Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sübhan Əbilzadə
Sübhan Arif oğlu Əbilzadə (23 aprel 1998; Biləsuvar rayonu, Azərbaycan — 6 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Əbilzadə 1998-ci il aprelində 23-də Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Sübhan Əbilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhan Əbilzadə noyabrın 6-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.01.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Əli Əbilzadə
Əli Bəkir oğlu Əbilzadə (1930, Bakı, Azərbaycan SSR, SSRİ – 1993, Bakı, Azərbaycan) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Azərbaycan SSR əməkdar məşqçisi. == Həyatı == Əli Əbilzadə 1930-cu ildə Bakıda anadan olub. 1946-cı ildə — 16 yaşında olarkən o vaxtlar Mərkəzi Pionerlər Sarayında yaranmış futbol bölməsinə üzv yazılıb. İlk məşqdən sonra futbol mütəxəssisi Mixail Alimkin ona hücumda oynamağı məsləhət görüb. 1950-1960-cı illər ərzində "Neftyanik"in heyətində ümumilikdə 134 oyun keçirib, 39 qol vurub.1961-ci ildən məşqçilik fəaliyyətinə başlaylb. 1961-1962-ci illərdə "Neftyanik"də baş məşqçi Boris Arkadyevin köməkçisi kimi çalışıb. Sonralar Azərbaycanın bir çox komandalarında baş məşqçi işləyib.Əli Əbilzadə 1993-cü ilin aprel ayında Bakı şəhərində vəfat edib.
Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə (az.-əbcəd محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. == Həyatı == Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. === Sovet dövrü === Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır. İosif Stalinlə şəxsi əlaqələri olduğu üçün Rəsulzadənin razılığını aldıqdan sonra Stalin belə məktubla müraciət etmişdi: Həbsdən azad edilən Məhəmməd Əmin Rəsulzadə ailəsi ilə görüşərək Moskvaya yola düşmüşdür.
Adil Adilzadə
Adil Kamran oğlu Adilzadə (d. 17 aprel 1993; Mingəçevir, Azərbaycan - ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Ordusunun kiçik çavuşu, 2016-ci ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan döyüşlərdə Şəhid olmuşdur. == Həyatı == Adil Adilzadə 1993-cü il aprelin 17-də Mingəçevir şəhərində anadan olub. O, subay idi. == Hərbi xidməti == Adil Adilzadə Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu idi. O, 2016-c ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.Aprelin 11-də Adil Adilzadə, doğulduğu Mingəçevir şəhərində, Şəhidlər Xiyabanında dəfn olundu. Onunla vida mərasiminə Mingəçevir şəhər İH nümayəndələri, Azərbaycan Ordusunun zabitləri qatıldı. == Təltifləri == “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı (2016) — Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə.
Artur Rəsizadə
Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.) == Həyatı == Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır. İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir. 1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur. 1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Ağahüseyn Rəsulzadə
Ağahüseyn Əli oğlu Rəsulzadə (1884, Bakı – 1938, Bakı) — Azərbaycan şairi və publisisti, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ağahüseyn Rəsulzadə 1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur. Bakı Sovetinə üzv seçilmişdir. Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928–1933).
Eldar Əzimzadə
Eldar Əzimzadə (25 may 1934, Şuşa, DQMV – 20 yanvar 2003, Bakı) — Azərbaycan-sovet futbol hakimi, FİFA arbitri (1979). 3 dəfə SSRİ-nin ən yaxşı hakimi seçilmiş, 9 dəfə ən yaxşı 7 hakimi sırasına daxil olmuşdur. Futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olmuşdur. == Həyatı == Eldar Əzimzadə 1934-cü il mayın 25-də Şuşada anadan olub. Yeniyetmə yaşlarında İçərişəhərin məhəllələrində yaşıdları ilə top qovan Eldar komandada hücumçu kimi oynayırdı. Texnikası və qol vurmaq bacarığı ilə yoldaşlarından fərqlənirdi. Günlərin birində oyundan sonra istirahət edərkən idman ustası, "Neftçi" (Bakı) klubunun əsas müdafiəçilərindən biri olmuş Naum Naumtsev ona yaxınlaşaraq Andreyev adına zavodun futbol komandasının məşqçisi olduğunu və Eldarı öz komandasında görmək istədiyini bildirir. Gənc Eldarın futbolçu karyerası belə başlayır. == Karyerası == === 1950-ci illər === 1952-ci ildə 18 yaşlı Eldar Azərbaycanın gənclərdən ibarət milli komandasının tərkibində Daşkənddə keçirilən SSRİ birinciliyində iştirak edir. 1957-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda təhsilini bitirdikdən sonra Əzimzadə ali məktəbdə qalaraq, futbol üzrə müəllim işləyir.
Elman Əzimzadə
Elman Süleyman oğlu Əzimzadə — güləş üzrə Azərbaycanlı məşqçi. 2002-ci il Azərbaycanda keçirilən güləş üzrə Avropa çempionatının qızıl mükafatçısı Avropa çempionu Nazim Əlicanovun, Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2014 - 2015-ci ildə Dünya çempionu, bir çox turnilərin qalibi Hacı Əliyevin şəxsi məşqçisi.
Flora Xəlilzadə
Flora Fətulla qızı Xəlilzadə (23 avqust 1955, Urud, Sisian rayonu) — azərbaycanlı jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Flora Xəlilzadə 23 avqust 1955-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür. 1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib.
Gülbəniz Əzimzadə
Gülbəniz Yusif qızı Əzimzadə (26 aprel 1947, Bakı – 7 dekabr 2006) — Azərbaycan kinorejissoru, rejissor assistenti, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1980), Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == 1947-ci il aprel ayının 26-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra — 1963–1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində oxuyub. 1969–1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil almışdır. Azərbaycanın kino tarixində ilk qadın kinorejissorlardan biridir. Diplom işi "Nəğmə dərsi"dir. 1974–1998-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rejissor işləmişdir. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür. "Molodost-80", Kiyev şəhəri — priz və diplom, 1981 Yerevan şəhəri, lX Televiziya filmləri festivalı Baş priz.
Koxir Rəsulzadə
Qahir Rəsulzadə (Rəsulzodə, tac. Қоҳир Расулзода, 2007-ci il may ayına qədər — Əbdülqahir Əbdürəsul oğlu Nəzirov, tac. Абдуқоҳир Абдурасулович Назиров; 8 mart 1961) — Tacikistanlı siyasətçi, Tacikistanın 8-ci Baş Naziri, 23 noyabr 2013 tarixində təyin edildi. == Bioqrafiyası == Əbdülqahir Nəzirov 8 mart 1961-ci ildə Tacikistanın Suğd vilayətinin Qafurov rayonunun Kistakuz kəndində (indiki Histevarz icması) anadan olub. 1982-ci ildə Tacikistan Kənd Təsərrüfatı İnstitutunu (indiki Tacikistan Aqrar Universiteti) hidravlik mühəndisliyi ixtisası üzrə bitirib, bundan sonra öz işinə Kuder şəhərində, Tacikirsovxozstroy dərnəyinin inşaat laboratoriyasının texniki-nəzarətçisi kimi başlamışdır. Qafurov rayonu. Sonra Nəzirov istehsalat şöbəsinin mühəndisi, baş mühəndisi, PMK-4 rəisi, Tacirsovxozstroy müəssisəsinin rəisi vəzifələrində çalışdı. Əbdülqahir Nəzirov 2000-ci ilin yanvarından 2006-cı ilin dekabrı ayına qədər Tacikistan Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifəsində çalışıb. 2008-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Texniki elmlər namizədi elmi dərəcəsinə malikdir.
Mehriban Xəlilzadə
Mehriban Xəlilzadə (Əliyeva-Xəlilzadə) (Şəki) — tikməçi rəssam, tikməli miniatür ustası. == Həyatı == Mehriban Xəlilzadə Şəkidə anadan olub. Orada ərəb və fars dilləri təmayüllü məktəbə gedib. Ustadı anası, İncəsənət təbliğatçısı kimi tanınan Nəcib Xanımlar İncəsənət Birliyinin sədri olmuş mərhum Arifə Məmmədova, olub. 1995-ci ildə ailəsi ilə birgə Şəkidən Bakıya köçür. Təbliğat işlərinin daha da genişləndirilməsi planı var idi. O dövrdə qarşıda geniş perspektivlər açılsa da, zamanın gərgin dövründə tikmə kimi incə mədəniyyətin yaşadılması çox çətin idi. Uzun illərin zəhməti nəticəsində sənətin çətin yollarında irəliləyən anasına yol yoldaşı olmağa çalışıb. Bir neçə il fasilə də verməli olub. Emalatxanası, ev şəraitində və gecələr işləyir.
Məhəmmədəmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə (az.-əbcəd محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. == Həyatı == Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. === Sovet dövrü === Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır. İosif Stalinlə şəxsi əlaqələri olduğu üçün Rəsulzadənin razılığını aldıqdan sonra Stalin belə məktubla müraciət etmişdi: Həbsdən azad edilən Məhəmməd Əmin Rəsulzadə ailəsi ilə görüşərək Moskvaya yola düşmüşdür.
Məmmədəli Rəsulzadə
Məhəmməd Əli Əbdüləziz oğlu Rəsulzadə (7 aprel 1882, Novxanı, Bakı qəzası – 3 fevral 1952, İstanbul) — ictimai xadim, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. == Haqqında == Məhəmmədəli Rəsulzadə 7 aprel 1882-ci il tarixdə Novxanıda anadan olmuşdur. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağı oğlu və Abbasqulu Kazımzadə ilə birlikdə Müsavat Firqəsini qurmuşdur. 3 fevral 1952-ci il tarixdə İstanbulda vəfat etmişdir. == Fəaliyyəti == İlk təhsilini din xadimi olan atasından almış, sonralar maarif xadimi Sultanməcid Qənizadənin rəhbərliyi ilə Bakıda açılmış 2-ci "rus-müsəlman" məktəbində oxumuşdur. Siyasi fəaliyyətə 1902-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranmış və Azərbaycanında Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan "Müsəlman gənclik təşkilatı"nda başlamışdır. 1904-cü ilin axırında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) Bakı Komitəsinin nəzdində Mirhəsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan ilk müsəlman sosial-demokrat təşkilatın əsası bu təşkilatla qoyulmuşdur. Həmin "Hümmət" təşkilatına ilk daxil olanlardan biri də Məhəmməd Əli Rəsulzadə idi. O, "Hümmətin "Təkamül" (1906–1907) və "Yoldaş" (1907) qəzetlərində inqilabi hərəkata dair məqalələrlə çıxış etmişdir.1907-ci ildə Balaxanı neft rayonunda P. Caparidze, M. Əzizbəyov, İ. Fioletov, S. Əfəndiyev və başqalarının iştirakı ilə təşkil olunan "Neft sənayesi fəhlələrinin ittifaqı"nın sədri P. Caparidze, texniki katibi isə Məhəmməd Əli Rəsulzadə idi.
Məmmədəmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə (az.-əbcəd محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. == Həyatı == Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. === Sovet dövrü === Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır. İosif Stalinlə şəxsi əlaqələri olduğu üçün Rəsulzadənin razılığını aldıqdan sonra Stalin belə məktubla müraciət etmişdi: Həbsdən azad edilən Məhəmməd Əmin Rəsulzadə ailəsi ilə görüşərək Moskvaya yola düşmüşdür.
Natiq Rəsulzadə
Natiq Rəsul oğlu Rəsulzadə (5 iyun 1949, Bakı) — Azərbaycan yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi (1999), "Şöhrət" ordeni laureatı (2009), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019). == Həyatı == Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-də, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumiyttifaq Mükafatına layiq görülüb. "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya…", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilmişdir.
Rais Rəsulzadə
Rais Rəsulzadə (tam adı: Rais Azər oğlu Rəsulzadə; 1 noyabr 1946, Qazaxıstan) — Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1978-ci ildən). Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2002).Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri (2009). == Həyatı == Rais Rəsulzadə 1946-cı ildə uzaq Qazaxıstanda dünyaya göz açmışdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dostu Rais Rəsulzadənin adının mənasına da aydınlıq gətirmişdir: "Ra" qədim şumerdə "Günəş" deməkdir, "is" işıq, istilik. Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar Rəssamı, Məhəmməd Əmin Rəsulzadənin yadigarı Rais Rəsulzadənin varlığına və yaratdığı hər əsərdə var. Rais Rəsulzadə 3 yaşından anasız qalır. Təbii ki, məktəbi ana dilində deyil, rus dilində oxumalı olur. Amma buna baxmayaraq, o, yaxşı oxuyur və hətta uşaq yaşlarından şahmat oynayır və çempionatlarda birincilik də qazanmışdır. Orta məktəbi, həm də qiyabi universiteti bitirəndə artıq 50–60 əsəri var idi.
Rəsul Rəsulzadə
Rəsul Rəsulzadə — (1914-1938) - Repressiya qurbanı. Məhəmməd Əmin Rəsulzadənin oğlu. Rəsul ailəsiylə birgə Qasım İsmayılov (indiki Zərgərpalan) küçəsindəki 129-cu evdə yaşayıb. O. 1926-cı ildə oxumağa başlayıb və 1933-də Bakıda 9 saylı orta məktəbi bitirib. Həmin il Maliyyə-İqtisad Texnikumuna girib və oranı 1936-da bitirib. Keçmiş maliyyə komissarı (naziri) Nəsir Tağıyev və həmin komissarlığın kadr bölümünün müdiri Abbas Sadıqovun tövsiyəsi ilə Biləsuvar Rayon Maliyyə Şöbəsinə yerli büdcə üzrə müfəttiş təyin edilib və orada işləməyə başlayıb. 1937-nin martında onu Xızı Rayon Maliyyə Şöbəsinə eyni vəzifəyə dəyişdiriblər. Noyabrda ailəsi sürgün edilib. 7 dekabrda onun həbs olunması üçün sənədlər hazırlanıb, ancaq nədənsə, bu həbs yalnız 15 yanvar 1938-ci ildə gerçəkləşdirilib. Tutuqlanmaya əsas: "Məhəmmədəmin Rəsulzadənin oğludur" və "əksinqilabi iş aparıb".
Rəsulzadə (dəqiqləşdirmə)
Rəsulzadə (qəsəbə) — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. Rəsulzadə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Binəqədi rayonunda bələdiyyə.
Rəsulzadə (qəsəbə)
Məhəmməd Əmin Rəsulzadə (əvvəlki adı: Kirov) — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə M. Ə. Rasulzadə şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi M. Ə. Rasulzadə qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Haqqında == Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adı "Kirov" qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Məhəmməd Əmin Rəsulzadənin şərəfinə Rəsulzadə qəsəbəsi adlandırılmışdır. Qəsəbə əhalisinin rəsmi sayı (qeydiyyatda olan) 52300 nəfər, qeyri rəsmi isə (qeydiyyatsız yaşayan) 70000-nə yaxındır. Ərazisi 12 kv km-dir. Qəsəbənin inzibati ərazisində 109 küçə, 3 yaşayış massivi ("Vorovski", "Xutor", "Baksol") və 8323 ev təsərrüfatı mövcuddur. Qəsəbə ərazisində 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115), 5 məktəbəqədər müəssisə ("Sahil", "Delfin", 77, 90 və 211 saylı) fəaliyyət göstərir.
Rəsulzadə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Niyazi Rəsulzadə
Niyazi Şahid oğlu Rəsulzadə (9 yanvar 1948 – 11 dekabr 2020) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor. AMEA Polimer Materialları İnstitutunun "Makromonomer əsaslı polimer materiallar" laboratoriyasının müdiri == Həyatı == Niyazi Şahid oğlu Rəsulzad 1948-ci il yanvarın 9-da Şuşa rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1970-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmiş və təyinat üzrə həmin Universitetdə kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildə Azərbaycan Politexnik İnistutunda (indiki Azərbaycan Texniki Universiteti) aspiranturaya daxil olaraq, 1973-cü ildə oranı bitirmiş və 1974-cü ildə "Tsikloheksilvinilketonun homo- və sopolimerləşməsi sahəsində tədqiqatlar" mövzusunda elmlər namizədi dissertasiya işini müdafiə etmişdir. 1985-ci ildə "Tsikloheksil sırası vinilketonlarının oliqomerləri və sopolimerlərinin sintezi, çevrilmələri və xassələri" mövzusunda 2304.01 — Makromolekullar kimyası və 2304.01-Neft kimyası ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildə isə Üzvi və fiziki kimya kafedrası üzrə professor elmi adını almışdır. N. Ş. Rəsulzadə 1981–1990-cı illərdə Azərbaycan Texnologiya İnstitutunda Kimya kafedrasının müdiri olmaqla yanaşı "Funksional polimerlər" elmi-tədqiqat laboratoriyasının müdiri, 1990–1993-cü illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərmişdir. O, 1995–2004-cü illər arasında Türkiyə Cümhuriyyətinin Ankara şəhərində professor olaraq fəaliyyət göstərməklə yanaşı bir sıra strateji əhəmiyyətli layihələrin rəhbəri və icraçısı olmuşdur. Professor N. Ş. Rəsulzadə 2011-ci ildən Sumqayıt Dövlət Universitetində "Tətbiqi kimya" elmi-tədqiqat laboratoriyasının müdiri olmuş, 2014-cü ildən isə AMEA Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir. N. Ş. Rəsulzadə "Yüksək molekullu birləşmələr" və "Neft kimyası" sahəsində ixtisaslaşmışdır.
Rəhman Əzizzadə
Rəhman Əzizzadə (Rəhman Həsən oğlu Əzizzadə; 24 iyul 1993, Mamusta, Lənkəran rayonu) Qarabağ Qazisi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Veteranı, ehtiyatda olan Gizir, Prezident təqaüdçüsü. == Həyatı == Əzizzadə Rəhman 24 iyul 1993-cü ildə Lənkəran şəhəri Mamusta kəndində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhəri Qaradağ rayonu Seyfulla Məmmmədov adına 110 saylı tam orta məktəbə daxil olmuşdur. 2011-ci ildə həmin məktəbi xüsusi fərqlənmə ilə bitirmişdir. 2011-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağrılmışdır. N saylı hərbi-hissədə xidmətə başlamışdır. 1 il 6 aylıq hərbi xidmətini xüsusi fərqlənmələr ilə başa vurmuşdur. Vətənə olan sevgisi onu həqiqi hərbi xidmətini başa vuran kimi yenidən ordu sıralarına aparmışdır. O, xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim-Tədris mərkəzində fəaliyyət göstərən Gizirlər kursuna qatılmışdır. Kursu bitirdikdən sonra Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Füzuli rayonu N saylı hərbi-hissəsində xidmətinə "Gizir" rütbəsində davam etdirmişdir.
Rəis Rəsulzadə
Rais Rəsulzadə (tam adı: Rais Azər oğlu Rəsulzadə; 1 noyabr 1946, Qazaxıstan) — Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1978-ci ildən). Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2002).Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri (2009). == Həyatı == Rais Rəsulzadə 1946-cı ildə uzaq Qazaxıstanda dünyaya göz açmışdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dostu Rais Rəsulzadənin adının mənasına da aydınlıq gətirmişdir: "Ra" qədim şumerdə "Günəş" deməkdir, "is" işıq, istilik. Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar Rəssamı, Məhəmməd Əmin Rəsulzadənin yadigarı Rais Rəsulzadənin varlığına və yaratdığı hər əsərdə var. Rais Rəsulzadə 3 yaşından anasız qalır. Təbii ki, məktəbi ana dilində deyil, rus dilində oxumalı olur. Amma buna baxmayaraq, o, yaxşı oxuyur və hətta uşaq yaşlarından şahmat oynayır və çempionatlarda birincilik də qazanmışdır. Orta məktəbi, həm də qiyabi universiteti bitirəndə artıq 50–60 əsəri var idi.
Rəsulzadə qəsəbəsi
Məhəmməd Əmin Rəsulzadə (əvvəlki adı: Kirov) — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə M. Ə. Rasulzadə şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi M. Ə. Rasulzadə qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Haqqında == Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adı "Kirov" qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Məhəmməd Əmin Rəsulzadənin şərəfinə Rəsulzadə qəsəbəsi adlandırılmışdır. Qəsəbə əhalisinin rəsmi sayı (qeydiyyatda olan) 52300 nəfər, qeyri rəsmi isə (qeydiyyatsız yaşayan) 70000-nə yaxındır. Ərazisi 12 kv km-dir. Qəsəbənin inzibati ərazisində 109 küçə, 3 yaşayış massivi ("Vorovski", "Xutor", "Baksol") və 8323 ev təsərrüfatı mövcuddur. Qəsəbə ərazisində 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115), 5 məktəbəqədər müəssisə ("Sahil", "Delfin", 77, 90 və 211 saylı) fəaliyyət göstərir.
Ağa Bəşirzadə
Ağa Bəşir oğlu Bəşirzadə (1914 – noyabr 1986) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1968–1974). == Həyatı == Ağa Bəşirzadə 1914-cü ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir.1933–1941-ci illərdə boru-prokat zavodunda elektrik texniki, mühəndis işləyən Ağa Bəşirzadə 1941–1943-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1943-cü ildən Türkmənistan SSR və Azərbaycan SSR daxili işlər nazirliklərində işləmiş, 1949-cu ildən Bakı Şəhər Komsomol Komitəsinin katibi, 1951-ci ildən isə Bakı metro tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı olmuşdur. 1951–1965-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Kəşfiyyatı İnstitutu direktorunun müavini, SSRİ Tikinti Bankı respublika kontoru müdirinin müavini Bakı Maliyyə Şöbəsinin müdiri vəzifələrində işləmişdir.Ağa Bəşirzadə 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin rəisi vəzifəsində çalışmış, 1968-ci ildən 1974-cü ilə qədər Azərbaycan SSR ticarət naziri, 1974-cü ildən 1986-cı ilə qədər isə Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici Ticarət Nazirliyinin müvəkkil idarəsinin sədri olmuşdur. O, 1940-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinə (8-ci çağırış) deputat seçilmişdir.Ağa Bəşirzadə 1986-cı ilin noyabr ayında vəfat etmişdir.
Bilqeyis Həşimzadə
Bilqeyis Əhməd qızı Həşimzadə (1900, Nuxa – fevral 1961, Bakı) — ilk azərbaycanlı hüquqşünas qadın. == Həyatı == Bilqeyis Həşimzadə 1900-cü ildə Şəkidə, fəhlə ailəsində doğulub. Bilqeyis iki yaşında olarkən atası rəhmətə getmişdir. O, Şəki 2 №-li ipək fabrikində fəhlə işləyən əmisi Lüti Həsən oğlunun himayəsində qalmışdir. Ailədə maddi vəziyyətin ağır olması ilə əlaqədar əmisi 7 yaşlı Bilgeyisi Şəkinin tanınmış bəylərindən olan Rzaqulu bəyin evinə qulluqçu verir. O zaman Rzaqulu bəy evinin yuxari mərtəbəsində qizlar üçün məktəb təşkil etmişdi. Həmin məktəbdə Nəriman Nərimanovun bacisi qızı Nabat Nərimanova dərs deyirdi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Nabat xanım inqilabdan qabaq Şəkidə, Bakıda qız məktəblərində dərs demişdir. "Dəbistan", "İşıq" və s. məcmuələrdə maarifə dair yazılarla çıxış etmişdir.
Elmira Həşimzadə
Elmira Həşimzadə — azərbaycanlı aktrisa. == Həyatı == Elmira Haşımzadə 23 sentyabr 1945-ci ildə Xaçmazda anadan olub. Sumqayıt Kimya və Texnologiya Texnikumunda (1971), M.A.Əliyev adına ADİİ-da təhsil alıb (1971-1976).
Hüseyn Bəşirzadə
Hüseyn Xanhüseyn oğlu Bəşirzadə (28 may 1994; Qumbaşı, Lənkəran rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Bəşirzadə 28 may 1994-cü ildə Lənkəran rayonunun Qumbaşı kəndində Xanhüseyn Bəşirov və Laləzar Bəşirovanın ailəsində anadan olmuşdur. Lənkəran rayon Qumbaşı kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Hüseyn Bəşirzadə bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra sənədlərini Dövlət Sərhəd Xidmətinə vermişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Hüseyn Bəşirzadə səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Bəşirzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hüseyn Bəşirzadə 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.