Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. == Sarğıların növləri, onların qoyulması qaydaları == Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Quymaq
Oymaq iyesi
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Bəldə
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz.Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır.Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Qaymaq Mustafa Paşa
Qaymaq Mustafa Paşa (ö. 1 oktyabr 1730) — III Əhməd səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi bilinmir. Atası IV Mehmedin sədrəzəmlərindən Bayburtlu İbrahim Paşa, anası isə yenə eyni dövrün sədrəzəmlərindən Mərzifonlu Mustafa Paşanın qızı Fatma xanım idi. Kiçik yaşlarından saraya alındı və burada Əndərunda təhsil aldı. Qapıçıbaşılığa qədər yüksəldi, ardından 1717-ci ilin fevralında ikinci miraxur, həmin ilin iyununda isə qapıçılar kəndxudası oldu. Bu dönəmdə sədrəzəm Nevşəhərli İbrahim Paşanın qızı Fatma xanımla (ö. 1765) evləndi və onun yaxın adamlarından biri halına gəldi. 1718-ci ilin mayında nişançı vəzir, 1721-ci ilin sentyabrında isə kaptan-ı dərya təyin edildi. Qətlinədək bu vəzifədə qalmışdır.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.
Bəldə nahiyəsi
Bəldə mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiyana tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi.Bəldə nahiyəsi Urmiya bölgəsində 1727-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfaları: Abdulməlik (23 ailə; 1 subay); Yaşadığı kəndlər: Taşməzək. Hacı Pirlü (18 ailə; 1 subay); Yaşadığı kəndlər: Dəbnaabad-Topcıkadı. Iğdırlu (7 ailə; 1 subay); Yaşadığı kəndlər: Hanqan. Qarakösəlü (11 ailə; 4 subay); Yaşadığı kəndlər: Həmid Xəlilan. Qasımlu — Avşar (140 ailə; 23 subay); Yaşadığı kəndlər: Beşnikən-Qaraağac-Qaraağıl-Sarı Alan-Asbestan (Bəldə)-Dizəctəkbə-Tumir-Tülkiyan-Nazı-Bena-cık-Zevik-Balanç-Dərinabad-Baya-Türkmanlar-Bilinəcik (Sahraabad). Köpəklü — Avşar (16 ailə; 5 subay); Yaşadığı kəndlər: Aydınlu. Kürklü (16 ailə; 4 subay); Yaşadığı kəndlər: Şeyxkəndi. Təkəşlü (18 ailə; 2 subay); Yaşadığı kəndlər: Əyriağac-Hacılı.
Göydağ
Göydağ – Culfa və Ordubad rayonları sərhədində dağ (hünd. 2720,4 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə. Nürgüt kəndindən 5 km qərb-şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik massivin mərkəzində yerləşmiş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında müşahidə edilən Mərəlik-Göynük sinklinalının maqmatık kütlə ilə yarılmış cənub-şərq sentriklinal hissəsinə aiddir.
Eldən-elə (roman)
Eldən-elə — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin tarixi romanı. == Haqqında == Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur. Anası isə çox mülayim, mehriban bir qadındır. Eyni zamanda Süheyla, Altıntelli, Ömür bəy, vəliəhd Erkin və başqalarının obrazları yaradılmışdır.
1905-ci ildə
1905-ci ildə — 1931-ci ildə Azərbaycan dramaturqu Cəfər Cabbarlının Qafqazda Erməni-Azərbaycan müharibəsi dövründə azərbaycanlı Baxşı və erməni Sonanın məhəbbət hekayəsi üzərində yazdığı pyes. Pyes ilk dəfə səhnədə 1931-ci ildə Bakıda nümayiş olunub. Əsər tarla müşayiət olunan "Sarı Gəlin" xalq mahnısının ifası ilə başlayır. Əsəri rus dilinə İqor Peçenev tərcümə edib. == Yaranma tarixi == Cəfər Cabbarlının 1905-ci ildə Erməni-Azərbaycan müharibəsinin siyasi cəhətdən çox kəskin və kompleks mövzusunu bədii şəkildə əhatə etməsinə səbəb olan həlledici fakt, azərbaycanlı dramaturqunun Maksim Qorki ilə görüşü idi və onun Qorkinin "Sovetlərin Birliyi haqqında" kitabı ilə dərin maraqlanması idi.Cəfər Cabbarlı etiraf edirdi ki, "1905-ci ildə" pyesini yazarkən, o "1905-ci ildə Bakıda baş verən bütün inqilabi hadisələri" əhatə etmək vəzifəsini özü üçün əsas qoymamışdı. Onun sözlərinə görə, "bu mövzu hələ də bədii həllini gözləyir". 1929-cu ildə Cabbarlı Zaqafqaziya xalqlarının mədəni birliyi ayı ərzində Gürcüstana və Ermənistana səfər etmişdir. O, bu səfərdən sonra "1905-ci ildə" pyesini yazdı. Pyesin yaranma tarixi haqqında Cəfər Cabbarlı Ədəbiyyat qəzetinin 1934-cü il 30 may nəşrində yazırdı: == Səhnələşdirilmə tarixi == Azərbaycan səhnəsində pyes ilk dəfə 1931-ci ilin oktyabr ayında (1931-1932-ci il mövsümü) nümayiş etdirilib. Pyesin ilk rejissoru Leninqraddan dəvət olunan rejissor V.V. Lyutse, rəssam P. Ryabçikov isə tamaşanın bədii dizaynını qurmuşdu.
Əllə çəkilmiş karikatura
Əllə çəkilmiş animasiya və ya Ənənəvi animasiya hər bir kadrın, ölçülü rəsmlərin kadr-kadr çəkilişinə əsaslanan animasiya texnikası. XIX əsrin sonu - XX əsrin əvvəllərində yaranmışdır. Bu üsul kompüter animasiyasının yaranmasına qədər kinoda dominant olmuş animasiya forması olmuşdur.
Bir ildə həyat
Bir ildə həyat (ing. Life in a Year) — ABŞ istehsalı romantik, dram filmi. == Məzmun == Atası Xavier tərəfindən Harvard Universitetinə daxil olmaq üçün yetişdirilən Derin, bir gün axşam bir repçinin konsertinə gizlicə girmək istəyəndə İzabel ilə tanış olur və ona aşiq olur. Derin və İzabel 2 ay sevgili olurlar. Ancaq Derin ona aşiq olduğunu deyəndə İzabel xərçəng xəstəsi olduğunu və ömrünə cəmi bir il qaldığını etiraf edir. Beləliklə Derin bir ildə həyat yaşamağ üçün plan qurur. İzabel onun reper olduğunu bilirdi və ona ilk demo diskinin hazırlanmasında kömək edir. Derin İzabelı öz ailəsi ilə tanışdırmaq istəyirdi. İzabeldən xoşu gəlməyən Xavier bundan istifadə edib ona suallar verirdi. O, oğlunun diqqətini yayındıran şeylərdən məsələn qızlardan qorumaq onun öhdəliyi idi, xüsusilədə İzabel kimilərindən.
Belde
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz.Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır.Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
ELTE
Eötvöş Lorand Universiteti (ing. Eötvös Loránd University, mac. Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir == Tarixi == 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır.
Elda
Elda (isp. Elda) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 45,79 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 54815 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir. Şəhərdə Elda adlı qəsr yerləşməkdədir.
Eldey
Eldey (isl. Eldey) — İslandiyanın cənub-qərbində, Reykyanes yarımadasından təxminən 10 mil (16 km) məsafədə yerləşən kiçik bir ada. Ada təxminən 3 hektar ərazini əhatə edir və hündürlüyü 77 metrə çatır. Adanın dik yamaclarında təxminən 16.000 cüt ilə dünyanın ən Şimal oluşası koloniyalarından biri də daxil olmaqla bir çox quş yaşayır. Adanın yuxarı hissəsində quraşdırılmış iki veb-kameradan istifadə edərək bu koloniyanı real vaxt rejimində müşahidə edə bilərsiniz. 1830-cu ildə vulkan püskürməsindən sonra Qeyrfuqlasker adasından quşlar buraya çoxlu sayda qanadsız qaqara populyasiyası köç edir. 1835-ci ildə kəşf edildikdən sonra koloniyanın sayı 50-yə yaxın olur. Kolleksiyalarında bu quşu görmək istəyən muzeylər tədricən quşları koloniyadan götürürlər. Balalarını yumurtadan çıxaran sonuncu cüt 1844-cü ildə öldürülür.
Elçe
Elçe (isp. Elche) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 326,07 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 230822 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 21 km uzaqlıqda yerləşir.
Cəbəllütariqin ələ keçirilməsi
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi. İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı. Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi.
Cəbəllüttariqin ələ keçirilməsi
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi. İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı. Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi.
2015-ci ildə Azərbaycan
2015 — Azərbaycanda "Kənd təsərrüfatı İli" == Siyasət == == Hadisələr == === Yanvar === 12 Yanvar — 2015-ci il "Kənd təsərrüfatı İli" elan edildi === Fevral === === Mart === === Aprel === 29 Aprel — Bakı şəhəri, Xətai rayonunda yerləşən 58№-li məktəbin XI sinif şagirdi Aytac Babayeva qətlə yetirildi. Hadisə nəticəsində 8 bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçindi === May === 19 May — Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın oldu. Hadisə nəticəsində 15 nəfər öldü, 64 nəfər yaralandı === İyun === 12 — 28 İyun — I Avropa Oyunları (Bakı) Medal sayı: 56 Qızıl - 21 Gümüş - 15 Bürünc - 20 Yer: 2 === İyul === === Avqust === === Sentyabr === === Oktyabr === === Noyabr === === Dekabr === 4 Dekabr — Xəzər dənizində "Günəşli" neft yatağında yanğın baş verdi. Hadisə nəticəsində 16 nəfər vəfat etdi, 17 nəfər itkin düşdü. == Doğumlar == == Vəfatlar == === Yanvar === 1 Yanvar — Siyavuş Qarayev, kimya elmləri doktoru, professor, alim (d. 1942) 2 Yanvar — Gülağa Zeynalov, tarzən (d. 1956) 3 Yanvar — Yaşar Şamilov, Əməkdar məşqçi (d. 1945) 7 Yanvar — Zahid Qaralov, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim (d. 1934) 11 Yanvar — Gülşən Lətifxan, yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi (d. 1961) 20 Yanvar — Hafiz Fətullayev, kinorejissor, ssenarist, aktyor (d.
2016-cı ildə Azərbaycan
2016 — Azərbaycanda "Multikulturalizm İli"
2020-ci ildə Azərbaycan
2020 — Azərbaycanda "Könüllülər ili" Azərbaycanda VI çağırış Milli Məclisə seçki 2020-ci ilin payızında keçirilməli olsa da, ölkədə aparılan struktur islahatları çərçivəsində fevral ayında növbədənkənar parlament seçkiləri təşkil edildi. Seçki o zaman Qarabağın erməni qüvvələrinin işğalı altındakı əraziləri istisna olmaqla, 1314 namizədin rəqabət apardığı 125 seçki dairəsində keçirildi. Azərbaycanda 2020-ci ilin ən mühüm hadisəsi əlbəttəki, 28 illik erməni işğalına sona qoyulmasıdır. 2020-ci ilin iyulunda tərəflər arasında bir neçə günlük hərbi toqquşmalar (Tovuz döyüşləri) oldu. Qarşıdurma beynəlxalq vasitəçilərin, xüsusən Rusiyanın müdaxiləsilə dayandırıldı. İkinci Qarabağ müharibəsi ərzində (27 Sentyabr - 10 Noyabr) Azərbaycan qüvvələri tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Xocalı, Tərtər və Şuşa rayonlarında 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 10-da imzalanmış Qarabağ atəşkəs bəyanatı ilə 28 ildir münaqişənin davam etdiyi Qarabağ bölgəsində vəziyyət kökündən dəyişdi, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verildi. Həmin sənədə görə, Rusiyanın 1960 əsgər, 90 zirehli texnika və 380 hərbi texnikasından ibarət sülhməramlı qüvvələri 5 il müddətinə bölgədə yerləşdirildi. Sənəd müharibə qaçqınlarının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Qarabağ bölgəsinə qayıtmasını da nəzərdə tutur. Birgə bəyanata əsasən əldə edilmiş razılaşmalardan biri bölgədəki quru nəqliyyat yollarının bərpası, Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanın qərb bölgəsilə Naxçıvan MR arasında Ermənistan ərazisi ilə quru yolunun (Zəngəzur dəhlizi) çəkilməsidir.
2021-ci ildə Azərbaycan
2021 — Azərbaycanda "Nizami Gəncəvi ili" 2020-ci ildə olduğu kimi 2021-ci ildə də çoxlu COVID-19 ştammlarının aşkarlanması səbəbindən COVID-19 korinavirus pandemiyası ağır şəkildə davam etdi. Azərbaycanda COVİD-19 infeksiyası əleyhinə vaksinasiya başladı və uğurla davam etdirildi. İlk növbədə işğal illərində erməni vandalizminin viran qoyduğu ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə təqdimatı məsələsinə diqqət yönəldildi. İşğaldan azad edilmiş ərazilərə xarici ölkə təmsilçilərinin, mətbuat, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin səfərlərinin təşkili ilə Ermənistan dövlətinin terrorçu mahiyyətinin üzə çıxarılması üçün şərait yaradıldı. Qarabağda sürətli quruculuq bərpa işləri aparıldı. İlk növbədə yol və digər zəruri infrastrukturun bərpası istiqamətində işlər görüldü. Füzuli Beynəlxalq Hava Limanının və Zəfər Yolunun inşası, regionda digər hava limanlarının tikinti prosesinin davam etməsi gələcəkdə Qarabağın iqtisadi potensialının daha da artmasına zəmin yaratdı. Pandemiya səbəbilə təxirə salınan 2020 Yay Olimpiya Oyunları keçirildi. Ölkəmizi təmsil edən idmançılar 3 gümüş, 4 bürünc medala yiyələndilər. 2020 Yay Paralimpiya Oyunları zamanı bu göstərici daha da yüksək səviyyəyə qaldırıldı.
2022-ci ildə Azərbaycan
2022 — Azərbaycanda "Şuşa ili" 2022-ci ildə Azərbaycan Ordusu Ermənistan Ordusundan həm texnoloji, həm hərbi hazırlıq, həm də personal cəhətdən üstün olduğunu sübut etdi. İstər sentyabr döyüşləri, istərsə digər sərhəd toqquşmaları zamanı bunu açıq şəkildə rəqibə göstərdik. Azərbaycan Qarabağ məsələsində öz qırmızı xətlərini gözləyəcəyini, heç bir qüvvəyə bu bölgədəki maraqlarını, nə də ərazi bütövlüyünü güzəştə getməyəcəyini bildirdi. Fərrux əməliyyatı, "Qisas" əməliyyatı və digər lokal əməliyyatlar, Xankəndi-Laçın yolunda aksiyalar ilə bunun bir daha şahidi olduq. Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrin gücləndirilməsi, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan ilə birbaşa ikitərəfli əlaqələrin yüksək səviyyəyə çıxarılması prioritet elan olundu. Həmin ölkələrlə Azərbaycanın iqtisadi dövriyyəsi bir neçə dəfə artıb, siyasi əlaqələr inkişaf edib. 2022-ci ildə daha bir önəmli addım Azərbaycanın unitarlaşması istiqamətində atıldı. Bu ilk növbədə NMR-dəki güc strukturlarının rəsmi Bakıya tabe etdirilməsi, ən son isə Naxçıvan Ali Məclisi sədrinin (Vasif Talıbov) vəzifədən kənarlaşdırılması NMR-nin artıq birbaşa mərkəzdənqaçma meyllərinin qarşısnın alınmasında, Azərbaycanın unitarlaşması və mərkəzi hakimiyyəti güclənməsində çox önəmli addım oldu. Noyabr ayında Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul olundu. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərində fəaliyyət göstərən sahibkarlara ciddi şəkildə güzəşt mexanizmi qanunla təsdiq edildi.
2023-cü ildə Azərbaycan
2023 — Azərbaycanda "Heydər Əliyev ili" == Siyasət == Xarici İşlər naziri — Ceyhun Bayramov Daxili İşlər naziri — Vilayət Eyvazov Müdafiə naziri — Zakir Həsənov Müdafiə Sənayesi naziri — Mədət Quliyev Elm və Təhsil naziri — Emin Əmrullayev Mədəniyyət naziri — Adil Kərimli Səhiyyə naziri — Teymur Musayev Ekologiya və Təbii Sərvətlər naziri — Muxtar Babayev Fövqəladə Hallar naziri — Kəmaləddin Heydərov Gənclər və İdman naziri — Fərid Qayıbov Kənd Təsərrüfatı naziri — İnam Kərimov Maliyyə naziri — Samir Şərifov Rəqəmsal İnkişaf və Nəqliyyat naziri — Rəşad Nəbiyev İqtisadiyyat naziri — Mikayıl Cabbarov Energetika naziri — Pərviz Şahbazov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri — Sahil Babayev Ədliyyə naziri — Fikrət Məmmədov == Hadisələr == === Yanvar === 5 Yanvar — İlham Əliyev və Mehriban Əliyeva Bakı şəhərinin Yasamal rayonunda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak etdilər 6 Yanvar — İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonunda "Bakı KOB evi"nin açılışında iştirak etdi 11 Yanvar İtaliya müdafiə naziri Quido Krosetto Azərbaycana səfər etdi. İlham Əliyev və Quido Krosetto arasında görüş oldu (Bakı) Muxtar Məmmədov İsrail səfiri təyin edildi Azərbaycanın Kubaya yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim etdi 12 Yanvar — "Arkoz İnşaat Şirkəti" MMC "Gəmiqaya İnşaat" MMC-nin tərkibindən ayrıldı 14 Yanvar Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva etimadnaməsini Fransa Prezidenti Emmanuel Makrona təqdim etdi Azərbaycanın Vatikana yeni təyin olunmuş səfiri İlqar Muxtarov etimadnaməsini Katolik Kilsəsi rəhbəri Papa Fransiskə təqdim etdi “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı təsis edildi 15 Yanvar — İlham Əliyev BƏƏ-yə səfər etdi: İlham Əliyev və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş oldu (Əbu-Dabi, BƏƏ) 17 Yanvar — İlham Əliyev İsveçrəyə səfər etdi: İlham Əliyev və "Damen Shipyards Group" şirkətinin icraçı direktoru, səhmdarı Arnaut Damen arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "CISCO" şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Fortesque Future Industries" şirkətinin sədri Endrü Forest arasında görüş oldu (Davos, İsveçrə) 18 Yanvar İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Latviya Prezidenti Eqils Levits arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Kromatix SA" şirkətinin baş icraçı direktoru Rafik Hanbali arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Carlsberg Group" şirkətinin prezidenti, baş icraçı direktoru Kes t`Hart arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və BP şirkətinin baş icraçı direktoru Bernard Luni arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif arasında görüş oldu (Davos, İsveçrə) 18 Yanvar — 2 Fevral — "Qış təlimi-2023" (Qars, Türkiyə) 19 Yanvar İlham Əliyev və Dünya İqtisadi Forumu sədri Klaus Şvab arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Niderland Baş naziri Mark Rutte arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Xorvatiya Baş naziri Andrey Plenkoviç arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Adani Group" şirkətinin sədri Qautam Adani arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Aİ büdcə, administrasiya üzrə komissarı Yohannes Han arasında görüş oldu (Davos, İsveçrə) Mingəçevir şəhəri 2023-cü il, Lənkəran şəhəri 2024-cü il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edildi 24 Yanvar Ceyhun Bayramov Özbəkistana səfər etdi: Ceyhun Bayramov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş oldu (Daşkənd, Özbəkistan) İƏT xarici işlər nazirlərinin 26-cı iclası keçirildi (Daşkənd, Özbəkistan) 25 Yanvar — "Shahbulaq Mining" şirkəti təsis edildi 26 Yanvar İlham Əliyev ölkəmizə yeni təyin olunmuş Fransa, Yunanıstan və Meksika səfirlərinin etimadnamələrini qəbul etdi: Fransa səfiri - Ann Buayon Yunanıstan səfiri - Xristos Kapodistrias Meksika səfiri - Mariya Viktoriya Romero Kabalyero Azərbaycanın Cənubi Koreyaya yeni təyin olunmuş səfiri Ramin Həsənov etimadnaməsini Cənubi Koreya Prezidenti Yun Sok Yola təqdim etdi 27 Yanvar Azərbaycanın İrandakı səfirliyinə hücum: Yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycanın İranın paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə terror aktı törədildi. Hücum edən şəxs silahla mühafizə postunu yardı və səfirlik əməkdaşlarına atəş açdı. Hücumun dəf edilməsi zamanı diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid oldu və 2 mühafizəçi yaralandı Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycana səfər etdi Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız yaşaya bilmək müddəti 90 günə qədər uzadıldı "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flett Azərbaycana səfər etdi. İlham Əliyev və Brüs Flett arasında görüş oldu (Bakı) 28 Yanvar — İlham Əliyev və Misir Prezidenti Əbdül Fəttah əs-Sisi arasında görüş oldu (Bakı) 29 Yanvar İlham Əliyev və Mehriban Əliyeva Macarıstana səfər etdilər Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı 30 Yanvar İlham Əliyev və Macarıstan Prezidenti Katalin Novak arasında görüş oldu (Budapeşt, Macarıstan) İlham Əliyev və Macarıstan Baş naziri Viktor Orban arasında görüş oldu (Budapeşt, Macarıstan) Türkiyə milli təhsil naziri Mahmud Özər Azərbaycana səfər etdi "Yeni trendlər və gənclər" bloqer və jurnalistlərin I Forumu keçirildi (Bakı) === Fevral === 1 Fevral İlham Əliyev və Türkiyə milli təhsil naziri Mahmud Özər arasında videoformatda görüş oldu Milli Məclis Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında Konvensiyanı ratifikasiya etdi 2 Fevral Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycana səfər etdi. İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis arasında görüş oldu (Bakı) Azərbaycanın Əlcəzairə yeni təyin olunmuş səfiri Tural Həsənov etimadnaməsini Əlcəzair Prezidenti Əbdülməcid Təbbuna təqdim etdi 3 Fevral Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası keçirildi (Bakı) Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirildi (Bakı) Aİ enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycana səfər etdi. İlham Əliyev və Kadri Simson arasında görüş oldu (Bakı) İtaliya ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin Azərbaycana səfər etdi. İlham Əliyev və Cilberto Piketto Fratin arasında görüş oldu (Bakı) Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradıldı 6 Fevral — Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradıldı 7 Fevral — İlham Əliyev ölkəmizə yeni təyin olunmuş Konqo, Namibiya, Vyetnam və Laos səfirlərinin etimadnamələrini qəbul etdi: Konqo səfiri - David Maduka Namibiya səfiri - Klemens Xanduukeme Kaşuupulva Vyetnam səfiri - Danq Min Xoy Laos səfiri - Vilavan İyapohe 8 Fevral İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonunda Tofiq Quliyev heykəlinin açılışında iştirak etdi "Dövlət Turizm Agentliyi"nin regional turizm idarələri yaradıldı 10 Fevral — Bakı şəhərində Pakistan sitrus meyvələri festivalı keçirildi 13 Fevral İlham Əliyev Bakı şəhərində "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt-lik ən böyük İstilik Elektrik Stansiyasının (İES) təməlqoyma mərasimində iştirak etdi İtaliya şirkətlər və "Made in Italy" naziri Adolfo Urso Azərbaycana səfər etdi. İlham Əliyev və Adolfo Urso arasında görüş oldu (Bakı) 14 Fevral İlham Əliyev ölkəmizə yeni təyin olunmuş San-Marino, Qana və Anqola səfirlərinin etimadnamələrini qəbul etdi: San-Marino səfiri - Con Matsa Qana səfiri - Oheneba Lesli Akua Akyaa Opoku-Vare Anqola səfiri - Auqusto da Silva Kunha Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbayvana səfər etdi. İlham Əliyev və İqor Xovayev arasında görüş oldu (Bakı) 15 Fevral — "AzerBlast" MMC tərəfindən Gəncə şəhərində ölkədə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanıldı 16 Fevral — Azərbaycan-Polşa Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirildi (Bakı) 17 Fevral İlham Əliyev Almaniyaya səfər etdi: İlham Əliyev və Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və Aİ Şurası Prezidenti Şarl Mişel arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və Avropa Ravvinləri Konfransı prezidenti Pinhas Qoldşmit arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və İsrail müdafiə naziri Yoav Qallant arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etdi (Münhen, Almaniya) Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirildi (Budapeşt, Macarıstan) Azərbaycan-Macarıstan Biznes Forumu keçirildi (Budapeşt, Macarıstan) 18 Fevral İlham Əliyev və İraq Kürdüstanı Prezidenti Neçirvan Bərzani arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və Avropa İnvestisiya Bankı (EIB) prezidenti Verner Hoyer arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və ATƏT Baş katibi Helqa Maria Şmid arasında görüş oldu (Münhen, Almaniya) Turizm İnformasiya Mərkəzləri ləğv edildi 21 — 22 Fevral — Ermənistan Silahlı Qüvvələrinin bölmələri və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ölkə ərazisindəki qanunsuz erməni silahlı dəstəsi Kəlbəcər, Şuşa, Tovuz, Xocavənd və Sədərək rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu 23 — 24 Fevral — "MİNAHACK" hakatonu (Bakı) 23 Fevral — Yeni regional mədəniyyət idarələri yaradıldı 24 Fevral — Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirildi: (Daşkənd, Özbəkistan) Şuşa və Özbəkistanın Xivə şəhərləri qardaşlaşdı 25 Fevral İlham Əliyev Türkiyəyə səfər etdi: İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş oldu (İstanbul, Türkiyə) İslam İnkişaf Bankı Prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycana səfər etdi 26 Fevral İlham Əliyev və İslam İnkişaf Bankı Prezidenti Məhəmməd Süleyman Əl-Casir arasında görüş oldu (Bakı) Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirildi.
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
Baymaq
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Qaynaq
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qodman
Qodman — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimiyası == Qodman kəndinin adı talış dilindəki "ğıdımon" - sözündən olub, mənası "gəlmələr" deməkdir. Kəndin əsasını aşağıbaşlılar (kəndin şərq hissəsi) qoymuşlar. Onlar bir neçə nəsildir və Lerik, Lənkəran bir də İrandan köçüb gəlmişlər. Qodman kəndinin tən ortasından bir küçə keçir ki, həmin küçənin qərbində seyidlər yaşayır. Onlar Məmmədrzakücə kəndindən buraya son zamanlar gəliblər. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişi, 134 nəfəri qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı. Hazırda kənd əhalinin sayı 1255 nəfərdir.
Qorşaq
Qorşaq - türk və altay xalq inancında heyvan cini. Eşşək, köpək, donuz, keçi qılığına girdiyinə inanılan bir varlıq. Gecə qapıları döyüb, ev sahibinin verdiyi bir səs və kılıkla onu aldadaraq çölə çağırıb qaçırır. Gecələri çox çox çölə çıxmanın doğru olmadığını vurğular. == Etimologiya == (Qor/Kor) kökündən törəmişdir. Qorxmaq feli ilə əlaqəlidir. Boz rəngi de ifadə edər.
Qoxmuq
Qoxmuq — Azərbaycan Respublikasının Şəki rayonunun Qoxmuq kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 838 nəfər əhali yaşayırdı.Kəndin əhalisi 4853 nəfər təşkil edir ki, onun da 2470 nəfəri kişi, 2383 nəfəri isə qadındır. == Təhsil == Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanmışdır. 4 noyabr 2015-ci ildə Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılmışdır. Sahəsi 5.277 kvadratmetr olan bina üçmərtəbəlidir. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Qozman
Qozman — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Quycaq
Quycaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Quycaq Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.
Monqolların Gürcüstanı ələ keçirməsi
Monqolların Gürcüstanı ələ keçirməsi – orta əsrlərdə Gürcüstan krallığının XIII əsrdə Monqol imperiyası orduları tərəfindən ələ keçirilməsi nəzərdə tutulur. İlk döyüşlər 1220-ci ildə monqol kəşfiyyatçı dəstələri ilə baş verdi. 1236-cı ildə isə monqollar bütün qüvvələri ilə bölgəni ələ keçirdilər və 1243-cü ildə Gürcüstan monqol hakimiyyətini qəbul etdi. Dövlət hər il çox ağır vergi vermək məcburiyyətində qaldı və bitib tükənməyən monqol səfərləri üçün döyüşçü təmin etməyi öhdələrinə götürdülər. İlk dövrlərdə zəif olan gürcü mqaviməti getdikcə yüksəldi. Gürcüstanda monqol tərəfdarı vı monqol əleyhdarı qrupların çəkişmələri ölkəni bölmüşdü. 1320-ci illərdə taxta çıxan kral V Georgi diplomatik və hərbi sahədəki uğurları ilə krallq torpaqlarında yenidən monqolları məğlub edərək müstəqil oldu. == İlk döyüşlər == Monqollar gürcü torpaqlarında ilk dəfə görüldüyü zaman gürcü krallığı hələ də güclü idi və Qafqazın çoxuna hakim idi. İki ölkə arasında ilk təmas 1220-ci ildə yaşandı. Sabutay və Cebe komandanlığındakı 20 min monqol Xarəzmşahlar dövləti hökmdarı Şah II Əlaəddin Məhəmmədi Xəzər dənizi sahilərinə qədər qovmuşdu.
Osmanlının Quriyanı ələ keçirməsi
Osmanlının Quriyanı ələ keçirməsi – Osmanlı imperiyasının Quriya çarlığının bir hissəsini ələ keçirməsi ilə nəticələnən hərbi kompaniyadır. Hərbi əməliyyatların sonunda Çaneti (Lazıstan sancaqlığı), Acara, Qonio və Batumun sahil qismi Osmanlı imperiyasına qatılmışdır. Hərbi əməliyyatlar 1547-ci ildə başlamışdır.Müharibənin gedişatında Quriya hökmdarı Rostom Qurieli digər gürcü hökmdarları ilə ittifaq qurmağa çalışsa da, buna müvəffəq ola bilməmişdir. Bir-birləri ilə fedodal ara müharibələri aparan müxtəlif gürcü knyazları və iri feodalları Osmanlı imperiyasına qarşı birləşə bilməmiş və nəticədə Rostom Qurieli hökmdarı olduğu torpaqların böyük bir hissəsini itirmişdir. Osmanlının isə Gürcüstandakı mövqeləri daha da güclənmişdir. == Tarixi == 1547-ci ildə Osmanlı ordusu Quriyanın sahil qisminə gələrək Qonio və Batumun dənizə yaxın olan məntəqələrini işğal etdi. Rostom Qurieli İmereti kralı III Baqrat və Meqreliya şahzadəsi I Levan Dadianiyə yardım çağırışı etdi. Bu çağırışa cavab olaraq I Levan abxaz və meqrellərdən ibarət ordu formalaşdıraraq Rioni çayının sahilində düşərgə saldı. Bununla bərabər, Rostoma onun əvvəllər Meqreliyaya etdiyi hücumlara görə qəzəbli olan İmereti kralı III Baqrat Levanla Rostomun arasının pozulmasına səbəb oldu və nəticədə, Levanın ordusu Meqreliyaya geri döndü. Təkcə öz ordusu ilə Osmanlı ordusu ilə döyüşməyə məcbur olan Rostom Osmanlı ordusuna hücum edərək onları Batumu boşaldaraq Çoruhun gerisinə getməyə məcbur etdi.
2000-ci ildə (rəsm seriyası)
2000-ci ildə (fr. En L'An 2000) - Fransada XX əsrdə yaranmış mədəni fikir cərəyanı. XX əsr Fransasında yaşayan insanlar 100 il sonra yaşadıqları ölkədə hansı yenilik və dəyişikliklərin ola biləcəyi ilə maraqlanırdılar. İnsanları əsasən texniki sahədə baş verə biləcək yeniliklər maraqlandırırdı. Bu barədə olan fikirlər dönəmin müxtəlif rəssamları tərəfindən təsvir edilmişdir. Fransız rəssamı (fr. Jean-Marc Côté) tərəfindən 1899, 1900 və 1901-ci illərdə dərc edilən şəkillər XX əsr Fransız insanın 100 il sonrakı həyat barədə olan düşüncələrini daha açıq bir formada izah edir.
Bir ildə həyat (film, 2020)
Bir ildə həyat (ing. Life in a Year) — ABŞ istehsalı romantik, dram filmi. == Məzmun == Atası Xavier tərəfindən Harvard Universitetinə daxil olmaq üçün yetişdirilən Derin, bir gün axşam bir repçinin konsertinə gizlicə girmək istəyəndə İzabel ilə tanış olur və ona aşiq olur. Derin və İzabel 2 ay sevgili olurlar. Ancaq Derin ona aşiq olduğunu deyəndə İzabel xərçəng xəstəsi olduğunu və ömrünə cəmi bir il qaldığını etiraf edir. Beləliklə Derin bir ildə həyat yaşamağ üçün plan qurur. İzabel onun reper olduğunu bilirdi və ona ilk demo diskinin hazırlanmasında kömək edir. Derin İzabelı öz ailəsi ilə tanışdırmaq istəyirdi. İzabeldən xoşu gəlməyən Xavier bundan istifadə edib ona suallar verirdi. O, oğlunun diqqətini yayındıran şeylərdən məsələn qızlardan qorumaq onun öhdəliyi idi, xüsusilədə İzabel kimilərindən.
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri — 2017-ci ildə Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qarabağ regionunda Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən münaqişələr. İlk döyüşlər 2017-ci ilin fevral ayında başlamışdır. Bunun nəticəsində Azərbaycan tərəfindən 5 hərbçi Şəhid olmuş,, 1 hərbçi yaralanmış, Ermənistan tərəfindən isə 7-8 hərbçi ölmüş, 1 PUA və 1 tank məhv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabr ayında erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozmuşdur. == Fevral == Fevral döyüşləri — 2017-cı il fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, Ermənistan Silahlı Qüvvələri hələ Dördgünlük müharibə zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi geri qaytarmaq məqsədilə ilə təxribat törədib.Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Xocavənd rayonu istiqmətində yerləşən Nərgiztəpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərdilər.Lakin, əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib.Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu həlak olub. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 7-8 hərbçisi öldürülüb. === Haqqında === Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Xocavənd-Cəbrayıl və Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Elqe Karsten
Elqe Karsten (d. 15 may 1995; Quilmes, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Elqe Karsten Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Emil Edde
Emil Edde (ərəb. إميل أده‎; 5 may 1883, Dəməşq – 27 sentyabr 1949) — Livanlı maruni siyasətçi. Livanın baş naziri və prezidenti olmuşdur. == Erkən həyatı == Emil Edde 1883-cü (bəzi mənbələrə görə 1886-cı) ildə Dəməşqdə dünyaya gəlmişdir. Babası və atası Fransa konsulluğunda tərcüməçi işləyirdilər. Orta təhsilini Beyrutdakı yezuitlər məktəbində almış, 1902-1909-cu illərdə Eks-an-Provansda yaşamışdır. Atasının səhhəti ilə əlaqədar Beyruta qayıtmalı olmuş və orada vəkil kimi çalışmışdır. 1913-cü ildə Raymon, 1917-ci ildə Andre, 1921-ci ildə Pyer adlı oğulları dünyaya gəlmişdir. == Hərbi xidməti == Birinci Dünya Müharibəsi zamanı Misir cəbhəsində vuruşmuş Emil Edde Fransa ordusunun suriyalı və livanlı könüllülərdən ibarət Şərqi Legionunun (Légion d’Orient) yaradıcılarından biri olmuşdur. Sözügedən legion Livan hərbi qüvvələrinin təməli sayılır.
Evdə təhsil
Evdə təhsil — məktəbdən kənarda (evdə, təhsil mərkəzlərində) ümumtəhsil fənlərinin öyrənilməsini nəzərdə tutan təhsil almaq üsulu. Şagirdlər orta məktəbdə məcburi attestasiyadan keçməlidirlər, həmçinin yekun attestasiyadan keçmələri tələb olunur. Evdə təhsil ən qədim təhsil formasıdır. Əvvəlcə bu forma yalnız öz uşaqlarına dərs deməyə vaxtı olan və ya müəllim tutmaq imkanı olan varlı ailələr üçün mövcud idi. Tələbənin təhsili onun öyrənmə səviyyəsini, üslubunu və maraqlarını dəstəkləmək üçün fərdiləşdirilə bilər.Evdə təhsil adətən valideyn, repetitor və ya onlayn müəllim tərəfindən aparılır, lakin konkret təcrübə çox fərqli ola bilər. Spektr ənənəvi məktəb dərslərinə əsaslanan yüksək strukturlaşdırılmış formalardan tutmuş, məktəbdənkənarlıq kimi daha açıq, sərbəst formalara qədər dəyişir. Bu, uşaqların maraqlarına əsaslanaraq öyrədilməsini nəzərdə tutan evdə təhsilin kurikulumsuz həyata keçirilməsidir. == Evdə təhsilin təşkili == məktəb direktorunun adına ərizə; doğum haqqında şəhadətnamənin surəti; müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi; evdə təhsilə cəlb olunan şagirdin dərs cədvəli; fərdi təlim proqramı; tədris planı; şagirdin haqqında təhsil aldığı sinif jurnalında qeydlər; evdə təhsilə cəlb olunan şagirdin gündəliyi (jurnalı); şagirdin psixoloji xüsusiyyətləri haqqında qeyd dəftəri; şagirdin evdə təhsilə cəlb olunması haqqında direktorun əmri; şagirdə tədris edən müəllim(lər)in razılıq ərizəsi; evdə təhsilə cəlb olunmuş şagirdin şəxsi işi.
Evdə tək
"Evdə tək" (ing. Home Alone) — 1990-cı ildə çəkilmiş ABŞ istehsalı Milad filmi. Prodüseri Con Hyuz və rejissoru Kris Kolumbus olan filmin baş rollarında Makaley Kalkin, Co Peşi, Deniel Ştern, Con Herd və Ketrin O'Hara çıxış edir. Filmdə hadisələr ailəsi tərəfindən unudulub tək qalan və evini Harri və Marv (Peşi və Ştern) adlı 2 soyğunçudan müdafiə etməli olan 8 yaşlı Kevinin (Kalkin) ətrafında cərəyan edir. Film 1990-cı ilin fevral-may aylarında İllinoys ştatının müxtəlif yerlərində çəkilmişdir. İlk öncə filmi Warner Bros. şirkəti istehsal etməli olsa da, prodüser Hyuz şirkət tərəfindən ayrılan 10 milyon dollarlıq limiti keçdiyinə görə filmin istehsalını 20th Century Fox həyata keçirir. Film 10 noyabr 1990-cı ildə Çikaqoda, 16 noyabr 1990-cı ildə isə bütün ABŞ ərazisində nümayişə çıxmışdır. 476.7 milyon ümumi gəlir ilə film 2011-ci ilədək Dünyasa ən çox gəlir gətirən komediya filmi statusunu daşımışdır. Bundan əlavə müxtəlif nominasiyalarda 2 Qızıl Qlobus və 2 Oskar mükafatı əldə edən film daha sonra Evdə tək 2: Nyu-York sərgüzəştləri filmi ilə davam edən uzunmüddətli və uğurlu franşizanın əsasını qoymuşdur.
Kiana Eide
Kiana Eide (d. 25 sentyabr 1998) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kiana Eide, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Eide həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Kiana Eide 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alisa Kano, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Kristoffer Velde
Kristoffer Velde (9 sentyabr 1999, Hauqesund[d], Ruqalann[d]) — Norveç futbolçusu, "Ekstraklasa"da çıxış edən "Lex Poznan" FK-nın və U19 Norveç milli futbol komandasının vingeri. == Karyera == Kristoffer Velde "Kopervik"də gənclər komandasında çıxış etmişdir. O, 2013-cü il mövsümünü "Vard"ın gənclərdən ibarət heyətində keçirmiş, ardınca "Kopervik"ə qayıtmış və 2015-ci ildə "Högesunn"un heyətinə qoşulmuşdur. Velde 2017-ci ildə əsas komandada debüt etmişdir. O, həmin U19 Norveç milli futbol komandasında çıxış etmişdir.2019-cu ilin yanvar ayının əvvəlində Veldenin 2019-cu il mövsümü üçün "Nest-Sotra" klubuna icarəyə verildiyi açıqlanmışdır. İcarə 2019-cu ilin aprel ayının əvvəlində dayandırılmışdır.O, 2022-ci ilin yanvarında Polşanın "Lex Poznan" klubuna keçmişdir. == Şəxsi həyat == Ona "Veldinyo" ləqəbi verilmişdir.
Rob Elder
Rob Elder (25 aprel 1981, Suva, Fici) — Ficili oxatan. Rob Elder Ficini 2004, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rob Elder birinci dəfə Olimpiya Oyunlarına 2004-ci ildə qatıldı. O, Afinada baş tutan XXVIII Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Park Kyung-Mo ilə üz-üzə gəldi. Həmin görüşdə Rob Elder rəqibinə 138:154 hesabı ilə uduzdu. Rob Elder özünün ikinci Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Kim Bun-Min ilə üz-üzə gəldi. Həmin görüşdə Rob Elder rəqibinə 2:3 hesabı ilə uduzdu. Rob Elder növbəti Olimpiya Oyunlarına 2016-ci ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Vei Çun-Heng ilə üz-üzə gəldi.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Qayma
Qayma- (rus. глыба, ing. block, massiph) 1) yer qabığının qırılmalarla ayrılmış hissəsi olub, digər sahələrdən quruluşuna, şaquli tektonik hərəkətlərin sürəti və istiqamətinə görə fərqlənir. Qalxmış Q.-horstlar, enmiş Q. – qrabenlərdir; 2) eni və uzunluğu bir neçə yüz metr, qalınlığı on metrlərlə olan ekzotik və yaxud buzlaq vasitəsilə qopardılmış (ayrılmış) belə Q. Buz-laqlar vasitəsilə ilkin yerlərindən 100 km-lərlə məsafəyə aparılır; 3) diametri 1 metrdən böyük olan süxur parçaları.
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qovaq
Qovaq (lat. Populus L.) — Söyüd fəsiləsindən bitki cinsi. === Yalançı ağqovaq — P.pseudonivea === Boyu 35 m. diametri 80 sm olan genişçətirli iri ağacdır. Uzanmış zoğlarının yarpağı hibrid qovağının yarpağına oxşayır. Qısa zoğlarının yarpaqları alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx keçətükcüklüdür, üstdən seyrək tükcüklüdür, yumurtavari rombəşkillidir, kənarı dilimli və dişlidir, ucdan sivriləşmişdir. Dişicik sırğalarının oxu tükcüklüdür. Mart-aprel aylarında çiçəkləyir. Toxumu may-iyun aylarında yetişir. Qafqazda yayılıb.
Qoyas
Qoyas (port. Goiás) — Ştat Braziliyanın Mərkəz-qərb regionuna daxildir. Ştat Tokantins, Matu-Qrosu, Matu-Qrosu-du-Sul, Baiya və Minas-Jerays ilə sərhədə malikdir. 2010-cu il məlumatına görə Qoyas ərazisində 6 003 788 nəfər yaşayır. Ərazisi 340 103 km² təşkil edir. Ştatın inzibati mərkəzi Qoyaniya şəhəridirQoyaniya aqlomerasiyasında ümumilikdə 2 mln insan yaşayır == Coğrafiya == Ərazisi savannadır. Şimal-şərqində Şapada-dus-Veadeyrus Milli Parkı yerləşir. Ərazisindən Tokantins, Paranaiba çayı və Parana çayı axır. Apanpolis şəhərində Braziliya HHQ aid baza yerləşir. == Tarixi == 1727-ci ildə Bartolomeu Bueno da Silvera bölgədə qızıl aşkarlaylr.
Qoşma
== Ədəbiyyat == Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. == Dilçilik == Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Natan Qofman
Natan Qofman (4 fevral 1969) — İsrailli oxatan. Natan Qofman İsraili 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Natan Qofman birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 189-cu yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Qofman adası
Qofman adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Qofman adası arxipelaqın şimal-şərqində yerləşir. Rayner adasından 7 km şərqdə, La-Ronser adasından 17 km şimal-qərbdə qərarlaşır. == Təsviri == Ada bərabər olmayan dairəvi formaya malikdir. Suqrobov burnu ilə (şərqində) Andre burnu (qərbində) arasında məsafə 13 kilometr, eni isə 3 km-dir. Böyük hissəsi buzla örtülüdür.. Buzdan azad olan hissələrdə qayalıqlar müşahidə edilir. Maksimal hündürlüyü 64 metrdir. Adanın şimsal sahillərində çoxlu sayda kiçik ada vardır.
Qonçaq xan
Qonçaq xan (XII əsr – 1203) — Qıpçaq xanı (1170–1203). == Həyatı == Qonçaq xan Ətrak xanın oğludur. Volınski qara klobuklar, Qaliç və Trovsk alayları ilə birlikdə Kiyev üzərinə yeriyir. Şəhər döyüşsüz təslim olur. Qleb Yuriyeviç qaçaraq digər qıpçaq tayfalarına pənah aparır və bir aydan sonra Qonçaqla qayıdıb Mistislavı Kiyevdən qovur. Başı bəlalı knyaz 1170-ci ildə vəfat edir. Onun oğlu Roman Novqorodu tərk edir, yerini isə Andrey Boqolyubski ilə olan sazişə əsasən Rürik Rastislaviç tutur. Belə hesab etmək olar ki, ənənəvi qayda bərpa olunur; Rusun əsas şəhərləri Böyük çöl ilə əvvəlki mehriban münasibətlərin tərəfdarı olan knyazların əlindədir. Lakin Kiyev boyarları və kilsə bir daha öz gücünü göstərir. 1171-ci ildə Qleb Yuriyeviçi zəhərləyirlər.
Göyyal
Göyyal — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Göyyal toponimi "göy" və "yal" sözlərindən ibarətdir. "Göy" – "yaşıl", "yal" isə "dağ beli" mənasındadır. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Göyyal kəndi dağlıq ərazidədir. Toponim göy (yaşıl) və yal (dağ beli) komponentlərindən düzəlib, "yaşıl dağ beli" mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır. == Coğrafiyası və iqlimi == Göyyal kəndi dağlıq ərazidə yerləşir. == Mənbə == Akif Muradverdiyev.
Göyçay
Göyçay — Azərbaycan Respublikasında şəhər, Göyçay rayonunun inzibati mərkəzi. XIX əsrdən şəhərdir. Göyçay şəhəri əsəsən Narı, çinar və küknar ağacları ilə məşhurdur. == Tarixi == Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. "Göyçay" türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy rəngə çaldığına görə belə adlandırılmışdır. == Qardaş şəhərlər == Valmontone, İtaliyaLida şəhəri, Belarus Respublikası == Əhali == AzStat-ın yayımladığı 13 – 22 aprel 2009-cu il tarixinə olan ümumölkə əhali siyahıyaalınmasının yekunlarına əsasən şəhərdə 36.786 nəfər yaşayır. === Tanınmışları === Əli Kərim (1931–1969) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ənvər Məmmədxanlı (1913–1991) — Azərbycanın xalq yazıçısı Məmməd Quliyev (1936–2001) — görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi. Şövqi Göyçaylı — AMEA-nin üzvü, coşrafiyaşünas alim Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı Sadiq bəy Ağabəyzadə — Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini, general — mayor Şəfahət İmranov — ədliyyə general mayoru Əjdər Xaspoladov — SSRİ-nin ilk ədliyyə geneallarından biri Oqtay Maqsudov — Ədliyyə general-mayoru, Azərbaycan Respublikasinın əməkdar hüquqşünası Şahin Sultanov — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, kontr-admiral Telman İsmayılov — AST şirkətlər qrupunun rəhbəri (Rusiya), Fərhad Əhmədov — Rusiyanın "Nortqaz" kompaniyasının prezidenti Rauf Hüseynov (alim)- AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, Fizika-riyaziyyat elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).
Qoçdağ
Qoçdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayı və onun qolu Tutqunçayın suayrıcındadır. Hündürlüyü 2540 m. Yerli əhali arasında Qoçdaş dağı, Qoçdağ yaylağı da adlanır. Dağın ətəyində daşdan yonulmuş qoç formalı qəbirüstü abidələr olan Qoçdaşlı adlı qədim qəbristan mövcuddur. Dağ bu abidələrə görə belə adlandırlmişdir.
Göydaş
Göydaş (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Göydaş (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.