Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Böcək
Sərtqanadlılar (lat. Coleoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin başqa dəstələrin nümayəndələrindən fərqləndirən ən mühüm əlamətlərindən biri — onların qanadlarının quruluşudur ki, bu da dəstənin adında öz əksini tapmışdır. Qanadüstü adlanan yuxarı cüt qanadlar, demək olar ki, həmişə sərt, çoxt vaxt qabarıq, az və ya çox dərəcədə iri qabarlar və ya çuxurlarla örtülmüş və ya uzununa qabırğalarla zolaqlanmışdır ki, bu da onlara daha çox möhkəmlik verir. Qanadüstləri tısbağa zirehi kimi daha zərif, şəffaf və ya yarımşəffaf qanadları örtür. Bunların köməyilə böcəklər uçur. Ancaq elə növlər, cinslər, hətta fəsilələr də vardır ki, onlarda qanadlar bitişmiş, alt qanadlar reduksiya olunmuşdur və bu böcəklər uçmur. Dinclik halında qanadlar elə yığılır ki, qanadüstləri onları tamamilə örtür. Uçmazdan əvvəl böcək qanadüstlərini qaldırır, qanadlarını açır, az və ya çox vızıltı ilə havaya qalxır. == Xarici quruluşu == Böcəklərin əksəriyyəti parlaq və rəngarəng boyanmışdır.
BOK
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat. == Məlumat == Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
Bit (böcək )
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Blek Sabbat
Black Sabbath — 1968-ci ildə Birminhem, İngiltərədə qurulmuş ilk heavy metal qrupudur. Qrupun öz adını daşıyan "Black Sabbath" albomunu ilk heavy metal albomu hesab etmək olar. Bu albom doom metal musiqisinin sonrakı inkişafı üçün bönövrə qoymuşdur. Qrup bir çox üzv dəyişməsi yaşamış olmasına baxmayaraq, illər boyunca qrupun tək dəyişməyən üzvü Tony Iommi olmuşdur. Ümumilikdə 22 musiqiçi ən az bir dəfə olmaqla Black Sabbath-da fəaliyyət göstərmişdir. Qrupun 9 albomu Böyük Britaniya albom siyahılarında ilk onluğa daxil olmuşdur. Artıq 2000-ci ildə Black Sabbath albomlarının ümumi tirajı 100 milyona yaxınlaşdı. 1995-ci ilə qədər qrup yeni albom buraxmırdı və 1970-ci illərin "klassik" tərkibi ilə yalnız konsertlərdə bir araya gəlirdi. Qrup üzvlərinin əksəriyyəti solo fəaliyyətiylə məşğul olurdular. Beləliklə, 2011-ci il 11 noyabr tarixində əfsanəvi Los-Anceles klubu olan "Whisky a Go Go"-da keçirilən mətbuat konfransında Ozzi Ozborn, Toni Ayomi, Qizer Batler və Bil Uord yeni albomu öz sevənləri ilə paylaşır.
Blək metal
Black Metal heavy metalın bir alt növü olub, 1980-ci illərdə yaranmağa başladı. Bu illərdə proto-black metal qrupları, etdikləri növün 'black metal' olaraq adlandırılmaqdan bir az uzaq olsa da, black metalın ayrı bir növ olaraq ortaya çıxmasına liderlik etmiş qruplardır. Bu musiqi janrı adını Venom musiqi qrupunun 1982-ci ildə yayımladığı Black Metal albomundan alır. Proto-black, thrash metal və black metal arasında bir keçid formasıdır. == Tarixi == İlk Proto-black qrupu Venom hesab edilir. Venomun musiqisi ilə indiki black metal arasındakı fundamental oxşarlıqlar; narahat edici vokallar ilə sürətli və aqressiv musiqi. Venomun 1982 çıxışlı Black Metal adlı albomu növə adını verən albomdur. İsveçli Quorthon (Tomas Forsberg)'un bir nəfərlik fəaliyyəti Bathory, Venomun musiqisini sürətləndirib daha sərt vokal və qaranlıq bir atmosfer işlədərək black metalın demək olar ki ayrıca bir növ olaraq ortaya çıxmasını təmin etmişdir. Digər proto-black qrupları Hellhammer, Celtic Frost və Mercyful Fate'dir. 1990-cı illərdə bəzi Death metal qruplarından da ilham alaraq inkişafını sürətləndirib.
Blək qayası
Blək qayası — Şaq qayalıqlarından 10 mil (16 km) cənubda, Cənubi Georgiya adasından 105 mil (169 km) şimal-qərbdə yerləşir. Qaya Avrora adalarından biri hesab edilir. Argentina Blək qaya və Şaq qayalıqları, o cümlədən çox adalara iddia edir. 1982 ildə Folklend müharibəsi zamanı Argentina Cənubi Georgiya və bir sıra adaları işğal etsə də, sonradan bölgədən çəkilməli olmuşdur. Qara qaya inzibati cəhətdən Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir. Qaya Cənubi Antil silsiləsinin su səthinə çıxdığı yerdə yerləşir.
Edmund Börk
Edmund Börk (12 yanvar 1729[…], Dublin – 9 iyul 1797[…]) — Böyük Britaniya filosofu. == Həyatı == Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk (1729–1797) hesab olunur. Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır. Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir. Viqlər Partiyasının əqi dəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür. Fransa inqilabının və hər bir inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün "Fransada inqilab haqqında düşüncələr" kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır. Börk həmçinin hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır. == Fəlsəfəsi == Börkün nəzəriyyəsi "Fransada inqilab haqqında düşüncələr" (Reflections on the Revolution in France, 1790) çox vədə verən Fransa inqilabına və zəkanın Maarifçi filosoflar tərəfindən yüksəklərə qaldırılmasına qarşı reaksiya kimi meydana gəldi. Maarifçilik dövrünün adamları zəkanı ənənələrdən, tarixdənkənar anlaşılan fərdi isə birlikdən üstün tuturdular. Börk bunların yerini dəyişdi: ənənə ayrı-ayrı intellektualların yaratdıqları nəzəriyyədən daha aqildir.
Kərgədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Kərkədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Maks Blek
Maks Blek (24 fevral 1909[…], Bakı, Rusiya imperiyası – 27 avqust 1988[…], İtaka[d], Nyu-York ştatı) — ingilis-amerikan filosofu, XX əsr analitik fəlsəfəsinin öncül şəxslərindən biri. Analitik fəlsəfə, dil fəlsəfəsi, incəsənət və riyaziyyat fəlsəfəsi sahələrindəki işləri ilə tanınır. == Həyatı == 1909-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. Blek (Black) onun "ingilisdilli" soyadıdır, əsl soyadı "Çernıy" olub. Atası Lyonel Çernıy varlı bir iş adamı idi. 1903-cü ildə Sankt Peterburqda dərc edilən "Sion müdriklərinin protokolları" adlı mətnlər toplusu bütün Rusiyada, eləcə də Azərbaycanda antisemitizm hissləri yaymışdı. Bundan qorxan Lyonel Çernıy ailəsi (xanımı Sofiya Divinska, oğulları Maks, Moisey (Mişa), Samuel (Sem) və qızı Rivka (Betti)) ilə əvvəl Parisə, sonra isə Böyük Britaniyaya köçdü və "Black" soyadını qəbul etdi. == Təhsili == Kembric Universitetinə qəbul oldu və orda Bertran Rassel və Lüdviq Vitqenşteyndən dərs aldı. Məhz bu dövrdə onda riyaziyyat fəlsəfəsinə maraq oyandı. 1930-cu ildə məzun olmuş və Göttingendə 1 il təqaüdlə oxumaq imkanı qazanmışdır.
Maral böcək
Maral böcək (lat. Lucanus cervus) — Sərtqanadlılar dəstəsinə, Buynuzlu böcəklər fəsiləsinə aid böcək növü. == Təsviri == Bığcıkları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibuaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qanadüstlükləri və çənələri şabalıdı – qəhvəyidir. Sürfləri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədən uzunluğu 14 sm – dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45 mm – dir. == Yayılması == Mərkəzi, Cənubi və Qərbi Avropa, Kiçik Asiyada yayılmışlar.
Mişa Blek
Mişa Blek - yəhudi-ingilis dizayner və arxitektor. Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb. Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur. Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur.
Piter Brek
Cozef Piter Brek (d. 13 mart 1929; Roçester Nyu- York – ö. 6 fevral 2012; Vankuver), Amerikalı aktyor. The Big Valley və Mavericksdə bir neçə hissə rol alan Piter Brek, bundan başqa həmin sıralar başqa Vestern seriallarında da qonaq oyunçu olaraq yer aldı.
Qırmız böcək
Qızılı böcək
Qəşəng böcək
Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər. Avropa, Asiya və Qafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.
Sirius Blek
Sirius Blek (3 noyabr 1959 – 18 iyun 1996) — Coan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı uydurma bir personaj. Sirius ilk olaraq Harri Potter və Fəlsəfə Daşında Lord Voldemortun Ceyms və Lili Potteri öldürməsindən qısa bir vaxt sonra Rubeus Haqridə uçan bir motosiklet borca verən bir sehrbaz olaraq qısaca bəhs edilmişdir. Özünün məhkum olduğu Harri Potter və Azkaban Dustağında önə çıxarkən, əsas personaj Harri Potterin xaç atası olduğu da ortaya çıxar. Seriyanın Harri Potter (film seriyası) Sirius personajı Qari Oldmen tərəfindən canlandırıldı. Sirius Blek, bir zamanlar önəmli bir Safqan Sehrbaz ailəsi olan Blek Hanəsinin son varisidir. Valideynləri Orion və Valburqa Blek, həm anadangəlmə Blek həm də ikincil əmiuşağıdırlar. Siriusin kiçik bir qardaşı Requlus Blek (R. A. B) və üç böyük əmisiuşağı vardır: Bellatriks Lestreync, Andromeda Tonks (ən sevdiyi əmisiuşağı və Nimfadora Tonksun anası) və Narsissa Malfoy (Drako Malfoyun anası). "Sirius", ən az üç nəsildə təkrarlanan və uşaqlara ulduz və bürclər adını verən bir ailənin ənənəsini təqib edən ənənəvi bir Blek soy adıdır. Siriusun ilk illəri kefsiz keçdi. qohumlarının çoxundan, özəlliklə də anasından nifrət etməyə başlamışdı.
Skripka-böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Yarpaqşəkilli böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Yozef Blek
Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[…], Bordo – 6 dekabr 1799[…], Edinburq) — Şotland həkimi, fizik və kimyaçısı. Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir. 1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir. Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.
Yozef Blək
Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[…], Bordo – 6 dekabr 1799[…], Edinburq) — Şotland həkimi, fizik və kimyaçısı. Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir. 1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir. Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.
Zbiqniev Bonek
Zbiqniev Bonek (3 mart 1956, Bıdqoş) — Polşalı keçmiş futbolçu, məşqçi, idman funksioneri. UEFA-nın hazırkı vitse-prezidenti. O, əsasən yarımmüdafiəçi kimi oynasada, sağ cinah və ikinci hücumçu kimi oynamağı bacarırdı. O, bütün zamanların ən böyük polşalı oyunçularından biri hesab olunur və 2004-cü ildə Pele tərəfindən yaşayan 100 ən yaxşı futbolçudan biri seçilib. Zbiqnev Boniek karyerasına 1973-cü ildə "Zavişa" klubunda başlayıb. Daha sonra 1975-ci ildə "Vidzev" klubuna keçən futbolçu, 1982-ci ilə kimi bu klubda çıxış edir. Bonek Avropanın güclu liqalarından birində özünü sınayan ilk polyaklardandır. 1982-ci ildə İtaliyanın "Yuventus" klubuna keçən Zbiqnev Bonek burada dərhal əsas heyət oyunçusuna çevrilir. Mişel Platini ilə bir tandemdə çıxış edir. 80-ci illərin birinci yarısında "Yuventus"un oyununu böyük ölçüdə müəyyən edən bu tandem olur.
Cek Blek
Tomas Ceykob "Cek" Blek (ing. Jack Black; 28 avqust 1969, Santa-Monika, Kaliforniya) — amerikalı aktyor, komediyaçı, və musiqiçi. Tenacious D rok qrupunun üzvü. İki dəfə "Qızıl Qlobus" nominantı (2004, 2013). == Həyatı == Blek səhnəyə ilk peşəkar addımını 1989-cu ildə Edinburq festivalında Tim Robbinsin "Carnage" filmində göründüyü zaman atmışdır. Kino debütünü 1992-ci ildə Bob Roberts adlı siyasi satirada etdi. 90-cı illər boyunca Cek Blek müxtəlif filmlərdə köməkçi və baş rollarda oynamağa davam etdi. 1994-cü ildə, 5-ci mövsümün 5-ci hissəsində o, Şimal tərəfi teleserialında Maggie-ni baloya dəvət edən bir məktəb məzunu rolunu oynadı. 2000-ci ildə aktyor Fanatik filmində ən yaxşı rollarından birini aldı. Bu filmdə Cek Blek böyük ekranda musiqiçi kimi istedadını nümayiş etdirdi.
Ceyms Blek
Sir James Whyte Black (14 iyun 1924[…] – 21 mart 2010, London) — Şotlandiyalı həkim və farmakoloq. == Karyera == Karyerasını çox universitetdə tətqiqatçı və tədris üzvü kimi keçdi. Qlazqo Universitetdə fiziologiya şöbəsini təsis etib və burada adrenalinin insanın ürəyinə təsiri ilə maraqlanıb. O, araşdırmalarının nəticəsində Adrenalin hormonunun ürəyin daha çox pompalanmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olduğunu bildirib. 1960-cı illərin əvvəllərində adrenalin reseptorunu dayandıraraq ürəyə sakitləşdirici təsir göstərən "Propranolol" preparatını hazırlayıb. 1970-ci illərin əvvəllərində mədə turşusunun əmələ gəlməsini maneə törədən və xoralarla mübarizədə istifadə edilən "Simetidin" adlı dərman hazırlayıb.
Requlus Blek
Requlus Blek (1961 – 1979) – Orion və Walburga Black ailəsində anadan olmuş, Sirius Blekin kiçik qardaşı olan ingilis təmiz qanlı sehrbazdır. O, çox güman ki, orta əsrlərdə yaranmış köhnə sehrbazlar ailəsi olan nəcib Qaralar Evinin üzvü idi. O, 1972-ci ildə Hoqvarts Cadu və Sehrbazlıq Məktəbində oxuyub və Slizerin evinə daxil olub. Regulus gəncliyində Ölüm yeyən oldu, lakin Lord Voldemortun məqsədlərinə çatmaq üçün nə edəcəyini biləndə ondan ayrıldı. Regulus həmçinin Voldemortun Hortkuluqlarından biri haqqında məlumat aldı və onu məhv etmək qərarına gəldi. O, 1979-cu ildə Salazar Slizerinin qarderobunu aldıqdan sonra öldürüldü. Requlus 1961-ci ildə varlı, saf qanlı Blek ailəsində, Orion və Valburqa Blekin kiçik oğlu və Sirius Blekin kiçik qardaşı olaraq anadan olub. Ehtimal olunur ki, o, böyük əmisi, həmçinin Requlus adlı əmisi və ata tərəfdən babası Arkturun şərəfinə adlandırılıb. Qohumları arasında Lord Voldemortun sadiq Ölüm yeyənlərindən olan Bellatrix Lestrange, Maql əsilli bir şəxslə evlənən və sonradan ailəsi tərəfindən rədd edilən Andromeda Tonks və Ölüm yeyən Lucius Malfoy ilə evlənən Narcissa Malfoy da var idi. Regulusun valideynləri onu böyük qardaşı Sirius Blekdən çox fərqli hesab edirdilər.