Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ASUS
ASUSTeK Computer Inc. — 1989-cu ildə qurulmuş Tayvan mərkəzli bir kompüter və təchizat istehsalçısıdır. Dünyanın ən keyfiyyətli anakart istehsalçılarından biridir. ASUS 2005-ci ildə cəmi 50 milyon anakart ixrac etmişdir. Bu 2005-ci ildə hər üç fərdi kompüterdən birinin ASUS marka anakart istifadə etdiyi mənasını verməkdədir. ASUS anakartın yanında, Ekran Kartı, LCD Panel,Mobil telefon, kassa, UMPC, dizüstü kompüter sahələrində də məhsullar təqdim etməkdədir. Anakart istehsalının yanında Dizüstü Kompüter istehsalı sahəsində də olduqca müvəffəqiyyətli bir markadır.
Amul
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Aksiomatik üsul
Aksiomatik üsul – elmi nəzəriyyənin qurulma və tədqiqat üsuludur. Əsasən, riyazi nəzəriyyələrə tətbiq olunur. Aksiomatik üsulla qurulmuş elmi nəzəriyyə aksiomatik və ya deduktiv nəzəriyyə adlanır. Riyazi nəzəriyyə Aksiomatik üsulla qurulduqda əvvəlcə qurulan aksiomatika üçün ilkin olan anlayışlar verilir. İlkin anlayışlar başqa anlayışlarla izah edilmir və məntiqi əsaslandırılmır. Aksiomatik nəzəriyyənin başqa anlayışları ilkin anlayışlar əsasında məntiqi yolla daxil edilir. Hər başqa anlayış ilkin anlayışlardan təşkil edilmiş predikatın ixtisarlaşdırılmış adıdır. Aksiomatik nəzəriyyənin hökmü onun anlayışları arasındakı məntiqi əlaqəni göstərən formullar olub, məntiqi yolla ilkin anlayışlardan alınmışdır. Aksiomatik nəzəriyyəni başqa elmi nəzəriyyələrdən ayıran əsas əlamət isbat olunan hökmün məntiqi əsaslandırılmasıdır. Aksiomatik üsula görə baxılan nəzəriyyənin bəzi müddəa və təklifləri qurulan aksiomatik nəzəriyyə üçün doğru elan edilir, isbatsız qəbul olunur və aksiomatik nəzəriyyənin aksiomları adlanır.
Amul şəhristanı
Amul şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Amül şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 343,747 nəfər və 93,194 ailədən ibarət idi.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Asel Cakayeva
Asel Cakayeva (d. 14 mart 1980) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Asel Cakayeva, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Asel Cakayeva, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Avul iyesi
Avul iyəsi - türk ve monqol mifologiyasında kəndin qoruyucu ruhudur. Avıl iyəsi də deyilir. Moğollar Ayıl Ezen deyərlər. == Xüsusiyyətləri == Hər kənd üçün ayrı bir iye vardır. Kənd anlayışı məskun mədəniyyət ilə ortaya çıxmış lakin bu yerleşiklik yenə də "yörük" həyat formasına bağlı olaraq qışda bir yerdə yazın fərqli bir yerdə yerləşmə formasında yarı köçəri bir tətbiqə çevrilmişdir. Yazın yüksək və sərin, heyvanların daha yaxşı yayılabiceği yerlərə (Yazla / Yayla), qışda isə gizli və qoruyucu bölgələrə (Kışla) çevrilməli olaraq göçülmüştür. Bəzən "Bucak iyəsi" təbiri də istifadə edilər. Anadoluda Bucak sözcüyü kiçik bir məna sürüşməsi ilə ilçədən kiçik, kənddən böyük vahid (Nahiyə) üçün istifadə edilməyə başlamışdır. Lakin təxminən bir mənala kəndin qoruyucu ruhu olduğu aydın olmaqdadır. Hətta az istifadə edilməklə birlikdə Güzlek (Payızda qalınan yer) və Köklek (Yazda qalınan yer) sözləri də mövcuddur.
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul rayonu
Ağul rayonu – Rusiya Federativ Respublikasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 812 km² , inzibati mərkəzi Tpiq kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 23,314 nəfər əhali yaşayırdı . 2010-da isə 11,290 nəfərdir. Rayonun ərazisinə 18 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntələridir . Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqəsi Tpiq (2.637 nəfər) kəndidir .1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisininin 92%-ni ağullar təşkil edir .
Aşel mədəniyyəti
Aşel mədəniyyəti — Azərbaycan ərazisində arxeoloji mədəniyyətdir. Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şiş Quzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında Erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Aşel dövrünün erkən mərhələsi Azıx mağarasının altıncı təbəqəsində aşkar olunmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Heyvan qalıqlarının çox aşkar olunması Aşel dövründə təsərrüfatda ovçuluğun əsas yer tutduğunu göstərir.
Aşil Amperör
Aşil Amperör (fr. Achille Emperaire; 16 sentyabr 1829[…], Eks-an-Provans[d] – 8 yanvar 1898[…], Eks-an-Provans[d]) — fransız rəssam-impressionist, Pol Sezannın dostu. == Həyat və yaradıcılığı == Aşil Amperör xəstəlik ilə doğulmuş və bütün həyatı boyu liliput qalmışdır. 1844–1856 illəri arasında doğma şəhərində rəsm və rəsm tədqiq etmişdir.
Aşur Cəmiyev
Aşur Bəybala oğlu Cəmiyev (18 iyun 1989, Şahbuz rayonu – 21 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aşur Cəmiyev 1989-cu il iyunun 18-də Şahbuz rayonunun Külüs kəndində anadan olub. 2003-2006-cı illərdə Heydər Əliyev adına hərbi liseydə oxuyub. 2006-2010-cu illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin məzunu olub. == Hərbi xidməti == Aşur Cəmiyev əvvəlcə, sərhəd zastavasında rəis müavini kimi xidmət edib. Sonra kəşfiyyat bölüyünün komandiri olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Aşur Cəmiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aşur Cəmiyev oktyabrın 21-da Zəngilanın azad edilməsi zamanı şəhid olub.
Aşur Hüseynov
Aşur Hüseynov (1920, Ağdam) — 1945-ci ildə "Bunker" əməliyyatında SSRİ xüsusi təyinatlı zəbt qrupunun tərkibində döyüşmüş ilk azərbaycanlı. == Bir günlük tələbə == Aşur Hüseynov 1920-ci ildə Ağdam rayonunda anadan olub. Ailələri 1930-cu ildə o vaxtkı Karyagin – indiki Füzuli rayonuna köçüb. Füzulidə orta təhsil alıb və 1941-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Universitetə daxil olduğu xəbərini valideynlərinə çatdırar-çatdırmaz Almaniyanın SSRİ-yə hücum etdiyi və müharibənin başlanıldığı rəsmən elan edilir. A. Hüseynov universitetə yalnız bir gün gedə bilir. Onu və yoldaşlarını hərbi komissarlıq Bakıdan Uzaq Şərqə göndərir. Orta məktəbi malakanların məktəbində oxumuş Aşur Hüseynov rus dilində sərbəst danışa bildiyindən yoldaşlarından fərqli olaraq əsgərliyin ilk günləri onun üçün problemsiz ötüşür. İlkin təlimlərdən sonra gənclər müxtəlif qoşunlara bölürlər. Canlı-cüssəli və savadlı olması, eyni zamanda rus dilini yaxşı bilməsi nəzərə alınaraq, A.Hüseynov və bir neçə əsgər Uzaq Şərqdən Qazaxıstana göndərilir.
Aşur ada
Aşur ada (fars. آشوراده‎, türkm. Aşyr Ada) — Xəzər dənizinin cənub-şərqində İranın Gülüstan ostanına tabe olan ada. İranın Xəzər dənizi sahillərində mövcud olan yeganə adadır. 800 hektar sahəsi olub torpaq yolu ilə Mianqala yarımadası ilə əlaqələndirilmişdir. İranın 40% kürü ehtiyatı Aşur adadan təmin edilir. Bəndər Türkmən limanından 3, Gürgan 23 km məsafədə yerləşir.
Aşur məscidi
Aşur məscidi və ya Ləzgi məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır. == Tarixi == Üstündəki kitabəyə görə onu Hicri-qəməri təqvimlə 567-ci ildə/ 1169 ustad Nəcəf Aşur ibn İbrahim tikmişdir. == Haqqında == Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür.
Elmi üsul
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi.Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Sinoptik üsul
Sinoptik üsul dedikdə - sinoptik xəritələrin və di-gər aerosinoptik vasitələrin köməyi ilə atmosfer proseslərinin və hava şəraitinin qarşılıqlı təsir və inkişafının məkana - zamana görə fiziki təhlili üsulu başa düşülür.
İrəvani Aşub
İrəvani Aşub (1813, İrəvan – 1881, İrəvan) — şair. == Həyatı == İrəvani Aşub 1813-cü ildə İrəvan mahalında anadan olub. Təhsilini davam etdirmək üçün 1834-cü ildə Nəcəfə getmiş və orada bədii yaradıcılıqla məşğul olmuşdur. Fətəli şaha mədhiyyələr yazmışdır. 1876-cı ildə vətəninə qayıtmış, 1881-ci ildə 63 yaşında vəfat edib.
Şaul Mofaz
Şaul Mofaz (ivr. ‏‏‎; 4 noyabr 1948, Tehran) — İsrailin keçmiş zabiti və siyasətçisidir. 1966-cı ildə İsrail Müdafiə Qüvvələrinə qoşuldu və Paraşütçülər Briqadasında xidmət etdi. Altı Günlük Müharibə, Yom Kippur Müharibəsi, 1982 Livan Müharibəsi və Entebbe Əməliyyatı paraşütçülər və elit xüsusi qüvvələr dəstəsi Sayeret Matkal ilə döyüşdü. 1998-ci ildə on altıncı İFF Baş Qərargah rəisi oldu, 2002-ci ilə qədər xidmət etdi. İrandakı yəhudi nəslindəndir.
Avul iyəsi
Avul iyəsi - türk ve monqol mifologiyasında kəndin qoruyucu ruhudur. Avıl iyəsi də deyilir. Moğollar Ayıl Ezen deyərlər. == Xüsusiyyətləri == Hər kənd üçün ayrı bir iye vardır. Kənd anlayışı məskun mədəniyyət ilə ortaya çıxmış lakin bu yerleşiklik yenə də "yörük" həyat formasına bağlı olaraq qışda bir yerdə yazın fərqli bir yerdə yerləşmə formasında yarı köçəri bir tətbiqə çevrilmişdir. Yazın yüksək və sərin, heyvanların daha yaxşı yayılabiceği yerlərə (Yazla / Yayla), qışda isə gizli və qoruyucu bölgələrə (Kışla) çevrilməli olaraq göçülmüştür. Bəzən "Bucak iyəsi" təbiri də istifadə edilər. Anadoluda Bucak sözcüyü kiçik bir məna sürüşməsi ilə ilçədən kiçik, kənddən böyük vahid (Nahiyə) üçün istifadə edilməyə başlamışdır. Lakin təxminən bir mənala kəndin qoruyucu ruhu olduğu aydın olmaqdadır. Hətta az istifadə edilməklə birlikdə Güzlek (Payızda qalınan yer) və Köklek (Yazda qalınan yer) sözləri də mövcuddur.
Qerzel-Aul
Qerzel-Aul (Yuxarı Qerzel) (çeç. Гезлой-Эвла) — Çeçenistan Respublikasının Qudermes rayonundakı kənddir. Qerzel-Aul kənd qəsəbəsinin inzibati mərkəzidir. == Coğrafiyası == Kənd, Aksay çayının sol sahilində, "Qafqaz" P217 federal yolu yaxınlığında, Qudermes bölgə mərkəzindən 25 km cənub-şərqdə və Qroznı şəhərindən 62 km şərqdə yerləşir. Ən yaxın kəndlər: şimal-şərqdə - Boraqanqeçuv kəndi, şərqdə Xamavyurt və Tsiyab-Tsoloda kəndləri, cənub-şərqdə Tuxçar kəndi, cənubda İşxoy-Yurt kəndi, qərbdə Koşkeldi və Biltoy-Yurt kəndləri və şimal-qərbdə Kadi-Yurt və Enqel-Yurt kəndləridir.. == Tarixi == Qerzel-Aul kəndinin əsası Kaçkalıqlılar tərəfindən qoyulmuşdur. A.V. Tverdiyə görə, adın mənası türk dilindəki güzel - "gözəl" sözündəndir, yəni "gözəl aul" mənasını verir.F. V Totoyev xəbər verir ki, əfsanələrə görə, Çingiz xan Çeçen dərələrinin çıxışında və girişində qüllələr tikdirmiş və daha sonra Mamay xana tabe olan valiləri, Çingizləri burada qoydu. Onlardan birinin, qərargahı Qerzel-Aulda qalan və çeçenlərin adətlərinə görə hökm sürən Yaxsay xanın adı xalqın yaddaşında qorunub saxlanılmışdır.1812-ci ildə polkovnik-leytenant Butskovski Çeçen kəndləri arasında Xasa Mekent, Balçı, Qerzeli, Dadayurt və Umaracını qeyd edir ki, onlarda Qumıq knyazlarına tabe idi. Kəndin cənub qurtaracağında, XIX əsrə aid Rus istehkamının qalaları qorunub saxlanılmışdır. 1883-cü ildə Qerzel-Aul kəndində 681 nəfərin yaşadığı 128 ev var idi.
Sul-Brazil
Sul-Brazil (port. Sul Brasil) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3059 nəfərdir. Ərazisi 114,9 кm²-dir. Əhalinin sıxlığı 26,6 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Yeni Aul
Yeni Aul (rus. Новый Аул) — Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən kəndlərdən biridir. == Coğrafiya == Məhərrəmkənddən 7 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ilin məlumatına görə kənddə 2760 nəfər yaşayır.
İbn Şəhr Aşub
İbn Şəhr Aşub (ərəb. ابوجعفر، محمد بن علی بن شهرآشوب بن ابونصر بن ابوالجیش ساروی مازندرانی‎), (d. 1096- v. 27.08.1192) — Dahi İslam alimi, təfsirçi, ədəbiyyatçı, fəqih və hədisşünas. == Həyatı == İbn Şəhr Aşubun əsli İranın Mazandaran şəhərinin Sari vilayətindəndir. Onun uşaqlıq illərindən bəlli olan budur ki, o elm və təhsilə çox maraq göstərmişdir. Həmçinin o 8 yasşında Quranı əzbərləmişdir. Sonradan elmi səfərlərə başlamışdır. İlk öncə Elm kəsb etmək üçün Bağdad şəhərinə yollanmışdır. == Yaradıcılığı == İbn Şəhr Aşub elmi cəhətdən çox yüksək məqama çataraq, "Əllamə" adı almışdır.
Avi-Şaul Mordexay
Avi-Şaul Mordexay (ivr. ‏מרדכי אבי-שאול‏‎; 17 may 1898 – 18 fevral 1988) — İsrail yazıçısı. İvrit dilində yazırdı. Müasir sosial və məişət mövzularında "Boyunbağı" (1928), "Yəhudi Züssü" (1933) dramları, hekayələr topluları ("Kral Karakaş və digər gündəlik hekayələr", 1965), şeir topluları ("Səbirsizlik şeirləri", 1982 və s.). yazmışdır.