Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
JAXA
JAXA və ya tam adı ilə: Yaponiya Kosmos Araşdırma Agentliyi (yap. 独立行政法人宇宙航空研究開発機構 Dokuritsu-gyōsei-hōjin Uchū Kōkū Kenkyū Kaihatsu Kikō; ing. Japan Aerospace Exploration Agency) — 1 oktyabr 2003-cü ildə ISAS (Institute of Space and Astronautical Science), NAL (National Aerospace Laboratory of Japan) və NASDA (National Space Development Agency of Japan) təşkilatlarının birləşməsindən yaranmış bir təşkilatdır.
Jaba
Silvinu Juan de Karvalyu (port. Silvino João de Carvalho; 20 may 1981, Araripina, Braziliya; daha çox Jaba (port. Jabá) adı ilə məşhurdu) — braziliyalı futbolçu, hücumçu. == Həyatı == Jaba 20 may 1980-ci ildə Braziliyada anadan olmuşdur. Jaba hücumçudur. Həm sağ, həm də sol cinahlarda oynaya bilir, sürətlidir, yüksək məhsuldarlıq nümayiş etdirir. Son 4 mövsümü Türkiyənin Ankaragücü klubunda forma geyən Jaba Superliqada 50-dən artıq qola imza atıb. == Karyerası == Jaba 20 may 1981-ci ildə Braziliyada dünyaya gəlib. 2001-2003-cü ildə vətənində çıxış edən hücumçu 2003/06-ci illərdə "Ankaraspor"da forma geyinib. Bu müddətdə 83 oyuna çıxıb 27 qol vuru.
Janza
Janza (fr. Jenzat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03133. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 508 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 287 nəfər arasında (15-64 yaş arasında) 219 nəfər iqtisadi cəhətdən fəal, 68 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,3%, 1999-cu ildə 69.5%) olmuşdur. 219 fəal şəxsdən 198 nəfər (105 kişi və 93 qadın), 21 nəfər işsiz (7 kişi və 14 qadın) idi. 68 hərəkətsiz 21 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Java
Java – Sun Microsystems şirkəti tərəfindən təqdim olunan obyektyönlü proqramlaşdırma dilinə və texnologiyalara verilən ümumi ad. Java proqram dili struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuşdur. Başlanğıcda Oak ("palıd") adlandırılan bu dil Ceyms Qoslinq (ing. James Gosling) tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdı. Daha sonra bu ad Java ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı. Bu proqramlaşdırma dili Java kofe markasının şərəfinə adlandırılmışdır və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunmuşdur. Java obyektyönümlü proqramlaşdırma dilidir, yəni bütün kodlar siniflərdə(class) təyin edilir və həmin siniflərin çoxu obyektlərə çevrilə bilir. Javadan əvvəlki dillər prosessual(procedural) idi, hansı ki o dillərdə metodlar(routines) var idi,lakin siniflər yox idi. Java həmçinin sinif daxilində fuksional proqramlaşdırmaya da imkan verir, lakin obyekt yönümlü olması Java`nın əsas xüsusiyyətidir.
Jazz
New Orleans Jazz — Utah Jazz — Lider Jazz FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. Montrö jazz festivalı — festival. Jazz Club Vibrato — klub. Jazz Club "Zinko" — klub.
Laza
Laza (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Laza (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Zaza
Zazalar və ya Dımli - əsasən Türkiyədə , İranda , İraqda və Suriyada çox az sayda Azərbaycanda yaşayan xalq. == Məskunlaşma == Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır . === Türkiyədə === Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar . == Subetnik qruplar == Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür : Zaza Deylemi Çarojlar Dimili bacalan şəbək sarlı avroman == Zaza tayfaları == Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar .
Jaxa
JAXA və ya tam adı ilə: Yaponiya Kosmos Araşdırma Agentliyi (yap. 独立行政法人宇宙航空研究開発機構 Dokuritsu-gyōsei-hōjin Uchū Kōkū Kenkyū Kaihatsu Kikō; ing. Japan Aerospace Exploration Agency) — 1 oktyabr 2003-cü ildə ISAS (Institute of Space and Astronautical Science), NAL (National Aerospace Laboratory of Japan) və NASDA (National Space Development Agency of Japan) təşkilatlarının birləşməsindən yaranmış bir təşkilatdır.
Aza
Aza (Ordubad) Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə. Aza (hökmdar) — Manna dövlətinin hökmdarı. Aza (qədim şəhər) — Azərbaycanda qədim şəhər. Aza (Türk mifologiyası) — Türk mifologiyası.
Hisuy Haza
Hisuy Haza (d. 16 mart 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Jaba Dvali
Jaba Dvali (gürc. ჯაბა დვალი; 8 fevral 1985, Tbilisi) — keçmiş gürcü futbolçu. == Həyatı == == Karyerası == Jaba Dvali 2004-cü ildə "Dinamo Tbilisi" klubunda peşəkar karyerasına başlayıb. İndiyə kimi Gürcüstanın "Sioni Bolnisi", "Çikura Saçxere", "Olimpi Rustavi", "Zestafoni" və Moldovanın "Daçiya Kişinyov" klubunda oynayıb. 2013–2014 mövsümündə Azərbaycanın "Qarabağ" klubunda oynayıb. 2022-ci ildən karyerasını sonlandırıb.
Java applet
Java-applet-Java proqramlaşdırma dilində bayt-kod formasında yazılmış tətbiqi proqram.Java- appletlər veb-brauzerdə Java virtual maşınından (JVM )istifadə edilməklə,yaxud apletləri testləmək üçün avtonom AppletViewer alətində yerinə yetirilir.Java-apler 1995-ci ildə Java dilinin ilk versiyasında tətbiq olunub.Adətən Java dilində yazılsa da,Java-apletlər Java bayt-koduna kompilyasiya olunan başqa proqramlaşdırma dillərində də (məsələn,Jython) yazıla bilər. Veb-proqramlara HTML dilinin verə bilmədiyi interaktiv imkanlar əlavə etmək üçün apletlərdən istifadə olunur.Java bayt-kodu platformadan asılı olmadığından Java apletlər bir çox platformaların (Microsoft Windows,UNİX,Apple Mac OS və GNU/Linux daxil olmaqla)brauzerləri tərəfindən plaginlərin köməyi ilə yerinə yetirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Jazz FM
Jazz FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. «LiderJazz FM» Radiosu 15 noyabr 1999-cu il tarixdən 107 FM dalğasında yayımlanır. İlk səslənən musiqi "Eagles" qrupunun "Hotel California" mahnısı olub. 1 yanvar 2004-ci ildən etibarən isə "jazz" formatında yayımlanmağa başladı. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2011-ci il tarixli qərarı ilə «Lider Tv və Radio-Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. 1 iyun 2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb. 16 iyun 2020-ci il tarixində iddia təmin edilib və telekanal və radionun tabe olduğu şirkət müflis elan edilmişdir. Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edildi. Beləliklə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.
Jazz band
Caz orkestri — orkestrin xüsusi növü. Birinci dünya müharibəsinin (1914–1919) əvvəllərində Amerikada yaranmış və tezliklə Qərbi Avropada yayılmışdır. Adı ilk ansamblın təşkilatçısı və rəhbəri Cazbo Brounun adından götürülmüşdür. Caz orkestr əsasən nəfəsli alətlərdən, o cümlədən, mis nəfəsli alətlərdən və saksofondan, zərb alətləri və royaldan ibarət olur. Bəzi halda solo skripka, akkordeon, gitara, banco və b. alətlər də bu orkestrə daxil edilir.
Laza (Qusar)
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Laza (Qəbələ)
Laza — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rəvayətə görə əhalinin əcdadları oraya Qusar rayonunun Laza kəndindən köçmüşlər. Kəndin yaranma tarixi XVII əsrin sonu, XVIII əsrin əvvəli hesab edilir. Vaxtı ilə Qusar rayonunun Laza kəndindən aran rayonlarına qışlaqlara köç edənlər tədricən burada daimi məskunlaşmışlar. Kənddə ilk məskunlaşan tayfalar laza tayfaları olduğundan kəndin adı da Laza olmuşdur. Laza kəndi mərkəzdən 8 km. şimal-şərqdə Dəmiraparan çayının sahilində Baş Qafqaz silsiləsinin cənub yamacındadır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Laza bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Leo Jaba
Leonardo Rodriges Lima (2 avqust 1998, San Paulo) — Leo Jaba kimi də tanınan, Rusiya Premyer Liqası təmsilçilərindən olan Axmat Qroznı klubunda hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusudur. == Həyatı == 2 avqust 1998-ci ildə San-Pauluda anadan olub. == Klub karyerası == === Erkən karyerası === Jaba hələ 11 yaşı olarkən Korintians klubuna əzəli rəqib olan San-Paulu klubundan transfer olmuşdur. Jaba 2016-cı ildə San-Paulu de Futbol Junior Kubokunda və U-20 Braziliya Çempionatında iştirak etmiş və hər iki turnirdə ikinci yerin sahibi olmuşdur. === Korintians === Jaba qeyri-rəsmi olaraq peşəkar karyerasında debütünü 22 iyul 2015-ci ildə ABC Natal klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə meydana daxil olmuşdur. Yoldaşlıq oyununda Korintians rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir. Jaba rəsmi olaraq peşəkar karyerasında debütünü 21 noyabr 2015-ci ildə İnternasional klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə meydana daxil olmuş və komandası rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 21 Noyabr 2016.
Ofra Haza
Ofra Haza (19 noyabr 1957, Hatikva[d] – 23 fevral 2000, Ramat-Qan, Təl-Əviv dairəsi) — məşhur İsrail müğənnisi və aktrisası. == Həyatı == 19 noyabr 1957-ci ildə Tel-Əvivdə doğulub.
Rüstəm Raza
Rüstəm Raza (fr. Roustam Raza, erm. Ռուստամ Ռազա, gürc. როსტომ რაზმაძე; 1783, Tiflis, Tiflis – 7 dekabr 1845, Durdan[d], Eson) - Napoleon Bonapartın məşhur məmlük mühafizəçisi. Rüstəm Razanın atası Rüstəm Hunanın erməni, anası Buji Varinin isə gürcü olduğu ehtimal edilir. Ailədə 6 uşaq olan Rüstəm Raza evin sonuncu övladı olmuşdur. Maddi cətinlik səbəbindən atası Tiflis şəhərindən Gəncə şəhərinə köçmüş və bir müddətdən sonrada ailəsini öz yanına gətirmişdir. Bir neçə il Gəncədə yaşadıqdan sonra Rüstəm Hunan məlum olmayan səbəbdən ailəsini atmış və Rüstəm Razadan başqa digər 3 qardaşını özü ilə aparmışdır. 13 yaşında olarkən, quldurlar tərəfindən oğurlanmış və Qahirə şəhərinə aparılaraq burada qul bazarında satılmışdır. Rüstəm Razanı qul bazarında türklər almış və ona Yəhya adını vermişdilər.
Stavre Jada
Stavre Jada (18 may 1998) — Makedoniyalı xizək yürüşçüsü. Stavre Jada Makedoniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Ölkələrin Paradında Makedoniyanın bayraqdarı olmuşdur. == Karyerası == Stavre Jada birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Jada 4:23.85 saniyəlik nəticəsi ilə 80 atlet arasında 79-cu yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Uaza (departament)
Uaza (fr. Oise) — Fransanın şimalında yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 60. İnzibati mərkəzi — Bove. Əhalisi — 810 680 nəfər (departamentlər arasında 26-cı yer, 2014-cü ilin məlumatları). == Coğrafiyası == Uaza departamenti Pikardinin tarixi ərazisində yerləşir və Pa-dе-Kale, Nor, Somma, Ena, Er, Sena və Marna, Val-d’Uaz departamentləri ilə sərhəddir. Departamentin ərazisindən Uaza çayı axır. Ərazisi — 5860 km². Sıx meşələr Uazanın sol sahilinə uzanır. Departamentin əsas şəhərləri Bove, Kompeyen, Krey, Nojan-sür-Uaz, Sanlis, Krepi-an-Valua, Merü, Nuayon, Montater, Klermon.
«Кара-коюнлу» (ковёр)
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Azad bazar
Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.
Azad bazar iqtisadiyatı
Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.
Azad bazar iqtisadiyyatı
Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.