Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsvan
Əsvan (ərəb. أسوان‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 267.913 nəfərdir (2006).
Əsvan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Əbül Əsvar Şavur
Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu.
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877 – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.
Esat Oktay Yıldıran
Əsəd Oqtay İldıran (türk. Esat Oktay Yıldıran; 15 fevral 1949 – 22 oktyabr 1988, İstanbul) — Türkiyə hərbçisi. O, Kipr əməliyyatında iştirak etmiş və 1980-ci il dövlət çevrilişindən sonra Diyarbəkir həbsxanasında daxili təhlükəsizlik komandiri vəzifəsində çalışmışdır. İldıranın Diyarbəkir həbsxanasında işlədiyi müddətdə məhbuslara işgəncə verdiyinə dair iddialar var. O, 22 oktyabr 1988-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. İldıranın nəşi Ədirnəqapı şəhidliyində dəfn edilmişdir. Əsəd Oqtay İldıran 1974-cü ildə Kipr əməliyyatında xidmət etmişdir. Əsəd Oqtay İldıran 12 sentyabr dövlət çevrilişindən sonra 24 fevral 1981-ci il tarixindən 1983-cü ilə qədər Diyarbəkir E tipli hərbi həbsxanasında təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. O, Ankaradan Diyarbəkirə göndərilmiş və kiçik gizir Mövlud Ağqoyun əvəzinə bu vəzifənin icrasına başlamışdır. İldıranın vəzifədə olduğu müddətdə məhbuslara işgəncə verməsi ilə bağlı iddialar var.
Asqat
Asqat — Monqolustanın Zavxan vilayətinin 24 rayonundan (som) biri.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Əhlat
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Əhvaz
Əhvaz (fars. اهواز‎) — İranda şəhər, Xuzistan ostanının inzibati mərkəzi. İranın neft və qaz istehsalatı bu bölgədən asılıdır və ölkənin gəlirinin çox faizi buradan əldə olunur.
Əlvan
Əlvan— İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Əlvan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,100 nəfər və 1,081 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Əsnaf
Əsnaf (ərəbcə — sinif) — orta əsrlərdə termin adətən tacir və sənətkar təbəqəsinə aid edilirdi. Bizim dövrdə termin bir çox hallarda xırda burjuaziya mənasında işlənir.
Əsyut
Əsyut (ərəb. أسيوط‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 389.307 nəfərdir (2006).
Əxlat
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Əzvay
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
Əhval
Əhval — hər hansı bir anda fərdin fiziki və mənəvi vəziyyətinin ümumi psixi göstəricisi; xüsusi hisslərdən və ümumi hisslərdən ibarətdir. Beləliklə, əhval hallarından biri — aclıq hissi — mədədə yerli hisslərdən və bütün bədəndə ümumi qeyri-müəyyən bir hissdən ibarətdir. Əhval fərdin özünü qorumaq instinkti ilə sıx bağlıdır: o, orqanizmə ehtiyaclarını xatırladır və onu təhdid edən təhlükələrə yönəldir. Xüsusən də əhval rifahdan asılıdır. Əhval yaratmaq üçün hərəkətlərin və şərtlərin dəqiq tərifi yoxdur. Əhval ətraf mühitin və onun doğurduğu emosiyaların qiymətləndirilməsi yolu ilə inkişaf edir, sonra isə əhvalı formalaşdıran öz şəxsi müqəddəratını təyinetmənin təfsiri inkişaf edir. Əhvalın iki fərqli növü var: koqnitiv və affektiv. Subyektiv nöqteyi-nəzərdən əhval "hər bir insanın həyatı haqqında düşündüyü və hiss etdiyi hər şeyin əhəmiyyətli olması fikrinə əsaslanır". . Əhval subyektivdir, çünki insan başqa insanlara və cəmiyyətə baxaraq özünü hiss edir. Əhval insanın ehtiyaclarının ödənilmə dərəcəsi ilə də müəyyən edilə bilər, baxmayaraq ki, sırf nəzəri cəhətdən fərdin ehtiyacları və istəkləri heç vaxt tam təmin edilə bilməz.
Savat
Savat (fr. Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu) — Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənəti. Savate XVIII əsrdə yaranmağa və inkişaf etməyə başlamışdır. Əvvəldən yalnız ayaqların istifadə edildiyi və əl zərbələrinin istifadə edildiyi bir idman idi. Əlləri çox az hücum üçün xidmət edərkən, əllər daha çox hücum üçün istifadə edildiyi üçün kapoeiraya bənzəyir. 1845-ci ildə bir Savate döyüşçü, Ouen Svift adlı ingilis boksçusu ilə döyüşməyə getdi, nəticədə Savate döyüşçüsünü tamamilə məğlub etdi. Bu, Fransız boksu adlandırılmağa başlanan döyüşdən sonra yumruqları birləşdirməyə başlayaraq başladı və inkişaf etdi. Bu döyüş idman növündən həm əllər, həm ayaqlar qərb boksu və ayaq zərbəsi ilə birləşdirilmiş şəkildə istifadə olunur. Müasir savatedə (fransız boksu) boks əlcəklərindən istifadə edərək zərbələr vurulur. Təpik zərbəsi (qabırbağaya, buruna, ayağa, dabana) vurulmasına görə müasir avropa (kikboksinq) və asiya (muay tay) analoqlarından fərqlənir.
Svati
Svati dili və ya Svazi dili(svati siSwati, zulu isiSwazi Bantu dillərinin Nquni qrupuna aid olan dildir. Esvatini və Cənubi Afrika Respublikasında svazilər tərəfindən danışılır.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Osat
Osat (serb. Osat / Осат) — Bosniya və Herseqovina ərazisində yerləşən coğrafi vilayət. Podrinenin mərkəzi hissəsində (Drina çayının sağ sahili boyunca), Vişeqrad və Srebrenisa şəhərləri arasında yerləşir. Osat vilayəti ərazisinə Bratunas və Srebrenisa icmaları bütünlüklə, Biraç regionunun isə bir hissəsi daxildir. Vasili Stefanovun yazdıqlarına görə Osat vilayətində 1860-cı ildə aşağıdakı kəndlər mövcud olmuşdur: Blajieviçi, Boleviçi, Bojiçi, Buyakoviçi, Srvisa, Yaketiçi, Karina, Kalimoniçi, Kosytolomsi, Krniçi, Mleçva, Moşiçi, Osatisa, Petrisa, Postole, Pribidol-Srpski, Pribidol-Turski, Radoçeviçi, Ratkoviçi, Stanatoviçi, Teqare, Toplisa, Vraneçeviçi, Vusare, Jakobnisa-Srpska, Jakobnisa-Turska, Kliebas. Osat vilayəti orta əsrlərdə Jupaniya adı ilə tanınırdı. 1402–1459-cu illərdə Serb despotiyasının tərkib hissəsi olmuşdur. 1459-cu ildə Osmanlı imperiyası ərazisinə daxil edilmişdir. Bundan sonra vilayət Zvornik sancağının bir hissəsinə çevrilmişdir. 1804–1813-cü illər ərzində ilk serb üsyanı zamanı Kara-Marko Vasicin qoşunları bir müddətliyinə də olsa Osatı Srvisadan qoparıl ələ keçirə bilirlər.
SEAT
SEAT, İspan avtomobil istehsalçısı. 1919-da qurulan firma 1931-ci ilə qədər Fiat-Hispania adı altında satılmışdır. Şüarı "Avto Emocion"-dur.
SWAT
Amerika əyalətlərində təşkilatlanan seçmə bir polis taktika vahididir. Nizamlı bir təhsil ilə yüksək riskli əməliyyatları reallaşdırmaq üçün öyrədilmişdir. Vəzifələri girov qurtarmaq və yüksək riskli həbs, arama və terrorla mübarizə əməliyyatlarıdır. Bir SWAT qrupu, ümumiyyətlə, yüngül pulemyotlar, hücum tüfəngləri daxil olmaq üzrə, xüsusi silah, ov tüfəngi, qarışıqlıq idarə agentləri, baş gicəlləndirici əl bombaları və iti nişançı tüfəngləri ilə təchiz edilmişdirlər. Ayrıca gecə fikiri üçün xüsusi təchizata və xüsusi can yeleklerine malikdir. İlk SWAT timi, 1968-ci ildə Los Anceles Polis Müəssisəsində quruldu. SWAT vahidləri qurulduğu tarixdən etibarən müvəffəqiyyətli performansları ilə Amerikanın diqqət çəkən vahidlərindəndir.
Saat
Saat — bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihazdır. Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında oriyentasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür. İlk dəfə qədim misirlilər və çinlilər, yunanlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma "saat istiqamətinə dönmə" kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
Əbva
Əbva vəya Vədda (ərəb. غزوة الأبواء‎) —qəzvəsi hicrətin iknici ili (623 Avqust) Səfər ayında baş vermiş ilk Qəzvədir(müharbə). Bu qəzvədə məqsəd Bəni Dəmra qəbiləsindən gözlənilən təhlükənin qarşısını almaq idi. Bəni Dəmra qəbiləsi Hz.Peyğəmbərin bu məntəqədə olduğundan xəbərdar olub Peyğəmbərlə sülh müqaviləsi bağlamaq istədiklərini bildirdilər, Peyğəmbər də bu təklifə öz razılığını bildirib, Əbva adlı yerdə müqaviləni bağladılar. Əbva Məkkə ilə Mədinə arasında, Vəddan yaxınlığında böyük bir kəndin adıdır. Məhəmməd peyğəmbərin anası Aminə binti Vəhəb burda dəfn olunub. Bu Bölgə, Məkkəyə gedən yolun ikiyə bölündüyü bölgədir. Birinci yol Əbva, Vəddan, Cuhfə və Məkkə; ikinci yol Əbva, Cuhf. və Məkkə yoludur. Qədim Əbva kəndi tərk edilərək xarabalığa çevrilib və Xurmalıqdan ibarət olan ərazi Huraybə (Khuraybah) olaraq adlandırılır.
Ədat
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir. 'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn: Lap başımı itirmişəm. Artıq mən belə fikirlə razı deyiləm. Axı o bununla maraqlanırdı? Sən bunu desən belə, heç kəs razı olmayacaq. Bunu mütləq deməlisən ha! Hətta mən də bunu bilmirdim. Düz yanında dayandı.
Həcərul-əsvəd
Qara daş (Ər: الحجر الأسود, Həcərül Əsvəd, Həcər: Daş, Əsvəd isə: Qara) — Məkkədə Kəbənin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar. İbn İşaqın məlumatına görə 605-ci ildə Məhəmməd( s.a.s) Kəbənin divarındaki Qara Daşın yerləşdirilməsində iştirak etmişdi. Qara Daş Kəbənin bərpası zamanı çıxardılmışdı. Məkkənin rəhbər şəxsləri kimin Qara Daşı yerinə qaytarması barədə qərara gələ bilmirdilər. Ən nəhayətdə qərara aldılar ki, qapıdan daxil olan bir sonraki adam Qara Daşı yerinə qaytarmaq səlahiyyətinə malik olsun. Bu zaman Məhəmməd(s.a.s) qapıdan içəri daxil oldu. Beləliklə, Məhəmməd(s.a.s) daşı bir parçanın ortasına yerləşdirdi. Digərləri isə kənarlarından tutdular və birlikdə Qara Daşı apardılar. Sonra isə Məhəmməd(s.a.s) daşı yerinə yerləşdirdi.
III Msvati
III Msvati (19 aprel 1968[…], Manzini) — Esvatininın ömürlük kralı Kral III Msvati 1986-cı ildən taxtda oturub. Hələlik 14 arvadın sahibidir.
EDVAC
EDVAC (ing. Electronic Discrete Variable Automatic Computer) — ilk elektronik kompüterlərdən biridir. EDVAC-ı ENIAC-dan ayıran xüsusiyyət, onlu sistem deyil ikili say sistemindən istifadə etməsidir. EDVAC-ın layihəsi ENIAC-in istifadəyə hazırlanmasından əvvəl hazırlanmışdı. EDVAC'ın layihəsi, ENIAC-in layihəsi əsnasında ortaya çıxan problemlərin çoxunu həll etməyə istiqamətli idi. ENIAC kimi EDVAC da Pennsylvania Universiteti tərəfindən Aberdeen İsbat Mərkəzinin (Aberdeen PROVING GROUND) Amerikan Hərbi Balistik Araşdırma Laboratoriyası (US Army'S BALLISTICS Research Laboratory) üçün istehsal edilmişdir. ENIAC-in layihəsi J.Presper Eckert, John William Mauchly, John von Neumann və digər bir neçə elm adamı tərəfindən hazırlanmışdır və yeni layihə isə John von Neumann tərəfindən 1945-ci ildə EDVAC-ın üzərinə tətbiq edilmişdir. Yeni kompüterin istehsalı üçün olan müqavilə, 1946-cı ilin Aprel ayında 100.000 dollarlıq başlanğıc büdcəsiylə imzalanmışdır və müqavilədə cihazın adı Electronic Discrete Variable Automatic Computer (EDVAC) olaraq qeyd edilmişdir. İstehsalda əsas problem etibarlılığı və xərci arasındakı tarazlıq idi. EDVAC-ın büdcəsi, ENIAC-a bənzər olaraq təxminən 500.000 dollar idi.
Estac
Estac — İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşinin Xaşəd dehestanında kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 267 nəfər və 121 ailədən ibarət idi. Bu kəndin əhalisi Ustaclı elindən ibarətdir və fars dilində danışırlar.
Eylat
Eylat (ivr. ‏אילת‏‎) — İsrailin ucqar cənub hissəsində yerləşən şəhər. Aqaba körfəzinin və Qırmızı dənizin şimal sahillərində yerləşən məşhur liman və turizm şəhəridir. Eylat şəhərinin çimərlikləri, mərcan rifləri və səhra landşaftı onu yerli və beynəlxalq turizm üçün daha da cəlbedici hala gətirir. İsrail hökuməti 1955-ci ildən etibarən şəhərin əhalisinin sayını artırmaq və infrastrukturu inkişaf etdirmək məqsədilə Mərakeşdən ölkəyə gəlmiş yəhudi ailələrini burada yerləşdirmişdir. Hal-hazırda şəhər əhalisi 50,072 nəfər təşkil edir. Neqev səhrasında yerləşən Eylat şəhəri Aravanın cənub hissəsini əhatə edir. Şəhər cənubdan Misirin Taba şəhəri, şərqdən İordaniyanın liman şəhəri olan Aqaba, cənub-şərqdən isə körfəz vasitəsilə Səudiyyə Ərəbistanı ilə əhatə olunmuşdur. Eylat şəhərində quru səhra və zəif rütubətli iqlim şəraiti hökm sürür. Temperatur yayda tez-tez 40 °C-ni keçsə də, qışda təqribən 21 °C olur.
Eyvan
Eyvan — İranın İlam ostanının şəhərlərindən və Eyvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,752 nəfər və 6,010 ailədən ibarət idi.
Əşnas
Əbu Cəfər Əşnas (?-17.10.844)—Abbasilər ordusunun sərkərdəsi. Əşnas bir türk qulamıdır. O, Abbasilərin topladığı türk qulam qvardiyasında xidmət etmişdi. Tez bir zamanda sərkərdə mərtəbəsinə ucalmışdı. Babəkin üsyanı Xəlifə Mötəsim Orta Asiyada, Altay və Tyan-Şan dağlarının ətəklərində yaşayan türklərə istinad etməyə, onlardan ordusunun özəyini yenidən qurmağa məcbur etdi. O, hər ehtimala görə türklərə qarşı qoymaq üçün orduda bərbərlərdən (məğriblilərdən) ibarət alaylar da düzəltdi. Bunun özü isə, Mötəsimin türklərə inanmaması demək idi. Lakin, əsasən türklər fiziki cəhətdən xüsusi olaraq qüvvətli və cəld döyüşçülər yetişdirdiyindən, Mötəsim onarı kütləvi surətdə orduya topladı. İtax, Əşnas Türki, Böyük Buğa, Cəfər əl-Xəyyat, Vasif və s. türk sərkərdələrini Mötəsim şücaətlərinə görə seçib götürmüşdü.
Эсхар
Şəhər tipli Esxar qəsəbəsi Çuqevdən yeddi km məsafədə, Severski Donets çayının sağ sahilində, yuxarı axınında 1 km məsafədə Uda çayının Severski Donets çayına qovuşduğu yerdir, 5 km - şəhər. Çuguevin aşağı axınında 7 km məsafədə Moxnaç kəndi (Zmiyovski rayonu) yerləşir . Uda çayının yuxarı axınında, düz xətt üzrə 4 km məsafədə Staraya Pokrovka kəndi yerləşir. Kəndə böyük bir meşə (palıd) bitişikdir. 8-10-cu əsrlərdə müasir kəndin yaxınlığında Alanların məskunlaşdığı və Xəzər xaqanlığının mühafizə postu kimi xidmət edən Kaqanovo qəsəbəsi var idi. Bu yaşayış yeri Alanların ən qərb yaşayış məntəqəsi idi [1] . Dövlət rayon elektrik stansiyası tikilməzdən əvvəl kəndin yerində təsərrüfatlar var idi: Karpovski, Pavlov və Rojdestvenski . 1924 -cü il - Esxar kəndinin ( Esxar adı Xarkov İnzibati Dairəsinin ( XAR ) Elektrik Stansiyasının ( ES ) abbreviaturasından gəlir) yaranma tarixi. 1924 -cü ildə Donetsdə kooperativ pulu ilə Donetsdəki dəyirman zavodunun işləməsi üçün 500 kVt alternativ cərəyan generatoru və 230 volt gərginlikli Donetsdə Kharkivskaya SES-1 su elektrik stansiyası tikildi. Üç kilovolt gərginlikli stansiyadan elektrik enerjisi gücləndirici transformatordan istifadə edərək Çuguev, Malinovka, Vvedenka, Novaya və Staraya Pokrovoka ötürüldü.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Elvac (Urmiya)
Elvac (fars. الواچ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində yerləşir. Dəniz səviyyəsindən 1.513 metr təşkil edir. Ərazisi dağlıqdır.Elvac Urmiya şəhərindən 595 km şimal-qərbdə yerləşir. 2006-cı il məlumatına görə kənddə 5.320 nəfər yaşayır.
Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.
Elvar Osmanov
Elvar Osmanov (8 avqust 1987, Dmanisi rayonu) — Azərbaycan idman mütəxəssisi; Döyüş sambosu üzrə Dünya və Avropa mükafatçısı; Döyüş sambosu üzrə idman ustası; Gəncə İdman Klubunun İdarə Heyətinin sədri (2016 — h.h.); Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti (2019); Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti (2020 — h.h.); Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi; "Gəncə" voleybol klubunun prezidenti. Azərbaycan Respublikasının döyüş sambosu üzrə ilk idman ustasıdır. Rəhbərlik etdiyi dövrlərdə Azərbaycan idmançıları ölkə və Avropa-Dünya çempionatlarında çox sayda uğur qazanıb. Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib. 2005–2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2006–2007-ci illərdə N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin fəxri fərmanı və çavuş hərbi rütbəsi ilə təltif olunmuşdur. 2010–2014-cü illərdə ixtisas artırılması məqsədilə AMAKA və Rusiya Dövlət Ali Məktəbi nəzdində Beynəlxalq Tətbiqi Kosmonaftika Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2021-ci ildə ixtisas artırılması məqsədi ilə Türkiyə dövlət Atatürk Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olmuşdur.