Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dandun
Dandun (1965-ci ilədək Andun) (çin. 丹东) — Çinin şimal-şərq hissəsində, Lyaonin əyalətində şəhər-rayon. Әhalisi 2,4 milyon nəfərdir (2010). Çanbayşan yastı dağlığının cənub hissəsində, Yalutszyan çayının aşağı axınında yerləşir. Beynəlxalq dostluq körpüsü (1937–43; uzunluğu 940,8 m) Dandunu Koreya Xalq Demokratik Respublikasının Sinıycu şəhəri ilə əlaqələndirir. Nəqliyyat qovşağı və port şəhəridir. İllik yük dövriyyəsi 11 milyon tondur. == Ümumi məlumat == Dandun Şimali Koreyanın qərb sərhəddində, şimal-qərb Yalutszyan çayının (sağ) sahilində yerləşir. Çay Qərbi Koreya körfəzinə tökülür. Əyalət 120 km-lik sahil xəttinə malikdir.
Dikun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Danqun Vanqqeom
Danqun Vanqqeom və ya Tanqun (hanqıl sistemində: 단군왕검, hanca sistemində: 檀君王儉) Lyaonin, Mancuriya və Koreya yarımadasında yerləşən ilk Koreya krallığı Kocosonun əfsanəvi hökmdarı. Onun "Səmanın nəvəsi" olduğu deyilir və eramızdan əvvəl 2333-cü ildə Kocoson krallığını qurub. Onun əfsanəsi haqqında ilk məlumat XIII əsr salnaməsi Samquk Yusadadır. Samquk Yusa isə Çinin Veyin kitabı salnaməsinə və Koreyanın itirilmiş tarix salnaməsi Koqiyə (고기, 古記) əsaslanır. == Əfsanəsi == Danqunun sülaləsinin əfsanəsi onun babası "Səma tanrısı" Hvanin (환인/桓因) ilə başlayır. Hvaninin Hvanun (환웅/桓雄) adlı bir oğlu var. Hvanun Yer planetində vadilər və dağlar arasında yaşamaq istəyir. Atası ona və onun 3000 tərəfdarına Pektu dağına enməyə icazə verir. Burada Hvanun Şinsi dövlətini (신시/神市, "Tanrı şəhəri") yaradır. Buludlar, yağış və küləyin nazirləri ilə birlikdə o, qanunlar və əxlaq qaydaları təsis edir və insanlara müxtəlif incəsənət sahələrini, təbabəti və kənd təsərrüfatını öyrədir.
Daysun xan
Daysun xan(1422-52) — 1439-cu ildən oyrat (Qərbi Monqolustan) xanı. == Həyatı == Onun hakimiyyəti illərində bütün monqol torpaqları qısa müddətə oyrat xanının idarəçiliyi altında birləşdirildi. Bu işdə Daysun xanın baş vəziri Esenin mühüm rolu olmuşdur. Vəliəhdlik və Çinə qarşı yürüdülən siyasət məsələsində Daysun xan ilə Esen arasındakı ziddiyyətlər səbəbindən baş vermiş silahlı münaqişə nəticəsində Daysun xan öldürülmüş, Esen isə özünü "böyük xan" elan etmişdi.
Kristian Makun
Kristian Frederik Bayoi Makun Reyes (5 mart 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zamora klubunda yarımmüdafiəçi kimi çıxış edən Kamerun əsilli peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Makun Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Lüsi Dakus
Lüsi Elizabet Dakus (2 may 1995, Norfolk, Virciniya) — amerikalı müğənni-bəstəkar və prodüser. Əslən Virciniya ştatının Riçmond şəhərindən olan Dakus, 2016-cı ildə Matador Records ilə bağladığı müqavilədən sonra buraxdığı No Burden albomu ilə diqqətləri üzərinə çəkdi. Onun ikinci albomu olan Historian 2018-ci ildə müsbət rəylər aldı. Dakusun üçüncü studiya albomu Home Video 2021-ci ildə buraxıldı. Dakus, Fibi Bricers və Cülyen Beyker ilə birlikdə yaratdığı indi-rok super qrupu Boygenius-un üzvüdür. == Həyatı == Dacus körpə ikən övladlığa götürüldü və Riçmond şəhərinin yaxınlığında olan Virciniya ştatının Mekaniksvill şəhərində böyüdü. Özbək və irland əsillidir. Övladlığa götürən anası peşəkar pianoçu və musiqi müəllimi, övladlığa götürən atası isə qrafik dizaynerdir. Dakus musiqiyə erkən maraq göstərdi və orta məktəbdə oxuyarkən ilk gitarası, ibanezini Kreyqslistdən aldı. 2013-cü ildə Meqqi L. Uolker Qubernator Məktəbini bitirdikdən sonra o, Virginia Commonwealth Universiteti-də film təhsili almağa başladı, lakin bir müddət sonra oranı tərk etdi.
Nurcerən Akgün
Nurcerən Akgün (d. 20 iyun 1992) — Türkiyəni təmsil edən həndbolçu. Nurcerən Akgün, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Nurcerən Akgün, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Yunus Akgün
Yunus Akgün (7 iyul 2000, Küçükçekmece, İstanbul ili) — Super Liqada Türkiyənin "Lester Siti" klubunda cinah yarımmüdafiəçisi kimi çıxış edən türk peşəkar futbolçu. == Klub karyerası == === Qalatasaray === Akgün futbol karyerasına 2011-ci ildə Qalatasaray gənclər akademiyasına qatılaraq başlayıb. O, "Qalatasaray"da peşəkar debütünü 2018-ci il avqustun 5-də Türkiyə Super Kubokunda "Akhisar Bələdiyyəspor"a qarşı keçirilən və penaltilər seriyası nəticəsində 1–1 (5–4) hesabı ilə uduzduğu matçda edib. Akgün 29 yanvar 2019-cu ildə "Boluspor"la keçirilən Türkiyə Kuboku matçında het-trik edib və 4:1 hesabı ilə qalib gəlib. === Adana Dəmirspor === 6 sentyabr 2021-ci ildə Adana Dəmirspor ötən mövsüm oynamış Akgünü "Qalatasaray"dan yenidən icarəyə götürdü. == Beynəlxalq karyerası == O, 2017-ci ildə UEFA U-17 Avropa Çempionatında və 2017-ci ildə FIFA U-17 Dünya Kubokunda Türkiyə U-17-ni təmsil edib.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Daun sindromu
Daun sindromu (yaxud Trisomiya 21) —21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan sindrom. Ümumiyyətlə fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi və xarakterik üz xüsusiyyətləri ilə ortaya çıxır. Daun sindromlu bir yetkin gəncin orta intellekt əmsalı 50-dir, lakin bu göstərici fərqli də ola bilər. Sindroma səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyinə inanılır, çünki bu ehtimalı yüksəldəcək məlum olan ətraf mühit faktoru yoxdur. == Tarixi və diaqnozu == Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına təpgisindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır.
Dahanə Siah Darun (Talış)
Dahanə Siah Darun (fars. دهنه سياه درون‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 385 nəfər yaşayır (80 ailə).
Daqun Omayev adına Mədəniyyət Sarayı
Daqun Omayev adına Mədəniyyət Sarayı — Çeçenistanın paytaxtı Qroznı şəhərində mədəni-kütləvi tədbirlər keçirmək üçün tikilmiş bina. 25 mart 2020-ci ildə Mədəniyyət İşçisi Günündə Qroznı şəhərinin mərkəzində, Sunja çayının sahilində açılmışdır. Sahəsinə görə Şimali Qafqazın ən böyük mədəniyyət sarayıdır. == Təsviri == Mədəniyyət sarayının binası 12 mərtəbəlidir. Binanın ümumi sahəsi 39 min kvadratmetr təşkil edir. Binada müxtəlif təyinatlı otaqlar yerləşir. Burada tamaşalar üçün kiçik və böyük zallar, məşq otaqları, konfrans zalı, soyunub-geyinmə otaqları, səsyazma studiyası, teatr salonu var. Bina kompleksinə 700 avtomobil üçün qapalı dayanacaq da daxildir. Mədəniyyət sarayının binasında fəaliyyəti mədəniyyətlə bağlı müxtəlif təşkilatlar yerləşdirilmişdir. Binada ilk dövrlər Çeçenistan Respublikasının Dövlət Filarmoniyası da fəaliyyət göstərmişdir.
Beynəlxalq Daun Sindromu Günü
Beynəlxalq Daun Sindromu Günü daun sindromu haqqında məlumatlılığı artırmaq üçün 2007-ci ildən başlayaraq hər il martın 21-də qeyd olunur. Martın 21-i (ilin 3-cü ayı) daun sindromuna səbəb olan 21-ci xromosomun trisomiyasının (trisomiya) unikallığını ifadə etmək üçün seçilmişdir. Daun sindromu, uşağın əlavə 21-ci xromosomla doğulduğu bir vəziyyətdir. == Qeydetmə == Daun sindromlu insanlara dəstək olmaq üçün rəngli və ya uyğun olmayan corablar geyinmək ümumi fəaliyyətdir. Corablar xromosoma bənzədilir. 2021-ci ildə Beynəlxalq Daun Sindromu Günü üçün Freebird adlı qısa animasiya hazırlanmışdır. Cordan Hartın "Freedom" mahnısı ilə çəkilən film 2021-ci ildə Çikaqo Beynəlxalq Uşaq Filmləri Festivalında mükafat qazanıb.