Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baranix burnu
Baranix burnu — Şərqi Sibir dənizində Kitepveem çayının mənsəbinə yaxın ərazidə yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisində yerləşir. Burunda Malaya Baranix adlı stasionar stansiya fəaliyyət göstərir. Stansiyanın Radioizotop termoelektrik generatorunda radiasiya sızması müşahidə edilmişdir. Bununla belə ora giriş əngəllənməmişdir. 2012 ildə generator çıxarılmış və çıxdaş edilmişdir.
Robert Barani
Robert Barani (22 aprel 1876[…], Vyana – 8 aprel 1936[…], Uppsala[d]) - Qulaqdakı vestibulyar aparatın fiziologiya və patologiyası üzərində etdiyi işləri sayəsində 1914-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını alan avstriyalı həkim. == Bioqrafiyası == Barani Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Bir elm adamının qızı olan Maria Hok və bank səlahiyyətlisi və daşınmaz əmlak idarəçisi olan Macar Yəhudi İqnaz Baraninin altı uşağından ən böyüyü idi. 1900-ci ildə Vyana Universitetinin tibb fakültəsindən məzun oldu. Barani Vyanada bir həkim olaraq çalışarkən xəstələrinin baş dönməsini rahatlaşdırmaq üçün onların daxili qulaqlarının içinə maye yeridirdi. Yeridilən maye çox soyuq olduğundan xəstələrində başgicəllənmə və Nistagmus (istəksiz göz hərəkəti) baş verirdi. Mayeni qızdırdıqda isə xəstələrdə tərs istiqamətdə Nistagmus meydana gəldiyini gördü. Barani bu təcrübəsiylə endolinfanın sərin ikən batan və isti ikən yüksələn bir xüsusiyyəti olduğunu və beləcə endolinfanın axın istiqamətinin vestibulyar orqana proprioseptiv siqnalları təmin etməsini təyin etdi. Kaloridən reaksiya olaraq adlandırdığı bu təcrübə ilə müşahidələrinə davam etdi. Etdiyi müşahidələr və araşdırmalar nəticəsində vestibulyar orqan xəstəliklərinin cərrahi müalicəsini mümkün etdi.
Şahmalik Barani
Barani-i Kürd (Sulduz)
Barani-i Kürd (fars. باراني كرد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (61 ailə).
Barani-i Əcəm (Sulduz)
Barani-i Əcəm (fars. باراني عجمد‎, azərb. Əcəm Baranlısı‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 331 nəfər yaşayır (67 ailə). Əhalisi Azərbaycan türkləri və şiə inanclıdır.
Bayanay
Bağanis
Bağanis (Loru) — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Bağanis Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Bağanıs
Bağanis (Loru) — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Bağanis Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Qaranüy
Qaranüy — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində keçmiş kənd. Hal-hazırda Şəmkir rayonunun Dəllər Cırdaxan kəndinin tərkibində yaşayış massividir. Dəllər Cırdaxan bələdiyyəsinə daxildir. == Tarixi == Azərbaycan toponimlərinı 17 oğuz etnonimi geniş əksini tapmışdır (əfşar, kayır, karıq, bayat, eymur, iva, karkin, çuvaldar, bayandur, bektili, dügər, qaranüylü, xələc, kəndli, karabotik, çepni və salur). Qaranüy, yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvəllərindən mövcud olmuşdur. 1926-ci ilə aid olan və SSRİ dövründə hazırlanmış xəritədə kənd Karaküylü adı ilə göstərilmişdir. == Coğrafiyası == Qaranüy yaşayış massivi rayon mərkəzindən 14 kilometr, Dəllər dəmiryolu stansiyasından 7 kilometr şimalda, Gəncə — Qazax düzənliyində Kür çayının yaxınlığında olan ərazidə yerləşir. == Təhsili == 9 illik təhsil sisteminə aid olan T.Əliyev adına orta məktəb əhalinin xidmətindədir. == Əhalisi == Əhalisi 870 nəfərdir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Banani
Banani — Malidə yerləşən kənd. Əsas əhalisi doqonlardır.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır. Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.
Boranı
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Balanıc (Urmiya)
Balanıc (fars. بالانج‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.189 nəfər yaşayır (506 ailə).
Barabin dialekti
Baraba dili və ya Baraba tatar dili - Sibirdə təxminən 8000 nəfərin danışdığı türk dili. Sibir-tatar dilinə çox yaxındır. Bu səbəbdən bəzi dilçilər bu dilin tatar dilinin bir qolu olduğunu iddia edirlər.
Baracıq (Urmiya)
Baracıq (fars. باراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 386 nəfər yaşayır (68 ailə).
Baranlı (Təbriz)
Baranlı (fars. بارانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.169 nəfər yaşayır (299 ailə).
Baranlı oymağı
Baranlı oymağı — Qaraqoyunlu tayfa ittifaqının aparıcı qolu. Baranlı oymağının ad açımı hələ tam müəyyənləşməyib. Baranı — qoç kimi yozanlar var. Bəzi tədqiqatçıların fikrincə adın kökü gedib, əski Oğuz bəyləri soyuna çıxır. Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində bu barədə bilgi var. Həmin bilgidə deyilir: "Buran xanın ölümündən sonra oğlu Əli xan padşah oldu… Əli xan oğlu Qılıc Arslana qırx minə yaxın atlı çıxara bilən o yerləri idarə etməyi tapşırdı". Ağalıq dönəmi bəlli olmayan Qayı soylu Baran bəy Oğuz elini idarə etmişdi. Baran bəydən sonra oğlu Əli xan başçı olmuşdu. Əli xanın Qılıc Arslan adlı oğlu vardı. Maraqlıdır ki, XI əsrdə yaşamış Şah Məlik Əbülfəvaris Barani ünvanlı, Qılıc Arslan adlı oğuz yabqusunun atasının adı da Əli xan idi.
Baranlı sülaləsi
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi. == Sülalənin yaranması == Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir. == Əsas sülalə üzvləri == === Qaraqoyunlu bəyləri === Qara Mənsur Bayram xoca (1351–1380) Qara Dursun (Bayram xocanın qardaşı) Qara Məhəmməd (1380–1389) Bayram (ö. 1389) Misr xacə Qara Yusif (d.1355–ö.1420) Pirbudaq (1410–1413) Şahməhəmməd Şah Əli Qara İsgəndər (1421–1429/1431–1435) Əlvənd - Həmədan hakimi Yar Əli Məlik Qasim Həsən bəy Şah Qubad İspənd (Bağdad hakimi – 1432–1445) Fulad Mirzə (Bağdad hakimi – 1445–1446) Cahan şah Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi. Həsənəli Sultanəli Qasımbəy Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
Baranov adası
Baranov adası (ing. Baranof) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. 1805-ci ildə kapitan Yuri Lisyanski tərəfindən Aleksandr Baranovun şərəfinə adlandırılmışdır. Orada yaşayan Tlinqit hinduları onu Sheet’-ká X'áat’l (çox vaxt sadəcə "Şi") adlandırırlar. Admiralteyski və Çiçaqov adaları ilə birlikdə "ABC adaları" adlanan adaları əmələ gətirir. 2000-ci ildə əhalinin sayı 8532 nəfər olmuşdur. == Coğrafiya == Adanın sahəsi 4162 km², maksimum uzunluğu təxminən 160 km, eni isə 50 km-dir. Bu Aleksandr arxipelaqının ən dağlıq adası və Alyaskanın səkkizinci ən böyük adasıdır. Dünyanın ən böyük adaları siyahısında 135-ci yerdədir. Adanın demək olar ki, bütün ərazisi inzibati cəhətdən şimalda Çiçaqova adasına qədər uzanan Sitka şəhərinin məhəlləsinin bir hissəsidir.
Baranya (medye)
Baranya (mac. Baranya, xorv. Baranja, serb. Барања) — Xorvatiya sərhədində Cənubi-Zadunay ərazisində yerləşən Macarıstan medyesi. Medyenin cənub sərhədi Dunay dağının şərqi sərhədi Drava çayı boyunca keçir. İnzibati mərkəzi — Peç. Baranya Şomod, Tolna və Baç-Kişkun medyeləri ilə sərhəddir. == Coğrafiyası == Medyenin şimalında meşə ilə örtülü dağlar, cənubda və şərqdə düzənliklər vardır. Macarıstan kömür yataqlarının 98% -i çoxlu istilik yaylarıdır. == Tarixi == Qədim dövrlərdən bəri medyenin ərazisində yerləşdirilib.
Bağanis (Loru)
Bağanis — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Bağanis Ayrım
Bağanıs Ayrım (keçmiş adı "Seyid Ayrım") — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. 1990-cı il martın 23-dən 24-ə keçən gecə ermənilər tərəfindən işğal edilib. == Tarixi == Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb. Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Bağanıs Ayrım faciəsi barədə Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitab yazaraq 1999-cu ildə "Azərbaycan nəşriyyatı"nda çap etdirmişdir.
Bağanıs Ayrım
Bağanıs Ayrım (keçmiş adı "Seyid Ayrım") — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. 1990-cı il martın 23-dən 24-ə keçən gecə ermənilər tərəfindən işğal edilib. == Tarixi == Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb. Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Bağanıs Ayrım faciəsi barədə Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitab yazaraq 1999-cu ildə "Azərbaycan nəşriyyatı"nda çap etdirmişdir.
Bulbophyllum baronii
Bulbophyllum baronii (lat. Bulbophyllum baronii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Madaqaskar üçün endemik növdür.
Dalbergia baronii
Dalbergia baronii (lat. Dalbergia baronii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Dmitri Baranov
Hüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. == Həyatı == Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən sübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.