Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Buğda
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Buga
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Buqa
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Amvrosi Buçma
Amvrosi Maksimilianoviç Buçma (ukr. Амвросій Максиміліанович Бучма; 2 (14) mart 1891, Lvov, Avstriya-Macarıstan – 6 yanvar 1957, Kiyev) — ukrayna sovet aktyoru, kinorejissor. Ukrayna SSR xalq artisti (1940). SSRİ xalq artisti (1944). == Həyatı == Amvrosi Buçma 14 mart 1891-ci ildə Lvovda anadan olub. 1905-ci ildən Lvovdakı "Ruska besida" teatrının aktyoru olmuş, faciə, dram, vodevil, opera və operetta kimi müxtəlif janrlarda çıxış etmişdir. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı Avstriya ordusuna çağırılmış, 1915-ci ildə Avstriya hərbi əsiri kimi Rusiyaya gətirilmişdir. 1917-ci ildən səhnə fəaliyyətinə qayıtmışdır. Kiyevdə Musiqili Dram İnstitutunda oxumuşdur. 1919-cu ildə "Yeni Lvov teatrı"nın rəhbəri olnuşdur.
Burma pişiyi
Burma pişiyi — Birma qısatüklü pişik cinsi. 1930-cu illərdə ABŞ-də Birmadan gətirilmiş pişiyin nəsli əsasında yetişdirilmişdir. Bədəni əzələli, görün düyün dən ağırdır. Başının almacıq sümükləri çıxıq (enlisifət), burnu dibindən əyilmişdir. Gözləri sarı, girdə və ya üst xətti düzlənmişdir. Tükü zərif, parlaq, bədəninə sıx yapışan, tiftiksizdir. Rəngi qəhvəyi, mavi, tünd-qəhvəyi, bənövşəyi, qırmızı, açıq-sarı və onun müxtəlif çalarlarındadır. Burma pişiyinin bədəninin alt hissəsi belinə nisbətən azca açıq rəngdədir. Adamayovuşan və oynaqdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Buğda tripsi
Buğda tripsi lat. Haplothrips tritici Kurd.-Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. == Quruluşu == Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. Qarıncığın axırıncı buğumu boru halında uzanaraq, konusvari forma almışdır. Sürfə xarici görünüşünə görə yetkin formaya çox oxşayır. O, ancaq qırmızı rəngdə olur. Buğda tripsi deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir. == Biologiyası == Buğda tripsinin xarakterik bioloji xüsusiyyətindən biri ondan ibarətdir ki, o, müxtəlif amillərdən (o cümlədən mikroiqlimdən) asılı olaraq bütün taxıl sahələrində eyni dərəcədə yayılmır və onun yayılması müəyyən ocaqlar şəklində olur. Azərbaycanda buğda tripsinin yaşayış tərzinə dair olduqca az elmi-tədqiqat işləri aparılmışdır. Buna baxmayaraq onun biologiyasının aşağıdakı bəzi cəhətlərini göstərmək olar: Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.
Buğda yarması
Buğda yarması — iki müxtəliflikdə istehsal olunur: mannı yarması və buğda yarması. Buğda yarması poltava və artek çeşidində buraxılır. Ümumi xassələrinə, quruluşuna, kimyəvi tərkibinə və bioloji dəyərliliyinə görə buğda yarmaları buğda unundan çox az fərqlənir. Poltava yarmasını bərk buğdadan istehsal edirlər. Buğda çiçək qişasından təmizlənir və cilalanır. Ölçüsündən asılı olaraq dörd nömrədə buraxılır. İri ölçülü (1 və 2 №-li) yarmalar duru xörəklərin, xırda ölçülü (3 və 4 №-li) yarmalar isə sıyıqların hazırlanmasında istifadə olunur. Artek yarması (5 №-li) ən xırda hissələrə bölünmüş nüvədən ibarət olub dairəvi formaya qədər cilalanmış olur. Artek yarması mannı yarmasına yaxındır. Duru və özlü südlü sıyıqların hazırlanmasında istifadə edilir.
Buğra Atsız
Buğra Atsız (14 iyul 1946, Kadıköy, İstanbul ili) — türk tarixçi və yazıçıdır. Hüseyn Nihal Atsız və Bədriyə Atsızın kiçik oğlu, Nejdət Sançarın qardaşı oğlu, Yağmur Atsızın qardaşıdır. Türkçü və Turançı düşüncələri ilə məşhurdur. == Həyatı == 1946-cı ilin 14 iyulunda İstanbul şəhərində anadan olmuşdur.Uzun illər Almaniyada yaşamışdır, hal-hazırda Kanada yaşayır. === Təhsili === İstanbulda yerləşən Avstriya liseyində təhsil almışdır. Bundan sonra ali təhsil almaq üçün Almaniyaya getmiş və orada Türkologiya üzrə təhsil almışdır. Doktarantura təhsilini də burada tamamlayan Buğra Atsızın araşdırma mövzusu Osmanlı sultanlarından IV Murad olmuşdur. == Ailəsi == Hüseyn Nihal Atsızla Bədriyyə Atsızın ailəsində anadan olmuşdur. Yağmur Atsızın kiçik qardaşı, Nejdət Sançarın qardaşı oğludur. 2 övladı vardır: Çiftçioğlu Aydolu Atsız, Maya Atsız.
Buğra Gülsoy
Behiç Buğra Gülsoy (22 fevral 1982, Ankara) — Türkiyə aktyoru. == Bioqrafiya == 22 fevral 1982-ci ildə anadan olmuşdur. Təhsilini Ankarada tamamlamışdır. 13 yaşında ilk səhnə təcrübəsini yaşamışdır. Şərqi Aralıq Universitetinin memarlıq sahəsindən 2004-cü ildə məzun olan Buğra Gülsoy, Kiprdə olduğu müddətdə Kipr Dövlət Teatrında müxtəlif tamaşalarda rol almış, həm də film rejissorluğu və aktyorluq da etmişdir. Kipr Film Dərnəyinin qurucularından biri olan Gülsoy, eyni zamanda Beynəlxalq Kipr Qısa Fim Festivalının layihə dizaynçısı və direktorudur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Layihəsi çərçivəsində təşkil edilən bir yarışmada filmçilik haqqında təhsil aldı.İlk dəfə 2008-ci ildə Kanal D ekranlarında yayımlanan Hamımız Birimiz Üçün (türk. Hepimiz Birimiz İçin) adlı dizi filmin baş rol ifaçısı olaraq Nazim obrazı ilə Türk tamaşaçılarının qarşısına çıxan aktyor, Hamımız Birimiz Üçündən sonra rejissorluğunu Mahsun Qırmızıgülün etdiyi Günəşi Gördüm (türk. Güneşi Gördüm) filmində Bərat obrazı ilə kinoteartlara addımını atdı. Günəşi Gördümün ardından Atv-də yayımlanan Unudulmaz (türk.
Təkdənli buğda
Triticum monococcum (lat. Triticum monococcum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. == Statusu == Çox nadir növdür. == Yayılması == Şuşakənd, Topxana ətrafında və Laçın, Şuşa, İsmayıllı, Yardımlı rayonlarında rast gəlir. Azərbaycandan kənarda – Krım, Ermənistan, Balkan yarımadası və Ön Asiya. == Bitdiyi yer == Quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda. == Ehtiyatı == Azdır. Tək-tək, bəzən qrup halında rast gələn sahələri məlumdur. == Çoxalması == Toxumla çoxalır. == Ehtiyatının dəyişilməsi səbəbləri == Ərazidən təsərrüfat üşün istifadə etdikdə asanlıqla yox ola bilər.
Yumşaq buğda
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Yumşаq buğdа
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Əminə Buğra
Əminə Buğra (çin. ənən. 愛美娜 1920) — Çində uyğur siyasətçi. 1948-ci ildə Çin Respublikasının parlamenti "Qanunverici Yuan"a seçilən ilk qadınlardan olmuşdur. O qanunverici orqana Sincan əyalətindən seçilmişdir. == Həyatı == Əminə Buğra uyğur siyasi lideri Məhəmməd Əmin Buğranın həyat yoldaşı idi. O, Sincan Qadınlar Birliyinin sədr müavini və Çin Respublikası Konstitusiyasını hazırlayan Konstitusiya Milli Məclisinin üzvü olmuşdur. 1948-ci ildə Sincandan Çin Respublikasının parlamenti Qanunverici Yuana seçilmişdir. Əminə Buğra Çin tarixində parlamentə seçilən ilk qadınlardan idi. O, seçildikdən sonra qanunverici orqanda Siyasi və Yerli Özünü İdarəetmə Komitəsində, Xarici İşlər Komitəsində və Sərhəd Komitəsində təmsil olunmuşdur.
Tarık Buğra
Tarık Buğra və ya Süleyman Tarık Buğra türk jurnalist həmçinin roman, hekayə, pyes və lətifə yazarı. Cümhuriyyət dövrü türk ədəbiyyatının tanınmış yazarlarındandır. Ədəbiyyatın bir çox janrında əsər yazsa da daha çox romanları ilə tanınır. 1991-ci ildə dövlət mükafatına layiq görülüb. == Həyatı == Tarık Buğra 1918-ci ildə Anadolunun Akşehir qəsəbəsində Mehmet Nazim bəylə Nazikə xanımın ailəsində dünyaya gəlmişdir. Ailədə dörd uşaq olmuşlar. T. Buğranın anası isə Akşehirdə doğulmuş, 15 yaşında Nazim bəylə evləndirilən, türkmən ailəsinin qızı olan Nazikə xanımdır. Nazikə xanım yaşının az olmasından dolayı Buğranın anası deyil, sanki böyük bacısı kimi görünürdü. Hələ uşaq yaşlarında anasının Yunus Əmrədən ona oxuduğu şeirlərin və dinlətdiyi ilahilərin onun böyüməsi, həyatı dərk etməsində böyük rolu olmuşdur. Valideynləri kiçik Buğranın ilk müəllimləri və yol göstəriciləri olmuşlar.
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219 — 1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Buğa (astrologiya)
Buğa (♉︎) (yun. Ταῦρος) — Zodiakın ikinci bürcü.
Buğa (astronomiya)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (bürc)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (dəqiqləşdirmə)
Buğa — Öküzün digər adı. Bürclər Buğa (astrologiya) — öküz bürcü Buğa (bürc) — Zodiak bürclərindən biri.Şəxslər Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. Kit Buğa noyon (?-1260) — Elxanlı sərkərdəsi. Kit Buğa noyon Hülaku xanın sərkərdəsi Buğa qoyon Cəlayır (?-16 yanvar 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi.Digər Buqa — tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Ölü buğa matadoru (tablo) (fr. L'Homme mort) — Eduard Mane tərəfindən 1864-cü ildə çəkilmiş rəsm əsəri.
Buğa bürcü
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa qoyon
Buğa qoyon Kumın qoyon oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. == Həyatı == Buğa qoyon Cəlayır Çingiz xanın minbaşısı idi. O, Hülaku xanla bərabər Azərbaycana gəlmişdi. Mukali qoyonun qardaşı idi. Elxanlılara xidmət göstərmişdi. Arqun xanın yaxın yardımçılarından olmuşdu. Əhməd Təkudar xanın hakimiyyəti dövründə tamğaçı idi.
Böyük Buğa
Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868-ci ildə ərəblər tərəfindən edam edilmişdir). == Fəaliyyəti == 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir.
Oturan Buğa
Oturan Buğa (1831-1890 ) Yerli dildə adı: (Tȟatȟáŋka Íyotake). O, Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyüdür. Öz adını 14 yaşında Krou hindularına qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb. == Little Bighorn döyüşü == Ağlar hinduların torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və hinduları sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə hindular üçün müqəddəs idi) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən "Günəş Rəqsi" mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox hindu və demək olar ki, bütün ağ əsgərlər öldürüldü. == Təslim olması == 4 il sonra buffaloların nəslinin tükənməsi və qida tapılmaması səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı.