Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Praski Vitti
Praski Vitti (Vitalij Petrovič Petrov; rus. Виталий Петрович Петров), 17 sentyabr 1936) — Sovet və Rusiya rəssamı.O həmçinin şair Andrey Voznesenskinin şeirləri üçün şəkillər çəkir .
Viyvi Luyk
Viyvi Luyk (est. Viivi Luik 6 noyabr 1946) — Eston yazıçısı və şairəsi. Estoniya SSR-nin əməkdar yazıçısı (1986). == Bioqrafiyası == Viyvi Luyk 6 noyabr 1946-cı ildə Tyanassilma kəndində bir işçi ailəsində anadan olmuşdur. Tyanassilma kəndindəki ibtidai məktəbdə, Kalma şəhərindəki orta məktəbdə (Rınqu volostu) və Tallinn qiyabi orta məktəbində oxumuşdur. 1965-1967-ci illərdə Tallində kitabxanaçı və arxivçi kimi çalışmışdır. 1967-ci ildən bəri orada yaşayır və xarici ölkələrdə (Finlandiya, Almaniya, Latviya, İsveç) uzun müddət olma müddətini saymadan peşəkar bir yazıçı olaraq çalışır. 1990-cı illərdə ədəbi fəaliyyətinə görə müxtəlif təqaüdlər alır. Yuhan Smuul adına Estoniya SSR Ədəbi Mükafatının qalibi (1976, 1977, 1983, 1986). == Poeziyası == Artıq 1962-ci ildə Viyvi Luykin ilk şeirləri rayon qəzetində çap olunur.
Rafael Vitti
Rafael Alenkar Vitti (2 noyabr 1995, Rio-de-Janeyro) — Braziliyalı aktyor və musiqiçidir. == İlk illəri == Rio-de-Janeyroda anadan olan Rafael Vitti Rio-de-Janeyro şəhərinin cənubundakı Flamenqo məhəlləsində böyüyüb. O, aktyorlar João Vitti və Valeria Alencarın oğlu və aktyor Fransisko Vittinin qardaşıdır.
Viti-Levu
Viti-Levu (ing. Viti Levu) — Viti-Levu adalarının ən iri adasıdır. Viti Levu dillərində «Böyük ada» mənasini bildirir. Viti sözü sonradan dəyişilmiş formada Fici olmuşdur. == Coğrafiyası == Adanın sahəsi 10 338 km² təşkil edir. Şərqdən qərbə uzunluğu 146 km, şimaldan cənuba 106 km təşkil edir. Ölçülərinə görə Okeaniyada ölçüsünə görə 6 adadır. Ən yaxın materik Avstraliyadır (2700 km). Adanın şimalında Blaya dənizi yerləşir. Vanua-Levu adası digər adalardan Latu-i-ra və Kandavu boğazları ilə ayrılır.
Viti Çereviçkin adına Uşaq parkı
Viti Çereviçkin adına Uşaq parkı — Rostov-na-Donu şəhərində yerləşən park. Park şəhərdə yeganə uşaq parkdır. Park şəhərin mərkəzində Sovetski küçəsində yerləşir. == Tarixi == Park ilk dəfə 1880-ci ildə salınmışdır. Parkın ilk adı Aleksandr bağı olmuşdur. Bu bağ Rusiya İmperiyasının imperatoru II Aleksandrın imperator kimi tac qoymasının 25 illiyi münasibəti ilə inşa edilmişdir 1894-cü ildə burada Aleksandr kolonnası quraşdırılır. 11 metrlik kolonna italyan arxitektoru Tonettinin layihəsinin əksi olaraq Nikolay Nikitiç Durbax tərəfindən yaradılmışdır. Sovet dönəmində imperiya ilə əlaqədar olan emblemlər abidədən çıxarılmışdır. 1994-ci ildə qranit lövhə və iki başlı qartal yenidən quraşdırılmışdır. Hazırda abidə yerli əhəmiyyətli mədəni abidə sayılır.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Bisti
Bisti - Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Leyti
Leyti — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.Bakı-Quba yolunun 132 kilometrliyində, Gəndov kəndindən 6 km qərbdə Lətərsən dağının döşündə yerləşir. Şimaldan Pirəmsən, cənubdan Ləcədi kəndi ilə həmsərhəddir. Kənddə 1 ibtidai məktəb var. Kəndin tarixi çox qədimdir Bunu kəndin şimal və cənubunda yerləşən qəbiristanlıqlar sübut edir. Buradakı məzarlar üzərində ərəbcə yazılan yazıları oxumaq üçün xüsusi mütəxəssislər lazımdır. "Leyti" sözünün etimologiyası məlum deyil. == Əhalisi == Kəndin əhalisi 140 nəfər təşkil edir.
Mırtı
Mırtı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mırtı Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Murtu olmuşdur. Təklə tayfasının murtu tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnooykonimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1985 nəfər əhali yaşayır.
Qoytı
Qoytı (çeçen. ГӀойтӀа ) kəndi Çeçenistan Respublikasının Urus-Martan rayonunda yerləşir. Qoytı kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Qoyta çayının (Sunjanın sağ qolu) və Sənaye kanalının hər iki sahilində yerləşir. Qroznıdan 12 km cənubda, Qafqaz federal magistral yolundan 7 km cənubda və Urus-Martan şəhərindən 3 km şimal-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə Urus-Martan, şimal-qərbdə Alxan-Yurt, şimal-şərqdə Qikalo, şərqdə Qədim Ataqi, cənubda Miçurina, Qoyskoye və Alxazurovo. == Tarixi == Kənd haqqında ilk məlumat 1785-ci ildə, Qafqaz müharibəsi tarixində, Şeyx Mənsurun Qoytı kəndindən bir qızla evləndiyi qeyd olunur. 1822-ci ildə Qoytı və Urus-Martan kəndləri polkovnik Qrekov tərəfindən dağıdıldı. 1918-19-cu illərdə Sovet hökumətini dəstəkləyən Taştamir Elderxanovun rəhbərliyi ilə Çeçenistan Xalq Şurası bu kənddə yerləşirdi. Qoytı Şurası, A.Şeripovun komandanlığı ilə Çeçenistan Qırmızı Ordusunu yaratdı.
Vaytim
Vaytim (alb. Vajtimi) — Alban adətində ölənlərin yas mərasimində bir və ya bir neçə qadın tərəfindən oxunan mərsiyyə. Şimali Albaniyada kişilərin də ifa etdiyini görmək olur. == Cənubi Albaniya == Cənubi Albaniyadakı adətlərə görə bir qadın poetik ayələr oxuyur və arxasında xor duruş gətirir. Cənubi Albaniyada Vaytimdə yalnız qadınlar iştirak edir, Şimali Albaniyada isə kişilər də iştirak edə bilər. Mahnı mərhumun dirildilməsini xahiş edir, çünki sahib olduğu və onun üçün əziz olanların hamısı onu yenidən həyata qayıtmağa çağırır. Keçmişdə varlı ailələr tərəfindən yaxşı bir vaytim icra etmək üçün peşəkar matəmçilər işə götürüldü. Türk səyyahı Övliya Çələbi 1670-ci ildə Osmanlı İmperiyasının bir hissəsi olan Cənubi Albaniyanın Qirokastra şəhərinə baş çəkdi və bunları qeyd etdi:Qirokastra xalqı ölən qohumlarını qırx və ya əlli, şüphəsiz səksən ilədək yas tutur. Hər bazar günü ölən şəxsin bütün qohumları ağlaya-ağlaya böyük bir nalə və fəryad qaldıran peşəkar matəmçilərə pul ödəməklə tikilmiş bir evdə toplaşırlar. Bütün səs-küy və qarışıqılıq səbəbindən bazar günü heç kim şəhərdə dayana bilməz.
Viski
Viski (gel dilindən uisge beatha - hərfi mənada həyat suyu) həcmcə 40-50% spirtdən ibarət tünd alkoqollu içki, Böyük Britaniya və ABŞ-də çox işlədilir. Dənli bitki xammalından hazırlanan qıcqırdılmış qatı mayenin distilləsi yolu ilə alınır. Hazır viski distillə olunmuş spirt, bəzi hallarda şərab, ətirli maddələrin ekstraktları və s. ilə qarışdırılır. == Şotland viskisi == Şotland viskisi yüksək keyfiyyəti və qiyməti ilə daima seçilmişdir, xüsusən özünəməxsus dadı, qoxusu və qədim ənənələri vardır. Dünyada ən bahalı və qədim viskilərdən biri Mortlach 70 hesab olunur. Bu viski Gordon & MacPhail kompaniyası tərəfindən hazırlanmışdır, qiyməti isə tam 15,2 min dollar sayılır. == Mortlach 70 viskisi == Mortlach 70 viskisi 1938 – ci ildən etibarən hazırlanmağa başlanılmışdır, bir neçə on illər keçməsinə baxmayaraq hələ indiyə kimi öz zəngin qoxusunu və dadını itirməmişdir. Hazırlanma zamanı viskinin tərkibinə əncir və üzüm qatışdırılır. Şotland viskisini dadmış və onun dəyərindən məlumatı olan hər bir kəs bilməlidir ki, Mortlach 70 viskisi necə orijinal və dəyərlidir.
Vitis
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi.Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. == Xalq təbabəti == Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s.
Çiyni
Çiyni (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Çiyni (Ucar) — Azərbaycanın Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Çiyni — Azərbaycanın Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
Rieti
Rieti (it. Rieti, lat. Reate) — İtaliyanın Rieti vilayətinin Latsio regionunda kommuna. İtaliyanın coğrafi mərkəzi onun ərazisində yerləşir. 2008-ci ildə kommunanın əhalisi 47,826 nəfər, əhalinin sıxlığı 231 nəfər/km2 olmuşdur. Rieti 207 km2 ərazini tutur. Raul Quidobaldi stadionunda yüngül atletika üzrə beynəlxalq yarışlar, Rieti Qran-prisi keçirilir.
Vitte
Vitte — soyad. Karl Vitte — alman hüquqşünas. Sergey Vitte — gürcü mənşəli rus dövlət xadimiDigərVitte adası — Nordenşeld arxipelaqına daxil olan ada. Vitte adası (Yokanqskie adaları) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada.
Alvars pisti
Alvars pisti — Ərdəbildə yerləşən Alvars kəndi yaxınlığında mövqe tutmuş qar pistidir və xizəksürmə idmanı üçün istifadə olunur.
Ankara (viski)
Ankara viskisi — 1963-cü ildə Ankara, Atatürk Meşə Fermasında istehsalına başlanan, Türkiyənin ilk və tək viskisi. == Tarixçə == 1960-cı illərə qədər xaricə qapalı bir iqtisadiyyat modeli mənimsənən Türkiyədə, dövrün hökuməti tərəfindən yerli məhsulların istehsalını dəstəkləmək və xüsusilə spirtli içkilərin idxalı vəsiləsiylə xaricə yerli valyutanın çıxmasının qarşısını almaq məqsədilə yerli bir viski istehsalı edilməsi qərarlaşdırılmışdır. 1963-cü ildə viski istehsal etmək üçün TEKEL-in Ankaradakı pivə zavoduna kiçik bir hissə inşa edildi. Bu qurğunun istehsal həcmi 200.000 litrə yaxındır.1980-ci illərə gəlindiyində Türkiyənin, iqtisadi siyasətlər istiqamətində açıq iqtisadiyyata keçid etməsiylə birlikdə daxili bazara idxal spirtli içkilərin girişi sərbəst buraxılmışdır. Belə bir rəqabət şəraitində Ankara viskisinin populyarlığı gündən-günə azalmağa başladı. O dövrdə hələ də viski istehsalına cavabdeh olan TEKEL, satış siyasəti və reklamda bəzi dəyişikliklər etməyə və bazarda saxlamağa çalışsa da, bu təşəbbüslərdən heç biri müsbət nəticə almadı.Ankara viskisinin istehsal hüquqları əvvəlcə Mey içki şirkətinə verildi və təxminən 10 il bu şəkildə davam etdikdən sonra dünyaca məşhur spirt istehsalçısı Diageoya satıldı. Xarici sərmayəçilər tərəfindən alınan Ankara viskisi qısa müddətdə fəaliyyətini dayandırdı. == İstehsal texnikası və xüsusiyyətləri == İstehsal müddətində Ankara viskininin əsas tərkib hissəsi kimi taxıl və düyü istifadə edilmişdir. Texniki məsələlərdə Şotlandiya və Amerika avadanlıqlarından geniş istifadə olunmuşdur. Viskinin yetkinlik müddəti 5 il olaraq təyin olunmuşdur.
Anna Vissi
Anna Vissi - Yunan müğənni == Həyatı == Anna Vissi 20 dekabr 1957-ci ildə anadan olub. == Haqqında == İsraildə keçirilən 1980-ci idəki Avroviziya Mahnı Müsabiqəsində Anna Vissi və Epikouri "Autostop" ("Ωτοστόπ") adlı mahnını ifa etmişlər, 30 xal olmaqla 13-cü yeri tutublar. Böyük Britaniyada keçirilən 1982-ci ilin Avroviziya Mahnı Müsabiqəsində Anna Vissi "Tənha Sevgi" ("Mono I Agapi" (Μόνο η αγάπη)) adlı mahnını ifa etmiş və 85 xalla 5-ci yeri tutmuşdur.
Antarktida vaxtı
Antarktidanı Yer kürəsinin bütün meridianları kəsir və sonda materikin mərkəzində birləşirlər. Nəzəri baxımdan materikdə bütün saat qurşaqları yerləşir. Ancaq bu saat qurşaqlarından praktiki olaraq istifadə etmək əlverişsizdir. Cənub Qütb dairəsində qütb gecələrinin və qütb gündüzlərinin 24 saatdan, qütblərdə altı aya qədər davam etməsi yerli saatdan istifadəyə çətinlik yaradır. Materikdə olan stansiyalar fərqli saat hesabı aparırlar. Bu hesabda daha çox məxsus olduğu dövlət və stansiyanı yerləşdiyi ərazi önəmli götürülür.
Artur Veyli
Artur David Veyli (ing. Arthur David Waley; 19 avqust 1889[…] – 27 iyun 1966[…]) – ingilis tərcüməçi və şərqşünas. Klassik Çin və Yaponiya ədəbiyyatını tərcümə edərək Qərb oxucuları ilə tanış etməsinə görə tanınır. O, həm çin, həm də yapon dilindən tərcümələr etmişdir. == Həyatı == Artur Veyli 1889-cu ildə yəhudi əsilli ailədə doğulmuşdur. Əsl soyadı Şlos olsa da, Birinci dünya müharibəsi zamanı düşmən kimi ayrı-seçkilik yaşamamaq üçün soyadını dəyişdirib. Reqbi məktəbində (1903-06) təhsil aldıqdan sonra Kembric Kral Kollecinə (1907-10) daxil olub. Lakin görmə qabiiliyyəti zəif olduğu üçün məzun olmadan təhsili tamamlaya bilməyib. Çin və yapon dilləri üzrə öz-özünə təhsil verdikdən sonra Britaniya muzeyində köməkçi kimi işləməyə və tərcüməçiliklə məşğul olmağa başlayıb.Veyli heç vaxt ştatlı universitet vəzifəsini qəbul etməyib və həyatı boyunca Asiyaya səyahət etmədən imtina edib. Yaponiyadan qonaqlar qəbul etməyi sevsə də, yaponca danışmağı öyrənməyib və müasir Yaponiya ədəbiyyatına çox az maraq göstərib.
Atom vaxtı
Atom vaxtı-Yer geoidində vaxtın düzgün keçidinə əsaslanan yüksək dəqiqlikli zaman standartıdır. Bu Yerli vaxtın prinsipal reallaşmasıdır(dövrü zolaq sabiti istisna olmaqla). Eyni zamanda bu vaxt bütün Yer səthi üzərində Ümumdünya vaxtı üçün əsasdır. == Kvars saatı == Çoxsaylı müşahidələrlə müəyyən olunmuşdur ki, Yerin öz oxu ətrafında fırlanması bərabərsürətli deyil. Bu səbəbdən orta Günəş vaxtı da bərabərsürətlə axmır. Bəzi astronomik məsələlərin həlli üçün isə yüksək dəqiqliklə bərabərsürətlə axan vaxt sistemi tələb olunur. Bu məqsədlə kvars saatlarından istifadə olunur. Bu saatlarda kvars lövhə yüksək gərginlikli dəyişən cərəyanla sabit yüksək tezliklə rəqs etdirilir. Sonra xüsusi qurğu ilə yüksək tezlikli rəqslər kiçik tezlikli sabit rəqslərə çevrilir və bu rəqslər saatın əqrəbinə ötürülərək saniyə impusları yaradır. Kvars saatları ilə vaxtı 10−6 saniyə dəqiqliklə ölçmək olur.
Böyrək sisti
Böyrək sistlərinə tez-tez rast gəlinir. Morfoloji cəhətdən onlar müxtəlif olur. Böyrək sistlərinin əksəriyyəti anadangəlmə xarakter daşıyır. Bunlara misal olaraq seroz solitar sistlər, böyrək polisistozları, böy- rək exinokokku və s. göstərmək olar.Böyrəklərin sistoz xəstəlikləri zamanı USM-də böyrəklərin ölçüsünün böyüməsi və konturlarının nahamar olması aşkar olunur. Sist dəqiq və aydın kontura malik dairəvi və oval formada, homogen daxili struktura malik törəmə kimi görünür. Bəzən paraservikal sistlərə rast gəlinır. Sistin arxa divarı ön divara nisbətən daha aydın görünür ki, bu da onu sərt toxumadan fərqləndirən vacib əlamətdir. Böyrək sistlərini KT-nın köməkliyi ilə də aşkara çıxarmaq olar (0,3 sm və daha böyük ölçüdə). Sistin əsas xarakter əlaməti onun aşağı sıxlığa malik olması (9,2 vahid), kontrast maddələrə qarşı reaksiyanm baş verməməsi, dəqiq və hamar konturlara malik olmasıdır.
Böyük Keyti
Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
Con Vitni
Con Vitni (ing. John Whitney; d. 1874, Lankaşir, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted" komandasında çıxış edib. == Həyatı == Uilyam Gives 1867-ci il ilin iyul ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur.