Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
BAFTA
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
Bada
Bada (kor. 바다 — dəniz) — sensor ekranlı mobil telefonlar üçün platformadır. Samsung Electronics şirkəti tərəfindən SHP (Samsung Hand-Held Platform) platformasının üzərində davamı kimi hazırlanıb. == Tarix == İlk versiyası 10 noyabr 2009-cu ildə anons edilmişdir. Platformanın 1.0 versiyası və ilk bada-telefonu(badafon) Samsung Wave S8500 14 fevral 2010-cu ildə Barselonada təqdim olunmuşdur. 2010-cu ilin may ayında isə Samsung Wave S8500-in satışı başlanmışdır. Həmçinin bada SDK/IDE proqramm təminatının yaradılması üçün ilk alətlər vasitəsi istifadəyə verilmişdir. 15 fevral 2011-ci ildə bada 2.0 alfa versiyası nümayiş olundu. == Təsvir == bada bağlı tipli platformadı, hansında ki istehsalçının SDK-sını istifadə etməklə, yalnız bu platformada işləyən programlar yaratmaq mümkündür. bada çoxsəviyyəli arxitekturaya malikdir.
Bafq
Bafq- İranın Yəzd ostanının şəhərlərindən və Bafq şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,867 nəfər və 7,919 ailədən ibarət idi.
Baft
Baft— İranın Kirman ostanının şəhərlərindən və Baft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,008 nəfər və 8,265 ailədən ibarət idi.
Bala
Bala — hansısa bioloji növün yetkinlik yaşına çatmayan nümayəndəsi.
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Gül Baba
Gül Baba (əsl adı Cəfər; v. 2 sentyabr 1541 və ya 1 sentyabr 1541, Buda, Macarıstan) — bir Bəktaşi Babası, dərviş və şair olub. Doğum yeri Amasyanın Merzifon ilçəsidir. == Şəxsiyyəti == Osmanlı Sultanı Qanuni Sultan Süleymana təsir edən və Avropa hücumlarına qatılan önəmli bir Bəktaşi Babasıdır. Həyat yolu Övliya Çələbi tərəfindən yazılı mənbələrə köçürüldü. Rəvayətə görə, başından gülü, əlindən isə taxta qılıncı əskik olmazmış. Döyüşlərdə başının üstündə bir gül daşıdığı üçün "Gül Baba" deyə adlandırırdılar. Bu rəvayət nəsildən-nəslə ötürülür. == Əsərləri == Miftah'ül Gayb (şeir və nəsrlər) Güldəstə (şeir və nəsrlər) == İrsi == Danimarkalı Andersen tərəfindan 1841-ci ildə Gül Babanın həyatı qələmə alınmışdır. Macar bəstəkar Jenö Huszka tərəfindən 1905-ci ildə Budapeştdə Gül Baba simfonik opera əsərini yaradılmışdır.
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Margit Bara
Margit Bara (21 İyun 1928 – 25 Oktyabr 2016) — Macarıstanlı film aktrisası. O, 1956-cı il ilə 1975-ci il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.
Marina-Baxa
Marina-Baxa (isp. Marina Baja) — İspaniyada yerləşən rayon.
Noel baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Noriko Baba
Noriko Baba (d. 4 may 1977) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Peyami Safa
Peyami Safa (2 aprel 1899, Fateh, İstanbul ili – 15 iyun 1961, İstanbul) — əsasən romanları ilə məşhur olan türk yazıçısı. "Sərvər Bədi" təxəllüsü ilə də çıxış etmiş yazıçı jurnalistika sahəsindəki işləri və cəmiyyət həyatına dair fikirləri ilə də tanınır. Şair İsmayıl Safanın oğlu kimi anadan olub. Atasının Sivasda sürgündə ölməyinin ardınca, 1901-ci ildə — 2 yaşında yetim qalmış və "Yetimi-Safa" adı ilə xatırlanmışdır. 8 yaşından 17 yaşınacan ağır sümük xəstəliyi keçirmişdir. Həkimlər onun qıçını kəsmək istəmiş, amma Peyami buna icazə verməmişdir. Yazıçının "Doqquzuncu cərrahiyyə palatası" romanını həmin günlərindən bəhs edir. Xəstəlik və müharibə səbəbilə təhsilini davam etdirə bilməmiş və anasına baxmaq üçün Vəfa idadiyyəsindəki təhsilini yarımçıq buraxmışdır. Keteon mətbəəsində işləməyə başlamışdır. Daha sonra Rəhbəri-İttihad məktəbində müəllimlik etmişdir.
Rəhman Baba
Əbdürrəhman Momənd (puşt. عبدالرحمان بابا) və ya Rəhman Baba (puşt. رحمان بابا; 1632, Pişəvər – 1706, Pişəvər) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı. Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var.
Safa-Gəray
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi 1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.
Sarıqaya, Bafra
Sarıqaya — Türkiyənin Samsun ilinin Bafra mahalına bağlı bir məhəllədir. Məhəllədə əsası ruslar tərəfindən qoyulan çərkəzlər yaşayır. Məhəllənin ənənə, adət və yeməkləri haqqında məlumat yoxdur. Samsun ilinə 58 km,Bafra mahalına isə 8 km uzaqlıqdadır.
Sarıqaya (Bafra)
Sarıqaya — Türkiyənin Samsun ilinin Bafra mahalına bağlı bir məhəllədir. Məhəllədə əsası ruslar tərəfindən qoyulan çərkəzlər yaşayır. Məhəllənin ənənə, adət və yeməkləri haqqında məlumat yoxdur. Samsun ilinə 58 km,Bafra mahalına isə 8 km uzaqlıqdadır.
Sisanna Baca
Sisanna Baca (24 may 1944) — məşhur Perulu müğənni; Peru Mədəniyyət naziri (2011-dən). Sisanna Baca 2002-ci ildə "Lamento Negro" albomu ilə Latın Gremmi mükafatını alıb. O, 2011-ci ildə – 67 yaşında Peru Mədəniyyət naziri təyin olunub. Ölkənin İspaniyanın əsarətindən çıxıb müstəqillik qazandığı vaxtdan – 1821-ci ildən bəri ilk qaradərili naziri olmuşdur.
Erik Bana
Erik Bana (9 avqust 1968, Melburn) — avstraliyalı aktyor, komediya aktyoru və aparıcı. Əsl adı Eric Banadinović olan aktyor, karyerasına yerli televiziya kanallarından birində aparacılıq etməklə başlayıb. Daha sonra Avstraliyanın ən məşhur komediya qruplarından biri olan "The Comedy Company"də işləməyə başlayıb və oradakı çıxışları onun karyerasının dönüş nöqtəsi kimi qiymətləndirilir. Bana, daha sonra televizya və filmlərdə göstərdiyi istedadı ilə seçilməyə başlayıb. İlk önəmli filmi "The Castle" (1997) olub və bu film ilə adını dünya film tarixinə yazmağa başlayıb. Ona ən böyük şöhrəti qazandıran "Chopper" (2000) adlı filmdəki performansı olub. Bu filmdə canlandırdığı cinayətkar "Chopper Read" real həyatdan götürülmüş bir xarakter idi. Daha sonra, "Black Hawk Down" (2001), "Troy" (2004), "Munich" (2005) və "Star Trek" (2009) kimi məşhur Hollivud filmlərində əsas rollarda çəkilib. İngilis, xorvat və alman dillərini bilir. Avstraliyanın bir çox xeyriyyə cəmiyyətlərinə dəstək verməyi ilə də tanınır.
Manuş Baba
Mustafa Özkan (1 dekabr 1986, Tarsus)-Manuş Baba olaraq səhnələrdə yer alan Türk musiqiçi. Əslən Diyarbakırlı bir ailədə doğulub. İbtidai sinfi 4-cü sinifə qədər Tarsus Turqut İçgörendə oxuyub. 1996-cı ilin yazında atası Antalyada mövsümi fəhlə işləyəndə ailəsi ilə birlikdə Antalyaya köçüb. İbtidai və orta təhsilini Antalyada Barbaros İbtidai məktəbində, orta təhsilini isə 2005-ci ildə Qazi Liseyində başa vurub. O, musiqiyə ilk addımını orta məktəb illərində atasının ona aldığı gitara ilə atıb. Bir müddət gitara, xanəndəlik və musiqi təhsili dərsləri aldıqdan sonra 2010-cu ildə Akdeniz Universiteti Gözəl Sənətlər Fakültəsinin Musiqi Bölməsini qazanıb. Təhsil aldığı müddətdə Günəşə Səyahət qrupunun vokalisti kimi Antalyanın müxtəlif məkanlarında səhnəyə çıxıb. Uşaq vaxtlarında nənəsi ona balaca, gözəl uşaq mənasını verən Manuş deyə səslənirmiş, və körpə ikən danışmağa başlayanda ağzından çıxan ilk söz Baba olduğuna görə o özünə səhnə adı olaraq Manuş Babanı seçib. O, pop,rok və eksperimental adlandırdığı öz bəstələrini və şərh yazılarını şəxsi internet səhifələrində, sosial şəbəkələrdə və konsertlərində paylaşaraq ad çıxarıb.
Safa Önal
Safa Önal (17 dekabr 1930 – 30 iyul 2023) — türk ssenarist və rejissoru. Safa Önal 1930-cu ildə İstanbulda doğulub. Haydarpaşa Liseyinin məzunu olan Önal 1945-ci ildə hekayələrlə başladığı yazılarını təkmilləşdirməyə çalışarkən müxtəlif jurnallarda çalışır. O, hekayələrini "Dünyanın ən gözəl gəmisi" adlı kitabda toplayır. Sonra isə ssenarilər yazmağa başlayır. Ssenari yazımında irəliləyiş əldə edən Önalın 395 ssenarisi dünyanın ən maraqlı rekordlarının yer aldığı "Ginnesin Rekordlar Kitabı" tərəfindən dünya rekordu olaraq təsdiqlənir. İki dəfə ailə həyatı quran və hər iki həyat yoldaşından ayrılan sənətçi 1973-cü ildə rejissorluğa başlayır və 40-a yaxın filmə rejissorluq edir. O, həmçinin bir çox fotoroman ssenariləri yazmışdır. Məşhur ssenarist 30 iyul 2023-cü ildə 92 yaşında vəfat etmişdir. 1969: Cingöz Recai 1969: İnleyen Nağmeler 1969: Kalbimin Sahibi 1969: Karlı Dağdaki Ateş 1970: Afacan 1970: Ağlayan Melek 1970: Arkadaşlık Öldü mü?
Baba Mustafayev
Baba Mustafayev Xanlar oğlu — azərbaycanlı əməkdar məşqçi, Ulduz klubunun təsisçisi, hakim , keçmiş futbolçu və uşaq futbol məşqçisi, bədən tərbiyəsi müəllimi, həmçinin Mingəçevir şəhər idman komitəsinin keçmiş sədri. == Həyatı və fəaliyyəti == 1940-cı il yanvar ayının 17-də Samux rayonunun Mansarlı kəndində anadan olub.. Atasının Xanlar balıqçı, anası Güləsər evdar qadın olmuşdur. 40-cı illərin sonunda, Baba Mustafayev və ailəsi kəndi tərk edərək Mingəçevir şəhərinə köçməyə məcbur olurlar. Mingəçebir şəhərinə köçükdən sonra, Baba Mustafayev futbolla maraqlanmağa başlayır. O "Azərelektroizolasiya" zavodunun komandasında çıxış etməyə başlayır. Həmçinin o dövrdə hakimlik də edirdi. Baba Mustafayev, Rusiyanın "Penza" futbol klubunda hücumçu mövqeyində çıxış etmişdir. 1960-cı ildə, "Azərbaycan Bədən Tərbiyəsi" adlı texnikomun nəznində fəaliyyət göstərən "Gəncə Məşqçilər Məktəbində" oxumağa başlayır. 1962-ci ildə isə, məktəbi bitirir.
«Кара-коюнлу» (ковёр)