli triqonometriya cədvəlləri verilmişdir. Bu dövrdə məşhur olan 256 şəhərin coğrafi koordinatların cədvəlinə da rast gəlmək mümkündür.