Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Alme
Alme (it. Almè; lomb. Lmé) – İtaliyada, Lombardiya bölgəsinin Berqamo əyalətində bir şəhər. Şəhər Berqamo əyalətinin idarə mərkəzinə tabedir. Əhalisi 5612 nəfərdir (30 sentyabr 2005-ci il tarixinə), əhalinin sıxlığı 2.806 nəfər / km²-dir. Sahəsi 1,96 km² ərazini əhatə edir. Poçt kodu – 24011. Telefon kodu – 00035. Kommunanın hamisi müqəddəs Vəftizçi Yəhya sayılır. Kommunanın bayramı 24 iyun tarixindədir.
Male
Male(mald. މާލެ) — Maldiv Respublikasının ən böyük şəhəri və paytaxtı. Male və Valingile adalarında yerləşir. Ənəvi olaraq adada kral sarayı yerləşirdi. Ad महालय (Mahaalay) sözündən yaranıb, "böyük" deməkdir. Qədimdə kral sarayı "Mahaalay" adlanırdı, sonradan ad şəhərə keçdi. 104 403 nəfərdir. (2006). Əsasən taksi növü üstünlük təşkil edir. Şəhərdə Beynəlxalq Male Aeroportu vardır.
AME
Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya. XX əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı. 1965-ci il dekabrın 30-da Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti "Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında" qərar qəbul etdi və AzSSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və "Azərbaycan SSR" xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970-ci ildə ASE-nin “Azəri Sovet Ensiklopediyası” adı ilə 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı. AzKP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı. "Azərbaycan SSR" xüsusi cildi isə müəyyən səbəblərə görə çap olunmadı. Azərbaycan Respublikasının " Nəşriyyat işi haqqında" Qanunu (2000) müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşri üçün zəmin yaratdı. AR Prezidentinin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamında deyildiyi kimi Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxdı.
Ailə TV
Ailə TV — Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin brendidir. 1997-ci ildən bu sahədə fəaliyyət göstərir.
Ailə atası
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Ailə folkloru
Ailə folkloru— Ailə folkloru, folklorun, ənənəvi mədəniyyətin vahid ailə qrupu daxilində öyrənilməsi və istifadəsi ilə məşğul olan folklor bölməsidir. Buraya ailə üzvləri tərəfindən hazırlanan əl işləri və ya ailə hadisələrini xatırlatmaq üçün qorunub saxlanılan xatirə əşyaları, ailə fotoları, fotoalbomlar, gələcək nəsillər üçün sertifikatlar, məktublar, jurnallar, qeydlər və s. daxildir. Ailə haqqında kəlamlar və real hadisələrdən doğan hekayələr ümumi olaraq, ailə kimliyini qorumaq üçün bir vasitə olaraq təkrarlanır. Ailə adətləri yerinə yetirilir, dəyişdirilir, bəzən isə unudulur, yaxud yenidən yaradılır. Ailə folkloru regional, etnik, dini və ya müəyyən peşə qrupları daxilində yaranır. 1958-ci ildə tarixçi Modi Boutraytın "ailə dastanı"nı yazıya köçürmək — "sənədləşdirmək" çağırışına, folklorşünaslar öz ailələrində yazıya alınan hekayə və ənənələrə bağlı açıqlamalarla cavab verdilər. 1970-ci illərdə onlar ailə qrupunun müəyyənedici elementi hesab olunmağa başladılar. L. Karen Baldvinin nəşr etdirmədiyi dissertasiyası (1975) ailə folklorunun nəzəri əsaslarını qoydu:"… ailə yalnız bir folklor qrupu deyil, eyni zamanda hər kəsin aid olduğu ilk folklor qrupudur". Ailə folklorunun öyrənilməsi şəcərə, yaxud ailə tarixindən fərqlidir.
Ailə hüququ
Ailə hüququ — hüquq elminin bir qolu. Hər bir hüquq sahəsi kimi ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik normaların) köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını təşkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasibətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hüquq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsuludur. Dospozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında münasibətləri tənzimetmə üsuludur. Hüquq sahəsi olaraq ailə hüquq ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti, birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı və ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.
Ailə münaqişələri
Ailə münaqişələri — cəmiyyətin ən aktual məsələlərindən biridir. Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan mədəniyyətində ailə başlıca mərkəzi anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial əhəmiyyətinin qiymətləndirməsinin və özünütəsdiqin vacib amilidir. Hər adamın öz həyat məkanı vardır, bu digər insanlarla qohum, dost, qonşularla olan münasibətlərdir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür; "ev", "ailə". Bura insanların yaşadıqları yerdir, yalnız burada onlar özünü yaxşı hiss edir. Ailə, şübhəsiz, müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərin, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır. Ailə münasibətlərinin idealı çətin əldə edilir və müasir ailədə "münaqişələrə" səbəb olur. Kişilərin əksəriyyəti hesab edir ki, qadının işləməsindən və ya işləməməsindən asılı olmayaraq əsas odur ki, evdə həmişə rahatlıq və səliqə olsun, qadının peşəkar fəaliyyətində və siyasətdəki təsiri müxtəlif ola bilər, amma ailədə onun üstün təsiri saxlanılmalıdır. İndiyə qədər ailələrdə o cümlədən azərbaycanlı ailələrində əməyin ənənəvi bölgüsü aparılır.
Ailə sosiologiyası
Uzun müddət ailəni müxtəlif aspektlərdən təhlil edən tədqiqatlar aparılsa da bu sahənin sosiologiyanın əsas tədqiqat obyektlərindən birinə çevrilməsi XIX əsrdə baş vermişdir. Ailə sosiologiyasının inkişafını Thomas və Wilcox 3 mərhələyə bölürlər. Sosial problemlərin tədqiq olunduğu mərhələ (1800-1900); Amerika düşüncə tərzinə Avropalıların təsiri dövrü (1900-1950); Pozitivist və humanist konsepsiyalardan fəlsəfi ayrılıqların başladığı mərhələ (1950-ci illər və sonrası dövr) Başqa bir tədqiqatda isə, ailə sosiologiyasının inkişaf mərhələləri dörd dövrlə müəyyən olunmuşdur: Sosial Darvinizm (1860-1890); Sosial islahatçılıq (1890 -1920); Elmi tədqiqatlar mərhələsi (1920 -1950); Ailə tədqiqatları sahəsində sistematik formalaşdırma mərhələsi (1950-ci illər və sonrakı dövr). Ailə mövzusunda ilkin sosioloji tədqiqatlar Kont və Proudhon ilə başlamışdır. Lakin bununla belə ailə sosiologiyasının bünövrəsi fransız sosioloqu Fr.Le-Ple və amerikalı sosioloq, ailə məsələləri üzrə Amerika Milli Şurasının ilk prezidenti E. Berdjers tərəfindən qoyulmuşdur. Fr.Le-Ple cəmiyyəti müşahidə edərkən cəmiyyətin özəyi və sadə modeli kimi ailəni qəbul edirdi. Onun fikirləri Kontun ailə haqqında “kiçik cəmiyyətlər” ideyasının təsiri altında formalaşmışdır. Le-Ple “Cəmiyyəti dərk edə bilmək üçün ailəni dərk etmək lazımdır” tezisindən çıxış edirdi. O, hesab edirdi ki, xarici mühit insanların iqtisadi həyatını müəyyən edir, eyni zamanda ictimai proseslərə təsir edən ailə formasını diktə edir. Le Ple, ailə tədqiqatlarının empirik metodu kimi ailə büdcəsinin təhlilini seçmişdir.
Ailə tərbiyəsi
Ailə tərbiyəsi — ailənin böyük üzvlərinin və ailə həyat tərzinin uşağa müntəzəm, məqsədəuyğun təsiri. Ailə tərbiyəsinin əsas və ümumi vəzifəsi uşaqları mövcud ictimai şəraitdə həyata hazırlamaq, daha məhdud və konkret vəzifəsi isə onlara ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaqdır. Ailə tərbiyəsinin məqsəd və vasitələri ictimai-iqtisadi quruluşdan, mədəniyyətin inkişaf səviyyəsindən asılıdır. Ailə tərbiyəsi, adətən, ailənin mənsub olduğu ictimai təbəqənin ideologiyası, əxlaqı və qarşılıqlı münasibətlər sistemi üzərində qurulur. Ailə tərbiyəsi böyüklərin özünütərbiyəsi, onların xarakterində uşaqlara səmərəli pedaqoji təsir göstərə bilən keyfiyyətlərin formalaşması ilə sıx bağlıdır. Azərbaycan sovet mənbələrinə görə, antaqonist sinifli formasiyalarda ailə tərbiyəsi sinfi xarakter daşıyır, dinin və mühafizəkar ənənələrin təsirinə məruz qalır. Ailə tərbiyəsinin məzmun, vasitə və metodlarında burjua cəmiyyəti və ailə-məişət münasibətlərindəki antaqonizmi əks etdirən dərin ziddiyyətlər meydana çıxır. Hakim sinif uşaqlarının çoxunda ailə tərbiyəsi prosesində eqoizm, varlanmaq ehtirası inkişaf edir ki, bu da uşaqlarla böyüklər arasında dərin münaqişələrə səbəb olur, çox vaxt uşaqlarda valideynlərinə qarşı nifrət doğurur. Proletar ailələrində fəhlələrin sinfi şüurlu artdıqca inqilabi ideyalar ailə tərbiyəsində daha dərindən nüfuz edir. Elmi sosializm ideyalarının təsir gücləndikcə kollektivizm, proletar beynəlmiləlçiliyi, istismarçılara nifrət, ictimai fəallıq və zülmə qarşı mübarizə tərbiyəsi başlıca əhəmiyyət kəsb edir; bu, zəhmətkeş uşaqları mütilik ruhunda tərbiyə etməyə çalışan hakim ideologiyaya qarşı ardıcıl mübarizədə həyata keçirilir.
Ailə şirkəti
Ailə şirkətləri — səsvermə hüquqlu səhmlərin əskəriyyətinin hakim/nəzarət edən ailədə (o cümlədən, şirkəti öz xələflərinə ötürmək niyyəti olan təsisçi(lər)də) cəmləşdiyi şirkətdir. Ailə şirkətləri dünyada ən erkən və çox yayılmış işgüzar fəaliyyət növüdür. Bir çox ölkədə ailə şirkətləri işgüzar fəaliyyətdə 70%-dən artıq çəkiyə malikdir, iqtisadi artımın və işçi qüvvənin məşğulluqla təmin edilməsində aparıcı mövqeyə malikdir. Misal üçün, İspaniyada ailə şirkətləri işgüzar fəaliyyətin təxminən 75%-i təşkil edir və ümumdaxili məhsulun orta hesabla 65%-i hasil edir. Oxşar mənzərə Latın Amerikasında da müşahidə edilir – bu regionun məcmu ümumdaxili məhsulunun təxminən 60%-i ailə şirkətləri hesabına yaranır. Ailə şirkətləri kiçik və orta şirkətlərdən müxtəlif sənaye və ölkədə fəaliyyət göstərən nəhəng şirkətlərə qədər fərqlənir. Ailə şirkətlərində olan bəzi tanınmış şirkətlər sırasına aşağıdakılar daxildir: Salvatore Ferragamo, Benetton, Fiat Group (İtaliya); L’Oreal, Carrefour Group, LVMH, Michelin (Fransa); Samsung, Hyundai Motor, LG Group (Cənubi Koreya); BMW, Siemens (Almaniya); Kikkoman, Ito-Yokado (Yaponiya); Ford Motors Co, Wal-Mart Stores (ABŞ). Ailə şirkətləri əsasında qurulmuş şirkətlərin əksəriyyəti təsisçinin rəhbərlik dövründən sonra çox qısa ömür sürür və bu şirkətlərin təxminən 95%-i sahibkarların üçüncü nəslindən sonra ailə şirkətləri kimi artıq mövcud olmur. Bir çox halda bu, xələflərin inkişaf edən şirkətlə bağlı tələblərin və daha da böyümüş ailənin tələbatının öhdəsindən gəlməyə hazır olmamalarının nəticəsi ilə bağlıdır. Düzgün idarəetmə strukturlarının nizama salınması və xələflərin ailə şirkətləri mövzusunda savadlanmasının mümkün qədər tez başlaması ailə şirkətlərinin davam etməsi imkanlarını artıra bilər.
Amel Tuka
Amel Tuka (bosn. Amel Tuka; 9 yanvar 1991) — Bosniyalı yüngül atlet. 2015 və 2019-cu il dünya çempionatlarının mükafatçısı. 800 metrlik məsafə üzrə ixtisaslaşmışdır. Tuka doğma şəhərində yerli yarışlarda qalib gəldikdən sonra Zenica klubunda çıxış etməyə başladı. 2013-cü ildə Amel Tuka Avropa Komanda Çempionatının üçüncü liqasında oynadı. Nəticəsi 1 51.11 oldu. Gənclər arasında Avropa Çempionatında bu göstəricini beş saniyəyə daha da yaxşılaşdırdı və bu nəticə yeni milli rekord oldu (1.46.29). Çempionatdan sonra Bosniyadan İtaliyaya köçdü və Veronanda yeni məşqçi Gianni Gidini ilə məşq etməyə başladı. 2014-cü ildə Avropa çempionatında 800 metr məsafəyə qaçışda səkkizinci oldu −1.46.12.
Amel çayı
Amel çayı Belçikada yerləşir. Amel çayı Belçikanın şərq sərhəddində yerləşir. Çay Liege əyaləti ərazisindən keçir. Çay sahəsi 1077 kv.km-dir. Ümumi uzunluğu 93 km. Çayın sağ qolu Urtdur. Maas - çay sistemidir. Амблева // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.).
Auqust Alle
Auqust Alle (est. August Alle; 1890‒1952 ) — Eston yazıçı və şair. Auqust Alle 31 avqust 1890-cı ildə Vilyandi şəhərində daşyonan ailəsində anadan olmuşdur. Vilyandi və Nаrvа şəhərlərində təhsil almışdır. Kubanda və Ulyanovskda aptek şagirdi kimi işləmişdir. Sonra Vilnüsdə ev müəllimi kimi fəaliyyət göstərmişdir. 1915-ci ildə ekstern tərəfindən Orledə bilik attestatına imtahan vermişdir. 1915-ci ildən 1918-ci ilə kimi saratov Universitetinin tibb fakültəsində təhsil almışdır. Bir müddətdən sonra Estoniyaya köçmüş və burada jurnalist kimi fəaliyyətə başlamışdır. 1937-ci ildə Tartu Universitetinin hüquq fakültəsini bitirmişdir.
Batori (ailə)
Batori ailəsi — Qutkelid klanına daxil macar zadəgan nəsli. Ailə orta əsrlər dövründə Mərkəzi Avropada vacib rol oynamış, ailənin nümayəndələri Macarıstan krallığının ali hərbi, inzibati və dini vəzifələrində çalışmışdır. Yeni dövrün əvvəllərində ailə bir neçə Transilvaniya şahzadəsi, bir Polşa kralı və Böyük Litva knyazı bəxş etmişdir. Ailənin kökü onların ailə qəsrlərinin yerləşdiyi Şimleu-Silvaniya şəhərindən başlayır. Qəsr XIII əsrdə Mikloş Batori tərəfindən tikdirilmiş və 1319-cu ildə ilk dəfə olaraq bu qəsr barədə məlumatlara rast gəlinmişdir. 1592-ci ildə Batori ailəsi şəhərdə özlərinə malikanə tikdirdikdən sonra qəsr baxımsız vəziyyətdə qalmış və hal-hazırda xarabalığa çevrilmişdir. Batorilərin sonun nümayəndəsi XVII əsrin əvvəllərində Reç Pospolitada yaşamışdır. sonuncu Batoru nümayəndəsi qrafinya Sofya Dyörd II Rakoçinin həyat yoldaşı olmuşdur. Qrafinya 1680-ci ildə Palanok qəsrində dünyasını dəyişmişdir. == Mənşəyi == Ailə macar zadəganlarının daxil olduğu Qutkelid klanına məxsus idi.
Male bəyannaməsi
Male bəyannaməsi — 2007-ci ilin noyabrında keçirilən konfransda inkişaf etməkdə olan bir neçə kiçik ada dövlətinin nümayəndələri tərəfindən imzalanmış beynəlxalq müqavilədir. Bəyannamənin məqsədi iqlim dəyişikliyi və insan hüquqlarını birləşdirən aydın strategiyanı müəyyən etməkdir. Bəyannamə həm də iqlim dəyişikliyi ilə mübarizənin istiqamətini dəyişdirmək məqsədi daşıyır, yalnız iqlim dəyişikliyinin ətraf mühitə təsirinə diqqət yetirir və iqlim dəyişikliyinin insanlar üçün nəticələrini nəzərə alır. Bəyannamədə aydın şəkildə göstərilir ki, sağlam ətraf mühit hüququ bütün insan hüquqlarının əsasını təşkil edir. Müqavilənin imzalandığı Maldiv adalarında iqlim dəyişikliyi artıq insan hüquqlarına və əhaliyə təsir göstərməyə başlayıb. Beləliklə Maldiv adaları və digər ada dövlətləri iqlim dəyişikliyi ilə mübarizədə insan hüquqlarından əsas kimi istifadə etməyə çağıran beynəlxalq koalisiya yaratmağa başlayıblar. Bu koalisiyaya dəstək məqsədilə Cenevrə, Nyu-York və Maledə görüşlər təşkil edilib. Bəyannaməni imzalayan ölkələr BMT-nin İnsan Hüquqları Şurasından iqlim dəyişikliyinin təsiri və onun insan hüquqlarına təsirinə diqqət yetirməyi xahiş ediblər. Buna cavab olaraq, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi iqlim dəyişikliyinin insan hüquqlarının həyata keçirilməsinə necə təsir etdiyini xüsusi olaraq müəyyən edən ilk araşdırmanı dərc edərək, ölkələrin insan hüquqlarını qlobal iqlim dəyişikliyindən qorumaq üçün birgə işləmək öhdəliyi olduğunu vurğulayır. Xüsusilə hesabatda həyat, sağlamlıq, layiqli həyat səviyyəsi və öz müqəddəratını təyinetmə hüquqları da daxil olmaqla təhlükə altında olan bir neçə fundamental hüquqlar vurğulanır.
Ədl (ailə)
Ədl - İranın Azərbaycan əsilli zadəgan ailəsi. Ailənin üzvləri Pəhləvi sülaləsi dövründə İran oliqarxiyasının bir hissəsini təşkil etmişdir. Ailənin müxtəlif nümayəndələri İran siyasətində və diplomatiyasında 70 ildən çox müddətdə mühüm rol oynamışdır. Ailənin soykökü Təbriz şəhərindəndir. Ailənin əsasını Hacı Seyid Hüseyn (1840-cı ildə vəfat etmişdir) qoymuşdur. O, Hüseyn Şah adı ilə də tanınıb və Təbriz şəhərinin varlı tacirlərindən olmuşdur. Onun övladları Səid Mirzə İbrahim Xəlil və Mirzə Həsən ənənəvi dini təhsil almış, lakin sonradan ataları onları müasir təhsil almaq üçün xaricə göndərmişdir. Ölkəyə geri döndükdən sonra isə ölkənin müasirləşdirilməsinin pionerləri olmuşdurlar. İbrahim Xəlilin oğlu Mustafa Ədl ilk mülki məcəlləni hazırlamış, onun əmisi oğlu Yəhya Ədl isə ilk müasir cərrahiyyə əməliyyatını etmişdir. Həbib Ədl X-ray kimi tibbi texnologiyaları ölkəyə gətirmişdir.
Ədllər (ailə)
Ədl - İranın Azərbaycan əsilli zadəgan ailəsi. Ailənin üzvləri Pəhləvi sülaləsi dövründə İran oliqarxiyasının bir hissəsini təşkil etmişdir. Ailənin müxtəlif nümayəndələri İran siyasətində və diplomatiyasında 70 ildən çox müddətdə mühüm rol oynamışdır. Ailənin soykökü Təbriz şəhərindəndir. Ailənin əsasını Hacı Seyid Hüseyn (1840-cı ildə vəfat etmişdir) qoymuşdur. O, Hüseyn Şah adı ilə də tanınıb və Təbriz şəhərinin varlı tacirlərindən olmuşdur. Onun övladları Səid Mirzə İbrahim Xəlil və Mirzə Həsən ənənəvi dini təhsil almış, lakin sonradan ataları onları müasir təhsil almaq üçün xaricə göndərmişdir. Ölkəyə geri döndükdən sonra isə ölkənin müasirləşdirilməsinin pionerləri olmuşdurlar. İbrahim Xəlilin oğlu Mustafa Ədl ilk mülki məcəlləni hazırlamış, onun əmisi oğlu Yəhya Ədl isə ilk müasir cərrahiyyə əməliyyatını etmişdir. Həbib Ədl X-ray kimi tibbi texnologiyaları ölkəyə gətirmişdir.
Ailə büdcəsi
Ailə büdcəsi— müəyyən bir müddət ərzində bütün ailə üzvlərinin imkanlarını təsvir edən gəlir, xərc və əmanət planı. BRE-yə görə ailə büdcəsi ailədə faktiki gəlir və xərclərin məbləği və strukturudur; həyat səviyyəsinin xarakterik xüsusiyyətləri. 1980-ci illərin sonlarında İngilis sosioloqları J. Pal və K. Vogler ailə büdcəsinin idarə edilməsi növlərinin təsnifatını təklif etdilər, bunun nəticəsi Volger, Pal cütlüyü tərəfindən yekunlaşdırıldı. Nəticə aşağıdakı sxemdir : Tam qadın və ya kişi nəzarət sistemi Ev təsərrüfatı üçün sabit büdcə sistemi Müstəqil nəzarət sistemi Xərclər sabit və dəyişənlərə bölünür. Onlar da tez-tez aktuallıq və tezliyə görə bölünür: illik, mövsümi, aylıq, həftəlik, gündəlik və dəyişən . Elmi ədəbiyyatda rifah səviyyəsinə görə ailə büdcələrinin bir neçə növü fərqləndirilir: yaşayış minimumu büdcəsi, bərpa istehlak büdcəsi və yüksək gəlir büdcəsi. Steinberqin araşdırmasına görə, əlverişsiz iqtisadi vəziyyətdə olan kənd mühitində ailə büdcəsi "şəbəkə resursu"ndan alınan resursların 30–70%-ni təşkil edir və ailənin zənginliyindən asılı olaraq onun genoqramı əhəmiyyətli dərəcədə dəyişir : aztəminatlı ailə qohumlarından əhəmiyyətli donor dəstəyi alır ki, bu da birtərəflidir; orta gəlirli ailə qarşılıqlı mübadilə əsasında qurulmuş ən inkişaf etmiş şəbəkəyə malikdir; yüksək gəlirli ailə "kasıb ailə" konfiqurasiyasına malikdir, lakin rifah səviyyəsini qorumaq və gücləndirmək üçün qəsdən belə şərait yaradır. "Şəbəkə resursu" fenomeni "mənəvi iqtisadiyyat"ın xarakterik xüsusiyyəti olan mübadilənin ekvivalentliyinin dərk edilməsidir. Ailənin nüvə vahidi kimi anlayışının formalaşması ilə yanaşı, "böyük ailə" anlayışı keçmişə çevrilir ki, bu da əvvəllər bütün iştirakçılara "əsas son məqamların" uğurla keçməsinə zəmanət verirdi: bir ailənin doğulması. uşaq, universitetə ​​daxil olan uşaqlar, evlilik, dəfn.
Ailə psixologiyası
Ailə psixologiyası— bəşər cəmiyyətinin böyük sosial kəşflərindən və təsisatlarından biri olan ailə insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirən mənəvi-psixoloji və sosial birliyin spesifik formasıdır. Sosial sistem kimi ailənin sabitliyi cəmiyyətdə onun yalnız spesifik instutsional funksiyasını yerinə yetirməsi ilə yanaşı, həm də özünün daxili psixoloji iqlimindən, mənəvi dəyərlərdən, emosiyalardan, iqtisadi maraq və s. kimi digər amillərdən də asılıdır. Elmlər bir-birindən obyektinə görə yox, predmetinə (mövzusuna) görə fərqlənirlər. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur. Məlumdur ki, ailə sferası – insanın şəxsiyyət kimi formalaşması və psixi inkişafını müəyyən edən güclü mənbədir. Ailə psixologiyasının tətbiq edilməsi aktuallığı ailənin həyat fəaliyyətinin optimallaşdırılması, nikah və valideyn-övlad münasibətlərinin effektivliliyinin artması, ailədə uşaqların tərbiyəsi problemlərinin həlli və s. ilə əlaqədardır.
Ailə (dəqiqləşdirmə)
Ailə — aralarında qohumluq münasibəti olan insanlar. Ailə (film) — film.
Ailə (film)
Ailə — filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial dram sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva və Mehriban Zəki ifa edirlər. XX əsrin 80-ci illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular… Filmdəki hadisələr bu fonda cərəyan edir. Film sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur.
Erta Ale
Erta Ale — Efiopiyadakı ən aktiv vulkandır. Afarca "dumanlı dağ" deməkdir. 1928-ci ildə italyan səyyah Ludovico M. Nesbitt tərəfindən kəşf edilib.
Müqəddəs Ailə kilsəsi
Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi İspaniyanın Barselona şəhərində yerləşən bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranmışdır. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlamışdı. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir. 1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşmış, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılmışdır. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlmişdir. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
АМГ-10 aviasiya yağı